Month: September 2021

  • ABŞ-da təyyarə binanın üzərinə düşdü

    ABŞ-ın Farminqton şəhərində kiçik tutumlu təyyarə ofis binası üzərinə düşüb.

    “Cessna Citation 560X” tipli təyyarədə dörd nəfərin olduğu bildirlib.

    İnsidentin texniki nasazlıq səbəbindən baş verdiyi qeyd edilib.

    Qəza nəticəsində insan tələfatı barədə məlumat verilməyib.

    Mənbə: TASS

  • “Pfizer” COVID həblərinin koronavirus xəstələri üzərində sınaqlarına başlayır

    “Pfizer” əczaçılıq şirkəti COVID-19-a qarşı həblərin koronavirusa yoluxmuş xəstələr üzərində sınaqlarına başlayır.

    Şirkətdən verilən məlumata görə, bu, dərman vasitəsi sınaqlarının son mərhələsi olacaq.

    Testlər 1140 nəfər yetkinlik yaşına çatmış və xəstəxanaya yatırılmasına ehtiyac olmayan koronaviruslu şəxslər üzərində keçiriləcək.

    PF-07321332 indeksli həbləri COVID-in ilk əlamətləri müşahidə olunan zaman qəbul etmək lazımdır. Dərman koronavirusun çoxalaraq orqanizmdə yayılmasının qarşısını alır. Onun ilin sonunadək satışa çıxarılması gözlənilir.

  • “Taliban” xüsusi təyinatlılarının əməliyyat görüntüləri yayılıb – VİDEO

    Sosial şəbəkələrdə “Taliban” hərəkatının xüsusi təyinatlı dəstəsinin əməliyyat görüntüləri yayılıb.

    Videoda dəstə üzvlərinin Kabil hava limanı ərazisini “təmizləməsi” əks olunub.

    Əməliyyat ABŞ hərbi qüvvələrinin ərazini tərk etməsindən sonra həyata keçirilib.

    “Taliban” xüsusi təyinatlılarının əməliyyata əllərində hərəkatın bayrağıyla qatılmaları diqqət çəkib.

  • В Кюрдамире произошло ДТП, есть пострадавший

    В селе Арабгубалы Кюрдамирского района произошло ДТП, сообщает Report.

    Водитель Ильгар Мурсалиев потерял управление автомобилем марки Mitsubishi, в результате чего машина вылетела с дороги и перевернулась.

    Во ходе аварии брат водителя – 44-летний Эльшан Мурсалиев получил травмы различной степени тяжести. Пострадавший был госпитализирован бригадой врачей скорой медицинской помощи в Кюрдамирскую центральную районную больницу.

    По данному факту ведется расследование.

  • Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alan var

    Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report” xəbər verir ki, hadisə Ərəbqubalı kəndində qeydə alınıb.

    Sürücü Mürsəliyev İlqar Əbülhəsən oğlu “Mitsubishi” markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

    Hadisə zamanı sürücünün qardaşı, 44 yaşlı Mürsəliyev Elşən Əbülhəsən oğlu müxtəlif növ bədən xəsarəti alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Составлен рейтинг вакцин от коронавируса

    Составлен рейтинг вакцин от коронавируса.

    Отбор производился на основе количества стран мира, одобривших ту или иную вакцину.

    Первое место в рейтинге занимает AstraZeneca. Препарат признан в 144 странах мира. Это означает, что люди, привитые данной вакциной, могут путешествовать в эти страны без ПЦР-теста и карантинного периода.

    Вакцина Pfizer, утвержденная в 125 странах мира, находится на второй строчке списка.

    Тройку лидеров замыкает препарат Moderna, который позволяет беспрепятственно путешествовать в 86 стран.

    Четвертое место рейтинга – Sinovac, пока одобрен только 48 странами.

    Источник: VisaGuide.World

  • Hansı peyvəndlə daha çox ölkəyə səyahət etmək olar?

    Koronavirusa qarşı vaksinlərin reytinqi hazırlanıb.

    Siyahı bu və ya digər peyvəndi təsdiq etmiş dünya ölkələri sayına əsasən tərtib edilib.

    Reytinqdə ilk yeri “AstraZeneca” vaksini tutur. Preparat dünyanın 144 ölkəsində tanınır. Bu isə o deməkdir ki, adıçəkilən peyvəndlə vaksinasiya olunanlar həmin ölkələrə PCR testi və karantin müddəti olmadan səyahət edə bilərlər.

    Dünyanın 125 ölkəsində təsdiq edilmiş “Pfizer” peyvəndi siyahının ikinci pillsində qərarlaşıb.

    İlk üçlüyü 86 ölkəyə maneəsiz səyahət imkanı verən “Moderna” vaksini tamamlayır.

    Reytinqin dördüncüsü olan “Sinovac” isə hələ ki, yalnız 48 ölkə tərəfindən təsdiq olunub.

  • Обвиняемый в издевательствах над пожилой женщиной житель Гедабейского района предстанет перед судом

    В прокуратуре Гедабейского района завершено расследование уголовного дела, возбужденного по факту насильственного удержания в хлеву жительницы села Новоивановка Сакины Гасановой. Материалы дела направлены на рассмотрение в районный суд.

    Об этом сообщили в надзорном органе.

    Следствием было установлено, что местный житель Газанфар Гаджиев (1947 г.р.) на протяжении 20 лет регулярно избивал свою двоюродную сестру Сакину 1934 (г.р.), страдающую психическим заболеванием и находящуюся у него на попечении. При этом мужчина привязывал свою родственницу веревкой за шею к деревянной доске и насильственно удерживал в хлеву во дворе дома, причиняя ей тем самым сильную физическую боль и душевные страдания.

    Кроме того, Г.Гаджиев в период с октября 2018 года по май 2021-го присвоил в общей сложности около 7 000 манатов, перечисленных на пенсионную карту С.Гасановой, и потратил деньги на свои нужды.

    Г.Гаджиеву были предъявлены обвинения по статьям 133.2.4 (истязание, совершенное в отношении лица, заведомо для виновного находящегося в беспомощном состоянии), 145.2.5 (незаконное лишение свободы с применением насилия, опасного для жизни или здоровья потерпевшего) и 179.2.4 (присвоение или растрата с причинением значительного ущерба) Уголовного кодекса АР. Решением суда в его отношении была избрана мера пресечения в виде ареста.

  • Gədəbəydə qadına əzab verən şəxsin məhkəməsi başlayır

    Gədəbəy rayonu Novoivanovka kənd sakini Səkinə Həsənovanın tövlədə boğazından kəndirlə taxtaya bağlanmış vəziyyətdə saxlanılması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

    Gədəbəy Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, 2021-ci il mayın 31-də Gədəbəy rayon sakini 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir ki, himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə mütəmadi olaraq döyməklə, güclü ağrı və psixi iztirablar verməklə əzab verib, boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib.

    Bundan başqa o, Səkinə Həsənovaya məxsus pensiya kartına 2018-ci ilin oktyabr ayından 2021-ci ilin 31 may tarixinədək olan müddət ərzində mədaxil olunmuş ümumilikdə 7 min 56 manat pulu mənimsəyib öz ehtiyaclarına xərcləməklə israf edib.

    Qəzənfər Hacıyev Cinayət Məcəlləsinin 133.2.4 (əzab vermə – təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 145.2.5 (qanunsuz azadlıqdan məhrum etmə – zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 179.2.4-cü (mənimsəmə və ya israf etmə – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib.

  • Sumqayıtda güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyuldu

    Sentyabrın 3-də Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.