Month: September 2021

  • Anım Günündə al qırmızı geyinən Mehriban Qaralova kimdir? – FOTO

    Vətən müharibəsi şəhidlərinin Anım Günündə xoşagəlməz bir hadisənin yaşandığı barədə xəbər yayılıb.

    Sosial şəbəkələrdə yayılan həmin məlumatda iddia edilir ki, 27 sentyabrda al qırmızı geyinən Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova bu libasda anım tədbirinə qatılmaqla hamını təəccübləndirib. Onun fotoları sosial şəbəkələrdə paylaşılıb, nəticədə baş həkim müzakirə mövzusuna və qınaq obyektinə çevirilib.

    Yayılan şəkillərdən görünür ki, Mehriban Qaralovanın təkcə paltarı qırmızı deyil, ayaqqabısı, hətta maskası da eyni rəngdədir.

    Sosial şəbəkə istifadəçiləri Mehriban Qaralovanın Anım Gününə başdan-ayağa al qırmızı geyimdə gəlməsini şəhidlərə hörmətsizlik kimi qiymətləndirib, ondan üzr istəməyi tələb ediblər.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı Elnarə Baxışova Mehriban Qaralovanın quruma məxsus səhiyyə müəssisəsində çalışdığını təsdiqləsə də, ətraflı məlumat verməyib:

    “Mehriban Qaralova xəstəxanada çalışır. Məsələ ilə bağlı özü ilə əlaqə saxlamaq mümkün olmayıb”.

    Qeyd edək ki, Mehriban Qaralova YAP funksioneri, keçmiş deputat Zahid Qaralovun qızı, sabiq baş prokuror Zakir Qaralovun əmisi qızıdır.

  • Bakıda avtobus sürücüsü qapını əlində aparır – YENİLƏNİB + VİDEO

    Sosial şəbəkələrdə avtobusun qapısını əlində saxlayaraq sükanı idarə edən sürücünün videosu ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

    Bakı Nəqliyyat Agentliyindən (BNA) Oxu.Az-a verilən məlumata görə, sözügedən 106 nömrəli avtobus yol nəqliyyat hadisəsindən sonra bu vəziyyətə düşüb:

    “Hadisə bu gün saat 10:40 radələrində paytaxtın Yeni Suraxanı qəsəbəsi 14 İyul küçəsində qeydə alınıb. Sözügedən küçədə “BUS-Trans” şirkətinin müvəqqəti istismarında olan 106 nömrəli marşrut üzrə 99-RU-659 dövlət nömrə nişanlı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb. Daşıyıcının verdiyi məlumata görə, yük avtomobili işıqforda dönmə əməliyyatını həyata keçirərkən nəqliyyat vasitəsinin arxa hissəsi avtobusun sol ön hissəsinə dəyib. Hadisə vaxtı avtobusda sərnişin olmayıb”.

    * * * * *

    Bakıda hərəkətdə olan sərnişin avtobusunun qapısı qırılıb.

    Nəqliyyat vasitəsinin görüntüləri paytaxt küçələrində hərəkətdə olan zaman lentə alınıb.

    Sürücü avtobusun qırılmış qapısını sol əli ilə saxlayaraq nəqliyyat vasitəsinin hərəkətini davam etdirib.

    106 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun qəzaya uğradığı və qaraja yollandığı ehtimal olunur.

  • В Агдамском районе обнаружен построенный армянами секретный бункер – ВИДЕО

    В освобожденном от оккупации Агдамском районе обнаружен построенный армянами секретный бункер.

    Xəzər TV подготовил видеоматериал из этого укрытия, в котором рассказывается, какой силы ракетные и артиллерийские удары он мог выдержать.

    Противник, предполагавший, что азербайджанская армия будет атаковать со стороны Агдама, выбрал место для бункера таким образом, чтобы постоянно контролировать прилегающие территории.

    На третьем этаже бункера, то есть с наблюдательного пункта, хорошо видны не только села Агдамского, но и территории соседних районов.

  • Ermənilərin Ağdamda gizli saxladığı bunker – VİDEO

    İşğaldan azad olunan Ağdam rayonunda ermənilərin təşkil etdiyi gizli bunker aşkarlanıb.

    Xəzər TV həmin bunkerdən videomaterial hazırlayıb.

    Videoda bunkerin raket və artilleriya zərbələrinə qarşı xüsusi üsullarla necə möhkəm hazırlanması şərh edilib.

