Month: September 2021

  • Azərbaycanda bir gündə 368 toy olub – RƏSMİ

    Azərbaycanda iyulun 1-dən bu günə – 38 gün ərzində 14 min nikah qeydə alınıb.

    Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Məlumatda qeyd edilir ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox olub.

    2020-ci il iyul ayının 1-dən avqustun 7-dək Azərbaycanda cəmi 6 230 nikah bağlanıb.

    Hesablamalara görə, bu il iyulun 1-dən bu günə qədər Azərbaycanda bir gündə orta hesabla 368 nikah mərasimi keçirilib.

    /// Trend

  • Tədris olunmayan dərs saatları tətil hesabına bərpa ediləcək – RƏSMİ

    Yeni dərs ili ənənəvi formada başlayır. Bu gün açıqlanmış qərara əsasən, 22 sentyabrdan ümumi təhsil müəssisələrinin I-IV sinifləri, 29 sentyabrdan isə digər siniflər və məktəbdənkənar müəssisələr həftədə beş dəfə olmaqla əyani tədrisə başlayacaq.

    Bu barədə təhsil naziri Emin Əmrullayev paylaşım edib.

    Nazir paylaşımında ali, orta ixtisas və peşə təhsili müəssisələrində isə tədris 29 sentyabrdan etibarən əyani olaraq (bəzi istisnalar olmaqla) həyata keçiriləcəyini xatırladıb:

    “Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək. Tədris ilinin əyani formada davamlılığını təmin etmək üçün şəxsi gigiyena və təmizliyə riayət etmək, özünə və ətrafındakılara qarşı diqqətli davranmaq vacibdir”.

  • “WhatsApp”dan çoxdan gözlənilən funksiya – FOTO

    “WhatsApp” konfidensiallıqla bağlı yeni funksiya əlavə edir. Belə ki, messencerdə istifadəçinin şəbəkəyə son daxil olması barədə məlumatları idarə etmək mümkün olacaq.

    Artıq istifadəçi messencerə son girişin vaxtını tamamilə söndürmədən bir neçə nəfərdən gizlədə bilər. Bunun üçün “Son ziyarət” bölməsində seçilən kontaktlar üçün məlumatı bağlamaq kifayətdir.

    Gələcəkdə yeni xüsusiyyət profil şəkilləri və profil məlumatları üçün tətbiq olunacaq.

    “WhatsApp”dan bildirilib ki, bu konfidensiallığa nəzarət etməyə daha çox şərait yaradacaq.

    Hələlik bu funksiya “iOS” tətbiqinin “beta” versiyasında görülüb. Həmin funksiya tezliklə “Android” istifadəçiləri üçün də əlçatan olacaq.

    “WhatsApp” yenilik barədə məlumatı yaxın günlərdə rəsmi olaraq elan edəcək.

  • Terrorçuların hücumu nəticəsində Türkiyə hərbçisi şəhid oldu

    Suriyanın şimalında PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə ordusunun hərbçisi şəhid olub.

    Çavuş Muammer Yiğit “Fırat Kalkanı” əməliyyatının keçirildiyi bölgədə, El-Bab məntəqəsində həyatını itirib.

    M.Yiğitin 2 övladı olduğu qeyd edilib.

    Daha 4 hərbçinin yaralandığı bildirilib.

  • Город Агдам полностью разминирован

    Территория города Агдама полностью очищена от мин и неразорвавшихся боеприпасов.

    Об этом сказал заместитель главы ИВ Агдамского района Аллахверен Алиев.

    Он отметил, что процесс разминирования освобожденной от оккупации территории Агдамского района продолжается.

    “Территория города полностью очищена от мин, работы по благоустройству продолжаются. Прокладываются линии электропередачи, водоснабжения, строятся дороги. В настоящее время процесс разминирования в селах района продолжается”, – добавил А.Алиев.

    Источник: Trend

  • Ağdam şəhəri minalardan tam təmizləndi

    “Ağdam şəhərinin ərazisi mina və partlamamış sursatlardan tam təmizlənib”.

    Bu barədə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev deyib.

