Month: August 2021

  • Грузинскую делегацию проинформировали о проводимых в Карабахе работах

    Состоялась встреча между заместителем премьер-министра Азербайджана Али Ахмедовым и делегацией во главе с председателем Государственного агентства Грузии по религиозным вопросам Зазой Вашакмадзе.

    В ходе встречи Али Ахмедов подчеркнул исторические отношения дружбы и добрососедства между Азербайджаном и Грузией.

    Проинформировав в рамках встречи об актах вандализма, совершенных Арменией на азербайджанских землях за 30-летний период оккупации, заместитель премьер-министра отметил, что нанесен тяжелый удар по истории, культуре Азербайджана, ценностям, связанным с религиозными убеждениями народа. Рассказав гостю о восстановительных работах, проводимых Азербайджаном в Карабахе после 44-дневной Отечественной войны, Али Ахмедов отметил, что посол Грузии в Азербайджане Зураб Патарадзе во время визита на освобожденные от оккупации земли также стал свидетелем актов вандализма, совершенных армянами.

    Выразив признательность за искреннюю встречу, Заза Вашакмадзе коснулся важности развития культурных связей между двумя странами. Он подробно проинформировал о строящемся азербайджанском театре в Тбилиси, а также выразил глубокую признательность за строительство культурного центра в Гахском районе Азербайджана при финансовой поддержке Фонда Гейдара Алиева.

  • Gürcüstan nümayəndə heyətinə Qarabağda aparılan yenidənqurma işləri barədə məlumat verilib

    Baş nazirin müavini Əli Əhmədov ilə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

    Baş nazirin müavini Əli Əhmədov Azərbaycan və Gürcüstan arasındakı tarixi dostluq və mehriban qonşuluq münasibətlərinə diqqət çəkərək, iki xalqın və dövlətin biri-birinə dərin hörmət və ehtiramı barədə danışıb.

    Görüş çərçivəsində 30 illik işğal müddətində Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vandallıq aktları haqqında məlumat verən Baş nazirin müavini bildirib ki, Ermənistanın Azərbaycana təcavüzünün faciəli nəticələri təkcə ərazimizin iyirmi faizinin zəbt edilməsi, milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi ilə məhdudlaşmayıb, Azərbaycan tarixinə, mədəniyyətinə, xalqın dini əqidəsi ilə bağlı dəyərlərə də ağır zərbələr vurulub. 44 günlük Vətən müharibəsinin ardından dövlətimizin Qarabağda apardığı yenidənqurma və bərpa işləri barədə qonağa ətraflı məlumat verən Əli Əhmədov diplomatik korpusun tərkibində Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzenin də işğaldan azad olunan torpaqlarımıza səfəri zamanı ermənilərin törətdikləri vandallıq aktlarının şahidi olduğunu qeyd edib.

    Səmimi görüşə görə təşəkkürünü bildirən Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze iki ölkə arasındakı mədəni əlaqələrin inkişafının əhəmiyyətinə toxunub. O, Gürcüstanın paytaxtı Tbilisi şəhərində tikilməkdə olan Azərbaycan teatrı barədə ətraflı məlumat verib, eyni zamanda Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın Qax rayonunda mədəniyyət mərkəzinin inşasına görə dərin təşəkkürünü bildirib.

  • Azərbaycan sülhməramlısı: “Əfqanıstanda qarşımıza qoyulan tapşırığı layiqincə yerinə yetirdik”

    “Əfqanıstanda qarşımıza qoyulan tapşırığı layiqincə yerinə yetirdik”.

    Bunu “Report”a açıqlamasında Əfqanıstandan Vətənə qayıdan Azərbaycan sülhməramlısı Paşayev Seymur Sulduz oğlu deyib.

