Month: September 2021

  • MDB Oyunları: Azərbaycanın stolüstü tennis yığması Ermənistana qalib gəlib

    Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında stolüstü tennis üzrə Azərbaycan yığması mübarizəyə başlayıb.

    “Report”un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, ilk yarış günündə kişilərdən ibarət milli üzvləri 3 görüşə çıxıb. 2-ci qrupda yer alan kollektiv ilk görüşündə Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib. Növbəti görüşdə yığma Rusiyaya eyni hesabla uduzsa da, daha sonra Ermənistanı yenməyi bacarıb – 3:1.

    Qızlardan ibarət komanda isə 2 oyun keçirib. İlk görüşündə Belarusa 0:3 hesabı ilə uduzan yığma ikinci matçda Qırğızıstana eyni hesabla qalib gəlib.

  • Azərbaycan filmi beynəlxalq festivalda nümayiş olunub

    XVII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında rejissor Rüfət Həsənovun “Daxildəki ada” filminin müsabiqədənkənar təqdimatı baş tutub.

    Dövlət Film Fondundan “Report”a verilən məlumata görə, film Azərbaycanı festivalın “Türk dünyası” bölməsində təmsil edir.

    Filmin “Rodina” kinoteatrında baş tutan nümayişindən sonra əsas rollardan birinin ifaçısı Xalq artisti Vidadi Həsənov tamaşaçıların suallarını cavablandırıb.

  • Apple на следующей неделе представит новые продукты

    Компания Apple 14 сентября проведет презентацию новых продуктов.

    Об этом сообщает Median.Az со ссылкой на CNBC.

    Ожидается, что в этот день будет представлена новая модель iPhone. Не исключено, что компания покажет обновленные версии MacBook Pro, iPad, Apple Watch и AirPods.

    Apple Watch будет представлена в кардинально новом дизайне, а AirPods не обновлялись с момента выпуска в 2019 году.

    С начала пандемии Apple перешла на виртуальные мероприятия, поэтому презентация новых товаров будет транслироваться онлайн на сайте компании.

  • “Apple” gələn həftə yeni məhsullarını təqdim edəcək

    “Apple” sentyabrın 14-də yeni məhsullarının təqdimatını keçirəcək.

    “Report” bu barədə CNBC-yə istinadən xəbər verir.

    Yeni bir “iPhone” modeli, eləcə də “MacBook Pro”, “iPad”, “Apple Watch” və “AirPods”un yenilənmiş versiyalarının təqdimatı planlaşdırılır.

    Pandemiya səbəbindən yeni məhsulların təqdimatı şirkətin saytında onlayn yayımlanacaq.

  • DÇ-2022-nin seçmə mərhələsi: Portuqaliya millimizə qalib gəlir – YENİLƏNİR+VİDEO

    Azərbaycan – Portuqaliya matçının ilk hissəsi 2:0 hesabı ilə başa çatıb.

    Hazırda matçda ikinci hissə start götürüb.

  • MDB Oyunları: Azərbaycan daha iki medal qazanıb

    Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha 2 medal yazılıb. “Report”un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, medallara tayboksçular sahib çıxıb.

    Əli Əliyev 60 kq, Məhər Əsədzadə isə 63,5 kq çəki dərəcələrində fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

    Daha bir tayboksçu, 67 kq çəkidə yer alan Rəvan Ağazadə isə finala yüksəlib. O, yarımfinalda Özbəkistan təmsilçisi Rəhimjon Boltaboyevə qalib gəlib.

    Qeyd edək ki, daha əvvəl qadınların mübarizəsində Leyana Sayer (51 kq) da həlledici qarşılaşmada iştirak hüququna yiyələnib. Həm Ağazadə, həm də Sayer final görüşünü sentyabrın 8-də keçirəcək.

