Month: September 2021

  • В Хачмазском районе подозреваемый в попытке убийства явился с повинной

    В прокуратуру Хачмазского района 25 сентября поступила информация о госпитализации в центральную районную больницу местного жителя Теймура Мустафаева с ножевыми ранениями.

    В ходе расследования было установлено, что знакомый потерпевшего Неман Рахматуллаев во время ссоры, возникшей между ними на почве личных отношений, умышленно попытался убить Т.Мустафаева, нанеся ему пять ударов ножом.

    По данному факту возбуждено уголовное дело по статье 29, 120.1 (покушение на убийство) УК АР.

    26 сентября Н.Рахматуллаев добровольно сдался правоохранителям. Он привлечен к следствию в качестве подозреваемого.

    Расследование продолжается.

  • Xaçmazda tanışını bıçaqlayan şəxsə cinayət işi açıldı

    Sentyabrın 25-də rayon sakini Teymur Mustafayevin bıçaq xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Xaçmaz Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Neman Rəhmətullayev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı tanışı Teymur Mustafayevə bıçaqla 5 zərbə vurub xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.

    Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

    Sentyabrın 26-da Neman Rəhmətullayev könüllü olaraq təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilib.

    Hazırda iş üzrə istintaq davam edir.

  • Прогноз погоды в Азербайджане на 29 сентября

    29 сентября в Баку и на Абшеронском полуострове прогнозируются дожди, ветер северо-восточный.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха в столице и на Абшероне составит ночью 15-17, днем – 19-21 градус тепла.

    Атмосферное давление – 764 мм ртутного столба, относительная влажность воздуха – 60-70%.

    Завтра в некоторых районах Азербайджана ожидаются грозы, дожди, местами – ливни, утром туман, умеренный восточный ветер.

    Температура воздуха ночью – 12-16, днем – 17-22, в горах ночью – 4-8, днем – 8-13 градусов тепла.

    Согласно медико-метеорологическому прогнозу, 29-30 сентября на Абшеронском полуострове ожидается пасмурная и влажная погода, что может вызвать чувство дискомфорта у некоторых метеозависимых людей.

  • Sabah leysan olacaq – PROQNOZ

    Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, şimal-şərq küləyi əsəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 15-17, gündüz 19-21 dərəcə olacaq. Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə olacaq.

    Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 12-16, gündüz 17-22, dağlarda gecə 4-8, gündüz 8-13 dərəcə olacaq.

  • В Баку задержаны подозреваемые в краже запчастей лифтов в более чем 20 зданиях – ВИДЕО

    Сотрудники Бинагадинского РОП Баку задержали ранее судимого Талеха Рашидова и его двоюродного брата Самира Рашидова. Они подозреваются в краже запчастей лифтов.

    Об этом сообщили в пресс-службе МВД.

    В результате проведенных оперативных мероприятий выяснилось, что за май-сентябрь текущего года они украли аккумуляторы и тормозные колодки лифтов в 21 многоэтажном здании в Бинагадинском районе столицы.

    Задержанные в своих показаниях рассказали, что сдавали краденные запчасти в пункты приема металла. Личности владельцев этих пунктов также были установлены, их привлекли к ответственности.

    В целом братья похитили запчасти приблизительно на 25 000 манатов.

    Кроме того, сотрудники Сураханского РУП в поселке Говсан задержали совершивших аналогичное преступление – Беюкагу Гусейнова и его брата Ниджата. Нанесенный ими ущерб оценивается в 3 000 манатов.

    У братьев при задержании были обнаружены и изъяты наркотические средства.

    По данным фактам продолжаются необходимые следственные действия, а также оперативно-разыскные мероприятия.

  • Bakıda 20-dən çox binada liftlərin ehtiyat hissələrini oğurlayan dörd nəfər saxlanılıb -VİDEO

    Bakıda hündürmərtəbəli binaların liftlərinin ehtiyat hissələrini oğurlayan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən bir neçə əməliyyat həyata keçirilib.

    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Taleh Rəşidov və əmisi oğlu Samir Rəşidov saxlanılıblar. Onların ətraflarında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hər iki şəxsin bu ilin may-sentyabr ayları arasında paytaxtın Binəqədi rayonunda yerləşən 21 hündürmərtəbəli binanın liftlərinin akkumulyatorlarını və əyləc dolaqlarını oğurladıqları məlum olub. Taleh və Samir Rəşidovlar ifadələrində oğurladıqları ehtiyat hissələrini paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdıqlarını bildiriblər. Həmin metal qəbulu məntəqələrinin də sahiblərinin şəxsiyyətləri müəyyən edilib və onlar istintaqa cəlb ediliblər. Oğurlanan və metal qəbulu məntəqələrinə satılan liftlərin ehtiyat hissələrinin bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.