    “Biz hava limanında mülki şəxslərin təxliyəsini təşkil və təmin edirdik. Hər zaman bizim qarşımızda qoyulan tapşırıqları layiqincə yerinə yetirməyə hazırıq. Biz bayrağımızı daim dalğalandırmaqla və dövlətimizi təmsil etməklə qürur duyuruq. Qürur duyuram ki, Azərbaycan Ordusunda xidmət edirəm. Bizim missiyamız Kabil Beynəlxalq Hava Limanının mühafizəsini təmin etmək idi. Biz Əfqanıstanda türkiyəli qardaşlarımızla çiyin-çiyinə xidmət aparırdıq”, – o əlavə edib.

  • Ronaldu şəxsi təyyarəsi ilə Turindən ayrılıb

    Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu İtaliyanın “Yuventus” klubundan ayrılmağa çox yaxındır.

    Junalist Nikola Skira 36 yaşlı hücumçunun şəxsi təyyarəsi ilə Turini tərk etdiyini bildirib.

    Onun İngiltərənin “Mançester Siti” və “Mançester Yunayted” klublarından birinə keçəcəyi gözlənilir. Daha əvvəl “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Ronaldunun komandadan ayrılmaq istədiyini açıqlayıb.

    Qeyd edək ki, Kriştianu Ronaldu ötən mövsüm “Yuventus”un heyətində 44 oyun keçirib, 36 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Hücumçu 2018-ci ilin iyulunda İspaniya “Real Madrid”indən 117 milyon avroya transfer olunub.

  • Rusiyanın “Su-24” bombardmançısı qəzaya uğradı

    Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Su-24” bombardmançı təyyarəsi təmir müəssisəsinə uçarkən qəzaya uğrayıb.

    Hadisə Perm şəhəri yaxınlığında baş verib.

    Pilotların təyyarəni vaxtında tərk etdiyi bildirilib. Hazırda onların təxliyəsi üçün qəza bölgəsinə helikopter göndərilib.

    Təyyarənin meşə sahəsinə düşdüyü, qəza bölgəsində hər hansı bir dağıntı və təlafatın olmadığı qeyd edilib.

  • TƏBİB rəsmisindən “CoronaVAC”la bağlı AÇIQLAMA

    “Pandemiyanın dayanması üçün, peyvəndlənmədən başqa yolumuz yoxdur”.

    Bu sözləri TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitunda elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib. O bildirib ki, hər kəs bunu bilməli və başa düşməlidir:

    “Qorunma tədbirləri lazımlı olsa da müvəqqətidir. Bizim orqanizmdə immunitet yaranmasa, insanların təqribən 70-80 faizi peyvəndlənməsə, pandemiya davam edəcək. Bu isə bizə bir çox maneələr yaratmaqla yanaşı, ciddi fəsadların baş verməsinə səbəb olacaq”.

    Direktor müavini hazırda effektlivliyinin zəif olması barədə iddialar səsləndirilən Çinin “Sinovac” şirkətinə məxsus olan “CoronaVAC” peyvəndi ilə bağlı da fikirlərini bölüşüb:

    “Bu, sınanmış üsullarla hazırlanan klassik peyvənddir. Tərkibində öldürücü virus var və minimal yan təsirlərə malikdir. “CoronaVAC” ancaq bədəndə immunitet yaradır. Bu peyvəndi vurduranlar ya xəstəliyi keçirmir, ya da yüngül keçirirlər. Onun təsiri super effektli olmasa da, kifayət qədərdir.

    Türkiyədə “CoronaVAC”ın sınaqları baş tutub. Nəticələrə görə, peyvənd növü 92 faiz effektli olub. Ola bilər ki, digər peyvəndlərdə effektlilik faizi bir neçə faiz yüksək olsun, ancaq burada məsələni bir-iki faiz yüksəklik həll etmir”.

