Month: August 2021

  • Президент Ильхам Алиев принял участие в открытии в Баку центра ASAN Хidmət

    Президент Азербайджана Ильхам Алиев принял участие в открытии в Баку центра ASAN Хidmət №6, сообщает АЗЕРТАДЖ.

    Председатель Государственного агентства по оказанию услуг гражданам и социальным инновациям при Президенте Ульви Мехдиев проинформировал главу государства об условиях, созданных в центре, а также отметил, что он стал 21-м по счету в стране.

  • İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Bakıda 6-cı, ölkə üzrə isə 21-ci olan bu “ASAN xidmət” mərkəzi barədə məlumat verdi.

    Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da artırılmasıdır.

    Təsadüfi deyil ki, dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin olunub və bu proses sürətlə davam edir. Dövlətimizin başçısının təşəbbüsü ilə 2012-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması bürokratik əngəllərin və mümkün korrupsiya hallarının aradan qaldırılmasında inqilabi dəyişiklik etdi və innovasiya sahəsində Azərbaycan brendi kimi dünyada tanındı.

    Məlumat verildi ki, 6 saylı Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmət qurumları qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara ümumilikdə 320-dən çox xidmət göstərəcək. Dövlət orqanlarının bu mərkəzdə fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla ümumilikdə 230 əməkdaş və 85 könüllü çalışacaq. Onların mütləq əksəriyyəti şəhid ailələrinin üzvləri və qazilərdən, Vətən müharibəsinin iştirakçılarından ibarətdir.

    Bildirildi ki, hazırda fəaliyyət göstərən 20 “ASAN xidmət” mərkəzinin 5-i Bakıda, digərləri isə bölgələrdədir. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi də davam etdirilir. Bu günədək “ASAN xidmət”ə 7 milyon 465 mindən çox vətəndaşın 45 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

    Prezident İlham Əliyevin ötən ilin dekabrında imzaladığı Fərmanla yaradılan “YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsi qazilərinin sağlamlıqlarının bərpa olunması istiqamətində çox mühüm işlər görülüb. Şəhid ailələri üzvlərinin və yaralıların 1152 müraciəti üzrə 3,8 milyon manat kreditləri “YAŞAT” Fondu tərəfindən ödənilib. 5667 müraciət üzrə şəhid ailəsi üzvlərinin və yaralı hərbçinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 22,6 milyon manat, bu qəbildən olan 2357 şəxsin tibb və xaricdə təhsil haqlarının ödənilməsi üçün isə 5.6 milyon vəsait ayrılıb. 120 ağır yaralı müalicə üçün Türkiyəyə göndərilib. Onların 64 nəfəri tam sağalıb, 56 nəfər isə hazırda müalicədədir. Bundan başqa, “Onlar bizə əmanət” layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn 100 şəhid övladına 1000 manat məbləğində maddi yardım olunub, onların adına 5000 manat məbləğində depozit hesab açılıb.

    Prezident İlham Əliyevin 2020-ci ilin noyabrında imzaladığı Sərəncama uyğun olaraq yaradılan vahid məlumat bazasında Vətən müharibəsi zamanı mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı ətraflı məlumat yerləşdirilib.

    Dövlətimizin başçısına 16 ölkədən 500-dən çox iştirakçının qatıldığı Qlobal Müdafiə Texnologiyaları Hakatonu və Vətən müharibəsində tvit siyasəti barədə də məlumat verildi. Qeyd edək ki, müharibə dövründə ilk yerdə dövlətimizin başçısının tvitləri dayanıb. Bu tvitlərə 396 min baxış olub. #karabakhisazerbaijan həştəqi 800 mindən çox paylaşılmaqla bu mövzuda ən çox paylaşılan həştəq olub. Prezident İlham Əliyevə ASAN sosial innovasiyalar texnoparkı, Görmə məhdudiyyətli şəxslər üçün xüsusi eynək layihələri və ASAN ICESCO mükafatı barədə də məlumat verildi.

  • Azərbaycanın olimpiya mükafatçısı soyadını dəyişib

    Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska (+78 kq) soyadını dəyişib.

    Bu barədə “Report”a Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov məlumat verib.

    Onun sözlərinə görə, 30 yaşlı idmançı hazırda müvafiq sənədləşmə işlərini görür: “Kindzerska bir neçə ildir ki, Azərbaycan millisini təmsil edir. Onun yeni soyadı Əliyevadır. Bildiyiniz kimi, onun həyat yoldaşı azərbaycanlıdır. Onun yoldaşının valideynləri Bakının Nizami rayonunda yaşayır. Kindzerska hazırda müvafiq sənədləşmə işlərini görür. Onu artıq İrina Əliyeva kimi çağıra bilərik”.

    Qeyd edək ki, İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarının cüdo yarışlarında Azərbaycana yeganə bürünc medalı qazandırıb.

  • Двухлетний мальчик погиб в Кюрдамире после удара током

    В селе Мурадхан Кюрдамирского района двухлетний мальчик – Гарибов Ихтияр погиб от удара током во время прогулки во дворе.

    Как сообщает Median.Az со ссылкой на Кавказинфо, районная прокуратура возбудила уголовное дело. Начато следствие.

  • Azərbaycanda POLKOVNİK xidməti otağında intihar etdi

    Azərbaycan ordusunun zabiti intihar edib.

