Month: August 2021

  • Toy təşkilatçıları cərimələndi, obyekt sahibinə cinayət işi açıldı

    Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin qaydalarının pozulduğu toy məclisləri aşkar edilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayonun Bağman, Məlikballı, Təzə Şilyan, Qazıqumlaq və Xələc kəndlərində yerləşən beş fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

    Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Yeni Əyricə, Nazırlı, Zümürxan, Lək, Qaradəmirçi və Hüseynbəyli kəndlərində yerləşən altı fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

    Qayda pozuntularına yol vermiş ev sahibləri ilə profilaktik söhbətlər aparılıb və həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

    DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təşkil olunan daha bir toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

    Belə ki, aparılan yoxlamalar zamanı “Ulum” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub.

    Həmin obyektin sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

    Toyun təşkilatçısı ilə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 400 manat məbləğində cərimə olunub.

    Qeyd edək ki, “Ulum” şadlıq sarayında bundan əvvəl də toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halları müəyyən edilib və həmin vaxt obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən 4000 manat cərimə olunub.

  • Азербайджанская нефть продолжает дешеветь

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость снизилась на 1,8%, или на 1,31 доллара за баррель – до 71,55 доллара.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan neftinin bu günə olan qiyməti

    Azərbaycan neftinin qiyməti azalmaqda davam edir.

    “Azeri Light” markalı neftin bir bareli 1,31 ABŞ dolları və ya 1,80 faiz ucuzlaşıb.

    Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 71,55 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

  • Qırğızıstanın keçmiş baş naziri həbs olundu

    Qırğızıstanın keçmiş baş naziri Temir Sariyev həbs olunub.

    Bu barədə “İnterfaks” məlumat yayıb.

    Qeyd olunur ki, keçmiş baş nazir “Kumtor” layihəsi ilə bağlı açılmış cinayət işi çərçivəsində həbs olunub. Onun həbs cəzası sentyabrın 30-na qədər davam edəcək.

  • Последние данные по коронавирусу в мире

    По данным на утро 5 августа, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 201 005 476.

    Суточный прирост составил 726 584.

    За весь период пандемии скончались 4 270 233 человека, выздоровели – 181 006 410.

    По числу зараженных лидируют США (36 176 471), на 2-м месте – Индия (31 810 782), 3-м – Бразилия (20 026 533), далее – Россия (6 356 784) и Франция (6 207 416).

    В Турции коронавирус выявлен у 5 822 487 человек, Иране – 4 019 084, Грузии – 432 903, Армении – 230 993.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в России (161 715 летальных исходов), Иране (92 194) и Турции (51 767).

    На сегодня в Азербайджане подтверждены 346 878 случаев инфицирования COVID-19, 333 694 человека выздоровели, 5 039 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 201 005 476 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 4 270 233 xəstə ölüb, 181 006 410 nəfər sağalıb.

    Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (36 176 471 nəfər), Hindistan (31 810 782 nəfər), Braziliya (20 026 533 nəfər), Rusiya (6 356 784 nəfər) və Fransadır (6 207 416 nəfər).

    Türkiyədə 5 822 487, İranda 4 019 084 , Gürcüstanda 432 903, Ermənistanda isə 230 993 nəfərdə koronavirus aşkar edilib.

    Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (161 715 nəfər), İran (92 194 nəfər) və Türkiyədə (51 767 nəfər) qeydə alınıb.

    Azərbaycanda koronavirusa yoluxan 346 878 nəfərin 5,039-ü ölüb, 333 694 xəstə sağalıb.

  • За минувший день 2 122 человека не были допущены на свадьбы из-за отсутствия ковид-паспортов

    Представители МВД, Агентства продовольственной безопасности и Государственной налоговой службы при Министерстве экономики 4 августа провели мониторинг 267 свадебных торжеств, организованных в Баку и регионах Азербайджана.

    Об этом сообщает пресс-служба МВД.

    Проверки были осуществлены в 223 домах торжеств и 44 частных домах.

    В результате рейдов за нарушение правил особого карантинного режима при организации и проведении свадеб 68 человек были оштрафованы по статье 211 (нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режимов) Кодекса об административных проступках, один – арестован в административном порядке по той же статье, материалы дела в отношении еще одного гражданина направлены в суд для рассмотрения, а 2 122 человека не были допущены к участию в мероприятии из-за отсутствия ковид-паспортов.

  • Ötən gün 2122 nəfər COVID-19 pasportu olmadığına görə toya buraxılmayıb

    Avqustun 4-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 267 toy şənliyinin monitorinqini həyata keçirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, monitorinq 223 şadlıq sarayında, 44 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

    Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

    – 68 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

    – 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;

    – 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

    – 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

    – 2122 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

  • Объявлен набор на вакантные места магистратуры

    Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана объявляет 5-11 августа набор на вакантные места магистратуры вузов и Национальной академии наук (НАНА) на 2021/22 учебный год.

    Об этом сообщили в ГЭЦ.

    Прием на незанятые места осуществляется по конкурсу на основании баллов, набранных по итогам вступительных экзаменов, проведенных 28 февраля и 26 мая этого года. К конкурсу допускаются бакалавры, отвечающие минимальным требованиям и получившие право участвовать в выборе специальностей. При этом они могут выбрать любой подходящий результат.

    Для участия в наборе на вакантные места бакалавры должны до 23:59 11 августа открыть на сайте ГЭЦ “Электронное заявление бакалавра о выборе специальностей”, выбрать до 20 кодов программ/специальностей и подтвердить их.

    Перечень вакантных мест магистратуры опубликован в 6-м номере журнала “Магистр”. Электронную версию издания можно приобрести по линку: http://eservices.dim.gov.az/ejurnal/.

  • Magistraturanın boş qalan yerlərinə qəbul elan edildi

    2021-ci il avqustun 5-dən 11-dək 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi elan edir.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, boş qalan yerlərə qəbul 28 fevral və 26 may 2021-ci il tarixlərində keçi­rilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

    Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə, həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

    Həmin bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 11 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

    Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçirlər.

    İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqram(lar)ı və həmin proqram(lar)a aid olan 20-dək ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir (“Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” “Magistr” 3 jurnalında DİM-in saytında elektron formada təqdim olunub).

    Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının altıncı sayında dərc olunub.

    Bakalavrlar DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemindən istifadə edərək bank kartı vasitəsilə ödəniş etməklə “Magistr” jurnalının altıncıcı sayının elektron versiyasını (http://eservices.dim.gov.az/ejurnal/) da əldə edə bilərlər.