Month: September 2021

  • Şəhid polkovnik-leytenantın ailəsi evsizdir? – AÇIQLAMA

    Vətən müharibəsi şəhidi polkovnik-leytenant Qəmbərov Mehman Nəriman oğlunun ailəsinin yararsız vəziyyətdə olan evdə yaşadığı barədə məlumatlar paylaşılır.

    Söhbət Bərdənin Qarağacı kəndində bərbad daxmada yaşayan şəhid ailəsindən gedir. Şəhid polkovnik-leytenant Qəmbərov Mehman döyüşlərin 4-cü günündə, sentyabrın 30-da Füzuli istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. İgidliyinə və qəhrəmanlığına görə “Qarabağ” ordeni ilə təltif olunub.

    Məlumatlarda şəhid valideynlərinin durumu ilə bağlı bir ildir heç kim maraqlanmır.

    Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəhid Qənbərov Mehman Nərman oğlunun ailəsinin sosial-məişət şəraiti ilə bağlı maraqlanılıb:

    “Şəhid polkovnik-leytenant Qənbərov Mehman Nərman oğlunun valideynlərinin yaşadığı evin şəraitsizliyi ilə bağlı sosial şəbəkədə yayılmış məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları şəhidin valideynləri ilə görüşüb, həmçinin həyat yoldaşı Qənbərova Xuraman Sərhad qızı ilə əlaqə saxlayıblar.

    Şəhidin həyat yoldaşı Qənbərova Xuraman Sərhad qızı məktəbli olan iki övladı (15 yaşlı Nurlan və 9 yaşlı Ceylan) ilə birgə Bakı şəhərində yaşayır. Şəhidin ailəsinə inşaat şirkətlərindən biri tərəfindən Bakının Yeni Yasamal qəsəbəsində üçotaqlı mənzil hədiyyə edilib, onlar artıq həmin mənzilə köçüblər.

    Şəhidin ailəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezidentin aylıq təqaüdü (500 manat), şəhidin həyat yoldaşı ilə uşaqlarına ailə başçısını itirməyə görə aylıq pensiya və aylıq müavinət (661 manat) təyin olunub. Şəhidin həyat yoldaşı ilə uşaqları məcburi köçkün kimi müavinət də alırlar. YAŞAT Fondu şəhidin anası və həyat yoldaşına 4800 manat maddi yardım edib”.

    Məlumatda o da qeyd olunub ki, şəhidin valideynləri Qənbərov Nərman Əsəd oğlu və Qənbərova Məryəm Qulu qızı Ağdam rayonu, Maqsudlu kəndində qeydiyyatda olsalar da, Bərdə rayonu, Mirzəcəfərli kəndində digər övladı Qənbərov Cavid Nərman oğlunun ailəsi ilə birgə yaşayırlar:

    “Ailə üzvlərinin evlə təmin edilməsi üçün onlara aidiyyəti qurum tərəfindən Ağdam rayonunda ev təklif edilsə də, bundan imtina edərək, Bərdədə yaşamaq istədiklərini bildiriblər. Şəhidin valideynləri pensiyaçıdır, qardaşı Cavid və onun həyat yoldaşı orta məktəbdə işləyirlər. Ailə üzvlərinin hər biri məcburi köçkün kimi müavinət alırlar. Şəhidin atasına Nazirlik tərəfindən psixoloji reabilitasiya xidməti də göstərilib”.

  • ABŞ-ın beş ştatında məlumat xarakterli aksiya təşkil edildi

    Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Amerika Azərbaycanlıları Koordinasiya Şurasının idarə heyətinin üzvü, Yuta-Azərbaycan Dostluq Təşkilatının nümayəndəsi Kamran Qarayevin təşkilatçılığı ilə 27 sentyabr – Anım Günü ilə əlaqədar ABŞ-ın beş ştatında məlumat xarakterli aksiya keçirilib.