    Ordumuzun Ağdamdan hücum edəcəyini düşünən mənfur düşmən sözügedən bunker üçün elə yer seçib ki, oradan ətraf ərazilərimizi də daim təhlükə altında saxlaya bilərdilər.

    Belə ki, bunkerin üçüncü mərtəbəsində, yəni ermənilərin müşahidə məntəqəsi adlandırdıqları yerdən nəinki Ağdamın digər kəndləri, hətta qonşu rayonların əraziləri də açıq şəkildə görünür.

    Daha ətraflı bunkerdən çəkilən görüntüləri izləyin:

  • В Сочи пройдут переговоры Путина и Эрдогана

    29 сентября в Сочи (РФ) пройдут переговоры Владимира Путина с Президентом Турции Реджепом Тайипом Эрдоганом.

    “Планируется обсудить различные аспекты российско-турецкого партнерства в политической и торгово-экономической областях. Будет также проведен обстоятельный обмен мнениями по актуальным международным вопросам, включая развитие ситуации в Сирии, Ливии, Афганистане и Закавказье”, – сообщили в пресс-службе Кремля.

  • Ərdoğanla Putin Soçidə Cənubi Qafqazı müzakirə edəcəklər

    Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidəki danışıqlarda Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.

    Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb:

    “29 sentyabrda Soçidə Rusiya Prezidenti Vladimir Putin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

    Siyasi, ticarət və iqtisadi sahələrdə Rusiya-Türkiyə tərəfdaşlığının müxtəlif aspektlərini müzakirə etmək planlaşdırılır. Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyətin inkişafı da daxil olmaqla aktual beynəlxalq mövzularda ətraflı fikir mübadiləsi aparılacaq”.

  • В Лондоне прошла информационная акция, посвященная Дню памяти

    При поддержке Госкомитета АР по работе с диаспорой в Лондоне прошла информационная акция, организованная обществом “Британия – Азербайджан” по случаю Дня памяти 27 сентября.

    Об этом сообщили в госкомитете.

    В рамках акции автомобиль с установленным на нем электронным табло, на котором отображались фото, запечатлевшие вандализм, совершенный армянскими оккупантами в Карабахе, а также лозунги “Азербайджан против войны”, “Истинное лицо армянских оккупантов”, “Армянские реалии”, “Армянский террор против культурного наследия – разрушенная русская православная церковь” с 10:00 до 20:00 курсировал по улицам британской столицы – у здания парламента, на Трафальгарской площади, в Ковент-Гарден, Кенсингтонских садах.

  • Londonda Anım Günü ilə bağlı məlumatlandırıcı aksiya təşkil edilib

    Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən Britaniya–Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə London şəhərində 27 sentyabr – Anım Günü ilə əlaqədar məlumat xarakterli aksiya keçirilib.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Bildirilib ki, aksiya zamanı üzərində erməni işğalçılarının Qarabağda törətdikləri vandallığa dair fotolar, eləcə də “Azərbaycan müharibə tərəfdarı deyil”, “Erməni işğalçılarının əsl siması”, “Erməni reallıqları”, “Ermənistanın mədəni irsə qarşı terroru- Dağıdılmış rus-ortodoks kilsəsi” ifadələri əks olunan LED ekranlı yük avtomobilinin şəhər daxilində hərəkəti təmin edilib.

    Belə ki, yerli ictimaiyyətin diqqətini erməni terroruna cəlb etmək məqsədi ilə yük avtomobili səhər saat 10:00-dan axşam saat 20:00-a kimi şəhərin Parlament meydanı, Trafalqar meydanı, Kovent bağı, Kensinqton məhkəməsi və Çeniston Bağları marşrutu üzrə hərəkət edib.

  • Ильхам Алиев распорядился выделить госагентству 6,4 млн манатов

    Президент Азербайджана Ильхам Алиев 28 сентября подписал распоряжение о дополнительных мерах по продолжению работ по реконструкции автомобильных дорог на территории Наримановского района Баку.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, с этой целью Государственному агентству автомобильных дорог Азербайджана выделяется 6 400 000 манатов.

    Данная сумма будет выделена из средств, предусмотренных в подпункте 1.1.14 “Распределения средств, предусмотренных в госбюджете АР на 2021 год для государственных капиталовложений (инвестиционных расходов)”.

  • İlham Əliyev Dövlət Agentliyinə 6,4 milyon manat ayırdı

    Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.