Month: August 2021

  • Şabran sakininin üzərindən heroin, evindən isə silah tapıldı

    Şabran Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Şabran rayon sakini Bahəddin Məcidov saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və tərkibində narkotik maddələr olan marixuana aşkar edilərək götürülmüşdür.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Məcidovun evinə baxış zamanı 1 ədəd bıçaq, sandıqçası ilə birlikdə qaz tapançası və dipçəkdə əkilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür.

    Faktla bağlı istintaq aparılır.

  • Füzulidə 4 erməni hərbçinin meyiti aşkarlanıb

    Azərbaycanın Füzuli rayonu ərazisində Ermənistan ordusunun 4 hərbçisinin meyiti tapılıb.

    Məlumatı “Aysor” yayıb.

    Onların kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək.

    Məlumata görə, Azərbaycanın işaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 623 nəfərin meyiti aşkarlanaraq Ermənistana təxliyə edilib.

    Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən məhv ediliblər.

  • Yardımlıda meşə yanır

    1 avqust tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yardımlı rayonu, Honuba kəndi yaxınlığında (mürəkkəb relyefli dağlıq ərazi) meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

    İlkin məlumata əsasən, təxminən 15 ha sahədə xəzəl, kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanır.

    Əlavə məlumat veriləcək.

  • Türkiyədəki turistlərin maddi zərəri necə qarşılanacaq? – AÇIQLAMA

    Bir neçə gündür Türkiyədə davam edən meşə yanğınları turizm bölgələrinə ciddi ziyan vurub.

    Bodrum, Marmaris kimi məşhur kurort zonalarında istirahət edən turistlərin xeyli hissəsi başqa otellərə təxliyyə edilib. Həmin ərazilərdə istirahət üçün əvvəldən yer bron edənlər isə tərəddüd içərisində qalıblar. Bu zaman belə bir sual yaranır? İstirahətə gedib, lakin başqa mənzərə ilə qarşılaşan turistlərə dəyən zərər necə qarşılanacaq?

    Bu haqda BAKU.WS-ə müsahibə verən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) ekspertlər şurasının sədri Göydəniz Qəhrəmanov bu zərərin turistlərin istəyinə uyğun olaraq məlum ərazilərdə yerləşən otellərdən başqa mehmanxanalara köçürülməklə kompensasiya edildiyini bildirib:

    “Biz hər gün həmin tur-operatorlarla əlaqə saxlayırıq. Son məlumatlara görə, hər hansı bir tur biletinin qaytarılması prosesi baş verməyib. Yanmış ərazilərə çox yaxın yerlərdə olan turistlər tur-operatorlara müraciət edərək ya səfərlərinin vaxtını, ya da otellərini dəyişiblər. Operatorlar isə onlara lazım olan bütün dəstəyi göstərirlər. Nəticədə turistlər bu səfəri qaldıqları yerdən həyata keçirməyə davam edirlər. Hazırda oradakı turistlərin qlobal problemlə üzləşməsi an məsələsi belə deyil.

    Biz Bodrumda yanğın olan ərazilərə yaxın 5 ulduzlu otellərlə, hətta turistlərlə də əlaqə saxladıq. Məlum oldu ki, həmin otellərdəki insanlar oradan evakuasiya olunaraq başqa otellərə köçürülüblər. Yanğın söndürüldükdən sonra isə yenidən onlar öz otellərinə qaytarılıblar. Çünki qlobal olaraq otellərə ziyan dəyməyib. Onların yanında olan meşələrə ziyan dəyib. Buna görə də biz oradakı turistlərlə də əlaqə saxladıq. Onlar əvvəl qaldıqları otelə qayıtdıqlarını və istirahətləri bitmədən ölkələrinə qayıtmaq fikirləri olmadığını bildiriblər. Düzdür, elə turistlər də var ki, o ərazilərdə tüstü çox olduğundan onlara müəyyən köməkliklər də göstərilib”.

    Ekspert onu da bildirib ki, hər hansı bir turist xaricə səfər etmək üçün əvvəldən yer bron edirsə və həmin yerdə hər hansı bir təbii fəlakət baş verərsə, ya tur-operator onu istəyi ilə başqa otelə transfer edir, ya da turistin turizm şirkətinə ödədiyi ödəniş geri qaytarılır.

  • Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 844 vaksin vurulub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Qeyd edilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 195 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 041 622, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 924 126, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 117 496 təşkil edir.

  • В Азербайджане за минувшие сутки выявлен 431 новый случай инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлен 431 новый случай инфицирования коронавирусом, 139 человек вылечились и были выписаны домой.

    Об этом 2 августа сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще три пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразился 344 951 человек, 5 030 – скончались, 333 267 – вылечились, 6 654 – находятся в активной фазе лечения в больницах особого типа.

    В республике проведены 4 049 978 тестов на COVID-19 (за последние 24 часа – 6 238).

  • Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı: Üç nəfər öldü – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 3 nəfər ölüb.

    İndiyədək ölkədə ümumilikdə 344 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 267 nəfər müalicə olunaraq sağalıb, 5030 nəfər vəfat edib, aktiv xəstə sayı 6654 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6238, ötən müddət ərzində isə ümumilikdə 4 049 978 test aparılıb.

    Qeyd edək ki, Azərbaycanda dünən koronavirusa 671 yoluxma faktı qeydə alınmışdı.

  • Nikol Paşinyan Ermənistanın Baş naziri təyin olundu

    Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın Baş nazir təyin edilməsi barədə fərman imzalayıb.

    Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

    Xatırladaq ki, daha əvvəl parlament üzvlərinin əksəriyyəti Nikol Paşinyanın baş nazir postuna namizədliyini irəli sürmüşdü.

  • Ильхам Алиев распорядился выделить 2,2 млн манатов на строительство автодороги в Агстафинском районе

    Президент Азербайджана Ильхам Алиев 2 августа подписал распоряжение о мерах по строительству автомобильной дороги Беюк Кесик – Аггель в Агстафинском районе.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, на строительство трассы, соединяющей два населенных пункта с численностью населения 2 000 человек, из средств, указанных в подпункте 1.1.14 “Распределения средств, предусмотренных в госбюджете АР на 2021 год для государственных капиталовложений (инвестиционных расходов)”, Государственному агентству автомобильных дорог выделяется 2,2 млн манатов.

  • Prezident yol tikintisinə 2,2 milyon manat ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Ağstafa rayonunun Böyük Kəsik-Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Böyük Kəsik-Ağgöl avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,2 milyon (iki milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.