Month: September 2021

  • BDU-nun qarşısında yenidən tələbə sıxlığı yaşandı – VİDEO

    Bildiyiniz kimi bu gündən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində ənənəvi şəkildə tədris başlayıb.

    Səhər saatlarında təhsil müəssisələri qarşısında bənzər sıxlıq yaşanıb. Təəssüf ki, bənzər hadisə tədris müəssisələrində tələbələrin növbə dəyişməsi zamanı da yaşanıb.

    Belə ki, Bakı Dövlət Universitetinin qarşısında, metronun Elmlər Akademiyası stansiyasının çıxışında yaranan izdiham yenidən sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

    Qeyd edək ki, yaranan sıxlığa səbəb təhsil müəssisələrinin girişində tələbələrin və əməkdaşların COVID-19 pasportunun yoxlanılması prosesinin aparılmasıdır.

  • В Сочи начались переговоры Путина и Эрдогана – ОБНОВЛЕНО

    В Сочи стартовала встреча президентов Турции и России Реджепа Тайипа Эрдогана и Владимира Путина.

    Она проходит в закрытом для прессы режиме.

    В Управлении по связям Администрации турецкого лидера ранее сообщили, что визит Эрдогана организован по приглашению президента РФ Владимира Путина.

    Источник: агентство “Анадолу”

    * * * * *

    Президент Турции Реджеп Тайип Эрдоган отбыл в среду с визитом в Российскую Федерацию.

    Самолет с главой турецкого государства на борту вылетел из Анкары в Сочи.

    В Международном аэропорту “Эсенбога” в Анкаре турецкого лидера провожали вице-президент Фуат Октай, губернатор столицы Васип Шахин и др.

    В ходе визита президента сопровождают глава Национальной разведывательной организации (MİT) Хакан Фидан, глава Управления по связям Администрации президента Фахреттин Алтун, пресс-секретарь главы государства Ибрагим Калын.

    В Управлении по связям Администрации президента Турции ранее сообщили, что визит Эрдогана организован по приглашению президента РФ Владимира Путина.

    Главы государств обсудят двусторонние отношения, региональные и международные процессы. Лидеры двух стран коснутся ситуации в Сирии, Ливии и Афганистане.

    Источник: агентство “Анадолу”

  • Ərdoğanla Putin Soçidə görüşdü – YENİLƏNİB

    Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezident Vladimir Putin arasında görüş başlayıb.

    Görüş mətbuata qapalı keçirilir.

    Qeyd edək ki, Ərdoğanın səfəri Rusiyanın dövlət başçısının dəvəti ilə təşkil edilib.

    * * * * *

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə yola düşüb.

    Dövlət başçısını bu səfərdə Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və prezidentin sozçüsü İbrahim Kalın müşayiət edir.

    Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin prezidentin rəsmi iqamətgahında görüşəcəklər.

    Məlumata görə, Ərdoğanın Putinlə görüşündə Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, həmçinin cari regional inkişaf və beynəlxalq problemlər, xüsusilə Suriya, Liviya və Əfqanıstanda baş verənlər müzakirə ediləcək.

  • В Агстафе заведено уголовное дело на продавцов поддельных ковид-паспортов

    Возбуждено уголовное дело по факту продажи поддельных ковид-паспортов в Агстафинской ЦРБ.

    Об этом сообщили в районной прокуратуре.

    По информации, предоставленной Oxu.Az в местном надзорном органе, в результате проведенного расследования по данному факту возбуждено уголовное дело по статье 313 (должностной подлог) УК Азербайджана.

    В настоящее время продолжаются интенсивные следственные мероприятия по выявлению и привлечению к ответственности лиц, причастных к совершению вышеуказанных преступных действий.

  • Saxta COVID-19 pasportuna görə vəzifəli şəxslərə cinayət işi açıldı

    Ağstafa Rayon Mərkəzi Xəstəxanasında qanunsuz olaraq COVID-19 pasportunun verilməsi barədə daxil olan məlumat üzrə Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılıb.

    Ağstafa Rayon Prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə vaksin vurulmadığı halda saxta COVID-19 pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

    Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

  • Заявление МВД об арестованном участнике акции в Саатлинском районе

    В Саатлинском районе, наряду с местными жителями, задержан мужчина, принимавший участие в акции протеста из-за отсутствия водоснабжения в селе Орта Муган.

