Month: September 2021

  • Флора Керимова передала полученную ею сумму Президентской стипендии двум ветеранам Отечественной войны

    Народная артистка Азербайджана, кавалер ордена “Шараф” Флора Керимова распределила полученную ею первую сумму персональной стипендии Президента АР между двумя ветеранами Отечественной войны: вернувшимся из армянского плена Амином Мусаевым и тяжело раненным во время боев Раваном Азизовым.

  • Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

    Azərbaycanın Xalq artisti, “Şərəf” ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb.

    Xalq artisti təqaüdünü iki qaziyə verib.

    Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlər zamanı ağır yaralanan Rəvan Əzizovdur.

    //News24.az

  • Житель Загаталы ударил ножом свою жену на ферме

    Житель села Чобанкёль Загатальского района Ниджат Солтанов на почве семейно-бытового конфликта ударил ножом свою жену Нармину Мамедову.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    Инцидент произошел на ферме в селе Агъязы Гахского района, где работает Н.Солтанов.

    Мужчина задержан в качестве подозреваемого.

    По данному факту в Гахском районном отделе полиции возбуждено уголовное дело, следствие продолжается.

  • Azərbaycanda kişi arvadını fermada bıçaqladı

    Qax rayonunda kişi arvadına xəsarət yetirib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Zaqatala rayonu Çobankol kənd sakini Nicat Soltanov ailə-məişət münaqişəsi zəminində arvadı Nərminə Məmmədovanı bıçaqlayıb.

    Hadisə N.Soltanovun Qax rayonunda yerləşən Ağyazı kəndində işlədiyi fermada baş verib.

    N.Soltanov saxlanılıb.

    Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

  • Evə görə ögey anasını məhkəməyə verdi

    Türkiyənin məşhur müğənnisi Burcu Güneş ögey anası Nuray Güneşi məhkəməyə verib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb N. Güneşin sənətçinin atasından qalan evi qeyri-qanuni yolla öz adına keçirməsi olub.

    Burcu qarşı tərəf barədə mülkiyyət sənədinin ləğvi ilə bağlı iddia qaldırıb.

    Qeyd edək ki, ifaçının atası Ali Güneş 2002-ci ildə vəfat edib. Bundan sonra Nuray Güneş oğlu ilə sözügedən mənzildə qalıb, ikinci dəfə ailə qurduqdan sonra məhkəmə prosesindən yayınmaq üçün evi hazırkı həyat yoldaşının adına keçirib.

  • Koronavirusun “Mu” ştammı nə dərəcədə təhlükəlidir?

    Son məlumatlara görə, koronavirusun yeni yaranmış “Mu” ştammında yoluxuculuq və ölüm halı “Delta” ilə müqayisədə azdır.

    Median.Az bildirir ki, bunu Trend-ə açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib. Onun sözlərinə görə, bu ştamm hazırda geniş araşdırılır:

    “”Mu” ştammı hazırda dünyanın 39 ölkəsində yayılmaqdadır. Bu ştamm barədə hələlik ətraflı məlumat yoxdur. Virusu sadəcə olaraq Ümumdünya Səhiyyə Təşkilatı izlənən variantlar siyahısına salıb. Hələ ki, tədqiqatlar aparılır. Güman edilir ki, “Mu” ştammına yoluxma faizi hələ azdır. Amma bir sıra ölkələrdə bu ştamma yoluxmanın daha yüksək olduğu özünü büruzə verir. Məsələn, Kolumbiyada ümumi yoluxanların təqribən 39 faizini “Mu” ştammına yoluxanlar təşkil edir. Həmçinin buna yoluxanlar arasında orta yaşlılar və gənclər də var. Amma xəstəlikdən ölüm halının yüksək olması barədə hər hansısa bir mlumat yoxdur. Yəni, yoluxuculuq və ölüm nisbətinə görə “Delta”dan aşağıdır”.

