Month: September 2021

  • Xızı sakini heroinlə saxlanıldı

    “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xızı Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən narkotik tərkibli maddə olan heroini üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Ruhulla Baxşıyev saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan verilən məlumata görə Xızı RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin üzərinə baxış keçirilən zaman xeyli miqdarda heroin aşkar olunaraq götürülüb.

    Faktla bağlı istintaq aparılır.

  • 2001-ci ildən itkin düşən şəxslə bağlı DİN-dən AÇIQLAMA

    Ağsu rayon sakini oğluna şər atılması barədə məlumat yayıb.

    Sosial şəbəkələrdə çıxış edən Ruhiyyə Zeynalova iddia edib ki, oğlu Feyruz Zeynalov 2001-ci ildə naməlum şəkildə yoxa çıxıb.

    O bildirib ki, həmyerlisi Zərifə Əhmədova və onlara gələrək onun qızı və Feyruz Zeynalovun arasında yaxın münasibət olduğunu və buna görə də onların evlənməli olduğunu bildirib.

    F.Zeynalov isə ona böhtan atıldığını və belə bir şeyin olmadığı deyib.

    R.Zeynalova hadisə ilə bağlı polisdə məsələnin araşdırmadığını iddia edib.

    Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “oğluma şər atdılar ki, guya qıza sataşıb, indi oğlum neçə vaxtdır yoxa çıxıb”- Ağsudan şikayət” başlığı ilə yayımlanan görüntüdə əks olunan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

    Qeyd edilib ki, Ruhiyyə Zeynalovanın oğlu Feyruz Zeynalovun 2001-ci ildə itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına heç bir məlumat daxil olmayıb. Buna baxmayaraq, həmin iddiaların təfərrüatı Ağsu Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırılır.

    Bu iddiaların ortaya çıxmasının kökündə mübahisə tərəflərindən birinin – Zərifə Əhmədovanın oğlu Səlaməddin Əhmədovun Mikayıl Zeynalova qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsi dayanır.

    Hazırda Ağsu RPŞ-də səsləndirilən iddialarla bağlı araşdırmalar davam etdirilir.

  • “TURAZ Şahini – 2021” təlimlərində ətrafı tanıma uçuşları keçirilib – FOTO

    “TURAZ Şahini – 2021” birgə taktiki-uçuş təlimləri davam edir. Təlimlərin planına əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını icra ediblər.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib. Təhlükəsizlik qaydaları çatdırılıb.

    Sonra türkiyəli pilotlar F-16 qırıcı təyyarələrində, azərbaycanlı hərbi təyyarəçilər isə Miq-29 və Su-25 təyyarələrində uçuşlar keçiriblər.

    Təlimlər davam edir.

  • Bakı məktəblərində iş yeri dəyişdirilən direktorların sayı AÇIQLANDI

    2020-2021-ci tədris ili başa çatdıqdan sonra Bakı Şəhəri üzrə Təhsi İdarəsinin tabeliyində olan 15 ümumi təhsil müəssisəsi direktorunun iş yeri digər ümumi təhsil məktəbinə dəyişdirilib.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq BŞTİ-dən bildirilib.

    Qeyd edək ki, müvafiq qaydalara uyğun olaraq, ümumi təhsil müəssisələri direktorlarının yerdəyişməsi davam edən ənənəvi prosesdir.

  • Президент Азербайджана поздравил спортсмена, завоевавшего третью золотую медаль на Паралимпийских играх – ФОТО

    В очередной раз искренне поздравляю Рамана Салеха с завоеванием третьей золотой медали на Паралимпийских играх Токио-2020.

    Об этом Президент Азербайджана Ильхам Алиев написал в своем Twitter-аккаунте.

  • İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında üçüncü qızıl medalı qazanan idmançını təbrik edib – FOTO

    Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında üçüncü dəfə qızıl medal qazanan idmançı Raman Salehi təbrik edib.

    Bu barədə dövlət başçısı “Twitter” səhifəsində paylaşım edib.

    Paylaşımda deyilir:

    “Tokio-2020” Yay Paralimpiya Oyunlarında 3-cü qızıl medalını qazanan Raman Salehi bir daha səmimi qəlbdən təbrik edirəm!”