    Yenicag.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun rabitə rəisi polkovnik Seyidov İlham intihar edib.

    O, Ümumqoşun Ordunun baş qərargahında, xidməti otağında intihar edib.

    Əldə etdiyimiz məlumata görə, polkovnik İlham Seyidov ordudan tərxis olumaq üçün raport yazıb. Ancaq onu tərxis etməyiblər. Polkovnik İlham Seyidov məhkəməyə müraciət edib. Daha sonra onun 13-14-cü maaşını kəsib, yoxlama keçirib, cərimə yazıblar. Məhkəmə isə polkovnik İlham Seyidovun xeyrinə qərar vermədiyi üçün intihar edib.

    Polkovnik Seyidov İlham Zərdab rayonunda dəfn edilib. Zərdab rayonundan əldə etdiyimiz məlumata görə, ailəyə ürək tutmasından rəhmətə getdiyi deyilib, ancaq tabutun açılmasına icazə verilməyib.

    Məsələni dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Bununla bağlı heç bir açıqlama ala bilmədik.

  • Bakıda məktəbdən oğurluq edən şəxs tutulub

    Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən orta məktəblərin birində oğurluq olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məktəbdən 2 ədəd noutbuk, 2 ədəd monitor və 5 ədəd elektrik tənzimləyici oğurlamaqda şübhəli bilinən qəsəbə sakini C.Qənbərov saxlanılıb.

  • Rafiq Hüseynov erməni ilə döyüşəcək – Bürünc medal uğrunda

    Azərbaycanın qadın güləşçisi Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

    68 kq çəki dərəcəsində mübarizə aparan idmançı Meerim Jumanazarov (Qırğızıstan) ilə üz-üzə gəlib.

    Rəqibinə uduzan Manolova olimpiadanı medalsız başa vurub. O, ötən gün 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə dueldən məğlub ayrılıb.

    Yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) isə bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyanla güləşəcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 14:30-da keçiriləcək.

  • Ayağını itirən Qarabağ qazisi: “Yenə döyüşə getməyə hazıram” – VİDEO

    Azərbaycanın Zəfəri ilə başa çatan 44 günlük Vətən Müharibəsinin iştirakçısı Binnət Eyvazlı döyüşlərdə ağır yaralanaraq bir ayağını itirsə də yenə döyüşə hazır olduğunu bildirir.

    B.Eyvazlı Trend-in Qarabağ bürosunun əməkdaşları ilə söhbətində “Vətənpərvərlik içimizdən gəlir” dəyərək keçdiyi döyüş yolundan bəhs edib.

    Beyləqan rayonunun Birinci Aşıqlı kəndində anadan olan Qarabağ qazisi 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda başlanan döyüşlərə qatılıb. Elə həmin gün qolundan qəlpə yarası alsa da döyüşə davam edib:

    “Qolumdan yaralandım, amma geri qayıtmadım, yaramı sarıyıb irəli getdim. Növbəti dəfə isə minaya düşdüm, ayağımı itiridim, daha sonra yanımıza mərmi düşdü. Gözümü açanda artıq xəstəxanada idim”.

    B.Eyvazlı xüsusilə vurğulayıb ki, müharibə zamanı döyüş yoldaşları daim irəli getməyə can atıb, bir gün də olsun geri çəkilməyiblər:

    “Hamı qəhrəmancasına döyüşürdü, heç kimin gözündə qorxu yox idi. Çünki biz öz tarixi torpağımız uğrunda, haqq-ədalət yolunda vuruşurduq”.

    Qarabağ qazisi onu da əlavə edib ki, Azərbaycan dövləti həmişə qazilərin, müharibə veteranlarının yanında olub, onlara diqqət və qayğı göstərib. İstər yaralandığı zaman, istərsə də son aylarda lazım olan müalicə və müayinələri keçib.

    Videoreportajı təqdim edirik:

  • Kürdəmirdə şəhid bulağının tikilməsinə kimlər etiraz edir? – VİDEO

    Kürdəmirdə şəhid ailəsinin bulaq tikdirdiyi yerə kimlərsə tərəfindən müdaxilə edilməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar və görüntülər yayılıb.

    Videolarda şəhidin adına inşa olunan bulağın ətrafındakı bəzəklər yerə atılıb. İddia edilib ki, həmin addımlar bulağın tikintisinə maneə törətmək üçün atılıb.

    Oxu.Az saytı Kürdəmir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

    İcra hakimiyyətindən bildirilib ki, qurum tərəfindən şəhid ailəsinin bulaq tikmək istədiyi yerə heç bir müdaxilə edilməyib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov isə bildirib ki, çəkilən video hüquq mühafizə orqanları tərəfindən araşdırılır: “Hadisə ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

  • В Ярдымлы к тушению лесного пожара привлечен вертолет

    Продолжается пожар в лесополосе в гористой местности близ села Хонуба Ярдымлинского района.

    Работы по предотвращению распространения возгорания на обширную территорию в условиях сложного горного рельефа (в данном случае используется в основном ручной труд) проводят 130 человек личного состава подразделений пожарной охраны Государственной противопожарной службы, войск гражданской обороны и Южного регионального центра МЧС, сотрудники Центра лесного хозяйства Министерства экологии и природных ресурсов, а также местные жители.

    Сегодня с утра к тушению пожара привлечен вертолет авиационного отряда МЧС.

    Позднее общественности будет предоставлена дополнительная информация.