Month: August 2021

  • Qazaxıstanda silah-sursat anbarında baş verən partlayışdan sonra beş hərbçi həlak oldu

    Qazaxıstanda silah-sursat anbarında baş verən yanğın və partlayışların nəticələrini aradan qaldırarkən beş hərbçi həlak olub.

    “RİA Novosti” bu barədə ölkənin müdafiə naziri Nurlan Yermekbayevin açıqlamasına istinadla məlumat yayıb.

    Dünən axşam Jambılski vilayətində hərbi anbarda baş verən partlayışdan sonra 90 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Onların 12-si hərbçi olub.

    Son məlumatlara görə, 28 nəfərin xəstəxanada müalicəsi davam edir, onlardan 6-nın vəziyyəti ağırdır.

    Faktla bağlı cinayət işi başladılıb. Yanğın hələ də davam edir.

  • NASA Titanda həyat növünün axtarışını reallaşdıracaq

    NASA agentliyi Saturnun peyklərindən biri olan Titanın incələnməsi üzrə planlaşdırılan missiyanın ilkin məlumatlarını təqdim edib. Belə ki, NASA agentliyi 2030-cu illərin ortalarında Titana Dragonfly adlı eniş modulunu göndərməyi və onun sayəsində orqanik həyat növünün axtarılmasını planlaşdırır. Alimlərin əsas məqsədləri biokimyəvi nümunələrin tapılmasıdır. Məsələ burasındadır ki, Titanın atmosferi Yer kürəsinin atmosferinə bənzəyir və onun səthində böyük miqdarda maye mövcuddur. Bu özəlliklər isə onu bizim planetə maksimal dərəcədə oxşar hala gətirirlər. Buna baxmayaraq alimlər hələ də ordakı hava şəraiti və digər ətraf mühit göstəriciləri barəsində məlumatlara sahib deyillər.

    Lakin məlum olan faktlardan biri də odur ki, orda metan yağışları yağır. Alimlər öz növbələrində Saturnun peykində canlı orqanizmlərin aşkar edilməsinə ümid edirlər. Titan barəsində məlum olan faktların böyük hissəsi onun Saturn orbitindən müşahidəsi nəticəsində əldə olunub. Belə ki, Cassini adlı kosmik aparat artıq 13 ildir ki, Saturn ətrafında dövr edir. Bu isə öz növbəsində planet və onun peykləri barəsində maraqlı məlumatları verib. 2005-ci ildə Titanın müşahidəsi ilə Huygens aparatı məşğul olmuşdu. O, eniş üçün lazımi konstruksiyaya sahib olmadığından peykin yalnız atmosferində olmuşdu. Titan aşağı göstəricidə qravitasiya gücünə və daha sıx atmosferə sahib olduğu üçün onu uçuş aparatı vasitəsilə müşahidə etmək mümkün olacaq.

  • Türkiyədə universitetlərdə ənənəvi təhsil bərpa olunur

    Türkiyədə 2021-2022-ci tədris ilində universitetlərdə ənənəvi təhsilin bərpa olunur.

    Median.Az Trend-ə istinadən bildirir ki, 2020-2021-ci ildə Türkiyənin ali məktəblərində dərslər onlayn olaraq keçirilib.

  • Samir Abasov: “İlk dəqiqələrdən təhlükəni hiss etdik”

    “Oyunun ilk dəqiqələrindən təhlükəni hiss etdik”.

    Median.Az apasport.az-a istinadən bildirir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

    43 yaşlı mütəxəssis Konfrans Liqasının pley-off mərhələsinin “Makkabi” (Hayfa, İsrail) ilə cavab oyunundakı biabırçı məğlubiyyətə şərh verib: “Yusuf Lavalın yoxluğu özünü göstərir. Oyunçu çatışmazlığı özünü göstərir. Komandanın oyundan düşməsi təsir etdi. Üzücü olsa da bu da təcrübə olacaq”.

    Qeyd edək ki, Bakıda 3:3 hesablı heç-heçə edən “Neftçi” rəqib meydanında darmadağına üzülüb – 0:4.

