Month: August 2021

  • Gürcüstan koronavirusa görə “qırmızı zona” siyahısına daxil edildi

    İngiltərənin Nəqliyyat Nazirliyi, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində hazırladığı və “işıqfor sistemi” adlandırdığı səyahət siyahısını yeniləyib.

    Bu barədə “Euronews” məlumat yayıb.

    Məlumata əsasən, İngiltərənin “qırmızı zona” tətbiq etdiyi ölkələr sırasına Gürcüstan da daxil edilib. Gürcüstandan əlavə Meksika, Reunion adası və Mayotte adası da İngiltərənin “sarı siyahısı”ndan çıxarılaraq “qırmızı siyahı”ya salınıb.

    Qeyd olunub ki, səyahət siyahısına edilən dəyişiklik avqustun 8-dən qüvvəyə minəcək.

    İngiltərə hökumətinin qərarına görə, “qırmızı siyahı”ya daxil olan ölkələrdən gələnlərin öz hesablarına hava limanının yaxınlığındakı otellərdə 10 gün karantində qalmaları tələb olunur.

  • Azərbaycan nümayəndə heyəti İrana gedib

    Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranın yeni seçilmiş Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edib.

    Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter”də bildirib.

    “Milli Məclisin sədri, Baş nazirin müavini və xarici işlər nazirinin müavinlərindən ibarət yüksək səviyyəli nümayəndə heyəti İran Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana yola düşdü. Qonşuların dostluq və qardaşlıq münasibətləri daimidir”, – deyə iranlı diplomat bildirib.

  • Baş Prokurorluq vətəndaşlara müraciət etdi – VİDEO

    Baş Prokurorluq narkomaniya ilə bağlı vətəndaşlara müraciət edib.

    Median.Az müraciəti təqdim edir:

    “Narkomaniya – xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin istifadəsi nəticəsində yaranan, psixi və fiziki asılılıqla müşayiət olunan tibbi-sosial bəladır. İnsan bədənində və mənəviyyatında sağalmaz yaralar açan narkomaniya dolayı yolla intihardır.

    Həyat yaşamağa dəyər, sağlam həyatdan imtina etmə! Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı və istifadəsi halı ilə üzləşdikdə isə dərhal “961” Çağrı Mərkəzinə müraciət et!”

  • Kəlbəcərə icazəsiz keçməyə çalışan qardaşlar saxlanıldı

    Avqustun 2-də Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən İsa və Habil Balaxanov qardaşlarını saxlayıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.

    Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

  • Mikayıl Cabbarov: “Bu il aktiv vergi ödəyicilərinin sayı 4% artıb”

    “Azərbaycanda iqtisaid aktivliyin bərpası sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur”.

    Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

    “Bu ilin I yarısında ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,9% artaraq 640 401, əlavə dəyə vergisi (ƏDV) ödəyicilərinin sayı 8,9% artaraq 31 738, qeydiyyatdan keçmiş obyektlərin sayı isə 5,8% artaraq 176 794 olub”, – o qeyd edib.

  • Минобороны АР: ВС Армении подвергли обстрелу позиции азербайджанской армии

    4 августа с 14:50 до 00:00 подразделения вооруженных сил Армении с территорий в селе Араздейен Ведийского района, в селах Юхары Шорджа, Азизли, Шишгая и Гараиман Басаркечярского района, а также в населенном пункте Арданыш Чямбярякского района периодически подвергали обстрелу из стрелкового оружия позиции азербайджанской армии в направлении населенных пунктов Гейдарабад Садаракского района, Новоивановка и Галакенд Гедабейского района, Истису и Еллиджа Кельбаджарского района и Тезекенд Дашкесанского района.

    Об этом сообщает пресс-служба Минобороны АР.

    “Погибших и раненых среди личного состава азербайджанской армии нет.

    Оперативная обстановка контролируется подразделениями наших войск”, – добавили в оборонном ведомстве Азербайджана.

  • Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

    Avqustun 4-ü saat 14:50-dən 00:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Şişqaya və Qaraiman, Çəmbərək rayonunun Ardanış yaşayış məntəqələrində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Novoivanovka və Qalakənd, Kəlbəcər rayonunun İstisu və Yellicə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • Keçmiş məhkum cəzaçəkmə müəssisəsindəki yoldaşına heroin göndərərkən ifşa olunub

    15 il müddətinə azadlıqdan məhrum edilmiş Kamran Rüstəmova göndərilən sovqatda heroin aşkar edilməsi barədə Şəki Penitensiar Müəssisəsindən Polis Şöbəsinə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən narkotik vasitəni göndərən şəxsin ifşa edilməsi və mənbənin müəyyən olunması məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

    Keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər oğurluğa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş Rövşən Quliyev şübhəli şəxs qismində saxlanılıb.

    Araşdırma zamanı saxlanılan şəxsin Kamran Rüstəmovu cəzaçəkmə müəssisəsindən tanıdığı məlum olub.

    Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.

  • Задержан мужчина, похитивший крупную сумму денег из арендованного дома

    В райотдел полиции Товуза обратился местный житель в связи с кражей из его дома наличных денег.

    Как сообщили в гянджинской региональной группе пресс-службы МВД, прибывшие на место происшествия сотрудники РОП подтвердили факт хищения 2 550 манатов.

    Правоохранители задержали подозреваемого в совершении преступления квартиранта Фариза Искендерова.

    На допросе он признался, что украл деньги, когда хозяйка ушла на свадьбу – об их наличии Ф.Искендеров знал заранее.

    Расследование по данному факту продолжается.

  • Kirayə qaldığı evdən böyük məbləğdə pul oğurlayan şəxs saxlanıldı

    Tovuz Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini ona məxsus evdən nağd pulun oğurlandığını bildirib.

    Daxil İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şöbənin əməkdaşları dərhal həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər.

    Məlum olub ki, vətəndaşın evindən 2 550 manat pul oğurlanıb.

    Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, həmin evdə kirayənişin qalan Fariz İsgəndərov saxlanılıb.

    Dindirilmə zamanı saxlanılan şəxs ev sahibəsinin toy mərasiminə getdiyini, əvvəlcədən evdə pul olduğunu bildiyini və pəncərədən daxil olaraq pulu oğurladığını etiraf edib.

    F.İsgəndərov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.