Month: August 2021

  • Прогремел третий взрыв в Кабуле

    Еще один взрыв прогремел в столице Афганистана.

    Как передает Median.Az, об этом в четверг сообщает турецкий телеканал TRT.

    Отмечается, что взрыв был мощным. Другие подробности о месте взрыва или пострадавших пока не приводятся.

    При этом телеканал Al Arabiya сообщил, что еще два взрыва произошли в окрестностях афганской столицы.

  • Kabildə 3-cü partlayış baş verib

    Əfqanıstanın paytaxtı Kabildə növbəti partlayış baş verib.

    Median.Az xəbər verir ki, bu barədə Türkiyənin TRT telekanalı məlumat yayıb.

    Partlayışın güclü olduğu qeyd edilir. Partlayış yeri və qurbanları ilə bağlı digər təfərrüatlar hələ verilməyib.

    Xatırladaq ki, bu gün Kabil hava limanı yaxınlığında baş verən partlayışlar zamanı 15 nəfər ölüb, 70-ə yaxın insan yaralanıb.

  • Началась игра “Абердин” – “Карабах”

    В Шотландии в рамках этапа плей-офф Лиги конференций УЕФА стартовал ответный матч между “Абердином” и “Карабахом”.

    Как передает Report, игра началась в 22:45 по бакинскому времени на стадионе “Питтодри”. Встречу судит рефери Харальд Лехнер (Австрия).

    Отметим, что первая встреча между клубами завершился со счетом 1:0 в пользу агдамского клуба.

  • “Aberdin” – “Qarabağ” oyunu başlayıb

    Şotlandiyada “Aberdin” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

    “Report”un məlumatına görə,”Pittodri” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

    Görüşü avstriyalı Harald Lexnerin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

    Qeyd edək ki, Bakıdakı ilk matçda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0.

  • “Neftçi”nin baş məşqçisi azarkeşlərlə insidentə görə cəzalandırılıb

    israildə “Makkabi” (Hayfa) klubuna qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Neftçi”nin baş məşqçisi Samir Abasovla yerli azarkeşlər arasında insident baş verib.

    “Report”un İsrailə ezam olunmuş əməkdaşının məlumatına görə, bu səbəbdən matçın baş hakimi aleksandr Stavrev 43 yaşlı mütəxəssisə sarı vərəqə göstərib.

    “Ağ-qaralar”ın ehtiyat oyunçular skamyasında əyləşənlər azarkeşlərlə bağlı UEFA nümayəndəsinə şikayət ediblər.

    Hazırda ikinci hissə oynanılır və “Neftçi” 0:3 hesabı ilə uduzur.

    Qeyd edək ki, Samir Abasov daha əvvəl yunanıstanda “Olimpiakos”la Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda (0:1) analoji səbəbə görə cəzalanmışdı.

  • Sabah bu rayonda su kəsiləcək

    7 nömrəli Regional Sukanal İdarəsinin Göygöl Sukanal sahəsində Kürəkçay suqəbuledici mənbədə güclü yağışlar nəticəsində çayda bulanıqlıq yaranıb.

    “Azərsu” ASC-dən verilən məlumata görə, bu səbəbdən suyun təxliyəsinə başlanılıb.

    Yaranan vəziyyəti nəzərə alaraq, sabah Göygöl rayonunun bir hissəsində suyun verilməsi fasilələrlə həyata keçiriləcək.//milli.az

  • Almaniya Əfqanıstandan təxliyəni başa çatdırıb

    Almaniya Müdafiə Nazirliyi Bundesverin son təyyarəsinin Əfqanıstanın hava sahəsini tərk etdiyi barədə məlumat yayıb.

    “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hərbi təxliyə əməliyyatı başa çatıb.

    Nazirlik alman hərbçilərinin qorunmasının prioritet olduğunu, onların hamısının evlərinə qayıtdıqlarını bildirib.

  • Ötən mövsümün ən yaxşı futbolçuları və baş məşqçisinin adı açıqlandı

    UEFA Çempionlar Liqasında ötən mövsümün ən yaxşı futbolçularının adları açıqlanıb.

    Median.Az xəbər verir ki, ötən mövsümkü turnirin qalibi fransalı Eduard Mendi (“Çelsi”) ən yaxşı qapıçı seçilib.

    “Mançester Siti”nin portuqaliyalı müdafiəçisi Ruben Dias ən yaxşı arxa xətt oyunçusu, “Çelsi”dən Fransa millisinin üzvü Nqolo Kante ən yaxşı yarımmüdafiəçi, Dortmund “Borusiya”sından norveçli Erlinq Holan ən yaxşı hücumçu hesab edilib.

    “Çelsi”yə təyinatından cəmi dörd ay sonra kluba Çempionlar Liqası kubokunu qazandırmış almaniyalı məşqçi Tomas Tuxel ən yaxşı baş məşqçi seçilib. Bu komandanın futbolçusu, İtaliya ilə də Avropa çempionu olmuş Braziliya əsilli Jorjinyo isə mövsümün oyunçusu olub.//oxu.az

  • Bayden İsrail Baş naziri ilə görüşünü, Merkel isə İsrailə səfərini təxirə saldı

    Kabil hava limanı yaxınlığında baş vermiş terror aktından sonra ABŞ prezidenti Co Bayden ölkədə səfərdə olan İsrailin Baş naziri Naftali Bennetlə görüşünü təxirə salıb.

    Bu barədə “Axios” məlumat yayıb.

    Almaniya kansleri Angela Merkel isə Əfqanıstandakı vəziyyətlə əlaqədar avqustun 28-nə nəzərdə tutulmuş İsrailə səfərini ləğv edib.

    Kanslerin mətbuat xidmətindən yayılan məlumata görə, tərəflər səfərin bir qədər sonra baş tutacağı barədə razılığa gəliblər.

  • Baş Prokurorluqdan Bakıda öldürülüb daha sonra yandırılan şəxslə bağlı AÇIQLAMA

    Bakının Qaradağ rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

    Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, avqustun 22-si saat 21 radələrində rayonun Puta qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan naməlum insan meyitinin aşkar edilməsi barədə Qaradağ rayon prokurorluğuna məlumat daxil olub.

    Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilərək, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.

    Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində kəsici alətlə yetirilməyə xarakterik olan çoxsaylı xəsarətlər aşkar edilib.

    Aparılmış ilkin araşdırmalarla öldürülən şəxsin 27 yaşlı Nuriyev Əhəd İsmayıl oğlu olduğu müəyyən edilib.

    Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin avqustun 18-də səhər saat 5 radələrində 36 yaşlı Mirşahid Mehdiyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsi müəyyən edilib.

    Mirşahid Mehdiyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Qeyd edək ki, qətlə yetirilib daha sonra yandırıldığı deyiləm Ə.Nuriyevin cinsi azlıq nümayəndəsi olduğu bildirilir.