Month: August 2021

  • В отношении покинувшего место жительства больного коронавирусом возбуждено уголовное дело

    Сотрудники Товузского РОП задержали жителя района Физули Ильясова за грубое нарушение правил карантина, сообщили в гянджинской региональной группе пресс-службы МВД.

    Согласно информации, будучи больным коронавирусом, Ф.Ильясов покинул место жительства и направился в чайный дом.

    Нарушитель был возвращен домой, в его отношении возбуждено уголовное дело по статье 139 – 1.1 (нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режимов) Уголовного кодекса АР.

    По данному факту ведется расследование.

  • Çayxanada aşkar edilən koronavirus xəstəsinə cinayət işi açıldı

    Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Füzuli İlyasov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozub. Belə ki, onun yaşadığı evi tərk edərək çayxanaya getməsi aşkar edilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə F.İlyasov yaşadığı evə göndərilib.

    Fakla bağlı İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

  • Глава Миграционной службы прокомментировал решение Кабмина

    С 5 августа граждане еще 20 стран (Германии, Австрии, Бельгии, Чехии, Дании, Ирландии, Испании, Швеции, Швейцарии, Канады, Люксембурга, Мальты, Нидерландов, Польши, Португалии, Сербии, Сингапура, Словакии, Словении, Греции) и лица, постоянно проживающие в этих странах, а также не имеющие гражданства, смогут въезжать (выезжать) в Азербайджан воздушным путем.

    Об этом заявил глава Государственной миграционной службы Вюсал Гусейнов на своей странице в Facebook.

    По его словам, в этом случае лица старше 18 лет должны представить COVID-паспорт (документ, подтверждающий полную вакцинацию от COVID-19 или наличие иммунитета после выздоровления от коронавируса) и негативный результат ПЦР-теста, сданного в течение 72 часов до вылета, а лица в возрасте от 1 до 18 лет должны представить только результат теста.

    Отметим, 2 августа Кабинет министров АР внес изменения в постановление “О мерах по продлению особого карантинного режима и снятию некоторых ограничений”.

  • DMX rəisi Nazirlər Kabinetinin qərarını şərh etdi

    “5 avqustdan etibarən daha 20 ölkənin (Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Yunanıstan) vətəndaşı, bu ölkələrədə daimi yaşayan şəxslər və vətəndaşlığı olmayan şəxslər hava yolu ilə Azərbaycana giriş-çıxış edə biləcəklər”.

    Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Facebook” səhifəsində bildirib.

    Onun sözlərinə görə, bu halda yaşı 18-dən yuxarı olan şəxslər COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini, 1–18 yaş arasında olan şəxslər isə yalnız müvafiq test nəticəsini təqdim etməlidir.

    Qeyd edək ki, ötən gün Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.

  • Генпрокурор прокомментировал необходимость лишения Эльданиза Салимова депутатской неприкосновенности

    В соответствии с требованиями законодательства Азербайджана, я направил в Милли Меджлис представление о лишении депутата Эльданиза Салимова неприкосновенности.

    Об этом заявил генеральный прокурор Кямран Алиев на заседании внеочередной сессии Милли Меджлиса.

    По его словам, для представления было достаточно оснований.

    Кроме того, добавил генпрокурор, депутат нарушил правила действующего в стране особого карантинного режима.

    “Суть произошедшего в том, что Э.Салимов пришел в ресторан, принадлежащий его родственнику. После того как сотрудник полиции напомнил депутату о правилах карантинного режима, последний позвал отца, а затем возник конфликт. Этическая сторона вопроса ясна, что касается юридической – то были приняты адекватные меры. Для проведения всестороннего, объективного расследования по уголовному делу необходимо лишить Э.Салимова права на неприкосновенность”, – сказал К.Алиев.

    Отметим, что в Генпрокуратуре проведено расследование по материалам, поступившим из МВД в связи с применением силы депутатом Э.Салимовым в отношении находящегося при исполнении служебных обязанностей сотрудника полиции 29 июля в ресторане “Старый двор” в Хачмазе.

    На основании собранных материалов было возбуждено уголовное дело по статье 309.2 (превышение должностных полномочий) УК АР. Оно поручено Следственному управлению Генпрокуратуры.

  • Baş prokuror Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğvindən DANIŞDI

    “Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi üçün tərəfimdən Milli Məclisə təqdimat verilib”.

    Bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi məsələsinin müzakirəsi zamanı baş prokuror Kamran Əliyev deyib.

    O bildirib ki, təqdimat üçün kifayət qədər əsaslar olub.

    Baş prokuror qeyd edib ki, Eldəniz Səlimov həm də karantin rejimi qaydalarını pozub.

    “Baş vermiş hadisənin mahiyyəti ondan ibarətdir ki, deputat Eldəniz Səlimov qohumuna məxsus restorana gəlib. Eldəniz Səlimov polis əməkdaşının karantin rejimi qaydalarını xatırlatmasından sonra atasını ora çağırıb və sonra münaqişə yaranıb. Məsələnin etik tərəfi aydındır, hüquqi tərəfinə gəlincə, adekvat tədbirlər görülüb. Cinayət işinin hərtərəfli, obyektiv aparılması üçün Eldəniz Səlimovun toxunulmazlıq hüququna xitam verilməlidir, – deyə K.Əliyev əlavə edib.

    Rəsmi məlumata əsasən, iyulun 29-da saat 01:00 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib.

    Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

    Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

    //oxu.az

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость снизилась на 3,14%, или на 2,38 доллара за баррель, и составила 73,48 доллара.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan neftinin bu günə olan qiyməti

    Azərbaycan neftinin qiyməti 3 faizdən çox azalıb.

    “Azeri Light” markalı neftin bir bareli 2,38 ABŞ dolları və ya 3,14 faiz ucuzlaşıb.

    Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 73,48 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

  • В Баку еще один автобусный маршрут переходит на безналичную оплату

    С 4 августа проезд в автобусах маршрута № 161 в Баку будет оплачиваться посредством BakıKart.

    Об этом сообщил председатель правления Бакинского транспортного агентства Вюсал Керимли.

    Он отметил, что на сегодняшний день на систему безналичной оплаты проезда переведено 69% автобусов, курсирующих по регулярным маршрутным линиям.

    Отметим, что с 30 июля 2021 года автобусный маршрут № 92 (поселок Бинагади – м/ст “Мемар Аджеми”) также был переведен на безналичную оплату.

  • Daha bir marşrut xəttində ödənişlər “Bakıkart”la ediləcək

    Sabahdan Bakıda 161 nömrəli müntəzəm marşrut xətti “Bakıkart”a inteqrasiya olunacaq.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat paylaşıb.

    O bildirib ki, bu günə qədər müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobusların 69 %-i “Bakıkart”a keçib.

    Qeyd edək ki, 30.07.2021-ci il tarixindən 92 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsi – “Memar Əcəmi” m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsi ilə edilir.