Month: August 2021

  • Emin Ağalarov Bakıda ticarət mərkəzi və bulvar inşa etdirəcək

    Sentyabr ayında Bakıda “Sea Breeze” kurort qəsəbəsi ərazisində ticarət mərkəzinin tikintisi başlayacaq.

    Bu barədə “Crocus Group” şirkətinin birinci vitse-prezidenti Emin Ağalarov TASS-a bildirib.

    Onun sözlərinə obyektin açılışı Sabunçu rayonunun Nardaran qəsəbəsində 2022-ci ilin yayında planlaşdırılır.

    “Ticarət mərkəzini sentyabrın 15-dən tikməyə başlayacağıq. Birinci mərhələnin ümumi ərazisi 43 min kvadrat metr təşkil edəcək. Növbəti yayda onu başa çatdırmağı planlaşdırıram”, – Ağalarov deyib.

    Layihənin ümumi ərazisi gələcəkdə 60 min kv.m-ə qədər çatdırılacaq. Onun 34 min kvadrat metrini dayanacaq tutacaq.

    Bundan əlavə, “Sea Breeze”də piyada zonası, velosiped yolları, abadlıq və istirahət obyektləri olan altı kilometrlik bulvar planlaşdırılır.

    Yaxın gələcəkdə daimi yaşayış üçün mehmanxana nömrələri olan “Grand Hotel” və “Skyline” apart otellərinin tikintisinə başlanılacaq. Müəssisələr müvafiq olaraq 2023 və 2024-cü illərdə açılması planlaşdırılır.

    Eyni zamanda, “Polo Residences” yaşayış kompleksinin 16 binasının tikintisi planlaşdırılır. Bundan əlavə, “Sea Breeze”də “Lighthouse” yaşayış kompleksi tikilir: ikinci binanın bu il, üçüncü və dördüncü binaların inşasının 2022 və 2023-cü illərdə tamamlanması planlaşdırılır. Dörd binanın ümumi sahəsi 60 min kvadratmetr olacaq.

    Bakı ətrafında, Xəzər dənizi sahillərində “Sea Breeze” qəsəbəsinin yaradılması 2005-ci ildə çimərliyi olan beşulduzlu otelin tikintisi ilə başlayıb. İndi layihəyə mənzil kompleksləri, villalar, otellər, restoranlar, məktəb və konsert yeri daxildir. Kurort kəndinin yaradılmasına qoyulan ümumi investisiya 1,5-2 milyard ABŞ dolları təşkil edəcək, layihənin 2028-2030-cu illərdə tamamlanması planlaşdırılır. Onun ümumi sahəsi 250 hektara çatacaq, bunun 60 hektarı 2021-ci ildə, digər 60 hektarı 2022-ci ildə tikiləcək.

  • В Бразилии преступники атаковали банки и взяли заложников

    Группа вооруженных преступников в ночь на понедельник совершила налет на три отделения банков в бразильском городе Арасатуба в штате Сан-Паулу, взяв в заложники нескольких человек.

    Кадры любительской видеосъемки происшествия продемонстрировал телеканал Globo.

    Злоумышленники взяли в заложники прохожих и проезжавших мимо автолюбителей, которых использовали в качестве живого щита в перестрелках с полицией. Некоторых из них привязали к крышам автомобилей, на которых преступники покидали место происшествия. Известно о трех убитых – двоих заложниках и одном нападавшем, и пяти пострадавших. Трое членов группировки задержаны.

    При отходе преступники подожгли автомобили и оставили на улицах города самодельные взрывные устройства. Из-за происшествия мэрия города отменила занятия в школах и перемещение общественного транспорта. Из одного из атакованных отделений злоумышленникам удалось похитить наличные средства. Сумма не сообщается.

    В апреле произошло не менее десяти подобных нападений на банки в провинциальных городах штатов Баия, Минас-Жерайс, Сан-Паулу и Парана.

  • Braziliyada cinayətkarlar bankları qarət ediblər, bir neçə nəfər girov götürülüb

    Braziliyanın San-Paulu ştatının Arasatuba şəhərində silahlı cinayətkarlar bankların 3 filialına hücum edərək, bir neçə nəfəri girov götürüblər.

    Bununla bağlı həvəskar videoçəkilişi kadrlarını “Globo” telekanalı nümayiş etdirib.

    Təcavüzkarlar yoldan keçənləri girov götürərək və avtomobilləri ələ keçirərək, onlardan polislə atışmalarda sipər kimi istifadə ediblər. Quldurlar hadisə yerini tərk edəndə girovlardan bəziləri avtomobillərin damlarına bağlanmış vəziyyətdə qalıb.