    İnfeksionist Nigar Əliyeva isə yeni ştammın ölkəmizə gəlmə riskinin mümkün olduğunu deyib:

    “Bu ştam ilk olaraq Kolumbiyada aşkarlanmışdı. İlk aşkarlandığı dövrdə yayılma sürəti bu günə nisbətən daha kiçik rəqəmlərlə göstərilirdi. Təbii ki, bu ştammın Azərbaycana da gəlməsi qaçılmazdır. Yeni ştammın kliniki əlamətləri və gedişatı haqqında danışmaq çox tezdir. Çünki hələ araşdırmalar gedir. Son qərarı ÜST verəcək. Biz ümid edirik ki, yeni ştammlar yarandıqca ölüm halları azalacaq. Çünki vaksinasiya prosesi öz növbəsində həm də yeni yaranan ştammların zəifləməsinə xidmət edir”.

  • Tikinti aparılan ərazidəki ağaclar sayılaraq nəzarətə götürülüb – FOTO

    Xətai rayonu, Məhəmməd Hadi küçəsi 116 G ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı müəyyən edilib:

    “Araşdırma zamanı torpaq sahəsinin qeyri-yaşayış obyektinin tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə vətəndaş Şahxanım Əhmədovanın istifadəsinə verildiyi məlum olub”.

    V.Cavadov qeyd edib ki, tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və qorunub saxlanılması məqsədilə obyektin sahibi Ş.Əhmədovaya təhvil verilib.



  • Bakıda keçmiş məhkumdan “Kalaşnikov” götürüldü

    Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, əvvəllər dəfələrlə məhkum olunmuş Vasif Qəmbərovun üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs qısa zamanda Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində saxlanılıb.

    Polis İdarəsində onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd sandıqça və 6 ədəd patron aşkar olunaraq götürülüb.

    Vasif Qəmbərov silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq polis əməkdaşlarına təhvil vermədiyini bildirib.

    Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Vasif Qəmbərovu barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • COVID pasportu soruşmadıqları üçün kafedə dava saldı

    Qubada 3 gün öncə kafeyə gedən dostlar yeyib-içdikdən sonra obyektin icarədarı ilə mübahisə ediblər. Belə ki, onlar COVID-19 pasportları olmadan içəri buraxdığına görə sahibkarı söyüblər.

    Hadisə sentyabrın 3-də rayonun Timiryazev qəsəbəsində yerləşən çay evində, saat 23:00 radələrində baş verib.

    Çay evinin icarədarı məhkəmədə ifadə verərək deyib ki, sentyabrın 3-də tanımadıqları bir neçə nəfər çay evində pivə içiblər: “Sonra onlardan biri mənə yaxınlaşıb niyə vaksin olunması barədə COVID pasportu olmadan onları içəri buraxıb, xidmət etdiyimizi soruşdu. Mən də onların masasının yığışdırılmasına göstəriş verdim, həmin şəxslər çay evində uca səslə nalayiq söyüşlər söyüblər. Mən də polis çağırdım”.

    Məhkəmədə ifadə verən Hafiz Qulamov (şərti) həmin vaxt içkili olduğu üçün özünü təqsirli bilmədiyini deyib: “Araq içdikdən sonra dostum Tahirlə pivə içməyə çay evinə getdik. Orada qışqıra-qışqıra söyüşlü zarafatlar eləyirdik. Çay evinin sahibi bizim etdiyimiz hərəkətə görə əvvəlcə stolu yığışdırdı, sonra da polis çağırdı. Bu zaman polislə aramızda mübahisə yarandı. Mən də özümdə olmadığım üçün söyüş söydüm. Elədiyim əməldən dolayı peşmanam və bir daha belə hallara yol verməyəcəyəm”.

    Quba rayon məhkəməsinin hakimi İlqar Məmmədovun hökmü ilə Hafiz Qulamov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

    //qafqazinfo

  • Названа дата выплаты пенсий по Баку, Сумгайыту и Абшеронскому району

    8 сентября предусмотрена выплата пенсий по городам Баку и Сумгайыт, а также по Абшеронскому району.

    Об этом сообщили в Государственном фонде социальной защиты при Минтруда и соцзащиты населения АР.

    Согласно информации, исключение составят пенсионеры, получающие пособие на льготных условиях.