Month: September 2021

  • Ərdoğan Putinlə danışıqları məhsuldar adlandırıb

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirilən danışıqları məhsuldar adlandırıb.

    Bu barədə o, öz tviter hesabında yazıb.

    Paylaşımda deyilir: “Həmkarım Putinlə məhsuldar danışıqlardan sonra Soçidən ayrıldıq”.

    Xatırladaq ki, Türkiyə və Rusiya liderləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin görüşü bu gün Soçidə baş tutub.

  • Глава МИД Чехии посетит Азербайджан с официальным визитом

    Министр иностранных дел Чешской Республики Якуб Кулханек посетит Азербайджан с официальным визитом 30 сентября.

    В рамках визита глава МИД Чехии проведет встречу с министром иностранных дел Азербайджана Джейхуном Байрамовым.

    Будут обсуждены перспективы развития двустороннего сотрудничества между странами по ряду сфер.

  • Çexiyanın xarici işlər naziri Azərbaycana gəlir

    Çexiyanın xarici işlər naziri Yakob Kulhanek sentyabrın 30-da Azərbaycana rəsmi səfərə gələcək.

    “Report” xəbər verir ki, o, səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

    Tərəflər iki ölkə arasında bir sıra səhələrdə əməkdaşlıq əlaqələrinə dair məsələləri müzakirə edəcəklər.

  • Daha bir ölkədə koronavirus məhdudiyyətləri qaldırıldı

    İsveçdə koronavirus pandemiyası ilə əlaqədar demək olar ki, əvvəllər tətbiq edilən bütün məhdudiyyətlər qaldırılır.

    Həm daxili, həm də açıq havada kütləvi tədbirlərə qatılanların sayına qoyulan məhdudiyyətlər bu gündən tamamilə ləğv edilir.

    Artıq COVID-19 pasportuna da ehtiyac yoxdur. Peyvənd olunmayanlar hələ də sosial məsafəni qorumağa və böyük yığıncaqlardan çəkinməyə çağırılır.

    Restoranlardakı məhdudiyyətlər, məsələn, masalar arasındakı məsafə və insanların sayının maksimum olması kimi tələblər də aradan qaldırılır. Yenə gecə klublarında rəqs etmək mümkün olacaq.

    COVID-19 simptomları görünən ölkə sakinlərindən evdə qalmaları və test etdirmələri xahiş olunur.

    İsveçdə 16 yaşdan yuxarı əhalinin 83,6 %-i azı bir doza COVID-19 peyvəndi vurdurub.

    Mənbə: TASS

  • Kömür qiymətləri rekord həddə çatıb

    Dünya bazarında API-2 CIF ARA indeksli kömürün qiyməti 203 ABŞ dollarınadək yüksəlib. Bu da indiyədək görülmüş ən yüksək həddir.

    “Report” “Market Watch”a istinadən xəbər verir ki, sentyabrın əvvəlindən bu yana qiymətlər 32 faiz, son bir il ərzində isə 4 dəfəyədək artıb.

    Xatırladaq ki, Avropada qazın da qiymətləri bu həftə ilk dəfə olaraq 1000 USD/1000 kubmetr həddini keçib. Bundan bir qədər əvvəl Rusiyanın “Gazprom” dövlət şirkəti Ukrayna üzərindən əlavə qaz tədarükündən rəsmən imtina etmişdi.

  • Названо число вакцинированных от COVID-19 в Азербайджане

    В Азербайджане за минувшие сутки от коронавирусной инфекции нового типа (COVID-19) были вакцинированы 67 977 человек.

    При этом 15 583 из них получили первую дозу препарата, 52 394 – вторую.

    Об этом 29 сентября сообщил Оперативный штаб при Кабинете министров.

    На сегодняшний день были введены 8 485 952 дозы вакцины от COVID-19.

    При этом 4 745 715 человек получили первую дозу препарата, 3 740 237 – вторую.

    Иммунизация успешно продолжается во всех районах республики.

  • Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 67 977 doza vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 394 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 485 952, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 745 715, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 740 237 təşkil edir.

  • В Азербайджане за последние сутки коронавирусом заразились 842 человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 842 новых случая инфицирования коронавирусом, 2 062 человека вылечились и были выписаны домой.

    Об этом 29 сентября сообщает Оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще 15 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 483 128 человек, 6 513 – скончались, 457 144 – вылечились, 19 471 – продолжает лечение.

    В республике проведен 4 849 531 тест на COVID-19 (за последние 24 часа – 9 668).

  • Azərbaycanda daha 842 nəfər koronavirusa yoluxub, 2 062 nəfər sağalıb – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 842 yeni yoluxma faktı qeydə alınıb, 2062 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 483 128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 457 144 nəfər müalicə olunaraq sağalıb, 6513 nəfər vəfat edib, aktiv xəstə sayı 19 471 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9668, ötən müddət ərzində isə ümumilikdə 4 849 531 test aparılıb.

  • Universitetlərin açılması daha bir problemi üzə çıxardı: Metrostansiyaların önündə sıxlıq yarandı – FOTO/VİDEO

    Azərbaycanda pandemiya ilə əlaqədar bəzi məhdudiyyətlərin ləğvindən və ali təhsil müəssisələrində əyani tədrisin bərpa olunmasından sonra paytaxt Bakıda bir sıra problemlər üzə çıxıb.

    Belə ki, gün ərzində vaksin pasportunun yoxlanılması ilə əlaqədar müxtəlif universitetlərin qarşısında yaranmış sıxlıqla birlikdə müxtəlif metrostansiyaların qarşısında da uzun növbələr müşahidə edilib.

    Buna səbəb həm sərnişin yükünün bir neçə dəfə artması, həm də stansiyalar girişdə təhlükəsizlik yoxlamaları olub.

    Sərnişinlərin arasında olan Oxu.Az əməkdaşının verdiyi məlumata görə, stansiya daxilində, platformada xidmət aparan metro polisləri də girişdəki həmkarlarından aşağıda sərnişinlərin çox olduğunu, mümkün qədər girişdən daha az-az adamların buraxılmasını xahiş edirlər.

    Nəticədə isə stansiyaların qarşısında sıxlıqlar yaranıb.

    Görüntüləri təqdim edirik: