Month: August 2021

  • Bakı Baş Gömrük İdarəsindən əməliyyat: Saxlanılan var

    Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.

    Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız məhsulların naməlum şəxslər tərəfindən toplanılaraq saxlanılması və ayrı-ayrı şəxslərə satışının təşkil olunması barədə əməliyyat məlumatı daxil olub.

    Həmin məlumat əsasında gömrükçülərin keçirdiyi əməliyyat nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Bakı şəhərinin Nəsimi rayonu ərazisində qutularda olan naməlum predmetləri öz avtomobilinə yığarkən saxlanılıb.

    Saxlanılan şəxs Bakı Baş Gömrük İdarəsinə gətirilib və onun avtomobilinə baxış keçirilib.

    Baxış zamanı avtomobilin yük yerindəki qutularda Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 60 000 ədəd “Marlboro” adlı siqaret aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Balaxanı Sənaye Parkında 800-ə yaxın daimi iş yeri yaradılıb

    Balaxanı Sənaye Parkında sayca 23-cü rezident – “Zəfər işığı” MMC qeydiyyata alınıb.

    İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, “Zəfər işığı” MMC il ərzində 5,4 milyon ədəd led lampaların istehsalını nəzərdə tutur.

    Layihənin ümumi investisiya dəyəri 1 milyon manata yaxındır. 1000 kubmetr istehsalat sahəsinə malik olan müəssisədə 20 daimi iş yeri yaradılacaq.

    Qeyd edilib ki, Balaxanı Sənaye Parkının 23 rezidentindən 16-sı artıq fəaliyyət göstərir və 800-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkının fəaliyyətində əsas məqsəd kiçik və orta sahibkarlara əlverişli biznes mühitinin yaradılması ilə yanaşı, məhsulların təkrar istifadəsi, emalı və resirkulasiyasına təkan verməkdir.

  • Zərdabda ruhi xəstə intihar etdi

    Zərdab rayon sakini 1965-ci il təvəllüdlü Babayev Valeh yaşadığı evdə intihar edib.

    “Report” xəbər verir ki, hadisə rayonun Həsən bəy Zərdabi küçəsində qeydə alınıb.

    Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

    Özünə qəsd edən şəxsin ruhi xəstə olduğu bildirilir.

    Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Президент распорядился выделить Госагентству 7,4 млн манатов

    Президент Азербайджана Ильхам Алиев 27 августа подписал распоряжение о дополнительных мерах по продолжению работ по реконструкции автомобильных дорог на территории Сабунчинского района города Баку.

    Текст документа опубликован на сайте president.az.

    Согласно распоряжению, в целях продолжения работ по реконструкции автомобильных дорог на территории поселков Бакиханов, Бильгя и Рамана Сабунчинского района города Баку, из суммы, указанной в подпункте 1.1.14 “Распределения средств, предусмотренных в госбюджете АР на 2021 год для государственных капиталовложений (инвестиционных расходов)”, Государственному агентству автомобильных дорог выделяется 7 400 000 манатов.

  • Prezident Dövlət Agentliyinə 7,4 milyon manat ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Bununla bağlı Prezident.az məlumat yayıb.

    Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov, Bilgəh və Ramana qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 7,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • В общественных местах выявлены больные коронавирусом

    Сотрудники полиции за минувшие сутки выявили в общественных местах 11 больных коронавирусом, нарушивших правила карантинного режима, сообщает пресс-служба МВД Азербайджана.

    Нарушители были возвращены домой.

    В отношении четырех человек возбуждены уголовные дела по статье 139-1.1 (нарушение противоэпидемического и карантинного режимов) УК АР.

    Расследование продолжается.

  • Koronavirus xəstələri ictimai yerlərdə aşkarlandı

    Avqustun 26-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

    Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə dörd nəfər barəsində cinayət işi başlanılıb.

    İstintaq araşdırmaları davam etdirilir.

  • Власти Италии объявили режим ЧС в южных областях из-за лесных пожаров

    Итальянские власти ввели режим ЧС в связи с лесными пожарами, от которых пострадали южные области. Об этом сообщил правительственный дворец Киджи, пишет ТАСС.

    “Совет министров по предложению председателя Марио Драги принял решение объявить режим ЧС сроком на шесть месяцев в связи с распространением с конца июля лесных пожаров в областях Калабрия, Молизе, Сардиния и Сицилия”, – указывается в документе.

    Кроме того, отмечается, что режим ЧС на полгода вводится также в трех провинциях Ломбардии из-за “метеорологических явлений, произошедших в период с 3 июля по 8 августа 2021 года”. Речь идет о Комо, Сондрио и Варезе.

    Ранее ассоциация итальянских сельхозпроизводителей Coldiretti сообщила, что в Италии с начала 2021 года произошло более 1 200 экстремальных погодных и природных явлений, что на 56% больше по сравнению с аналогичным периодом прошлого года. Сильные ливни на севере Италии не раз приводили к оползням, разливу рек и затоплению полей, сильный ветер валил деревья.

    В августе в Италии на фоне аномально высоких температур ухудшилась ситуация с лесными пожарами. На Апеннинах были выявлены десятки локальных очагов возгорания, преимущественно в южных областях: в Апулии, Калабрии, на Сицилии, а также на Сардинии. Жертвами лесных пожаров стали по меньшей мере пять человек. До сих пор сообщалось об уничтожении огнем почти 103 га в Италии, которая по площадям лесных пожаров в Европе уступает только Греции.

  • İtaliyada yarım il müddətinə fövqəladə rejim tətbiq olundu

    İtaliya hökuməti ölkənin cənub bölgələrinə təsir edən meşə yanğınları ilə əlaqədar fövqəladə rejim tətbiq edib.

    Bu barədə TASS məlumat yayıb.

    “Nazirlər Şurası sədr Mario Draqinin təklifi ilə iyul ayının sonundan Kalabria, Molise, Sardiniya və Siciliya bölgələrində meşə yanğınlarının yayılması ilə əlaqədar olaraq altı ay müddətinə fövqəladə rejim elan etmək qərarına gəlib”, – deyə sənəddə bildirilir.

    Əlavə olaraq, “2021-ci il 3 iyul-8 avqust tarixləri arasında meydana gələn meteoroloji hadisələr” səbəbiylə Lombardiyanın üç əyalətində də altı aylıq fövqəladə rejimin tətbiq edildiyi qeyd olunur. Söhbət Komo, Sondrio və Varesedən gedir.

  • Ильхам Алиев наградил Акифа Гумбатова – РАСПОРЯЖЕНИЕ

    Президент Азербайджана Ильхам Алиев 27 августа подписал распоряжение о награждении Акифа Гумбат оглу Гумбатова орденом “За заслуги перед Отечеством” 3-й степени за эффективную деятельность на государственной службе в АР.

    Об этом сообщил АЗЕРТАДЖ.