Month: August 2021

  • Yardımlı sakini beş kiloqramdan artıq “patı” və tiryəklə saxlanıldı

    Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri ilə beş kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

    DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Zevin kənd sakini Ramil Beybudov saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı 3 kiloqrama yaxın narkotik vasitə tiryək, iki kiloqram 83 qram “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin və 48 ədəd narkotik tərkibli metadon həbləri aşkarlanaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, R.Beybudov narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş.

    Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırır

    AZAL sərnişinləri hava nəqliyyatı ilə sərnişin daşımalarının müvəqqəti qaydaları barədə məlumatla və qaydalara edilən dəyişikliklərlə diqqətlə tanış olmağa çağırır.

    Daşıma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus pandemiyası (COVID-19) dövründə Azərbaycanda hava nəqliyyatı ilə uçuşların və sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar” haqqında sənədində təqdim olunur.

    Məhdudlaşdırıcı tədbirlər şəraitində uçuşu əminliklə planlaşdırmaq üçün bütün sərnişinlərə səfərdən əvvəl təyinat ölkəsinə daxil olma qaydaları və tələblərini ətraflı öyrənmək tövsiyə olunur.

    Koronavirus infeksiyasının yayılması səbəbindən yaranan vəziyyətlə əlaqədar bir çox ölkələrdə səyahətçilər üçün karantin məhdudiyyətlərinin tətbiqi davam edir. Azərbaycana gələn sərnişinlər ölkəyə giriş qaydaları ilə aviaşirkətin rəsmi saytında tanış ola bilərlər:

    https://www.azal.az/az/information/covid-azerbaijan

    Xaricdən ölkəyə qayıtdıqda, uçuşdan əvvəl 72 saat ərzində keçirilmiş PCR testinin nəticələri, sərnişində COVID-19 pasportunun (COVID-19-dan tam peyvənd olunduğunu və ya COVID-19-dan sağaldıqdan sonra immunitetin mövcudluğunu təsdiq edən sənəd) olub-olmamasından asılı olmayaraq, tələb olunur. 1 yaşa qədər uşaqlara COVID-19 üçün PCR testinin mənfi nəticəsini təsdiq edən sənəd tələb olunmur. AZAL həmçinin bütün sərnişinlərə pandemiya ilə əlaqədar tətbiq olunan bütün rəsmiləşdirmə prosedurlarından əvvəlcədən keçmələri üçün uçuşdan üç saat əvvəl hava limanına gəlmələrini tövsiyə edir.

  • Обвиняемый в избиении полицейского депутат принес извинения в Милли Меджлисе

    Сегодня состоялось заседание дисциплинарной комиссии Милли Меджлиса Азербайджана, на котором было рассмотрено представление генерального прокурора Кямрана Алиева о лишении депутата Эльданиза Салимова неприкосновенности, передает modern.az.

    Парламентарий, обвиняемый в избиении сотрудника полиции, лично принял участие в заседании. Он принес своим коллегам извинения, сказав, что признал свою ошибку и сожалеет о произошедшем.

    Отметим, что после обсуждений дисциплинарная комиссия приняла представление о лишении Э.Салимова депутатской неприкосновенности. Вопрос был рекомендован к обсуждению на пленарном заседании парламента.

    Отметим, что в Генпрокуратуре проведено расследование по материалам, поступившим из МВД в связи с применением силы депутатом Э.Салимовым в отношении находящегося при исполнении служебных обязанностей сотрудника полиции 29 июля в ресторане “Старый двор” в Хачмазе.

    На основании собранных материалов было возбуждено уголовное дело по статье 309.2 (превышение должностных полномочий) УК АР. Оно поручено Следственному управлению Генпрокуратуры.

  • Polisi döyən deputat Milli Məclisdə ÜZR İSTƏDİ

    Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. İclasda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına baxılıb.

    Modern.az-ın məlumatına görə, polis əməkdaşını döyməkdə ittiham olunan deputat Eldəniz Səlimovun özü də iclasda iştirak edib. O, səhvini etiraf edərək, deputat həmkarlarından üzr istəyib. Belə bir hadisənin baş verməsinə görə, təəssüfləndiyini söyləyib.

    Qeyd edək ki, müzakirələrdən sonra İntizam komissiyası deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv olunması ilə bağlı təqdimatı qəbul edib. Məsələ baxılması üçün parlamentin plenar iclasına tövsiyə olunub.

    Xatırladaq ki, iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

    Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

  • Прогноз погоды в Азербайджане на 3 августа

    3 августа в Баку и на Абшеронском полуострове прогнозируется погода без осадков, северный ветер днем сменится южным.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха на Абшероне составит ночью 22-25, днем – 33-38, в столице ночью – 23-25, днем – 36-38 градусов тепла.

    Атмосферное давление составит 758 мм ртутного столба, что ниже нормы, относительная влажность воздуха ночью – 65-75%, днем – 25-30%.

