Month: September 2021

  • Пресечена вражеская провокация в направлении города Шуша: противник понес потери – ОФИЦИАЛЬНО

    3 сентября с 01:00 до 02:15 незаконные армянские вооруженные формирования на территории Азербайджана, где временно дислоцированы российские миротворцы, подвергли интенсивному обстрелу позиции одного из подразделений азербайджанской армии в направлении города Шуша.

    Об этом сообщает пресс-служба Министерства обороны АР.

    Благодаря бдительности военнослужащих азербайджанской армии и в результате принятых ими оперативных мер огневая активность противника была подавлена, и он понес потери.

    Командование российского миротворческого контингента и Совместный российско-турецкий мониторинговый центр были проинформированы об инциденте.

    “Сообщаем, что в случае повторения подобных провокаций мы примем решительные меры в рамках законодательства АР”, – говорится в сообщении Минобороны.

  • Şuşa istiqamətində mövqeyimiz atəşə tutuldu: Ermənilər itki verdi – RƏSMİ

    Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub.

    “Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.

    Bildiririk ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq”, – məlumatda qeyd edilir.

  • Cinsi azlıq nümayəndəsi bu dəfə Nigar İbrahimovanın salonunu dağıtdı – VİDEO

    Bir müddət əvvəl mağazaya hücum edərək polis və satıcını təhqir edən cinsi azlıq nümayəndəsi daha bir hadisə törədib.

    Sosial şəbəkələrdə Anna Tağıyeva kimi tanınan şəxs bu dəfə məşhur müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimovaya məxsus “İN Studio” gözəllik mərkəzinə basqın edib.

    İ. İbrahimovanın yaydığı görüntülərdən məlum olur ki, sözügedən şəxs mərkəzin əşyalarını sındırır, işçi heyəti və müştəriləri təhqir edir. Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.

    “Qafqazinfo” məsələ ilə bağlı gözəllik mərkəzinin rəhbəri Nigar İbrahimova ilə əlaqə saxlayıb.

    İş xanımı qeyd edib ki, həmin şəxs bir ay əvvəl mərkəzin lazer xidmətindən yararlanıb və yüksək səviyyədə yola salınıb. Lakin o, bir ay sonra əsassız iddia ilə mərkəzi dağıtmağa başlayıb:

    “Biz hər bir insana hörmətlə yanaşırıq və ayrı-seçkilik etmirik. O, bayırdan telefonla çəkərək salona daxil olub. Özünü idarə edə bilmir, sözlərini sonadək çatdırmırdı. İçəri girərək deyib ki, mənim sinəm səpib. Axı ona sinə ilə əlaqədar bir prosedur olunmayıb. Qışqıraraq deyir ki, müdiriyyət gəlsin, bu obyekt bağlanacaq. Zatən hər şey videoda görünür. Daha sonra mərkəzə ziyan vurmağa başlayır. Güzgü qırılır, güldan atılır, dövlətin kassa aparatı insanların başına tullanılır. Müştərinin qarşısındakı fincanı götürüb yerə çırpır. Xidmət göstərən bir xanım sonunda qalxıb deyir ki, insanların niyə şərəf-ləyaqətini alçaldırsız? Fiziki cəhətdən qollu-budaqlı insandır. Heç kəsin də gücü çatmır ki, bayıra çıxarsın. Salonda ziyalı xanımlar olub, hadisə vaxtı görüblər ki, video da çəkilir, kənara çəkiliblər. Kiminsə ailəsi, övladı var”.

    N. İbrahimova anında polis şöbəsinə müraciət etdiyini vurğulayıb: “Mən obyektdən kənarda idim, ailə üzvüm, anam koronavirusa yoluxmuşdu. Onunla müalicədəydim. “102”yə şikayət etdim, daha sonra ərazidə olan 21-ci polis şöbəsi ilə əlaqə saxladım. Bütün əşyaları sındırırdı, bunların qarşısı alınmalı idi. Təkrar-təkrar müraciət etdim ki, orada bir nəfər yaralanmamış hadisə yerinə polis cəlb olunsun. Bəlkə də, 5 nəfərin şərəf-ləyaqətini alçaldıb. Polis izahat üçün aparıb, iki saatlıq sorğu-sualdan sonra buraxılıb. Daha iki tanınmış salona yığıb ki, gəlib oranı da dağıdacam. Onlar oyaq olub, qarşısı alınıb.