    Информация об этом распространилась в социальных сетях.

    Участник акции Асим Агаев был задержан сотрудниками Саатлинского РОП и арестован на 10 суток.

    Начальник отдела по связям с общественностью МВД майор полиции Эльшад Гаджиев сообщил, что задержанный нарушил общественный порядок.

    “Задержание А.Агаева было связано с нарушением общественного порядка и умышленным неповиновением законным требованиям полиции. Материалы, собранные в отношении А.Агаева по статьям 510 и 535 Кодекса об административных проступках, были направлены в районный суд для рассмотрения. Решением суда он арестован на 10 суток”, – сказал он.

  • DİN-dən Saatlıda həbs edilən aksiya iştirakçısı ilə bağlı AÇIQLAMA

    Saatlıda kəndə su verilmədiyi üçün etiraz edən şəxs saxlanılıb.

    Bununla bağlı məlumat sosial şəbəkədə paylaşılıb. İddia edilir ki, rayonun Orta Muğan kəndində kənd camaatı kəndə su verilmədiyi üçün etiraz aksiyası keçirib.

    Aksiyada iştirak edən Asim Ağayev adlı şəxs Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və ona 10 sutka həbs verilib.

    Məsələ ilə bağlı Oxu.Az-a məlumat verən Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, saxlanılan şəxs ictimai qaydanı pozub:

    “Asim Ağayevin saxlanılması ictimai qaydanı pozaraq, polisin qanuni tələblərinə qəsdən tabesizlik göstərməsi ilə əlaqədar olub. Həmin hərəkətlərdə xırda xuliqanlıq və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə A.Ağayev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə 10 sutka müddətində inzibati qaydada həbs edilib”.

  • Daha bir universitetin qarşısında izdiham – AÇIQLAMA + VİDEO

    Daha bir universitetin qarşısında tələbələrin və əməkdaşların COVID-19 pasportunun yoxlanılması zamanı qapıda sıxlıq yaranıb.

    Sosial şəbəkələrdə Azərbaycan Dillər Universitetinin qarşısında sıxlığın yaranması barədə videogörüntü yayılıb.

    Azərbaycan Dillər Universitetindən saytımıza bildirilib ki, paylaşılan görüntülərdəki şəxslər universitetin inzibati binasına buraxılmayan valideynlərdir.

    Qeyd edək ki, sentyabrın 29-dan Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır. Universitetlərdə tələbələrin və əməkdaşların COVID-19 pasportunun yoxlanılması prosesi qapıda xaosun yaranmasına səbəb olub.

    Xatırladaq ki, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu, COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb edilir.

  • ЧМ по шахматам: решающий поединок сборных Азербайджана и Испании

    Сегодня в Сиджесе (Испания) завершится групповой этап чемпионата мира по шахматам среди женских команд.

    Сборная Азербайджана в последнем туре сыграет с аутсайдером группы и организатором соревнований командой Испании.

    Кроме того, состоятся встречи сборных Индии и Франции, Армении и России.

    Отметим, азербайджанская сборная, сыгравшая в первых двух турах с командами Индии и Армении с результатом 2:2, вчера проиграла сборным России и Франции со счетом 0,5: 3,5. На данный момент наша команда с 2 очками занимает пятое место.

    Для выхода в четвертьфинал ей нужна победа и поражение сборной Франции.

  • Qadın millimiz üçün dünya çempionatında tamam, ya davam görüşü

    Sicesdə (İspaniya) keçirilən qadın şahmat komandaları üzrə dünya çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.

    Qələbəyə həsrət qalan qadın millimiz bu gün sonuncu turda qrupun autsayderi və meydan sahibi İspaniya yığması ilə qarşılaşacaq.

    Hindistan komandası Fransa ilə, Ermənistan Rusiya ilə oynayacaq.

    Qeyd edək ki, ilk iki turda Hindistan və Ermənistanla 2:2 oynamış millimiz dünən Rusiya və Fransaya 0,5:3,5 hesabı ilə uduzub. Hazırda komandamız 2 xalla beşinci sıradadır.

    Komandamızın 1/4 finala çıxması üçün Fransanın uduzması və millimizin qalib gəlməsi lazımdır.