Month: September 2021

  • В Турции произошло землетрясение магнитудой 4,1

    В провинции Мугла на западе Турции произошло землетрясение.

    Об этом сообщает Report со ссылкой на турецкие СМИ.

    Подземные толчки в 4,1 балла были зафиксированы в 18:04 по местному времени.

    Эпицентр землетрясения залегал на глубине 40,6 км.

    Информации о последствиях землетрясения пока нет.

  • Türkiyədə 4,1 bal gücündə zəlzələ olub

    Türkiyənin Muğla əyalətində zəlzələ baş verib.

    Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

    Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 18:04-də Datça rayonunda 4,1 bal gücündə qeydə alınıb.

    Zəlzələ ocağı yerin 40,6 kilometr dərinliyində yerləşib. Təbii hadisə Yazıköy, Cumalı, Yakaköy, Sındı ve Məsudiyədə hiss edilib.

    Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.

  • В Газахе задержан мужчина, подозреваемый в нанесении ножевых ранений своему брату

    В Газахском районе произошла поножовщина.

    Как передает западное бюро Report, инцидент зафиксирован в селе Гаймаглы.

    Так, в ходе конфликта ножевое ранение получил Мустафа Гараджаев, 1974 года рождения. В преступлении подозревается его родной брат Араз Гараджаев, 1971 года рождения.

    Пострадавший с колото-резанами ранами доставлен в больницу.

    А.Гараджаев задержан в качестве подозреваемого и привлечен к следствию.

    По факту ведется расследование.

  • Qazaxda bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub

    Qazaxda bıçaqlanma olub.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qaymaqlı kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Mustafa Qaracayevi bıçaqlanıb. O, üç bıçaq xəsarəti ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Hadisəni törətməkdə şübhəli bilinən M.Qaracayevin qardaşı, 1971-ci il təvəllüdlü Araz Qaracayev polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

    Hadisənin ev və torpaq sahəsi üstə düşən mübahisə zəminində baş verdiyi bildirilir.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • UEFA səfər oyunlarında azarkeşlərin iştirakına izacə verdi – FOTO

    UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib.

    Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb.

    Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub.

  • İstanbul metrosunu su basdı – VİDEO

    İstanbulda Aksaray metro stansiyasını su basıb.

    Stansiyanın xadimələrindən biri yanğınsöndürmə kranından su götürmək istəyərkən, kran qırılıb.

    Baş verənlər sərnişinlər tərəfindən mobil telefonla qeydə alınıb.

    İnsidentdən sonra metronun fəaliyyətində ləngimələr baş verib.

    Mənbə: “Haber Global”

  • Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

    Türkiyədə koronavirusla bağlı sentyabrın 6-na olan vəziyyət açıqlanıb.

    Günlük yoluxma sayı 20 962 nəfər təşkil edib.

    271 nəfər isə koronavirus səbəbindən vəfat edib.

    Bununla yanaşı, son 24 saat ərzində Türkiyədə ölümcül virusdan sağalanların sayının 29 327 nəfərə çatdığı bildirilib.

    Mənbə: TRT

  • Şahdağ Milli Parkında daha bir zubr balası dünyaya gəlib

    İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, bununla Şahdağ Milli Parkındakı zubr balalarının sayı 5-ə çatıb. Bala sağlamdır, yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub.

    Xatırladaq ki, İDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-2020-ci illər ərzində Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Avropadan 17 baş zubr gətirilərək təbiətə buraxılıb.

  • Türkiyədə rayon mərkəzinə yaxın meşəlik ərazidə yanğın başlayıb

    Türkiyənin Hatay vilayətinin Antakya rayonunda meşəlik ərazidə yanğın baş verib.

    Rayon mərkəzinə yaxın olan Habib-i Neccar dağında yanğın baş verən əraziyə yanğınsöndürənlər cəlb edilib.

    Yanğına müdaxilə olunduğu bildirilir.

  • Erməni qadın uşaqlarıyla birgə Xankəndidən Şuşaya keçməyə çalışıb

    Avqustun 1-də işğal illərində Şuşada yaşayan, hazırda isə dörd azyaşlı uşağı ilə Xənkəndidə məskunlaşan İzaura Balasanyan övladları ilə birgə yenidən Şuşaya qayıtmağa cəhd edib.

    O, Rusiya sülhməramlılarının müdaxiləsilə saxlanılaraq geri göndərilib.

    Məlumat Ermənistan mətbuatında yayılıb.

    Qadının sözlərinə görə, onu bu addımı atmağa hazırda qaldığı evin sahibi vadar edib. Belə ki, o, ev kirayəsini 100 min dramdan 150 min dramadək artırıb.

    Erməni qadın müvafiq qurumlara kömək üçün müraciət etdiyini və artıq itirəcək heç nəyinin olmadığını bildirib.

    O, həmçinin uşaqların atasının uzun illər öncə ürək tutmasından öldüyünü də qeyd edib.