    Температура морской воды на пляжах в Сумгайыте и бакинских поселках Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба составит 25-26, Тюркан, Говсан, Сахиль, Шых – 26-27 градусов выше нуля.

    Завтра в некоторых горных районах Азербайджана ожидаются грозы, непродолжительные дожди, на остальной территории страны – погода без осадков, местами туман, восточный ветер.

    Температура воздуха ночью – 21-26, днем – 34-39, в горах ночью – 14-18, днем – 22-27 градусов тепла.

    Согласно медико-метеорологическому прогнозу, 3 августа на Абшеронском полуострове ожидаются слабые колебания метеорологических факторов, что в основном благоприятно для метеочувствительных людей.

  • Bakıda 38 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında avqustun 3-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 22-25°, gündüz 33-38° isti olacaq. Bakıda gecə 23-25°, gündüz 36-38° isti olacaq.

    Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75%, gündüz 25-30% olacaq.

    Abşeron çimərliklərində şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 21-26°, gündüz 34-39°, dağlarda gecə 14-18°, gündüz 22-27° isti olacaq.

  • DYP-dən sürücülərə MÜRACİƏT

    Baş Dövlət Yol Polisi İdarəsi (DYP) yol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlı sürücülərə müraciət edib.

    Müraciətdə deyilir:

    “Müşahidələrimiz göstərir ki, bir çox hallarda sürücülər tərəfindən, xüsusən də respublika əhəmiyyətli avtomobil yollarında qarşıda hərəkətdə olan avtomobillə düzgün ara məsafəsi saxlanılmır və nəqliyyat vasitələrinin yolların hərəkət hissəsində yerləşdirilməsi tələblərinə riayət edilmir.

    “Yol hərəkəti haqqında” qanununun tələblərinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq ara məsafəsini elə seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Bu məsələdə nəqliyyat vasitəsinin markası, modeli, digər texniki xüsusiyyətləri mühüm əhəmiyyət kəsb edir və nəzərə alınmalıdır ki, köhnə avtomobillə müasir avtomobilin tormoz məsafəsi eyni deyil. Ona görə də avtomobilin texniki parametrlərinə, yol şəraitinə və əsasən də sürət rejiminə uyğun qabaqda gedən nəqliyyat vasitəsi ilə ara məsafəsi saxlanılmalıdır, yəni sürət həddi artdıqca ara məsafəsi də çoxalmalıdır.

    Yol şəraitinə uyğun müəyyən olunmuş sürət həddini isə heç bir halda aşmaq olmaz, çünki sürət yüksək olduqda sürücü qarşısına çıxan maneəni vaxtında dəf edə bilmir və qəza qaçılmaz olur.

    Bununla yanaşı, avtomobil yollarında sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət etmək qadağandır, xüsusilə də texniki imkanları zəif olan, asta gedən nəqliyyat vasitələri çox zolaqlı yollarda sağ zolaqla idarə olunmalıdır.

    Təsadüfi deyil ki, son vaxtlar nəqliyyat vasitələrinin arxadan toqquşması halları çoxalıb və bu da ara məsafəsinin düzgün seçilməməsi ilə bağlıdır. Burada həmçinin sürücü diqqətsizliyi vacib rol oynayır və isti hava şəraitinin də sürücülərin əhvalına müəyyən təsirləri olduğunu nəzərə alaraq yuxulu, yorğun və əzgin halda sükan arxasına əyləşməməyi tövsiyə edirik”.

  • На дороге Баку-Газах машина сбила женщину

    На участке автомобильной дороги Баку-Газах, проходящем по территории Геранбойского района, произошло ДТП со смертельным исходом, передает Report.

    Переходившую дорогу Улькер Алиеву (1958 г.р.) сбил Nissan.

    Пешеход скончался на месте от полученных травм.

    По данному факту проводится расследование.

  • Bakı-Qazax yolunda faciəvi ölüm: Qadını maşın vurdu

    Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report”un məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 1958-ci il təvəllüdlü Ülkər Yusif qızı Əliyeva “Nissan” markalı avtomobil vurub.

    Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Таги Ахмедов отреагировал на сообщения о госпитализации – ОБНОВЛЕНО

    Экс-начальник Бакинского метрополитена Таги Ахмедов отреагировал на информацию о собственной госпитализации в клинику Службы государственной безопасности (СГБ).

    “Я сейчас на работе. У меня нет никаких жалоб на здоровье”, – заявил он modern.az.

    Также Т.Ахмедов обвинил СМИ в их стремлении из всего сделать сенсацию.

    * * * * *

    Бывший начальник ЗАО “Бакинский метрополитен” Таги Ахмедов помещен в госпиталь Службы государственной безопасности (СГБ).

    Сегодня утром у Т.Ахмедова возникли серьезные проблемы с сердцем, сообщает аxar.az. В кардиологическом отделении госпиталя началось его обследование.

    Отметим, что Т.Ахмедов (1948 г.р.), был освобожден от должности главы ЗАО в 2014 году.