Month: September 2021

  • Göygöldə 28 yaşlı gənc tanışı tərəfindən qətlə yetirildi

    Sentyabrın 1-i saat 19 radələrində Göygöl rayonu, Çaylı kəndi ərazisində kənd sakini 1993-cü il təvəllüdlü Ayxan Hüseynlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Göygöl rayon prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 1986-cı il təvəllüdlü Hüseyn Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ayxan Hüseynliyə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

    Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürə) maddəsi ilə cinayət işi başlanıb.

    Hüseyn Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda istintaq davam edir.

  • Yuxarı Qarabağ kanalında bir nəfər batıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

    Bu barədə FHN məlumat yayıb.

    Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Əlavə məlumat veriləcək.

  • Ekvador prezidenti xidməti təyyarəsini satışa çıxarıb

    Ekvador prezidentinin xidməti təyyarəsi olan “Embraer EMB-135-BJ” satışa çıxarılıb.

    Müvafiq sərəncamı ölkə başçısı Gilyermo Lasso imzalayıb.

    Sənədin dövlət vəsaitlərinə qənaət edilməsi məqsədi daşıdığı bildirilib.

    Sərəncamda ölkədə dövlətə məxsus qeyri-effektiv və vacib olmayan aktivlərin ləğv edilməsinin vacibliyi qeyd olunub.

  • Отправившийся на учения TurAz Şahini-2021 азербайджанский экипаж находится в Турции

    Экипаж ВВС Азербайджана, который примет участие в учениях TurAz Şahini-2021, прибыл в турецкий город Конья.

    Об этом сообщает пресс-служба Минобороны АР.

    В целях подготовки к маневрам, в настоящее время проводятся соответствующие мероприятия по размещению личного состава, планированию и другим организационным вопросам.

    Отметим, что совместные учения продлятся до 17 сентября.

  • “TurAz Şahini – 2021” təlimlərinə yola düşən heyət Türkiyədədir

    “TurAz Şahini – 2021” təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyə Respublikasının Konya şəhərinə çatıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Hazırda təlimlərə hazırlıq məqsədilə heyətin yerləşdirilməsi, planlama və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

    Qeyd edək ki, birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.

  • Тяжелая авария в Газахе: погиб водитель

    В селе Улькмязли Газахского района произошло ДТП.

    Водитель ВАЗ-2107 потерял управление, в результате чего автомобиль съехал с дороги и упал в овраг.

    Находившийся за рулем Эльдар Османов (1983 г.р.) скончался по дороге в больницу.

    По данному факту проводится расследование.

  • Qazaxda ağır qəza: Sürücü öldü

    Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayonun Ülkməzli kəndində qeydə alınıb.

    Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobilinin sürücüsü yolda idarə etməni itirib. Nəticədə maşın yoldan çıxaraq dərəyə düşüb.

    Sürücü, 1983-ci il təvəllüdlü Eldar Osmanov xəstəxanaya aparılarkən yolda vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Паралимпийские игры: Неудачная вторая попытка азербайджанской спортсменки

    Азербайджанский стрелок Елена Таранова заняла 24-е место среди 31 участника в стрельбе на дистанции 25 метров на летних Паралимпийских играх в Токио.

    60-летняя спортсменка, набрав 273 очка, не смогла выйти в финал.

    Ранее 31 августа стрелок прекратила борьбу на этапе классификации, став 23-й в стрельбе на дистанции 10 метров. Она также выступит 4 сентября на дистанции 50 метров.

    Отметим, что Е.Таранова является серебряным призером Паралимпийских игр 2000 и бронзовым призером 2004 годов, участницей Паралимпийских игр 2008, 2012 и 2016 годов.

  • Paralimpiya Oyunları: 60 yaşlı idmançımızdan uğursuz ikinci cəhd

    Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında azərbaycanlı güllə atıcısı Yelena Taranova ikinci cəhdini edib.

    Oxu.Az-ın xəbərinə görə, 60 yaşlı idmançımız 25 metr məsafəyə yarışda 31 idmançı arasında 24-cü olub.

    O, 273 xal toplayıb. Bununla da o, finala vəsiqə qazana bilməyib.

    Qeyd edək ki, 2000 və 2004-cü il Paralimpiya Oyunlarının mükafatçısı olan Yelena Taranova daha əvvəl avqustun 31-də 10 metr məsafəyə atmada 23-cü olaraq təsnifat mərhələsində mübarizəni dayandırmışdı. O, sentyabrın 4-də 50 metr məsafəyə yarışda qüvvəsini sınayacaq.

  • Britaniyada koronavirusdan ölüm sayında yarımillik rekord qeydə alındı

    Britaniyada son 24 saatda 207 nəfər koronavirusun qurbanı olub.

    Bu, son 6 ayda qeydə alınan ən yüksək göstəricidir.

    Həmçinin, sutka ərzində 35 693 nəfərin COVID testi pozitiv çıxıb.

    Pandemiyanın başlanmasından bəri ölənlərin toplam sayı isə artıq 156 mini ötüb.

    Bugünədək İngiltərədə 43 milyona yaxın insanın vaksinasiyasının tamamlandığı bildirilib.

    Mənbə: TRT