    21 ildir xalqa xidmət edən salonuq. Sən kimsən ki, obyekti bağlatdırırsan? Dövlət, qanunlar var. Biz bilmirdik ki, silsilə şəkildə belə addımlar atır. Sonradan görmüşəm ki, mağazaya da hücum çəkib, işçiləri təhqir edib. Çox yaxşı, cəmiyyətdə layiqli şəkildə özlərini idarə edən cinsi azlıq nümayəndələri var. Bu şəxsin isə problemləri var, normal biri deyil. Cəmiyyətə yararsız biri kimi özünü göstərir”.

    Tanınmış makiyaj ustası gözəllik mərkəzinə beş min manatdan çox maddi ziyan dəydiyini açıqlayıb:

    “2400 manatlıq güzgüm, 2600 manata olan saç aparatım, hər biri 350 manata olan güldanlarım sındırılıb, min manatlıq gülüm qırılıb. Beş mindən artıq mənə ziyan dəyib. Başqa insanlara zərər dəyilməməsi üçün təcili tədbir görülməsini xahiş edirəm. İnanıram ki, tezliklə tədbir görüləcək”.

    Qeyd edək ki, A. Tağıyeva adlı şəxsin dəfələrlə bu cür hücumları barədə sosial şəbəkələrdə videoları yayılır. O, sonuncu dəfə geyim mağazasına girərək qiymət bahalığından şikayətlənmiş, satıcı və polis mayorunu təhqir etmiş, işçilərə fiziki təzyiq göstərmişdi.

    “Qafqazinfo” mövzu barədə Daxili İşlər Nazirliyinə müraciət etmiş, DİN məsələ barədə araşdırma aparıldığını qeyd etmişdi.

  • В Дагестане произошло землетрясение магнитудой 5,1

    Землетрясение магнитудой 5,1 зафиксировано в пятницу утром в Дагестане, информация о пострадавших и разрушениях не поступала, сообщила пресс-служба ГУ МЧС РФ по региону.

    “В 06:34 на территории Бежтинского участка на глубине 20 км зарегистрировано землетрясение магнитудой 5,1. Подземные толчки на поверхности ощущались жителями Ахвахского, Ботлихского, Унцукульского районов. Информация о разрушениях не поступала”, – говорится в сообщении.

    Источник: ТАСС

  • Dağıstanda güclü zəlzələ baş verib

    Dağıstanda səhər saatlarında 5,1 bal gücündə zəlzələ baş verib.

    Zəlzələ yerli vaxtla 06:34 radələrində Bejtinski məntəqəsində yerin 20 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ zamanı dağıntılar və ya insan itkisi barədə məlumat verilməyib.

    Mənbə: TASS

  • Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alan var

    Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ərəbqubalı kəndində qeydə alınıb.

    Sürücü Mürsəliyev İlqar Əbülhəsən oğlu “Mitsubishi” markalı avtomoblə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

    Hadisə zamanı avtomobildə olan iki sərnişin müxtəlif xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “3 həftə belə davam etsə, xəstəxanalarda yer olmacaq – Vüqar Cavadzadə – VİDEO

    Əgər yoluxma sayındakı bugünkü rəqəmlər üç həftə də davam etsə, yaxın həftələrdə xəstəxanalarda yer problemi ilə rastlaşa bilərik. Hazırda xəstəxanalarda xəstə sayı çoxdur və demək olar ki, palatalar dolmuş vəziyyətdədirlər. Modul tipli xəstəxanalar açıldıqdan 3-4 gün sonra tamamilə dolurlar.

    Bunu ARB-24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib.

