Month: September 2021

  • Bakı polisindən genişmiqyaslı əməliyyat: 16 nəfər SAXLANILDI – FOTO/VİDEO

    Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bilgəh, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olan 16 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əməliyyat zamanı əvvəlcə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Arzu Əliyev saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilib.

    Onun üzərində şəxsi axtarış zamanı 1 kiloqram 50 qram narkotik vasitə heroin aşkar edilib. Saxlanılan şəxs ifadəsində əsasən rayonun Zabrat, Balaxanı, Bilgəh və digər qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. Arzu Əliyev narkotik vasitələri onlayn yolla xarici ölkələrdən birində yaşayan şəxsdən aldığını bildirib.

    Bundan başqa Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini Elxan Zeynalabdinov və oğlu Fərid Zabrat qəsəbəsində saxlanılıblar. Bu şəxslərdən hazır satış üçün qablaşdırılan 11 büküm ümümi çəkisi 15 qram olan heroin, 14 büküm psixotrop maddə metamfetamin və 28 ədəd kibrit qutusunda satış üçün nəzərdə tutulan 71 qram marixuana aşkar edilib.

    Elxan və Fərid Zeynalabdinovlar ifadələrində Sabunçu rayonunun kənd və qəsəbələrində narkotik vasitələlərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

    Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər – İlqar Həsənov, Mahir Əliyev, Famil Əzimov, Fazil Qədimov, Kazım Orucov, Zamin Sadıqzadə, Malik Məmmədov, Taryel Səlimov, Rəcəb Bağırov, Elçin Əliyev, Nadir Kərimov, İranə Quliyeva və Ləman Abdullayeva saxlanılıblar.

    Onların da üzərindən külli miqdarda heroin, metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

    Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər istintaqa cəlb olunublar və barələrində araşdırmalar davam etdirilir.

    Hazırda narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Cəlilabadda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

    Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində avtoxuliqanlıq edən şəxs aşkar edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

    Belə ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin sürücünün Cəlilabad rayon sakini R. Qəhrəmanov olduğu müəyyən edilib.

    İdarə etdiyi VAZ-2106 markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

    R. Qəhrəmanov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.

  • Tərtərin beş kəndini birləşdirən avtomobil yolu yenidən quruldu

    Tərtər rayonunda 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulub.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, rayonunun Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli avtomobil yolunun tikintisi başa çatdırılıb.

    Ümumi uzunluğu 11 km olan avtomobil yolları 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edəcək. Bundan öncə uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismarda olması səbəbindən sözügedən yaşayış məntəqələrinin sakinlərinin istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara çıxışında xüsusən payız-qış mövsümündə problemlər yaşanırdı.

    Agentlik tərəfindən yenidən qurulan yollar 10 metrə qədər genişləndirilib.

    Avtomobil yollarının altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunaraq zəruri yerlərdə inşa edilib.

    Sadalanan işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollara iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

    Layihənin sonuncu mərhələsində yollar boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılıb, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkilib.

    Təbii ki, bir-neçə yaşayış məntəqəsinə gedən yolların bərpası, inşası, müasir tələblər səviyyəsində yenidən qurulması vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.

  • Oğurluğa görə tutulan şəxs məhkəmədən sonra ölüb

    Beyləqanda oğurluğa görə tutulan şəxs xəstəxanada ölüb.

    Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış Elnur Əhədzadə halı pisləşdiyi üçün rayon xəstəxanasına aparılıb. E.Əhədzadə orada vəfat edib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə təqsirləndirilən Bakı şəhər sakini Elnur Əhədzadə sentyabr ayının 2-də Beyləqan Rayon Məhkəməsində keçirilən məhkəmə prosesindən qayıtdıqdan sonra qəflətən baş vermiş qıcolma səbəbindən səhhəti ağırlaşıb:

    “Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilən E.Əhədzadənin ilkin diaqnoz olaraq beyin insultu keçirtdiyi müəyyən edilib. Həkimlərin səyinə baxmayaraq, o, sentyabrın 4-də xəstəxanada vəfat edib”.

    DİN-dən qeyd edilib ki, hazırda Beyləqan Rayon Prokurorluğunda araşdırmalar aparılır.

    //oxu.az

  • Министр: От родителей школьников ковид-паспорт не требуется – ВИДЕО

    От родителей, отправляющих своего ребенка в школу, ковид-паспорт (сертификат об иммунитете или вакцинации от коронавируса) не требуется.