    A.Qurbanov qeyd edib ki, Azərbaycanda istifadə olunan peyvənd növlərinin hər birinin effektivliyi sübut olunub:

    “Vurğulayım ki, statistik məlumatlara görə, ölkədə koronavirusdan ölən və reanimasiyaya düşənlərin əksəriyyəti peyvənd olunmayanlardır. Ona görə də hər bir vətəndaşı peyvəndləmədə aktiv iştiraka səsləyirəm”.

    Mənbə: Lent.az

  • Мехрибан Алиева ответила на поздравления в свой адрес – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева сделала публикацию на своей странице в Instagram, в которой выразила благодарность всем поздравившим ее с Днем рождения.

    “Уважаемые сестры и братья!
    Дорогие друзья!

    От всей души благодарю вас за поздравления, теплые и добрые пожелания по случаю моего дня рождения. Мне очень дороги ваше внимание, забота и поддержка! Большое спасибо за вашу любовь, искренность, уважение и доверие. Спасибо каждому из вас за то, что дарите свое душевное тепло, которое я ощущаю и которое вдохновляет и всегда помогает мне! Прошу Всевышнего ниспослать каждому из вас крепкое здоровье, долгих лет жизни и счастье! Пусть Великий Аллах хранит азербайджанский народ и нашу любимую Родину.

    С любовью,
    Ваша MEHRİBAN”, – сказано в публикации.

  • Mehriban Əliyeva doğum gününü təbrik edənlərə təşəkkür edib – FOTO

    Birinci vitse-prezident Mehriban Əliyeva doğum günün təbrik edənlərə təşəkkür edib.

    O bu barədə öz “Instagram” profilində paylaşım edib.

    Paylaşımda deyilir:

    “Hörmətli bacılar və qardaşlar!

    Əziz dostlar!
    Ad günüm münasibətilə təbriklərə, gözəl və xoş arzulara görə sizə səmimi-qəlbdən təşəkkür edirəm. Sizin diqqətiniz, qayğı və dəstəyiniz mənim üçün çox dəyərlidir. Sevginizə, səmimiyyətinizə, hörmətinizə və inamınıza görə çox sağ olun. Dərindən hiss etdiyim, məni ilhamlandıran və hər zaman mənə kömək olan qəlblərinizin istisini mənə bəxş etdiyiniz üçün hər birinizə minnətdaram. Ulu Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm. Qoy Uca Allah Azərbaycan xalqını və bizim doğma Vətənimizi qorusun!”

  • СНБ Армении разыскивает напавших на азербайджанского пограничника армянских военнослужащих

    Пограничные войска Службы национальной безопасности (СНБ) Армении проводят оперативно-разыскные мероприятия для установления личности напавших на азербайджанского пограничника военнослужащих.

    Об этом пишут армянские СМИ.

    Согласно информации, Государственная пограничная служба Азербайджана передала армянской стороне информацию о нападении на один из ее погранпостов.

    Напомним, 25 августа примерно в 15:45, военнослужащий Отдельной пограничной дивизии “Губадлы” Руслан Нариман оглу Ширалиев подвергся нападению со стороны двух армянских военнослужащих. В результате завязавшегося рукопашного боя наш военнослужащий получил ранение штык-ножом в грудь. Увидев, что на помощь спешит наряд пограничников, армянские военные скрылись в лесу. Р.Ширалиев был незамедлительно госпитализирован, его жизнь вне опасности.

  • Ermənistanın xüsusi xidmət orqanları azərbaycanlı əsgərə hücum etmiş erməni hərbi qulluqçularını axtarır

    Ermənistan Milli təhlükəsizlik xidmətinin Sərhəd qoşunları Azərbaycan sərhədçisinə hücum edən hərbi qulluqçunun şəxsiyyətini müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    Məlumata görə, Azərbaycan Dövlət Sərhəd Xidməti sərhəd postlarından birinə hücumla bağlı Ermənistan tərəfinə məlumat verib.

    Xatırladaq ki, 25 avqust tarixində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusunun hücumuna məruz qalıb.

    S.Ruslan əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb.