Month: August 2021

  • Formula 1 Belçika Qran-prisi yarımçıq dayandırıldı, Ferstappen qalib elan edildi

    Belçikanın Spa avtodromunda Formula 1 üzrə növbəti Qran-pri keçirilib.

    Yarış cəmi üç dövrədən ibarət olub.

    Onun startı güclü yağış səbəbindən bir neçə dəfə təxirə salınıb.

    Nəhayət təhlükəsizlik avtomobilinin müşayiəti ilə trasa çıxan bolidlər üç dövrə sonra geri qayıtmalı olub. Yarış qırmızı bayraqlarla dayandırılıb.

    Üç dövrədən sonra sıralamada birinci olan “Red Bull” pilotu Maks Ferstappen yarışın qalibi elan edilib. “Uilyams”dan Rassel ikinci, “Mersedes”dən Hamilton isə üçüncü olub.

    //Sports.ru

  • Kiyev suyun altında qaldı – VİDEO

    Ukrayna paytaxtında güclü leysanla müşayiət olunan qasırğa qeydə alınıb.

    Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

    Şəhər küçələri bir anda suyun altında qalıb.

    İntensiv yağıntı avtomobillər və piyadalara çətin anlar yaşadıb.

  • İsraildə 12 yaşdan yuxarı yeniyetmələrin vaksinasiyasına başlanıb

    İsraildə koronavirus əleyhinə vaksinasiya kampaniyası genişləndirilib.

    Artıq ölkə ərazisində 12 yaşdan yuxarı uşaqların da peyvənd olunmasına başlanıb.

    Qeyd edək ki, bir müddət öncə İsrail Səhiyyə Nazirliyi 30 yaşdan yuxarı insanlara vaksinin üçüncü dozasını vurmağa icazə verib.

    Bu zaman başlıca şərt olaraq, ikinci dozadan 5 ay vaxt keçməsi göstərilib.

  • İranda 300 doza COVID-19 peyvəndi oğurlandı

    Tehranda koronavirusa qarşı peyvəndləri daşıyan avtomobil hücuma məruz qalıb.

    Nəqliyyat vasitəsi Səhiyyə Nazirliyinin Yaftabad bölgəsindəki anbarından yola çıxıb.

    Hücum nəticəsində avtomobildən 300 doza vaksin oğurlanıb.

    Məlumat Tehran polis idarəsi və İran Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib.

    Hazırda cinayətkarların tutulması üçün tədbirlər görülür.

    Mənbə: TRT

  • “Delta” hamilə qadınların ölümünə səbəb ola bilər

    Koronavirusun “Delta” variantı ana olmağa hazırlaşan qadınlarda ağır fəsadlara, hətta ölümə səbəb ola bilər.

    Bunu Türkiyənin Diyarbəkir Qazi Yaşargil Təhsil və Araşdırma Xəstəxanasının həkimi Hakan Akelma bəyan edib. O, çalışdığı xəstəxanada son iki ayda sözügedən COVID variantına yoluxmuş altı hamilə qadının öldüyünü bildirib.

    Mütəxəssisin sözlərinə görə, bu vəziyyətdə olan xanımlar bir çox dərman vasitələrini qəbul edə bilmir. Məhz bu səbəbdən orqanizmdə virus daha sürətlə yayılır və ölümə gətirib çıxarır.

    Həkim yeni növ koronavirusun daha şiddətli “Delta” variantından qorunmaq üçün hamilə qadınları peyvənd olunmağa çağırıb.

  • İtaliyada yalnız dişilər olan akvariumda yeni köpək balıqları doğulub

    İtaliyanın Sardiniya bölgəsindəki “Cala Gonone” akvariumunda nadir hadisə yaşanıb.

    Belə ki, yalnız dişi heyvanların saxlanıldığı bölmədə yeni köpək balıqları dünyaya gəlib.

    Alimlər bunu “partenogenez” adlandırılan hal ilə izah ediblər.

    Bildirilib ki, bu zaman dişilər öz yumurtalarını özləri dölləyə bilir. Sözügedən üsulla doğulan yeni nəslin nümayəndələri də ancaq dişi heyvanlar olur.

  • Berlində anti-COVID nümayişləri keçirilib

    Berlində koronavirus tədbirləri əleyhinə etiraz aksiyaları keçirilib.

    Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

    Bu gün minlərlə insanın iştirak etdiyi nümayişlərdə 80 nəfər saxlanılıb.

    Dünənki aksiyalar zamanı da 100 nəfərin saxlanıldığı bildirilib.

    Mənbə: TASS

  • Месси дебютировал за ПСЖ – ВИДЕО

    Нападающий Лионель Месси дебютировал за “Пари Сен-Жермен” в матче 4-го тура французской Лиги 1 с “Реймсом”.

    Аргентинец вышел на поле на 66-й минуте встречи при счете 2:0 в пользу парижан, заменив нападащего Неймара.

    10 августа Месси заключил с ПСЖ контракт, рассчитанный на два года. Соглашение включает опцию продления еще на один сезон. 5 августа “Барселона” объявила, что не будет продлевать соглашение с Месси. Это связано с финансовыми и структурными препятствиями, прописанными в регламенте испанской лиги.

  • Messi debüt etdi, PSJ qələbə qazandı – VİDEO

    Fransa Liqa 1-də 4-cü turun oyunları keçirilib.

    PSJ səfərdə “Reyms”in qonağı olub.

    Mbappenin dubl etdiyi oyunda parislilər 3 xalı qazanan tərəf olub.

    Qarşılaşma Lionel Messinin PSJ-nin heyətində debüt etməsi ilə əlamətdar olub.

    O, 66-cı dəqiqədə Neymarın yerinə meydana çıxıb.

  • Türkiyəli voleybolçular Avropa çempionatına məğlubiyyətsiz davam edir

    Türkiyənin qadın voleybolçularının Avropa çempionatındakı qalibiyyət seriyası davam edir.

    “Sultanlar” 1/8 final mərhələsi çərçivəsində Çexiya yığmasını 3:1 hesabıyla məğlub ediblər. Onların növbəti rəqibi Polşa-Ukrayna matçının qalibi olacaq.

    Xatırladaq ki, bundan əvvəl Türkiyə millisi D qrupu çərçivəsində keçirdiyi bütün oyunlarda qələbə qazanıb. Xanımlar Niderland, Rumıniya, Ukrayna, İsveç və Finlandiya seçmələrinə qalib gəliblər.

    Qeyd edək ki, qadınlar arasında voleybol üzrə builki Avropa Çempionatı Serbiya, Rumıniya, Xorvatiya və Bolqarıstanın birgə ev sahibliyi ilə təşkil olunub.