  • Тело экс-президента “Нефтчи” все еще находится в морге

    Нам не выдают тело моего деда. Оно находится в морге больницы “Семашко”.

    Об этом oxu.az сообщила Нармина Мамедова, внучка экс-президента ФК “Нефтчи”, призера Олимпийских игр, чемпиона мира и Европы по борьбе Айдына Ибрагимова, скончавшегося этой ночью.

    По ее словам, причин невыдачи тела не объясняют.

    “Обсуждение продолжается уже три часа. Разве можно столько совещаться?! Спрашивают, где работает моя мать. Дома собрались люди.

    Звонил также председатель Наблюдательного совета ФК “Нефтчи” Чингиз Абдуллаев. Мы связались с Министерством молодежи и спорта. Они ответили, что совещаются по этому поводу “, – сказала она.

    Руководитель пресс-службы ведомства Габиль Мехдиев сообщил, что для решения данного вопроса прилагаются усилия.

    “Замминистра Исмайыл Исмайылов взял ситуацию под личный контроль. Он ведет переговоры с соответствующими структурами. Общественность будет проинформирована об этом”, – заверил он.

    Отметим, Айдын Ибрагимов скончался от коронавируса в возрасте 82 лет в клинике, где проходил лечение.

  • “Neftçi”nin sabiq prezidenti II Fəxri Xiyabanda dəfn olunacaq – YENİLƏNİB

    “Neftçi”nin sabiq prezidenti Aydın Ibrahimov II Fəxri Xiyabanda basdırılacaq.

    Bu barədə oxu.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Aydın İbrahimov sabah saat 12-də dəfn ediləcək.

    Ailəsinə də bu barədə məlumat verilib.

    ***

    “Babamın nəşini bizə vermirlər. “Semaşko”da morqda saxlanılır”.

    Bunu oxu.az-a bu gün gecə saatlarında dünyasını dəyişmiş “Neftçi”nin sabiq prezidenti, güləş üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Aydın İbrahimovun nəvəsi Nərminə Məmmədova bildirib.

    Onun sözlərinə görə, heç bir səbəb göstərilmədən babasının cəsədi onlara təhvil verilmir:

    “Üç saatdır müzakirə aparılır. Amma nə müzakirə aparıldığını bilmirik. Üç saat müzakirə etmək olar?! Hələ anamın harada işlədiyini soruşurlar. Artıq saat 3-dür. Evdə insanlar oturub gözləyir.

    “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev də zəng vurmuşdu. Gənclər və İdman Nazirliyi ilə danışmışıq. Onlar müzakirə aparıldığını bildirib”.

    Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev də saytımıza bu məsələnin həlli istiqamətində işlərin aparıldığını bildirib:

    “Şəxsən nazir müavini İsmayıl İsmayılov səhər tezdən bu məsələni nəzarətində saxlayır. O, lazımi qurumlarla danışıqlar apararaq bu məsələnin həlli istiqamətində çalışır. Nəsə olsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

    Qeyd edək ki, Aydın İbrahimov 82 yaşında müalicə aldığı klinikada koronavirusdan dünyasını dəyişib.

  • Qazax sakini həmyerlisini bıçaqladı

    Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    2005-ci il təvəllüdlü Musayev Əlövsət Dilqəm oğlu həmyerlisi Nəsibov Nicat İrşad oğlunu bıçaqlayıb.

    O, xəstəxanaya çatdırılıb. Vəziyyəti orta ağırdır.

    Faktla bağlı araşdırma aparılır.

  • Мехрибан Алиева поделилась публикацией об успехах наших спортсменов на Паралимпиаде – ФОТО

    Сегодня Азербайджан завоевал 12-ю медаль на Паралимпийских играх “Токио-2020”.

    Первый вице-президент Мехрибан Алиева сделала публикацию в этой связи на своей странице в Instagram.

    “Число золотых медалей Азербайджана на Летних Паралимпийских играх “Токио-2020″ достигло 12! Поздравляю нашего паралимпийца Рамана Салеха с завоеванием своей 3-й золотой медали! Искренне благодарю нашу национальную сборную, достойно представляющую Азербайджан на Паралимпиаде, желаю всем нашим спортсменам новых достижений и побед!”, – написала она.