Month: September 2021

  • Salyanda yol qəzasında xarici ölkə vətəndaşı xəsarət alıb

    Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə axşam saatlarında Çuxanlı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan TIR yük maşını qarşıda gedən “Zil” markalı maşınına çırpılıb.

    Nəticədə “Zil” idarəetmədən çıxaraq, yolun kənarına aşıb. Hadisə zamanı biri İran vətəndaşı olmaqla, iki nəfər xəsarət alıb.

    Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Возбуждено уголовное дело в отношении медсестры, подделывавшей ковид-паспорта

    В прокуратуре Гейгельского района проведено расследование на основании поступившего обращения о выдаче некоторым гражданам поддельных сертификатов о вакцинации в Центре здоровья семьи при центральной районной больнице.

    Об этом сообщили в надзорном органе.

    В ходе расследования возникли обоснованные подозрения в том, что старшая медсестра центра Ульвия Гулиева составила документы о якобы получении обеих доз вакцины гражданами и ввела эти данные в электронную базу.

    В связи с этим в прокуратуре района возбуждено уголовное дело по статьям 308.1 (злоупотребление должностными полномочиями) и 313 (служебный подлог) Уголовного кодекса АР.

    В настоящее время продолжаются следственные мероприятия с целью выявления лиц, причастных к совершению вышеуказанных преступных действий.

  • COVID-19 pasportu satan tibb bacısına cinayət işi açıldı

    “Göygöl Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin Ailə Sağlamlıq Mərkəzində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Göygöl Rayon Prokurorluğunda araşdırma aparılıb.

    Göygöl Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla həmin tibb mərkəzinin böyük tibb bacısı Ülviyyə Quliyevanın xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə edərək bir neçə şəxsin COVID-19 əleyhinə peyvənd olunmadıqları halda onların birinci və ikinci doza vaksin olunmaları ilə bağlı tibbi sənədlər tərtib edərək həmin məlumatları elektron məlumat bazasına yerləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

    Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

  • Обвиняемые в угрозах заведующей яслями предстанут перед судом

    Завершилось предварительное следствие по уголовному делу Гурбана Алышанова, Сеймура Мамедова и Эльвина Гурбанова, обвиняемых в угрозах заведующей яслями в Бардинском районе, передает Report.

    Дело направлено в Гянджинский суд по тяжким преступлениям и будет рассматриваться судьей Эльмином Рустамовым.

    Предварительное заседание назначено на 20 сентября.

    По информации МВД, 27 мая заведующая яслями в селе Деймедаглы Бардинского района, обратилась с заявлением в местную прокуратуру и сообщила, что к ней на работу пришли трое неизвестных и, представившись сотрудниками телевидения, стали угрожать и требовать у нее 300 манатов.

    В ходе расследования было установлено, что это жители Гянджи – учредитель интернет-канала Fakt araşdırma (“Расследование факта”), ранее судимый Гурбан Алышанов, сотрудник новостного портала AZTV news, ранее судимый Сеймур Мамедов и уроженец Сиязанского района корреспондент агентства Araşdırmaçı (“Исследователь”) Эльвин Гурбанов. Все трое были задержаны сотрудниками Бардинского районного отдела полиции.

  • Körpələr evinin müdirinə hədə-qorxu gələn şəxslərin məhkəməsi başlayır

    Bərdədə körpələr evinin müdirinə hədə-qorxu gəlməkdə təqsirləndirilən Qurban Alışanov, Seymur Məmmədov və Elvin Qurbanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

    “Report”un xəbərinə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

    Məhkəmənin hazırlıq iclası sentyabrın 20-nə təyin edilib.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, bu il mayın 27-də Bərdə rayonunun Dəymədağlı kəndi ərazisində yerləşən körpələr evinin müdiri rayon prokurorluğuna ərizə ilə müraciət edərək həmin gün saat 15 radələrində kənd ərazisində özlərini televiziya əməkdaşları kimi təqdim edən üç nəfərin hədə-qorxu gələrək ondan 300 manat pul tələb etmələrini bildirib.

