Month: September 2021

  • Salyanda yol qəzasında xarici ölkə vətəndaşı olmaqla, iki nəfər xəsarət alıb

    Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında Çuxanlı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan TIR yük maşını qarşıda gedən “Zil” markalı maşınına çırpılıb. Nəticədə “Zil” idarəetmədən çıxaraq, yolun kənarına aşıb. Hadisə zamanı biri İran vətəndaşı olmaqla, iki nəfər xəsarət alıb.

    Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Professor: Koronavirusa yoluxmuş xəstələrin qanında virus əleyhinə 250-dən çox anticisim yaranır

    Yeni növ koronavirus (COVID-19) infeksiyasının tərkibində 30 mindən çox aminturşusu var. COVID-19 ən uzun RNT genomuna malik virus olduğuna görə sürətli mutasiyaya məruz qala bilməz. Aktiv yoluxdurma dövrü dörd fəsildən çox olmayan bu tipli virus infeksiyalarda hər ay müəyyən genom fərqliliyi göstərən yalnız 2 mutant ştam əmələ gələ bilər. Yəni, hazırda COVID-19-un genom fərgliliyi göstərən ştamlarının ümumi sayı 24-dür. Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun ştamlarını yunan əlifbası ilə adlandırmasının əsas səbəbi budur.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

    O bildirib ki, həmin ştamların letallıq (ölümcüllük) göstəricisi, həmçinin müalicəyə və peyvəndə dözümlülük xüsusiyyəti COVID-19-dan güclü ola bilməz: “Ona görə də, COVID 19-un öyrənilmiş üç (“beta”, “qamma”, “delta”) və tədqiqatı yekun mərhələdə olan beş ştamı, eləcə də gələcəkdə öyrəniləcək digər 15 ştamın tədqiqi yalnız elmi məqsəd daşıyır, çünki onlar bəşəriyyət üçün çox təhlükəli deyil. Həmçinin hər növbəti ştamın potensial fəallığı əvvəlkindən az olduğuna görə onlar fəsli infeksiya kimi dəyərləndirilməli və profilaktik tədbirlər bu istiqamətdə qurulmalıdır”.

    M.Qəniyev vurğulayıb ki, koronavirusa yoluxmuş xəstənin qanında virus əleyhinə 250-dən çox anticisim yaranır: “Onların 28-i infeksiya ilə aktiv şəkildə mübarizə aparır. Digər İgG tipli anticisimlər isə COVID 19-a xüsusi selektivlik göstərərək virusla “birbaşa” vuruşur. Həmin anticisimlərin miqdarı ilə infeksiyanın ağırlıq dərəcəsi arasında birbaşa əlaqə var. Yəni, infeksiyanı daha ağır keçirənlərdə bu anticisimlərin titri daha yüksək olur. COVID-19-dan sağalanların praktik olaraq hamısında üç aydan sonra qoruyucu anticisimlərin titri iki dəfə azalır və bu azalma 6-8 aydan sonra sıfırlanır. Buna görə narahat olmaq lazım deyil. Əvvəla, bu hal orqanizmin özünütənzim mexanizmlərinə istinad edən mütləq qanunauyğunluqdur. İkincisi, DNT və ya RNT əsaslı viruslara birinci yoluxmada, onların genetik surəti hüceyrənin immun yaddaşına birdəfəlik həkk olunur. Qoruyucu İgG anticisimləri ilkin yoluxmada 21-ci gündən, təkrari yoluxma və ya peyvənddən sonra yoluxma zamanı isə 3-cü gündən əmələ gəlməyə başlayır. Ona görə də, COVID 19-a təkrari və ya peyvənddən sonra yoluxma zamanı xəstənin letallığı yalnız sıfırın üstündə ola bilər. Bu hal ümumiyyətlə narahatlığa səbəb olmamalıdır, çünki COVID-19-a təkrari və ya peyvənddən sonra yoluxma riski yalnız 0,002 faizdir”.

  • Alen Delon: “Mən tamamilə ruh düşkünlüyü içindəyəm”

    Məşhur fransız aktyor Alen Delon həmkarı Jan-Pol Belmondonun ölümündən kədərləndiyini bildirib.

    “Report” xəbər verir ki, Alen Delon bu barədə “CNews” telekanalının efirində qeyd edib.

    “Mən tamamilə ruh düşkünlüyü içindəyəm. Bu, mənim həyatımın bir hissəsi idi. Biz 60 il əvvəl birlikdə başladıq”, – əfsanəvi aktyor “CNews” telekanalının efirində həmkarının ölümü barədə danışarkən deyib.

    Qeyd edək ki, Fransanın iki əfsanəvi aktyoru təxminən eyni vaxtda doğulublar, bununla yanaşı, ölkədə və dünyada eyni səviyyədə məşhur olublar. Bir çoxları aktyorları tez-tez rəqib hesab edirdilər, lakin Alen Delon özü bildirib ki, Belmondosuz Delon, Delonsuz Belmondo olmazdı.

    Aktyorlar bir neçə dəfə eyni filmdə rol alıblar. Onların ümumi ekran işləri arasında – “Borsalino”, “İki nəfər üçün bir şans”, “Gözəl ol və sus” kimi məşhur filmlər var.

    Jan-Pol Belmondo bu gün 88 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmır. Aktyor “Peşəkar”, “Son nəfəsdə”, “Xüsusi detektiv” və digər filmlərdəki rollarına görə məşhurdur.