  • Cəlilabadda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib

    Vətən müharibəsində şəhid olmuş baş leytenant İlqar Zeynalovun ad günü qeyd edilib.

    “Report”un Muğan bürosunun məlumatına görə, bu münasibətlə şəhidin məzarı ziyarət edilib. Məzarı üzərinə gül dəstələri qoyulub və ruhuna dualar oxunub.

    Anım tədbirində şəhidin yaxınları, rayon rəsmiləri və yerli sakinlər iştirak edib.

    Qeyd edək ki, şəhid baş leytenant İlqar Zeynalov 1989-ci ilin bu günü Cəlilabad rayonunun Zopun kəndində anadan olub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində hərbi təhsil alıb. Azərbaycan Ordusunun baş leytenantı olan İlqar Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharbəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

    İlqar Zeynalov oktyabrın 10-da Ağdərə istiqamətində qəhrəmancasına şəhid olub.

    Ali Baş Komandan Prezident İlham Əliyevin fərmanı ilə şəhid baş leytenant Zeynalov İlqar Natiq oğlu döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

    Şəhid ailəli idi, özündən sonra üç övladı qalıb.

  • “Bacardığınız qədər vaksin vurdurmayın” – AzTV-nin aparıcısı

    “Vaksinasiya olunmuş adam koronavirusa yoluxub və xəstəliyin ikinci həftəsini yaşayır. İkinci həftəsini də çox ağır keçirdir”.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Dövlət Televiziyasında “Ən doğrusu” verilişinin aparıcısı Aydan Axundzadə sosial şəbəkə hesabında yazıb. O, əlavə edib ki, məhz COVİD 19-a yoluxanların 90 faizi vaksinasiya olunan insanlardır:
    “Məsləhətim odur ki, bacardığınız qədər vaksin vurdurmayın”.

  • Kabildə partlayışda həlak olanların sayı 60-a çatıb

    Kabil hava limanı yaxınlığındakı partlayışlar nəticəsində 60-dan çox insan ölüb, 150 nəfər yaralanıb.

    “Report”un TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyindəki mənbə məlumat verib.

    Yayılan məlumatlara görə, qurbanların arasında həm Əfqanıstan, həm də ABŞ vətəndaşları var.

  • Россия обновила максимум по числу смертей от COVID-19 за сутки

    Число летальных исходов из-за коронавируса в России возросло за сутки на 820 против 809 днем ранее, до 179 243, сообщили журналистам в четверг в федеральном Оперативном штабе по борьбе с новым заболеванием, пишет ТАСС.

    Прирост стал максимальным с начала пандемии, предыдущий максимум – 819 смертей за день – был зарегистрирован 14 августа.

    Число подтвержденных случаев заражения коронавирусом возросло за сутки на 19 630, до 6 824 540.

    В настоящее время в России продолжают лечение 552 479 человек.

    Число вылечившихся после заражения коронавирусом возросло за сутки на 19 661, до 6 092 818.

  • Rusiya koronavirusdan ölüm rekordunu yenilədi

    Rusiyada koronavirusdan sutka ərzində rekord sayda 820 ölüm qeydə alınıb.

    TASS xəbər verir ki, bundan əvvəlki antirekord 14 avqustda olub. O zaman virusdan 819 nəfər ölmüşdü.

    Şərti olaraq ölüm nisbətinin 2,63 faiz artdığı bildirilir. Ölkədə koronavirusdan bu zamana qədər 179 243 nəfər ölüb.

    Qeyd edək ki, Rusiya 6 824 540 yoluxma ilə dövlətlər arasında dördüncüdür.

  • Ana-ata qızlarını öldürən hakimi bağışladı – “Heç bir şikayətimiz yoxdur”

    Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az-ın məlumatına görə, işə hakim Telman Hüseynovun sədrliyi ilə baxılıb.

    Jurnalistlər zala proses başladıqdan 40 dəqiqə sonra buraxılıb.

    Buna qədər prokuror ittiham aktını elan edib və Fəqan Əhmədov ifadə verib.

