Month: August 2021

  • В Саатлинском районе задержан подозреваемый в культивации конопли

    Сотрудники Саатлинского РОП по подозрению в культивации наркосодержащих растений в селе Орта Муган задержали 34-летнего местного жителя Эльшана Махадинова.

    Об этом говорится в сообщении ширванской региональной группы пресс-службы МВД Азербайджана.

    В ходе осмотра указанной территории были обнаружены 32 куста конопли.

    По данному факту возбуждено уголовное дело, расследование продолжается.

  • Saatlıda narkotik əkib-becərən şəxs “iş başında” saxlandı

    Saatlı rayonunda narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinə Orta Muğan kəndi ərazisində yerləşən çöllük sahədə narkotik tərkibli çətənə kollarının əkildiyi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal həmin ərazi əməliyyat nəzarətinə götürülüb.

    Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan həmin kənd sakini, 34 yaşlı Elşən Maxadinov “iş başında” saxlanılıb.

    Həmin əraziyə keçirdikləri baxış zamanı isə oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 32 ədəd çətənə bitkisi aşkar edilib.

    Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Стали известны подробности ужасного убийства в Бардинском районе

    В прокуратуру Бардинского района поступила информация о том, что 28 августа, около 20:00, в трансформаторе обнаружено тело жителя села Хаджаллы Сахавета Назарова (1988 г.р.).

    Об этом сообщили в надзорном органе.

    В результате проведенных оперативно-разыскных мероприятий выяснилось, что брат С.Назарова, Инаят Назаров (1984 г.р.), со своим знакомым Шахрияром Мамтиевым (1988 г.р.) нанесли ему телесные повреждения различной степени тяжести, а затем поместили в трансформатор, совершив тем самым умышленное убийство.

    По данному факту в районной прокуратуре возбуждено уголовное дело по статье 120.2.1 (умышленное убийство, совершенное группой лиц по предварительному сговору) Уголовного кодекса АР.

  • Bərdədəki dəhşətli qətlin TƏFƏRRÜATI

    Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bərdə rayon prokurorluğundan verilən məlumata görə, həyata keçirilən kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü İnayət Nəzərov tanışı, 1988-ci il təvəllüdlü Şəhriyar Məmtiyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kənd ərazisindəki subartezian quyusunun yanında Səxavət Nəzərova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, daha sonra sonuncunun ölmədiyini görüb onu transformatorun içərisinə salaraq qəsdən öldürüblər.

    Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

  • В Баку двухлетний ребенок получил тяжелые травмы в результате несчастного случая

    В Бинагадинском районе Баку Адиль Алиев (2019 г.р.) из-за невнимательности родителей упал со второго этажа дома и получил травмы, передает Report.

    Мальчик был госпитализирован. При обследовании врачи диагностировали у него закрытую черепно-мозговую травму и ушиб головного мозга.

    По данному факту проводится расследование.

  • Bakıda 2 yaşlı körpə ağır xəsarət aldı

    Bakıda körpə ağır xəsarət alıb.

    “Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. 2019-cu il təvəllüdlü Əliyev Adil Tərlan oğlu ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Токио-2020: Азербайджанский паралимпийский чемпион остался без медали

    Еще три азербайджанских спортсмена выступили сегодня на летних Паралимпийских играх в Токио.

    Кямиль Алиев стал пятым в соревнованиях по прыжкам в длину (категория Т12) с результатом 6,89 метра.

    Знаменосец сборной Олохан Мусаев (категория F55) выступил в соревнованиях по метанию диска (F55). Победитель Паралимпийских игр 2008 года в Пекине стал седьмым с результатом 37,92 метра. Ранее О.Мусаев стал пятым в соревновании по толканию ядра (11,89 метра).

    В состязаниях по пауэрлифтингу представитель сборной Азербайджана Эльшан Гусейнов занял восьмое место в весовой категории 107 кг.

    Отметим, сегодня в 13:30 по бакинскому времени за медаль поборется еще один азербайджанский пауэрлифтер в супер тяжелом весе Шамо Асланов (+107 кг).

  • Paralimpiya çempionumuz medalsız qaldı

    Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın daha üç idmançısı mübarizə aparıb.

    Kamil Əliyev atletikanın uzunluğa tullanma növündə (T12 kateqoriyası) 6.89 metr nəticə göstərərək beşinci olub.

    Atletikanın diskatma növündə isə bayraqdarımız Oloxan Musayev (F55 kateqoriyası) mübarizə aparıb. 2008-ci il Pekin Paralimpiya Oyunlarının qalibi bu dəfə də uğursuz olub. O, diski yalnız 37.92 metr uzaqlığa tullaya bildiyindən, yeddinci olub. Xatırladaq ki, 42 yaşlı Oloxan üç gün əvvəl nüvə itələmə yarışında da çıxış etmiş və 11.89 metr nəticə ilə yalnız beşinci olmağı bacarmışdı.

    Pauerliftinqdə Elşən Hüseynov 107 kq çəki dərəcəsində çıxış edib. O, səkkizinci yeri tutub.

    Qeyd edək ki, bu gün daha bir pauerliftinqçimiz – ən ağır çəkili Şamo Aslanov (+107 kq) mübarizə aparacaq. İdmançımız Bakı vaxtı ilə saat 13:30-dan etibarən mübarizəyə qoşulacaq.

    Xatırladaq ki, bu gün Səid Nəcəfzadə atletikanın uzunluğa tullanma növündə (T12 kateqoriyası) 7.03 metr nəticə göstərərək bürünc medal qazanıb.

  • Kamçatkada vulkan püskürüb – VİDEO

    Rusiyanın Kamçatka bölgəsində Şiveluç vulkanı aktivləşib.

    Müvafiq video sosial şəbəkələrdə yayılıb.

    Vulkandan çıxan kül dumanının 3 min metr yüksəkliyə qalxdığı bildirilib.

    Şiveluçun başlıca təhlükəsi onun yaşayış məntəqələri yaxınlığında yerləşməsidir.

  • Norveçdə Rusiyaya qarşı hansı hərəkəti etmək olmaz?

    Norveçdə qəribə qadağa tətbiq olunub.

    Ölkənin Rusiya ilə sərhədindəki Yakobselv çayı sahilində qarşı tərəf istiqamətində kiçik ehtiyacını ödəmək qadağan edilib.

    Tualet qadağasını pozanların 3000 kron (586 azn) cərimələnəcəyi bildirilib.

    Qeyd olunub ki, norveçli turistlər ara-sıra çay kənarına gələrək Rusiya sahili istiqamətində təhqiredici hərəkətlər edirlər. Onlar gah Rusiyaya daş atır, gah da digər davranışlara yol verirlər.

    Mənbə: “Barents Observer”