Month: August 2021

  • У жителя села Дяймядагылды обнаружена крупная партия наркотиков

    Сотрудники Бардинского РОП по подозрению в культивации наркосодержащих растений задержали жителя села Дяймядагылды Бахлула Гусейнова.

    Как сообщает бардинская региональная группа пресс-службы МВД, при осмотре его дома было обнаружено 5 кг марихуаны, а во дворе – 19 кустов конопли.

    По данному факту ведется расследование.

  • Dəymədağıldı kənd sakinindən külli miqdarda narkotik aşkarlandı

    Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəymədağıldı kənd sakini Bəhlul Hüseynov saxlanılıb.

    Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman təmiz çəkisi 5 kiloqramdan artıq olan qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 19 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

    Faktla bağlı Bərdə RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

  • Министр обороны осмотрел строящийся учебный полигон в Кельбаджарском районе – ВИДЕО

    Министр обороны генерал-полковник Закир Гасанов осмотрел строящийся учебный полигон в Кельбаджарском районе.

    Об этом сообщает пресс-служба Минобороны АР.

    Было доложено, что учебный полигон строится в целях повышения профессиональной подготовки личного состава воинских частей, расположенных в условиях сложной и высокогорной местности. Согласно плану подготовки войск, квалифицированными инструкторами на полигоне будут проводиться тренировки, полностью адаптированные к условиям боя и отвечающие требованиям рельефа местности.

    Поинтересовавшись ходом работ, проводимых на полигоне, который строится для выполнения учебных стрельб из оружия различного калибра и выполнения бронетехникой учебно-тренировочных задач, министр дал соответствующие поручения.

  • Müdafiə naziri Zakir Həsənov Kəlbəcərdə – VİDEO

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində inşası davam etdirilən təlim poliqonuna baxış keçirib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumat verilib ki, təlim poliqonu çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə hazırlanır. Qoşunların hazırlıq planına əsasən poliqonda ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılmış, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək.

    Müxtəlif çaplı silahlardan təlim atəş çalışmalarının yerinə yetirilməsi və zirehli texnikanın təlim-məşq tapşırıqlarının icra olunması üçün inşa edilən poliqonda görülən işlərlə maraqlanan nazir müvafiq tapşırıqlar verib.

  • Телеканал CNN уволил троих сотрудников из-за посещения офиса без вакцинации

    Телеканал CNN разорвал контракты с тремя своими сотрудниками, которые посетили офис, не пройдя вакцинацию от коронавируса, чего с недавнего времени требуют внутренние правила компании. Об этом сообщил в четверг журналист телеканала Оливер Дарси со ссылкой на президента CNN Джеффа Цукера, пишет ТАСС.

    Президент CNN сообщил, что откладывает намеченное на 7 сентября возвращение к офисному режиму работы, теперь руководство телеканала планирует сделать это в середине октября.

    Несколько стран, в том числе Соединенные Штаты, в последние недели фиксируют рост числа заражений коронавирусом из-за распространения дельта-варианта. По данным федеральных Центров по контролю и профилактике заболеваний, за последние две недели в США количество случаев инфицирования выросло на 139% по сравнению с предшествующим периодом той же длительности. В связи с этим многие крупные американские компании вводят внутреннюю политику обязательной вакцинации офисных сотрудников и продляют режим удаленной работы для тех, кто не может оперативно сделать прививку.

  • CNN vaksin vurdurmayan əməkdaşlarını işdən qovdu

    CNN telekanalının rəhbərliyi koronavirusa qarşı vaksin olunmadan ofisə gələn üç işçisi ilə müqaviləyə xitam verib.

    TASS agentliyi xəbər verir ki, bu barədə telekanalın jurnalisti Oliver Darsi CNN-nin prezidenti Ceff Sukerə istinadən məlumat yayıb.

    “Ötən həftə öyrəndik ki, üç işçimiz peyvənd edilmədən ofisə gəlib. Onların hər üçü işdən azad edildi. Bu mövzuda siyasətimizi sıfır tolerantlıq üzərində qurduğumuzu açıq şəkildə bəyan edirik”, – deyə CNN-nin prezidenti daxili yazışmada əməkdaşlarına xəbərdarlıq edərkən vurğulayıb.

  • Sudanda sel 1500 ev və 20 məktəbi məhv etdi

    Sudanın şərqindəki Qadarif əyalətində şiddətli yağışların səbəb olduğu sel böyük dağıntılar törədib.

    “TRT Haber” məlumat verir ki, bölgədə 1500 ev, 20 məktəb, eləcə də çox sayda ictimai əhəmiyyətli binalar yararsız vəziyyətə düşüb.

    Məlumata görə, ölkənin Suvarma və Su Qaynaqları Nazirliyi patyaxt Xartumda daşqın xəbərdarlığı elan edib.

    Təbii fəlakət nəticəsində hektarlala əkin sahələrinin, həmçinin 1300 baş iri mal-qaranın tələf olduğu bildirilib.

  • Ukraynada rekord miqyasda hərbi parad keçiriləcək

    Ukraynada dövlət müstəqilliyinin 30 illiyi münasibətilə hərbi parad keçiriləcək.

    Yerli KİV-də yayılan məlumata görə, builki hərbi keçid öz genişmiqyaslılığı ilə yadda qalacaq.

    Avqustun 24-də baş tutacaq tədbirdə rekord sayda texnika və beş mindən çox şəxsi heyət iştirak edəcək.

    Artıq bir neçə gündür ki, paradın məşqlərinə başlanıb.

    Qeyd edək ki, Ukraynada ötən iki ildə hərbi parad təşkil olunmayıb.

  • Bakıda 13 yaşlı qız özünü dördüncü mərtəbədən atıb

    Bakıda intihara cəhd hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

    Belə ki, 2008-ci il təvəllüdlü A.V özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb.

    Yaralı ağır vəziyyətdə təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

    Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və daxili qanaxma diaqnozu qoyulub.

    Yeniyetmənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

    Hadisənin təfərrüatı araşdırılır.

  • İran güləşçisi Olimpiadadakı davranışına görə cəzalandırıla bilər

    İran güləşçisi Həsən Yəzdani Olimpiya Oyunlarındakı hərəkətlərinə görə cəzalandırıla bilər.

    TASS xəbər verir ki, sərbəst güləş üzrə 86 kq-dək idmançıların yarışında finalda amerikalı Devid Teylora uduzan iranlı məğlubiyyətini qeyri-etik şəkildə qarşılayıb.

    O, aqressiv halda bütün idmançıların olduğu isinmə zonasına yollanaraq ucadan çığırıb, divarları yumruqlayıb və əşyaları sağa-sola atıb.

    Qeyd edək ki, Yəzdani olimpiya və dünya çempionudur.