    Daha sonra şahidlər dindirilib. Mərhum Pərvanə Əhmədovanın atası Süleyman Quliyev ifadəsində bildirib ki, nikah dövründə qızı və kürəkəni arasında hər hansı problem olmayıb: “Fəqanla Pərvanə 2006-cı ildən evlidir. Bu hadisə bədbəxt hadisədir. Mən bir ata kimi Fəqanı bağışlayıram. Məhkəmədən xahiş edirəm ki, Fəqan Əhmədov bağışlansın. Həyat yoldaşım və mən yaşlı adamlarıq, səhhətimizdə də problemlər var. Biz üç uşağa baxacaq gücdə deyilik. Uşaqlara Fəqan daha yaxşı baxa bilər”.

    Daha sonra mərhumun anası Mətanət Quliyeva ifadə verib. O da qızının Fəqan Əhmədovla yaxşı münasibətləri olduğunu deyib: “Hadisədən bir az əvvəl, axşam saat 10-da qızımla danışdıq. Qızım mənimlə gülə-gülə danışdı. Bir az sonra hadisə baş verib. Fəqan mənə böyük oğul kimi olub. Heç vaxt ailələrində söz-söhbət, problem olmayıb. Onun bağışlanmasını xahiş edirəm. Heç kim istəməz ki, ailəsində belə bədbəxt hadisə baş versin. Mən onu bağışlayıram, günahsız olduğunu bilirəm”.

    Fəqan Əhmədovanın anası Səmayə Əhmədova da məhkəmədə dindirilib. S.Əhmədova deyib ki, gəlini həyalı, abırlı xanım olub: “Pərvanə mənə gəlin yox, qızım kimi olub. 4 ilə yaxın bir evdə yaşamışıq. Aramızda heç bir problem olmayıb. Oğlumla yaxşı yola gediblər. Hadisə günü Fəqan mənə zəng elədi. Dedi ki, “ana, gəl uşaqların başında dur”. Kiçik oğluma zəng elədim. Dedim ki, Fəqan zəng edib belə deyir. Sonra oğlum zəng edib dedi ki, bağa getməliyik. Oğlumla bağa gedəndə gördüm ki, həyətdə polislər var. Polisləri görəndə bildim ki, nəsə faciə olub. Sonra da Pərvanənin atasıgilə xəbər verdim. Əgər mən bilsəm ki, Fəqan hansısa bir səbəbə görə Pərvanəni qəsdən öldürüb, mən bir ana kimi onu bağışlamaram. Amma bu, bədbəxt hadisədir”.

    Daha sonra F.Əhmədovun qardaşı və dayısı da eyni məzmunda ifadə verib. Onlar Fəqangillə daimi gediş-gəlişləri olduğunu, cütlük arasında ciddi problem yaşanmadığını bildiriblər və hadisəni bədbəxt hadisə kimi gördüklərini deyiblər.

    Hakim Telman Hüseynov növbəti şahid kimi Fəqan Əhmədovun 14 yaşlı oğlunun ifadə verməsini istəyib. Lakin F.Əhmədov məhkəmədən xahiş edib ki, oğlu prosesdə dindirilməsin: “Oğlum keçid dövrünü yaşayır. İstintaqda 8 saat dindirilib. Psixoloji gərginlik yaşayıb. Vəkilim onu psixoloq yanına aparıb. Onun bu proseslərdən kənar qalmasını istəyirəm. Məhkəmədən bu xahişimi nəzərə almasını istəyirəm”.

    F.Əhmədovun vəkilləri bu xahiş əsasında vəsatət veriblər. Məhkəmə vəsatəti baxılmamış saxlayıb və Fəqan Əhmədovun oğlu prosesdə dindirilməyib.

    Son olaraq təqsirləndirilən şəxsin qonşusu Əşrəf Hüseynov ifadə verib: “Hadisə günü bizim həyətdə yeyib içdik. 700 qramlıq araq almışdıq. Axşam saat 9 radələrində Fəqan evlərinə getdi. Bizdən təxminən 200 metr aralıda qalır. Sonra mən yatdım. Səhəri günü eşitmişəm ki, belə bir hadisə baş verib”.

    Növbəti iclas sentyabrın 16-na təyin olunub.

    Qeyd edək ki, Bakı sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

    İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 2021-ci il mayın 30-da saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. // “Report”