    Об этом 7 сентября на брифинге, посвященном организации занятий в новом учебном году, заявил министр образования Азербайджана Эмин Амруллаев.

    По его словам, распространенная информация о том, что дети непривитых родителей не будут допущены в школу, не соответствует действительности.

    “Однако родителям было бы неплохо иметь этот документ (ковид-паспорт), чтобы иметь возможность зайти в школу”, – сказал Э.Амруллаев.

  • Məktəblərdə valideynlərdən COVID-19 pasportu tələb edilir? – Nazir DANIŞDI + VİDEO

    “Övladını məktəbə göndərən valideynlərdən COVID-19 pasportu tələb edilmir”.

    Bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib.

    Onun sözlərinə görə, yayılan məlumatlar düzgün deyil:

    “Valideyni vaksinasiya edilməyən şagird məktəbə buraxılmayacaq”, deyə tələb yoxdur. Amma məktəbə daxil olacaq valideyndə bu pasportun olması yaxşıdır”.

  • Builki ən yaşlı və ən gənc tələbələr məlum oldu

    Ali məktəblərə bu il keçirilən qəbul imtahanlarında uğur qazanan ən yaşlı və ən gənc tələbələr məlum olub.

    Dövlət İmtahan Mərkəzindən bildirilib ki, tələbə adını qazanan ən yaşlı abituriyentin 52 yaşı var.

    Belə ki, V qrup üzrə keçirilmiş qəbul imtahanlarında iştirak edən 1969-cu il təvəllüdlü Səttarov Mehman Süleyman oğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. 52 yaşlı tələbə universitetin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə əyani təhsil alacaq.

    DİM-dən bildirilib ki, bu il tələbə adını qazanan ən gənc abituriyent 2006-cı il təvəllüdlüdür. 15 yaşlı Səfərli Həmid Xaqani oğlu IV qrup üzrə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək, Azərbaycan Tibb Universitetinə qəbul olunub. O, dövlət sifarişi əsasında, əyani təhsil alacaq.

    Mənbə: Modern.az

  • Министр образования: В вопросе вакцинации педагогам и студентам не следует ждать поблажек

    В Азербайджане достаточно большое количество учителей отказываются от вакцинации от коронавируса.

    Об этом 7 сентября на брифинге, посвященном организации занятий в новом учебном году, заявил министр образования Эмин Амруллаев.

    По его словам, иммунизация имеет важное значение с медицинской точки зрения.

    Министр отметил, что студенты старше 18 лет и работники образования должны в обязательном порядке пройти вакцинацию или предоставить документ о противопоказании.

    “В данном вопросе поблажек не будет. Это касается всех”, – сказал Э.Амруллаев.

  • Təhsil naziri: “Müəllim və tələbələrə vaksinasiya məsələsində güzəşt olmayacaq”

    “Çox sayda müəllim var ki, koronavirus əleyhinə vaksinasiyadan imtina edirlər”.

    Bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib.

    Onun sözlərinə görə, tibbi və sağlamlıq baxımından vaksinasiya vacibdir.

    Nazir qeyd edib ki, 18 yaşdan yuxarı tələbələr, habelə təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstərişlə bağlı sənəd təqdim etməlidir:

    “Bu barədə güzəşt olmayacaq. Bu, müəllimlərə də aiddir”.

  • Nazir tədrisin gec başlaması məsələsinə aydınlıq gətirdi

    “Azərbaycanda tədrisin 1-2 həftə gec başlaması hazırda ölkədə koronavirusa yoluxma sayının çox olması ilə bağlıdır”.

    Bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib.

    Onun sözlərinə görə, ötən həftədən başlayaraq yoluxma sayında azalma hiss olunsa da, rəqəmlər hələ də üç min civarındadır:

    “Gündəlik yoluxanların 2 faizə qədəri təhsil işçiləri, 8 faizə qədər şagirdlərdir. Belə ki, 10 faizlik gündəlik yoluxma 300 nəfər edir ki, bu da həmin məktəbin distant təhsilə keçməsinə səbəb olur. Biz isə tədris başlayan kimi məktəbi distant təhsilə keçirmək istəmirik”.

    “Güman edirik ki, növbəti həftələrdə ölkəmizdə koronavirusa yoluxma azalacaq”, – deyə nazir qeyd edib.