    O bildirib ki, Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsi prosesi davam etdirilir:

    “Şəhərin ərazisi minalardan təmizlənib və abadlıq-quruculuq işləri davam etdirilir. Ərazidə elektrik enerjisi, su xətləri çəkilir, yollar tikilir. Hazırda kəndlərin ərazisində təmizlənmə prosesi davam edir”.

    Qeyd edək ki, iyulun 30-na olan məlumata görə, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları zamanı 3 500 hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 20 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

    //Trend

  • Azərbaycanda koronavirusun “Mu” ştammı aşkar edilib? – RƏSMİ AÇIQLAMA

    “Hazırda müvafiq yoxlamalarda hələ ki, koronavirusun yeni ştammı (“Mu”) aşkar edilməyib.

    Bunu APA-nın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev deyib.

    O bildirib ki, ölkəyə xaricdən daxil olan, ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr daimi toplanılır və analiz edilir.

  • Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr məlum oldu

    Azərbaycanda ölkə üzrə yoluxma stasitikası açıqlanıb.

    Bu barədə “koronavirusinfo.az” məlumat yayıb.

    Məlumata əsasən, ən yüksək yoluxma Bakı şəhərindədir və burada yoluxma 54,6 faiz təşkil edir.

    Bundan əlavə, yüksək yoluxma halları Abşeronda 13,3 faiz, Aranda 11,8 faiz, Gəncə-Qazaxda 6,9 faiz, Şəki-Zaqatalada 3,7 faiz, Quba-Xaçmazda 3,0 faiz, Lənkəranda 2,6 faiz, Dağlıq Şirvanda 2,4 faiz, Yuxarı Qarabağda 13 faiz təşkil edib.

  • DYP-dən sürücülərə XƏBƏRDARLIQ

    Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi əlillərin yolunu kəsən sürücülərə xəbərdarlıq edib.

    DYP-nin xəbərdarlığında deyilir:

    “Paytaxt ərazisində yaradılmış müvcud infrastrukturda sağlamlıq imkanları məhdud olan şəxslərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə nəzərdə tutulan qaydalara əməl etməyən sürücülər və hərəkətin digər iştirakçılarının bir daha diqqətinə çatdırırıq ki, pandusların qarşısında dayanma-durma tələblərinin pozulması, görmə imkanları məhdud şəxslər üçün nəzərdə tutulan məlumatverici nişanların tələblərinə əməl edilməməsi, eləcə də parklama zamanı əlillər üçün xüsusi nişanla fərqləndirilən yerlərdən təyinatı üzrə düzgün istifadə olunmaması tərəfimizdən yol hərəkəti haqqında qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. Bu isə inzibati tənbeh tədbirlərinin seçilməsinə əsas yaradır.

    Sürücülər, hərəkətin digər iştirakçıları və bütün ictimaiyyət üzvlərindən xahiş edirik ki, sağlamlıq imkanları məhdud olan şəxslərin sərbəst hərəkət etmək hüquqlarına hörmətlə yanaşsınlar!”

  • Qadın taekvondo yığmamızın baş məşqçisi dəyişdirildi

    Azərbaycan Taekvondo Federasiyasının idarə heyətinin növbəti toplantısı keçirilib.

    Toplantıda məşqçi müəllimlərin fəaliyyəti və Tokio-2020 Olimpiya Oyunlarında taekvondoçuların çıxışları müzakirə olunub.

    Verilən qərara əsasən məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub.

    Belə ki, kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandust, köməkçi məşqçi isə Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov, köməkçi isə məşqçi Rəşad Məmmədov təyin olunub.

    Digər milli komandalarda, gənclərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, köməkçi məşqçi Zahid Məmmədov, yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Elnur Amanov, köməkçi məşqçi Vurğun Cəfərov, 21 yaşlı gənc milli komandanın baş məşqçisi Ələkbər İmaməlivev, köməkçi məşqçi isə Vüqar Məcidovun təyinatı rəsmiləşib.

    Qeyd edək ki, qadın taekvondo millimizin baş məşqçisi əvvəl 2008-ci ilin Avropa çempionu Elnur Amanov idi.