    Bərdə Rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən “Fakt araşdırma” internet televiziyasının təsisçisi, Gəncə şəhər sakinləri, əvvəllər iki dəfə məhkum olunmuş Qurban Alışanov, “AZTV news” xəbər portalının işçisi, əvvəllər məhkum olunmuş Seymur Məmmədov və “Araşdırmaçı” agentliyində müxbir işləyən Siyəzən rayon sakini Elvin Qurbanov müəyyən edilərək saxlanılıb.

  • Amerikalı aktyor ölü tapıldı

    Amerikalı aktyor Maykl Kennet Uilliams vəfat edib.

    54 yaşlı aktyor bazar ertəsi günü Nyu-Yorkun Bruklin rayonundakı mənzilində ölü tapılıb.

    Mənzildə narkotik tapıldığı da iddia olunur, bu da sənətçinin həddindən artıq dozada narkotik qəbulundan ölə biləcəyini istisna etmir.

    Uilliams əsasən “The Wire”, “Boardwalk Empire”, “The Sopranos” və digər seriallardakı rolları ilə tamaşaçılar tərəfindən tanınır.

  • Севший на мель в Волго-Каспийском морском канале танкер продолжил движение в Баку

    Теплоход “ВФ Танкер-7” снялся с мели в северной части Каспийского моря. Об этом сообщает Главное управление МЧС по Астраханской области России.

    “По данным Морского спасательно-координационного центра, теплоход “ВФ Танкер-7″ в 02:10 на 158 км Волго-Каспийского морского судоходного канала 7 сентября снялся с мели, продолжил движение в порт назначения”, – говорится в информации.

    Как сообщалось, теплоход, следовавший по маршруту порт Астрахань – Баку, сел на мель 3 сентября. Судовой экипаж – 12 человек. Пострадавших не было.

    Движение судов по каналу не приостанавливалось.

    Источник: “Интерфакс”

  • Bakıya gələrkən saya oturan teploxodun hərəkəti bərpa edilib

    “VF Tanker – 7” teploxodu Xəzər dənizinin şimal hissəsində saydan çıxıb.

    Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsindən xəbər verilib.

    Məlumatda deyilir ki, teploxod sentyabrın 7-də saat 02:10-da Volqa-Xəzər gəmiçilik kanalının 158-ci kilometrində saydan çıxıb və təyinat limanına doğru hərəkətinə davam edir.

    Qeyd edək ki, Həştərxan-Bakı marşrutu ilə gedən teploxod sentyabrın 3-də saya oturub. Gəminin ekipajı 12 nəfərdir. Xəsarət alan olmayıb.

    Kanal boyunca gəmilərin hərəkəti dayanmayıb.

  • Nazir polkovniki təqaüdə göndərdi

    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

    Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, DİN-in Baş Kadrlar İdarəsinin rəis müavini, polis polkovniki Rüfət Həsənov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

  • 610 bal topladı, amma tələbə adını qazana bilmədi – VİDEO

    Bu gündən ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlayır. İkinic mərhələdə ixtisas seçənlər arasında 600 baldan çox toplayan abiturientlər də var.

    Bu da onu göstərir ki, uğur qazanmağın yarısı elə ixtisas seçimini düzgün etməkdir.

    Dördüncü ixtisas qrupu üzrə imtahan verən Abiturient 610 bal toplasa da, universitetə daxil ola bilməyib. Eyni hal üçüncü ixtisas qrupu üzrə də 510-520 bal toplayan abiturientin də başına gəlib.

    Ekspertlərin fikrincə bu kimi halların baş verməsinə səbəb həmin şəxslərin ötən il göstəriciləri nəzərə alıb yüksək bal tələb edən dövlət ödənişli ixtisasları seçməsi olub.

    Daha ətraflı sujetdə: