Month: September 2021

  • Britaniyada yeniyetmələrdə sağalandan sonra da koronavirusun simptomları qalıb

    Böyük Britaniyada hər yeddi yeniyetmədən biri sağalandan üç ay sonra davamlı olaraq koronavirusun simptomlarını yaşayır.

    Həkimləri 11-17 yaş arası yeddi min nəfəri müayinə ediblər. 2021-ci ilin yanvar-mart ayları arasında müayinə olunanların yarısında PCR testinin nəticələri müsbət olub. Onların məlumatları eyni dövrdə mənfi nəticələr göstərən eyni ölçülü qrupla müqayisə edilib.

    Məlum olub ki, COVID-19-dan sağalan xəstələrin 14 faizi (sorğuda iştirak edən hər yeddi nəfərdən biri) üç aydan sonra üç və ya daha çox davamlı simptomdan əziyyət çəkib. Yeniyetmələrin təxminən yeddi faizidə (14 nəfərdən biri) beş və ya daha çox koronavirus əlaməti müəyyən edilib.

    Xəstəliyin ən çox yayılmış “qalıqları” baş ağrısı və yorğunluq olub. Eyni zamanda, mütəxəssislər yeniyetmələr arasında COVID-19-un ciddi nəticələrini müəyyən etməyiblər.

    Qeyd edilir ki, yeniyetmələrdə koronavirusun böyüklərə nisbətən daha az ciddi nəticələri qalıb.

  • Паралимпийские игры: Азербайджанский пловец завоевал третье “золото” – ОБНОВЛЕНО + ВИДЕО

    Азербайджанский спортсмен Раман Салех завоевал еще одну золотую медаль Паралимпийских игр в Токио.

    Он занял первое место в соревновании по плаванию на дистанции 100 метров баттерфляем (57,81 секунды).

    Напомним, что ранее Раман Салех завоевал две золотые медали в соревновании по плаванию – 100 метров на спине и по плаванию на дистанции 100 м вольным стилем.

    * * * * *

    На летних Паралимпийских играх в Токио еще один азербайджанский спортсмен вышел в финал.

    В заплыве на 100 метров баттерфляем в категории S12 два представителя Азербайджана приняли участие в этапе классификации: двукратный паралимпийский чемпион Раман Салех и самый молодой паралимпийский золотой медалист страны Вели Исрафилов.

    Р.Салех финишировал быстрее всех – 58,99 секунды. Вели же оказался последним, показав результат 1:10.59 минуты.

    Таким образом, Раман Салех пробился в финал, который начнется сегодня в 13:53 по бакинскому времени.

    Отметим, что в командном зачете Азербайджан в настоящее время занимает 10-е место с 11 золотыми, 1 серебряной и 4 бронзовыми медалями.

  • Paralimpiya Oyunları: Azərbaycan üzgüçüsü üçüncü qızıl medalını qazandı – VİDEO + YENİLƏNİB

    Azərbaycan üzgüçüsü Roman Saley üçüncü qızıl medalı qazanıb.

    O, 100 metr məsafəyə baterflay üsulu ilə üzmədə 57.81 saniyə nəticə göstərib.

    Bununla da o özünün 3-cü, Azərbaycanın 12-ci qızıl medalını qazanıb.

    * * * * *

    Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycanın daha bir idmançısı finala vəsiqə qazanıb.

    Oxu.Az-ın xəbərinə görə, S12 kateqoriyası üzrə 100 metr baterflay üsulu ilə üzgüçülük yarışında iki idmançımız təsnifat mərhələsində mübarizə aparıb.

    Bunlar ikiqat Paralimpiya çempionumuz Roman Saley və Azərbaycanın ən gənc Paralimpiya qızıl medalçısı Vəli İsrafilov olub. Beş nəfərin yarışdığı təsnifat mərhələsində Belarus əsilli idmançımız hamıdan tez – 58.99 saniyəyə finişə çatıb. Vəli isə 1:10.59 dəqiqə nəticə göstərməklə sonuncu olub.

    Beləliklə, Roman Saley bu gün Bakı vaxtı ilə saat 13:53-dən etibarən final mərhələsində mübarizə aparacaq. Səkkiz nəfərin yarışdığı finalda Saley tən ortada – dördüncü sırada (təsnifat mərhələsində hamıdan ən yaxşı nəticə göstərdiyi üçün – S.M.) mübarizə aparacaq.

    Qeyd edək ki, Azərbaycan hazırda 11 qızıl, 1 gümüş və 4 bürünc medalla 10-cu sıradadır.

  • В Грузии зафиксирован новый антирекорд по смертности от COVID-19 за сутки

    В Грузии установлен новый антирекорд по смертности пациентов от коронавирусной инфекции – за 24 часа в стране скончался 81 человек.

    Предыдущий антирекорд был зафиксирован 26 августа – тогда от COVID-19 умерли 79 пациентов. Это был самый большой показатель летальных исходов за сутки за все время пандемии, начавшейся в стране в феврале 2020 года.

    Всего на сегодняшний день скончались 7 563 человека.

    Число случаев заражения коронавирусом в Грузии за последние сутки увеличилось на 3 212. В целом с начала пандемии в стране заболели инфекцией 556 909 человек.

    Вместе с тем за последние 24 часа вылечились 5 017 пациентов, а с начала пандемии – 502 534.

    Источник: newsgeorgia.ge

  • Gürcüstanda koronavirusdan rekord ölüm qeydə alındı

    Gürcüstanda son sutkada koronavirusdan maksimum ölüm – 81 nəfər qeydə alınıb.

    Bu, pandemiya başlayandan ən yüksək göstəricidir.

    Ötən gün ərzində ölkədə 3 212 yeni yoluxma müəyyən edilib.

    Gürcüstanda bu zamana qədər koronavirusa 556 909 yoluxma, 7 563 ölüm qeydə alınıb.

  • Avstraliyalı cütlük lotereyada 20 milyon dollar uddu

    Avstraliya sakinləri olan ailə cütlüyü lotereyada 20 milyon Avstraliya dolları (təxminən 19 milyon manat) qazanıb.

    Onlar xeyli müddət lotereya təşkilatçılarından gələn zəng və mesajları rədd edib, yalnız üçüncü cəhddə cavab verərək qalib olduqlarını öyrəniblər.

    Qaliblər uğurlu bileti təsadüfən aldıqlarını, adətən lotereya oynamadıqlarını bildiriblər.

    Onlar uduşlarını valideynlərinə və yaxınlarına xərcləyəcəklərini, həmçinin özlərinə ev alacaqlarını qeyd ediblər.

    Mənbə: ABC

  • Rusiyada qripə qarşı peyvəndləmə başladı

    Rusiyada 2021-ci il qripə qarşı vaksinasiya başlayıb.

    “Bu gün, “Rospotrebnadzor”un (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti) stendində beşinci dəfədir ki, Rusiya Federasiyasında qripə qarşı peyvənd kampaniyasının başladığını elan edirik”, – deyə qrumun rəhbəri Anna Popova Şərq İqtisadi Forumda bildirib.

    O qeyd edib ki, istəyən hamı vaksin vurdura bilər.

    “Rospotrebnadzor” əhalinin azı 60 faizini və risk altında olanların azı 75 faizini peyvəndləməyi bölgələrə tövsiyə edib.

    Mənbə: “RİA Novosti”

  • “WhatsApp” bu telefonlarda işləməyəcək

    Dünyanın ən çox istifadə olunan messenceri “WhatsApp” son yenilənməsinin köhnə Android və iOS telefonlarında çalışmayacağını açıqlayıb.

    Məlumata görə, noyabrın 1-dən etibarən messencer Android 4.0.4 və iOS 9 da daxil olmaqla daha köhnə proqram təminatı ilə işləyən telefonları dəstəkləməyəcək.

    “WhatsApp”ın çalışmayacağı telefon modellərindən “Samsung Galaxy” silsiləsində “S3 Mini”, “Trend II”, “Trend Lite”, “Core”, “Ace 2”, “LG Optimus” seriyasından F7, F5, “L3 II Dual”, F7 II, F5 II, eləcə də “Sony Xperia”, “Huawei Ascend Mate” və “Ascend D2”, həmçinin “Apple iPhone” modeelərindən SE, 6S, və “6S Plus” qeyd olunub.

    //“Haber Global”

  • Ucarda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var

    Ucarda yol qəzasında xəsarət alan var.

    “Report”un Şimal bürosunun verdiyi məlumata görə, Bakı-Qazax yolunun Ucar rayonu ərazisində qeydə alınıb.

    Belə ki, yük avtomobili qəzaya uğrayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə xidmətinin əməkdaşları və həkim briqadası cəlb olunub.

    Qəza nəticəsində yük avtomobilinin kabinəsində sıxılmış vəziyyətdə qalan şəxs FHN-in əməkdaşları tərəfindən nəqliyyat vasitəsindən çıxarılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Belçika kral ailəsinin üzvü koronavirusa yoluxub

    Yeni tip koronavirus Belçikanın kral ailəsinə də sıçrayıb.

    Kral və kraliçanın bütün görüşləri ləğv olunub.

    Hərçənd, Kral Sarayından verilən məlumata görə, kral Filip və kraliça Matildanın PCR testi nəticələri neqativ çıxıb.

    Yerli KİV ailənin üzvü olan uşaqlardan birinin COVID-ə yoluxduğunu bildirib.

    Mənbə: “Haber Global”