Month: September 2021

  • Названо число вакцинированных от COVID-19 в Азербайджане

    В Азербайджане за минувшие сутки от коронавирусной инфекции нового типа (COVID-19) были вакцинированы 68 676 человек.

    При этом 16 517 из них получили первую дозу препарата, 52 159 – вторую.

    Об этом 30 сентября сообщил Оперативный штаб при Кабинете министров.

    На сегодняшний день были введены 8 554 648 доз вакцины от COVID-19.

    При этом 4 762 232 человека получили первую дозу препарата, 3 792 396 – вторую.

    Иммунизация успешно продолжается во всех районах республики.

  • Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 676 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 517, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 159 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 554 628, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 762 232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 792 396 təşkil edir.

  • Bakıda arvadını öldürən hakim 10 il müddətinə azadlıqdan məhrum edildi

    Bakıda arvadını öldürən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında Fəqan Əhmədova verilən ittihamların məhkəmə istintaqı zamanı sübut olunduğunu bildirərərək təqsirləndirilən şəxs Fəqan Əhmədovun 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

    Dövlət ittihamçısının çıxışına münasibət bildirən vəkillər bildirib ki, təqsirləndirilən şəxs dəfələrlə hadisənin ehtiyatsızlıq səbəbindən törədildiyini qeyd edib. Həmçinin müdafiəçilər dövlət ittihamçısının çıxışı ilə razı olmadıqlarını, müvəkkillərinin bu günə qədərki fəaliyyətini və himayəsində azyaşlı övladlarının olduğunu əsas gətirərək məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş ediblər.

    Daha sonra məhkəmə təqsirləndirilən şəxsə son söz verib. F.Əhmədov çıxışında verilən ittihamla razı olmadığını bildirib:

    “Qəsdən kimisə öldürmək üçün əvvəldən beynində plan qurmalısan. Bu hadisə sadəcə, yersiz və şit bir zarafatın nəticəsi idi. Mən Pərvanəni sevirəm və son nəfəsimə kimi də belə olacaq. Mən heç vaxt onun başından bir tük də əksik olmasını istəməmişəm. Xahiş edirəm ədalətli qərar qəbul edəsiniz”.

    Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra prosesdə hökm oxunub. Hökmə əsasən, Fəqan Əhmədov 10 il azadlıqdan məhrum olunub.

    Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun həbs müddəti 2021-ci il may ayının 30-dan hesablanacaq.

    Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, bu il mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

    İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Fransanın sabiq prezidenti azadlıqdan məhrum edildi

    Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2012-ci il seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilinib.

    Sabiq dövlət başçısı mart ayında artıq korrupsiya və nüfuzdan sui-istifadə ittihamı ilə məhkum edilmişdi. Hazırda isə o, “Bigmalion işi”ndə ittiham olunur (Sarkozinin prezidentlik kampaniyasını müşayiət edən kommunikasiya agentliyinin adı belə idi).

    Araşdırmalara görə, məhz “Bigmalion”un köməyi ilə keçmiş prezidentin partiyası kampaniya xərclərini gizlətməyə kömək edib. Nəticədə 43 milyon avro xərclənib ki, bu da qanunla icazə verilən məbləğdən iki dəfə çoxdur.

    Məhkəmə Sarkozini bir il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını elektron müşahidə altında evdə oturmaqla çəkəcək.

  • Eldar Həsənovun məhkəməsində səfirliyin sabiq maliyyə mütəxəssisi dindirilib

    Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Azər Şamilzadə ifadə verib.

    Bildirib ki, 2010-2012-ci illərdə Azərbaycanın Serbiyadakı səfirliyində maliyyə mütəxəssisi vəzifəsində işləyib.

    O deyib ki, işlədiyi dövrlərdə səfirliyin bütün xərcləri E.Həsənovun göstərişinə əsasən köçürmə ilə aparılıb.

    Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib.

    Xatırladaq ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

    Buna görə, E.Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

    Qeyd edək ki, E.Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.

  • В Азербайджане за последние сутки коронавирусом заразились 774 человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 774 новых случаев инфицирования коронавирусом, 1 778 человек вылечились и были выписаны домой.

    Об этом 30 сентября сообщает Оперативный штаб при Кабинете.

    За истекшие 24 часа от COVID-19 скончались еще 12 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 483 902 человека, 6 525 – скончались, 458 922 – вылечились, 18 455 – продолжают лечение.

    В республике проведены 4 859 015 тестов на COVID-19 (за последние 24 часа – 9 484).

  • Azərbaycanda son sutkada 774 nəfər COVID-19-a yoluxub, 12 nəfər ölüb – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 774 yeni yoluxma faktı qeydə alınıb, 1 778 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 483 902 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 458 922 nəfər müalicə olunaraq sağalıb, 6 525 nəfər vəfat edib, aktiv xəstə sayı 18455 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 484, ötən müddət ərzində isə ümumilikdə 4 859 015 test aparılıb.’

  • В России зафиксировали новый максимум смертей от COVID-19 за сутки

    За минувшие сутки в России зарегистрировали 867 смертей от COVID-19 – это уже третий рекорд подряд, следует из данных оперативного штаба.

    Днем ранее сообщалось о 857 летальных исходах, а всего за время пандемии скончались 207 255 человек.

    Число новых случаев COVID-19 составило 23 888 – это максимум с 25 июля. Выписались после лечения 18 826 человек.

    В целом в России заразились коронавирусом 7 511 026 человек, 6 672 767 из них вылечились.

    Источник: РИА Новости

  • Sərhəd qonşumuzda koronavirusa yoluxmada üçüncü rekord

    Ötən gün ərzində Rusiyada COVID-19-dan 867 ölüm hadisəsi qeydə alınıb; bu ardıcıl üçüncü rekorddur.

    Bir gün əvvəl 857 ölüm qeydə alınıb.

    COVID-19-a yeni yoluxmaların sayı 23 888 olub, bu iyulun 25-dən bəri maksimumdur (bir gün əvvəl bu göstərici 22 430 idi).

    Ümumilikdə Rusiyada 7,511 milyon insan koronavirusa yoluxub.

  • Rusiya XİN: “Üçtərəfli razılaşmaların yerinə yetirilməsini əsas götürürük”

    “Rusiya mövcud üçtərəfli razılaşmalardan irəli gələn vəzifələri yerinə yetirməyi əsas götürür”.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və informasiya departamentinin sədr müavini Aleksey Zaytsev həftəlik brifinqdə bildirib.

    O, İkinci Qarabağ müharibəsinin ildönümünə dair suala cavab verərkən qeyd edib: “Münaqişədə həlak olanların yaxınlarının kədərinə tam olaraq şərik çıxırıq. Bu cür faciələrin gələcəkdə bir daha baş verməməsi üçün Azərbaycan, Rusiya, Ermənistan liderlərinin ötən il 10 noyabr və cari ilin 11 yanvar tarixli bəyanatlarının etibarlı zəmanət yaratmasına tam olaraq inanırıq”.

    ///Report