    Komitədən verilən məlumata görə, LED ekranlı avtomobillər Vaşinqton, Manhettan (Nyu York ştatı), Los-Anceles, (Kaliforniya ştatı), Boston (Massaçusets ştatı) və Filadelfiya şəhərlərində (Pensilvaniya ştatı) hərəkət edib.

    Ekranda Qarabağda erməni vəhşiliyi nəticəsində dağıdılmış abidələr, Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan AzTV-nin operatoru Sirac Abışovla Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAC) müxbiri Məhərrəm İbrahimov barədə məlumatlar və “Şəhidlər ölməz!”, “Şəhidlər heç vaxt unudulmur!”, “Anım Günü!”, “Biz 27 sentyabr Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq!”, “Azərbaycana ədalət!”, “Ermənilərin mədəni irsə qarşı terroru. Qarabağ xanının sarayı”, “Qarabağ Azərbaycandır!”, “Vətən var olsun!”, “Biz sülh istəyirik!” və sair şüarlar əks olunub.

  • В Минобороны Азербайджана прокомментировали информацию, распространенную армянской стороной

    Распространенная армянской прессой информация о том, что 28 сентября подразделения азербайджанской армии якобы открыли огонь в направлении подразделений ВС Армении, в результате чего получил ранение военнослужащий армянской армии, не соответствует действительности.

    Об этом сообщила пресс-служба Министерства обороны Азербайджана.

  • Müdafiə Nazirliyi erməni tərəfinin yaydığı məlumata münasibət bildirdi

    Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması barədə yayılan məlumata münasibət bildirib.

    Qurumdan bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir:

    “Sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil”.

  • “ASAN xidmət”in işçilərinin sayı artırıldı – FƏRMAN

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) işçilərinin sayı artırılıb.

    Belə ki, qurumun işçilərinin say həddi 995 ştat vahidi müəyyən edilib.

    İndiyədək Dövlət Agentliyinin işçilərinin say həddi 895 ştat vahidi olub.

  • В Азербайджане за последние сутки коронавирусом заразились 885 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 885 новых случаев инфицирования коронавирусом, 2 114 человек вылечились и были выписаны домой.

    Об этом 28 сентября сообщает Оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще 22 пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 482 286 человек, 6 498 – скончались, 455 082 – вылечились, 20 706 – продолжают лечение.

    В республике проведено 4 839 863 теста на COVID-19 (за последние 24 часа – 9 525).

  • Azərbaycanda son sutkada koronavirusa 885 nəfər yoluxub – FOTO

    Son sutkada Azərbaycanda koronavirusa (COVID-19) 885 yeni yoluxma faktı qeydə alınıb, 2 114 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 482 286 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 455 082 nəfər müalicə olunaraq sağalıb, 6 498 nəfər vəfat edib, aktiv xəstə sayı 20 706 nəfərdir.

    Ölkədə son sutka ərzində 9 525, hazırkı dövrədək isə 4 839 863 test aparılıb.

  • Ильхам Алиев дал интервью телеканалу France 24

    28 сентября Президент Азербайджана Ильхам Алиев дал интервью французскому телеканалу France 24, сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib

    Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France 24” televiziya kanalına müsahibə verib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Vilyam Hacıyev koronavirusa yoluxdu – YENİLƏNİB

    İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev Bakı İstintaq Təcridxanasında koronavirusa yoluxub.

    O, karantinə alınıb. Məlumata görə, Vilyam Hacıyevdən götürülən test pozitiv çıxıb.

    //Demokrat.az

    * * * * *

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.

    “Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, Bakı İstintaq Təcridxanasından daxil olan tibbi arayışa əsasən, təqsirləndirilən şəxsdə ağciyərin pnevmoniyası aşkar edilib.

    Hakimin sözlərinə görə, təqsirləndirilən şəxsin hərarəti 37,4 dərəcə olub.

    Məhkəmənin növbəti iclası oktyabrın 8-nə təyin edilib.

    Qeyd edək ki, İmişli RİH-in sabiq başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

    2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

    İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

    Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

    İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.