  • Gənc qalmaq istəyənlərin NƏZƏRİNƏ

    Bədənin sağlamlığı üçün müntəzəm istirahətin əhəmiyyətini inkar etmək olmaz. Əlbəttə ki, yaz aylarında dəniz istirahətinə üstünlük verməlisiniz. Gündə 20 dəqiqə günəşlənmək bədənin D vitamini ehtiyacını ödəyir, bu, həm dəri rəngini yaxşılaşdırır, iltihablı elementləri qurudur, həm də dərini Propion Akne bakteriyalarından qoruyur.

    Median.Az xəbər verir ki, bu sözləri rusiyalı dermatoveneroloq, kosmetoloq Alina Kudziyeva deyib. O bildirib ki, dəniz suyu dərini nəmləndirir:

    “Dəniz suyunda keçirdiyiniz 30 dəqiqə 1 saatlıq anti-selülit masajından heç də effektsiz deyil. Dəniz suyunun mineralları dırnaqları və saçları gücləndirə bilir, buna görə tətilə gedərkən dırnaqlarınıza istirahət vermək daha yaxşıdır. Dalğaların sakitləşdirici səsi isə stressdən qurtulmanıza imkan verəcək”. (publika.az)

  • Пеле перенес операцию по удалению опухоли

    Трехкратный чемпион мира по футболу бразилец Пеле перенес операцию по удалению опухоли в толстой кишке.

    Как передает Median.Az, об этом он написал на своей странице в Facebook.

    “В субботу я перенес операцию по удалению подозрительного образования в толстой кишке. Опухоль была обнаружена во время обследования, о котором я говорил на прошлой неделе”, – отметил Пеле. Он добавил, что с оптимизмом смотрит в будущее и рад находиться в окружении своей семьи и друзей.

    Пеле госпитализировали в частную клинику в Сан-Паулу для проведения планового обследования. Как рассказали его представители, у 80-летнего “короля футбола” выявлены проблемы со здоровьем. Тогда они не уточнили, о каких именно проблемах идет речь.

    Пеле – единственный трехкратный чемпион мира по футболу (1958, 1962, 1970). Провел в составе сборной Бразилии 92 матча и забил 77 голов. Он признан лучшим футболистом XX века по версии Международной федерации футбола. Форвард выступал за бразильский “Сантос” (1956-1974) и американский “Нью-Йорк Космос” (1975-1977). Пеле занесен в Книгу рекордов Гиннесса как автор 1 279 голов за карьеру.

  • Pele əməliyyat olunub

    Braziliyanın futbol üzrə üçqat dünya çempionu Pele cərrahi əməliyyat olunub.

    Median.Az xəbər verir ki, o, bu barədə özünün feysbukdakı səhifəsində yazıb.

    Keçmiş futbolçu qeyd edib ki, cərrahi əməliyyat yoğun bağırsağındakı şişlə əlaqədar olub.

    “Şənbə günü yoğun bağırsaqda şişin aradan qaldırılması üçün əməliyyat olundum. Şiş ötən həftə keçirdiyim müayinə zamanı aşkar edildi”, – deyə Pele yazıb. O, gələcəyə nikbin baxdığını, ailəsi və dostlarının əhatəsində olması ilə əlaqədar özünü xoşbəxt hiss etdiyini əlavə edib.

  • В Гёйгёле автомобиль насмерть сбил пешехода

    В Гёйгёльском районе зафиксировано дорожно-транспортное происшествие.

    Как передает Report, инцидент зафиксирован в селе Ашыглы.

    Так, автомобиль сбил переходившего дорогу мужчину (личность уточняется – ред.).

    От полученных травм он скончался на месте.

    По факту ведется расследование.

  • Göygöldə avtomobil piyadanı vuraraq öldürüb

    Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Aşıqlı kəndində qeydə alınıb.

    Yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini (şəxsiyyəti dəqiqləşdirilir-red) avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Завершается миссия командующего российскими миротворцами в Карабахе

    Командующий российским миротворческим контингентом в Карабахе генерал-лейтенант Рустам Мурадов завершает свою миссию, сообщает report.

    Напомним, что он возглавил российских миротворцев в Карабахе после трехстороннего заявления лидеров Азербайджана, России и Армении.

    Рустам Усманович Мурадов родился 21 марта 1973 года в селе Чинар Дербентского района Дагестана. С декабря 2018 года до своего назначения командующим контингентом был заместителем командующего Южным военным округом.

  • Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun missiyası başa çatır

    Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun missiyası başa çatır.

    “Report” xəbər verir ki, o, bu günlərdə missiyasını başa vuracaq.

    Xatırladaq ki, Rüstəm Muradov Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında ötən ilin 10 noyabrında imzalanmış bəyanata əsasən, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin edilib.

    Hələ mayda bildirilirdi ki, Rüstəm Muradov rotasiya prinsipi üzrə Cənub hərbi dairəsinin komandan müavini Aleksey Avdeyevlə əvəzlənə bilər. Ancaq həmin vaxt Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlarla əlaqədar yaranan gərgin vəziyyət səbəbindən R.Muradov vəzifəsində qalıb.

    Rüstəm Usmanoviç Muradov 21 mart 1973-cü ildə Dağıstanın Dərbənd rayonunun Çinar kəndində anadan olub.

    O, 2018-ci ilin dekabrından Rusiya Federasiyasının Cənub Hərbi Dairəsi komandanının müavinidir. Rusiya Prezidentinin 20 fevral 2020-ci il tarixli fərmanı ilə R.Muradova general-leytenant rütbəsi verilib.