  • Cəmil Babayev iki erməni ilə dəyişdirilərək Azərbaycan tərəfinə qaytarıldı

    Gəncədə yerləşən psixatriya xəstəxanasından qaçdıqdan sonra yolunu azaraq Qarabağdakı Rusiya sülhməramlılarının nəzarəti altında olan əraziyə keçmiş azərbaycanlı Cəmil Babayev yolunu azaraq Azərbaycan tərəfə keçmiş iki erməni – Artur Nalbandyan və Aramais Torozyanla dəyişdirilib.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, dəyişdirilmə prosesi Rusiya sülhməramlılarının vasitəçiliyi ilə baş tutub.

    Xatırladaq ki, avqustun 26-da Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

  • Tanınmış italiyalı aktyor vəfat edib

    Tanınmış italiyalı aktyor Nino Kastelnuovo 84 yaşında dünyasını dəyişib.

    “Report” TASS-a istinadən xəbər verir ki, aktyor uzun sürən xəstəlikdən sonra Romada vəfat edib.

    N.Kastelnuovo 28 oktyabr 1936-cı ildə Lekkoda anadan olub. Uzun müddət televiziyada çalışıb və bir çox filmlərdə rol alıb. Onun ən sevilən çıxışı 1964-cü ildə çəkildiyi “Şerburq çətirləri” (The Umbrellas of Cherbourg) musiqili filmində olub.

    Qeyd edək ki, aktyor qlaukoma (yüksək göz təzyiqi) xəstəliyindən əziyyət çəkirdi.

  • Birgül Soltanova: “Bürünc medalı “qızıl”a çevirməyə çalışacam” – FOTO

    “İstərdim ki, qazandığım medal qızıl medal olsun. İnşallah, hazırlaşıb bürünc medalı qızıla çevirməyə çalışacam”.

    Bunu oxu.az-a açıqlamasında MDB Oyunlarında bürünc medal qazanan güləşçimiz Birgül Soltanova deyib.

    68 kq çəki dərəcəsində bürünc medala sahib çıxan Birgül bildirib ki, əvvəllər dünya və Avropa çempionatında üçüncü yer tutub:

    “Yenə bürünc medal qazandım. Amma bu medalın da öz əhəmiyyəti var. Çalışıb bunu qızıl medala çevirəcəm”.

  • Sahibə Qafarova Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri ilə görüşüb

    Avstriyanın paytaxtı Vyanada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 7-də Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri Akiko Santo ilə görüşüb.

    Bu barədə “Report” Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Yaponiyalı həmkarını salamlayan Milli Məclisin sədri “Tokio-2020” 32-ci Yay Olimpiya Oyunlarının uğurla başa çatması münasibətilə Akiko Santonu təbrik edib. Milli Məclisin sədri Azərbaycanın Yaponiya ilə əlaqələrin inkişafında maraqlı olduğunu və bu sahədə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin mühüm rol oynadığını diqqətə çatdırıb.

    Qeyd edib ki, iki ölkə arasında bir çox sahələri əhatə edən münasibətlər uğurla inkişaf edir. Ölkələrimiz arasında imzalanmış çoxsaylı sənədlər əməkdaşlığımızın hüquqi bazasını formalaşdırıb.


    Görüşdə Azərbaycan və Yaponiya parlamentləri arasında münasibətlərə toxunan Sahibə Qafarova hər iki ölkənin parlamentində fəaliyyət göstərən qarşılıqlı əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

    Söhbət zamanı Sahibə Qafarova bölgədə yaranmış yeni reallıqlar, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə, ötən ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın icrası istiqamətində ölkəmizdə görülən işlər barədə həmkarına ətraflı məlumat verib. Həmçinin, Ermənistanın regionda sülh və sabitliyin təmin olunmasına əngəl törədən təxribatları barədə də həmkarını məlumatlandırıb.


    Milli Məclisin sədri Sahibə Qafarovanı salamlayan Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri Akiko Santo ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, Azərbaycanla Yaponiya arasında bir çox sahələrdə olduğu kimi parlamentlərarası münasibətlərin inkişafı üçün də böyük potensialın olduğunu qeyd edib.

    Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Görüşdə tərəflər bir-birilərini qarşılıqlı səfərlərə dəvət ediblər.