    Qeyd edək ki, Taleh və Samir Rəşidovların oğurluq etdikləri binaların liftlərinə ümumilikdə 25 min manata yaxın maddi ziyan vurduqları məlum olub.

    Suraxanı rayonunda da liftlərin ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Hövsan qəsəbəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Böyükağa Hüseynov və qardaşı Nicat tutularaq istintaqa təqdim ediliblər. Onların ümumilikdə qəsəbə ərazisində binaların liftlərinə 3 min manata yaxın maddi ziyan vurduqları məlum olub.

    Qeyd edək ki, saxlanılan zaman qardaşların üzərindən narkotik vasitələr də aşkar olunaraq götürülüb.

    Göstərilən faktlarla bağlı Binəqədi və Suraxanı Rayon Polis İdarələrində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə müraciət edərək bildiririk ki, öz fəaliyyətlərini qanunvericiliyə uyğun şəkildə qursunlar. Oğurluq və ya qeyri-qanuni yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, bu hallarla rastlaşdıqda isə dərhal ərazi polis orqanlarına və ya “102” Zəng Mərkəzinə məlumat versinlər.

  • Возбуждено уголовное дело в отношении медработников, выдававших поддельные ковид-паспорта

    На основании поступивших материалов о нарушениях, допущенных в процессе вакцинации в объединенной городской больнице №29, расположенной в поселке Бина, прокуратурой Хазарского района было проведено расследование.

    В ходе его были выявлены обоснованные подозрения в том, что медсестры этого медучреждения Эсмер Гусейнова, Фирангиз Нахметова, Севяр Дадашзаде, Улькер Абасова и Сара Аллахвердиева за денежное вознаграждение предоставляли гражданам “Информационную форму по вакцинации COVID-19” без введения прививки.

    По данному факту возбуждено уголовное дело по статьям 308.1 (злоупотребление должностными полномочиями) и 313 (служебный подлог) УК АР.

    Проводится расследование.

  • Saxta vaksin pasportu verən şəxslər barəsində cinayət işi başlandı

    Paytaxtın Xəzər rayonu Binə Qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilən vaksinasiya prosesi zamanı yol verilən qanunsuzluqlar barədə daxil olan material əsasında Xəzər Rayon Prokurorluğunda araşdırma aparılıb.

    Aparılan araşdırma ilə Elnur Əliyev, qeyd edilən xəstəxanada tibb bacısı işləyən Əsmər Hüseynova, Firəngiz Nəhmətova, Sevər Dadaşzadə, Ülkər Abasova və Sara Allahverdiyeva tərəfindən pul müqabilində vətəndaşlara vaksin vurulmadan “COVID-19 vaksinasiyası üzrə məlumat forması”nın verilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

    Hazırda cinayət işi üzrə intensiv istintaq hərəkətləri davam etdirilir.

  • Возбуждено уголовное дело в отношении мужчины, подозреваемого в убийстве бывшего зятя

    В прокуратуру Гейгельского района поступила информация о том, что 25 сентября около 22:00 в поселке Гаджимелик Азеру Магеррамову (1987 г.р.) нанесли ножевые ранения, в результате чего он скончался.

    Об этом сообщили в надзорном органе.

    В ходе расследования возникли обоснованные подозрения в том, что А.Магеррамову многочисленные ножевые ранения нанес его бывший тесть Амиль Ибрагимов на почве конфликта.

    По данному факту в прокуратуре Гейгельского района возбуждено уголовное дело по статье 29, 120.1 (покушение на умышленное убийство) Уголовного кодекса АР.

    А.Ибрагимов был задержан в качестве подозреваемого и привлечен к следствию.

    В настоящее время по данному делу продолжаются необходимые следственные мероприятия.

  • Göygöldə keçmiş kürəkənini bıçaqlayan şəxsə cinayət işi açıldı

    Sentyabrın 25-i saat 22 radələrində Göygöl rayonu, Hacıməlik qəsəbəsində 1987-ci il təvəllüdlü Azər Məhərrəmova bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Göygöl Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin keçmiş qayınatası Amil İbrahimovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Azər Məhərrəmova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

    Amil İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.