    Qeyd edilir ki, atışmalar zamanı üç nəfər ölüb. Onlardan ikisi girov, biri cinayətkardır. Hadisə zamanı daha beş nəfər xəsarət alıb.

    Cinayətkar qrupun üç üzvü polis tərəfindən saxlanılıb.

    Məlumata görə, cinayətkarlar qaçan zaman avtomobilləri yandırıblar və küçələrə əldəqayırma partlayıcı qurğular qoyublar. Hadisə ilə əlaqədar şəhər meriyası məktəblərdə dərsləri və ictimai nəqliyyatın hərəkətini ləğv edib.

    Cinayətkarlar hücüm etdikləri filiallardan birindən pul qarət etməyə nail olublar. Vəsaitin məbləği açıqlanmır.

  • Estoniyada yeni prezident seçildi

    Deputatlar Estoniya Milli Muzeyinin direktoru Alar Karisi ölkənin yeni prezidenti seçiblər.

    Bu barədə ölkənin qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.

    Karis ikinci tura çıxan yeganə namizəd olub. 80 nəfərdən 72-si onun lehinə səs verib, 8 bülleten doldurulmayıb.

    Seçkilərdə qalib gəlmək üçün azı 68 deputatın səsi tələb olunur. Birinci turda qələbə qazanmaq üçün Karisin cəmi 5 səsi çatmayıb.

    Qeyd edək ki, Estoniyada ölkə başçısının səlahiyyət müddəti 5 ildir. Bir şəxsin ardıcıl 2 dəfə prezident seçilmək hüququ var.

    ///Report

  • Президент поздравил паралимпийцев, завоевавших очередные медали в Токио

    Президент Азербайджана Ильхам Алиев поздравил спортсменов, показавших высокие результаты на летних Паралимпийских играх-2020 в Токио.

    “Поздравляю Рамана Салехи, который во второй раз порадовал нас золотой медалью, Ламию Велиеву, завоевавшую серебряную медаль, и Саиду Наджафзаде, которой досталась бронзовая медаль!”, – сказано в публикации, размещенной в Twitter-аккаунте главы государства.

  • Prezident “Tokio-2020”-də növbəti medallar qazanan paralimpiyaçıları təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançımızı təbrik edib.

    O bu barədə “Twitter” hesabında paylaşım edib.

    Paylaşımda deyilir:

    “İkinci dəfə qızıl medalı ilə bizi sevindirən Raman Salehi, gümüş medal qazanmış Lamiyə Vəliyevanı və bürünc medal mükafatçısı Səid Nəcəfzadəni ürəkdən təbrik edirəm!”

  • Обнародованы кадры из села Ширванлы Агдамского района – ВИДЕО

    Министерство обороны Азербайджана обнародовало кадры из села Ширванлы Агдамского района страны.

    Напомним, что он был возвращен в результате трехстороннего соглашения, подписанного лидерами Азербайджана, России и Армении после окончания 44-дневной Отечественной войны, завершившейся полным разгромом врага.

  • Ağdam rayonunun Şirvanlı kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Ağdam rayonunun Şirvanlı kəndinin görüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı AÇIQLANDI

    2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər artıq bəllidir.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu il dörd nəfər beynəlxalq fənn olimpiadası, 33 nəfər respublika fənn olimpiadası, 49 nəfər idman, bir nəfər incəsənt sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, səkkiz nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

    13 abituriyent isə müsabiqədənkənar qəbul olmaq hüququndan imtina edib və müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini qeyd edib.

    Bundan əlavə, 138 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 163 abituriyent ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub

  • “Instagram”da toy korteji üçün qeyri-adi xidmət edən dəstə saxlanıldı – RƏSMİ

    “Instagram” sosial şəbəkəsində motosikletlə toy kortejlərini müşayiət etmək üçün pul qarşılığında xidmətlər təklif edən şəxslər saxlanılıb”.

    Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

    Onun sözlərinə görə, vətəndaşın sosial şəbəkədə bu cür çağırış etməsi qanunun birbaşa pozulmasıdır:

    “Onların hərəkətləri yol-nəqliyyat hadisələrinin baş verəsinə səbəb olan xətalar üzrə səslənmədir. Tərəfimizdən həmin şəxslər barəsində araşdırma aparılıb və onlar saxlanılıb. Onlar əməllərinə peşman olduqlarını etiraf ediblər. Məsələ ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlər həyata keçiriləcək”.

    O qeyd edib ki, vətəndaşlar yol-hərəkəti haqqında qanunun tələblərinə riayət etsinlər.

    Qeyd edək ki, bir qrup şəxs “Instagram” sosial şəbəkəsində motosikletlə toy kortejlerini müşayiət etmək üçün pul qarşılığında xidmətlər təklif edib.