Month: September 2021

  • Əfqanıstanda nümayişlər zamanı ölənlər və yaralananlar var

    Əfqanıstanın eyni adlı əyalətinin Herat şəhərində keçirilən nümayişlər zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

    Median.Az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi həkimlərə istinadən məlumat yayıb.

    Bundan əvvəl “Taliban” Kabil və Heratdakı nümayişlərin arxasında ölkədə vəziyyətin sabitləşməsinə qarşı olan qüvvələrin dayandığını bildirmişdi.

  • DÇ-2022-nin seçmə mərhələsi: Millimiz Portuqaliyaya qarşı – YENİLƏNİR

    DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Portuqaliya ilə qarşılaşır.

    Bakı Olimpiya Stadionunda keçirilən oyunda start fiti səslənib.

    Hazırda hesab açılmayıb.

  • Кенан Гулузаде: В Карабах будут приезжать туристы, это дело времени

    “Для нас Международный форум-выставка Отдых Leisure 2021 – очень действенная платформа, где мы можем представить сферу туризма Азербайджана не только на освобожденных землях Карабаха, но и в других регионах Азербайджана. Мы видим заинтересованность среди иностранцев”.

    Об этом российскому бюро Report сообщил советник председателя Государственного агентства по туризму Азербайджана Кенан Гулузаде.

    Он выразил надежду на то, что Азербайджан сможет вернуться к тому уровню туризма, который был до наступления периода пандемии, но вместе с тем он отметил, что многое зависит и от общей ситуации в мире: “Многое зависит не только от Азербайджана, но и от общего мирового состояния. Сфера туризма сильно пострадала во время пандемии коронавируса, однако нам удалось продержаться. До января текущего года мы взяли “передышку” в туристической сфере. Немаловажную роль играет процесс вакцинации населения. Мы положительно настроены и возлагаем огромные надежды на развитие этой сферы. Надеемся восстановить ее уже к 2023 году”.

    По словам Гулузаде, Азербайджан подготовил новые туристические продукты для конкурентоспособности на глобальном рынке: “Сейчас на рынке нашими конкурентами являются не только наши ближайшие соседи. Мы наблюдаем, как открываются воздушные границы для посещения граждан других стран. Помимо всего прочего, мы настроены на развитие внутреннего туризма. С этого года начали обустраивать освобожденные территории Карабаха, куда со временем также будут привлекаться туристы и иностранные граждане”.

  • Kənan Quluzadə: “Azərbaycan bazara yeni turizm məhsulları çıxaracaq”

    “Bizim üçün “OTDYKH Leisure 2021” beynəlxalq sərgi-forumu çox səmərəli platformadır, burada Azərbaycanın nəinki işğaldan azad olunmuş Qarabağ, həm də başqa bölgələrinin turizm imkanlarını təqdim edə bilərik. Əcnəbilərin buna marağını görürük”.

    Bunu “Report”un Rusiya bürosuna açıqlamasında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bildirib.

    “Turizm sektorumuz koronavirus (COVID-19) pandemiyasından çox ziyan çəksə də, birtəhər davam gətirə bildik. Bu ilin yanvar ayına qədər turizmdə bir növ fasilə götürdük. Əhalinin peyvəndlənməsi böyük əhəmiyyət daşıyır. Hər halda əhvalımızı pozmur, bu sahənin gələcəyinə böyük ümidlər bəsləyirik. 2023-cü ilə qədər vəziyyətin düzələcəyinə inanırıq”, – deyə o, qeyd edib.

    Agentlik rəsmisi həmçinin deyib ki, Azərbaycan qlobal turizm bazarında rəqabət aparmaq üçün yeni məhsullar təqdim edəcək: “Hazırda bizim bazardakı rəqiblərimiz təkcə qonşularımız deyil. Artıq başqa ölkələrin vətəndaşları üçün də hava sərhədlərinin açıldığını görürük. Bununla belə, daxili turizmi inkişaf etdirmək niyyətindəyik. Bu ildən quruculuq işlərinin görüldüyü Qarabağa da gələcəkdə həm yerli, həm də əcnəbi turistlər cəlb olunacaq”.

  • В Армении назначен новый замглавы МИД

    Ваге Геворкян назначен заместителем министра иностранных дел Армении.

    Как передает report со ссылкой на армянские СМИ, соответствующее решение премьер-министра Армении Никола Пашиняна опубликовано на официальном сайте правительства страны.

  • Ermənistan XİN-də yeni təyinat olub

    Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Vahe Gevorqyan xarici işlər nazirinin müavini təyin edilib.

    Report Ermənistan mətbuatına istinadən xəbər verir ki, müvafiq qərar hökumətin rəsmi saytında dərc edilib.

    Xatırladaq ki, Ermənistan Prezidentinin 19 avqust tarixli sərəncamı ilə parlamentinin keçmiş spikeri Ararat Mirzoyan xarici işlər naziri vəzifəsinə təyin olunmuşdu. Bundan əvvəl nazir vəzifələrini hazırda Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Armen Qriqoryan yerinə yetirirdi.

  • Bitkoinin qiyməti aşağı düşüb

    Bu gün keçirilən ticarət sessiyasında dünyanın aparıcı kriptovalyutası – bitkoinin qiyməti 45,97 min ABŞ dollarına düşüb.

    “Report” xəbər verir ki, bitkoinin satışında 11,1% enmə qeydə alınıb.

    Bundan əvvəl bitkoinin məzənnəsi 46,783 min ABŞ dolları (-9,41%) səviyyəsində idi.

  • Обнародовано число вакцинированных в Азербайджане за сутки

    В Азербайджане за последние сутки от COVID-19 вакцинированы 70 768 человек.

    Как передает report, об этом сообщили в Оперативном штабе при Кабинете министров.

    В течение дня число вакцинированных первой дозой составило 31 927, второй – 38 841 человек.

    Общее число вакцинаций в Азербайджане на сегодняшний день составляет 7 307 149.

    Первую дозу вакцины получили 4 391 664, две дозы – 2 915 485 человек.

  • Peyvənd olunanların sayı açıqlanıb

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 70 768 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan report-a verilən məlumata görə, sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 927, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 841 nəfərdir.

    Bu günədək vurulan vaksinlərin ümumi sayı 7 307 149, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 391 664, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 915 485 təşkil edir.

  • Gürcüstan parlamenti COVID-19 əleyhinə məhdudiyyətlərlə bağlı cərimələrin ləğvini dəstəkləyib

    Gürcüstan parlamentinin bugünkü plenar iclasında pandemiya dövrünün tələblərini pozan şəxslərin cərimələrinin silinməsini nəzərdə tutan qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

    “Report”un yerli bürosu xəbər verir ki, sənəddə 2020-ci ildən 2021-ci ilin iyunun 23-dək törədilmiş qayda pozuntularına görə yazılan cərimələrin ləğvi nəzərdə tutulub.

    Qanun layihəsi ilə həm fiziki, həm də hüquqi şəxslər inzibati və cinayət məsuliyyətindən azad olunacaqlar.

    Qeyd edək ki, amnistiya 245 min vətəndaş və 344 hüquqi şəxsi əhatə edəcək. Silinəcək cərimələrin ümumi məbləği təxminən 76 milyon lari (24,5 milyon ABŞ dolları) təşkil edir.