    O bildirib ki, ölkədə koronavirusun delta ştammı geniş yayılır:

    “Bugünkü rəqəmlərdə gündəlik 4 000 yoluxma və 40 nəfərdən artıq şəxsin vəfat etdiyini görürük. Bu, çox ciddi göstəricidir. Təsəvvür edin ki, son 10 gün ərzində 500-ə yaxın şəxs dünyasını dəyişib. Bu, bizdə olan rəsmi rəqəmdir. Lakin nəzərə alaq ki, bir evdə beş koronaviruslu şəxsdən biri test verir. Bugünkü ölüm sayı da real göstəricidən təxminən iki dəfə azdır.
    Eyni zamanda yoluxma göstəricisi də 7-8 min civarında olar. Vəziyyət çox ciddidir, evlərdə kifayət qədər ağır xəstələr var. Delta qısa müddətdə ağırlaşma verir və temperaturu salmaq olmur. Xüsusən də yanaşı xəstəliyi olan şəxslər daha tez ağırlaşır və oksigenə tələbatı daha tez başlayır. Aparılan müalicələr isə, demək olar ki, effekt vermir.
    Onu da qeyd edim ki, delta ştammı gənclər və kiçik yaşlı uşaqlar arasında özünü çox kəskin əlamətlərlə göstərir. Hətta 3-4 yaşlı uşaqlarda 39-40 dərəcə temperatur müşahidə olunur. Sevindirici hal odur ki, 10 yaşlı uşaqlarda ölüm faizi, demək olar ki, 0 səviyyəsindədir. Həmçinin yaşlı şəxslərlə müqayisədə uşaqlarda deltanın gedişatı müalicəyə daha tez tabe olur”.

  • Ağ Evin sözçüsü: “Heç kim güman etməsin ki, “Taliban”a qarşı sanksiyaları yumşaltmaq fikrindəyik”

    ABŞ Əfqanıstana yardımla bağlı qərarı ölkədə hökumət qurulduqdan sonra verəcək.

    “Report” xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki keçirdiyi brifinqdə deyib.

    O qeyd edib ki, ABŞ hazırda “Taliban”a qarşı sanksiyaların yumşaldılması imkanlarını nəzərdən keçirmir.

    “Heç kim güman etməsin ki, hazırda “Taliban” əleyhinə sanksiyaları yumşaltmaq fikrindəyik, bu, müzakirə predmeti deyil”, – Psaki bildirib.

    Psaki qeyd edib ki, ABŞ-ın gələcəkdə atacağı istənilən addımda beynəlxalq birliyin rəyi nəzərə alınacaq.

    Onun sözlərinə görə, ABŞ Əfqanıstan xalqının beynəlxalq yardım almasını istəyir: “Bu yardımlar xarici təşkilatların hesabına edilməlidir. Vaşinqton bu istiqamətdə artıq xüsusi bir lisenziya da əldə edib”.

  • Daha bir müəllim koronavirusdan vəfat etdi – FOTO

    Daha bir müəllim koronavirusdan vəfat edib.

    Bu barədə onun çalışdığı ERA Tam Orta Ümumtəhsil Məktəbinin “Facebook” profilində paylaşım edilib.

    Bildirilib ki, Elza Abdullayeva ötən gün COVİD-19-un qurbanı olub.

    Qeyd edək ki, E.Abdullayeva Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin fortepiano müəllimi olub.

  • BMT Əfqanıstana humanitar yardımları bərpa edib

    “BMT Əfqanıstana havadan humanitar yardım reyslərini bərpa edib”.

    “Report”un yerli bürosu xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik mətbuat konfransında bildirib.

    O, qeyd edib ki, Əfqanıstanda BMT-nin Dünya Ərzaq Proqramı tərəfindən idarə olunan Humanitar Hava Xidməti (UNHAS) humanitar dəstək fəaliyyətlərinin davamı üçün uçuşları bərpa edib.

    Eyni zamanda hava yolu ilə sərnişin daşıma xidməti hazırda Pakistanın paytaxtı İslamabadla Məzari-Şərif və Qəndəhar arasında əlaqə qurub, avqustun 29-dan etibarən Məzari-Şərifə üç reys həyata keçirilib. Əməliyyatların mümkün qədər qısa zamanda yerinə yetirilməsi və Əfqanıstandan uçuşların sayının artırılması üçün səylər göstərilir. Bundan əlavə, tibbi və digər təcili yardım ləvazimatları kimi qeyri-ərzaq mallarını ən çox ehtiyac duyulan yerlərə daşımaq üçün yük təyyarəsi fəaliyyət göstərir.

    BMT-nin Humanitar Hava Xidməti (UNHAS) daxili sərnişindaşıma xidməti üçün 18 milyon ABŞ dolları, karqo xidməti üçün isə 12 milyon ABŞ dolları tələb olunur. Hər iki xidmət humanitar cəmiyyətin istifadəsində olacaq.