Month: September 2021

  • “Telegram”da yeni funksiyalar istifadəyə verilib

    “Telegram” messencerində yeni funksiyalar istifadəyə verilib.

    Artıq tətbiqin yeni versiyasında qrup və kanallar daxilində qeyri-məhdud auditoriyaya malik videoyayımlar etmək mümkündür. Bu zaman tamaşaçılar da əllərini qaldırıb, yayımda iştirak edə biləcəklər.

    Həmçinin, bundan sonra mesajların təkrar göndərilməsi zamanı ilk mənbənin adını və fotolar üzərindəki imzaları silmək mümkün olacaq.

  • Gürcüstanda koronavirus peyvəndinin iki dozasını da vurduranlara güzəştlər ediləcək

    Gürcüstanda koronavirus peyvəndinin hər iki dozasını vurduran şəxslər ölkənin Ədliyyə Nazirliyinin xidmətlərindən güzəştlə yararlana biləcəklər.

    Vaksinin hər iki dozasını vurduran şəxslər fərdi sahibkarın qeydiyyatı, qeydiyyat məlumatlarının dəyişdirilməsi və ləğv edilməsi, əmlak bəyannaməsi yeniləməsi kimi xidmətlərdən pulsuz, nikaha mane olan hallar haqqında arayışı isə 50 faiz endirimlə əldə edə biləcəklər.

    Eyni zamanda, Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən tam peyvənd edilmiş şəxslər Ədliyyə Evlərinə və İcma Mərkəzlərinə növbəyə yazılmadan gedəcəklər.

    Mənbə: “Sputnik Gürcüstan”

  • BMT: Son 50 ildə təbii fəlakətlərin sayı beş dəfə artıb

    BMT dünyada təbii fəlakətlərin sayının son 50 ildə beş dəfə artdığını açıqlayıb.

    BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının hesabatına görə, bu amil iqlimlə birbaşa əlaqəlidir.

    Təşkilatın katibi Petteri Taalas bildirib ki, artıq hava, iqlim və hidroloji amillərlə bağlı fövqəladə vəziyyətlər daha tez-tez yaşanır və dünyanın bir çox yerlərin iqlim dəyişikliklərinin nəticəsi kimi ortaya çıxır.

  • Великобритания предоставит эвакуированным афганцам право бессрочного проживания

    Решением британского правительства в рамках операции “Теплый прием” все эвакуированные афганцы, которые сотрудничали с британскими военными, смогут оставаться в Великобритании без каких-либо ограничений по времени, говорится в пресс-релизе на правительственном сайте Соединенного Королевства.

    Все они должны получить “жизненно важную поддержку, необходимую для восстановления жизни, поиска работы, продолжения образования и интеграции в свои местные общины”, отмечается в документе.

    Британский премьер-министр Борис Джонсон заявил: “Мы в огромном долгу перед теми, кто работал с Вооруженными силами в Афганистане, и я полон решимости оказать им и их семьям поддержку, необходимую для восстановления своей жизни здесь, в Великобритании”.

    “Я знаю, что это будет невероятно сложное время, но надеюсь, что они воспрянут духом от волны поддержки и щедрости, уже выраженной британской общественностью”, – добавил премьер.

    В пресс-релизе сообщается, что в рамках помощи правительство выделяет не менее 12 млн фунтов-стерлингов на создание для афганских детей дополнительных школьных мест, будет предоставлено до 300 стипендий для афганских студентов и аспирантов в университетах Великобритании. Еще 3 млн фунтов-стерлингов предусмотрены на получение этой категорией афганцев доступа к медицинскому обслуживанию, всем предлагается вакцинация против COVID-19.

    Источник: “Интерфакс”

  • Britaniya təxliyə olunan əfqanıstanlılara müddətsiz yaşayış hüququ verəcək

    Əfqanıstanda Britaniya ordusu ilə əməkdaşlıq edən bütün təxliyə olunan əfqanıstanlılar heç bir vaxt məhdudiyyəti olmadan Britaniyada qala biləcəklər.

    Britaniya hökumətinin bu qərarı “İsti qarşılama” əməliyyatı çərçivəsində həyata keçirilir.

    Sənəddə deyilir ki, həmin şəxslərin hamısı həyatlarını yenidən qurmaq, iş tapmaq, təhsillərini davam etdirmək və yerli cəmiyyətlərinə inteqrasiya etmək üçün lazım olan həyati dəstəyi almalıdırlar.

    “Əfqanıstanda Silahlı Qüvvələrlə işləyənlərə borcluyuq, onlara və ailələrinə Britaniyada həyatlarını yenidən qurmaq üçün lazım olan dəstəyi verməyə qərarlıyam”, – deyə Britaniyanın baş naziri Boris Conson bildirib.

    Britaniya hökuməti əfqanıstanlı uşaqlar üçün əlavə məktəb yerləri yaratmaq üçün azı 12 milyon funt sterlinq ayıracaq və Britaniya universitetlərində əfqanıstanlı tələbələrin və aspirantların 300-ə qədərinə təqaüd verəcək. Bu kateqoriyalı əfqanıstanlıların sağlamlıq xidmətlərindən istifadə etmələri üçün əlavə 3 milyon funt sterlinq ayrılır və hər kəsə COVID-19 əleyhinə peyvəndlər təklif olunur.

  • “Delta” ştammının nəticələri Çin iqtisadiyyatına ciddi ziyan vurub

    Koronavirusun “Delta” ştammının və Çinin “sıfır yoluxma” siyasətinin nəticələri Çin iqtisadiyyatına ciddi ziyan vurub.

    İş və istehsalat aktivliyi indeksləri iqtisadi artımın yavaşladığını göstərir.

    İqtisadi artımın yavaşlamasının səbəbi koronavirusun “Delta” ştammının yayılması və Çin hökumətinin onunla mübarizə üçün sərt tədbirləri olub.

    Nankin şəhərində Çində il ərzində ən güclü yoluxma qeydə alınandan sonra, hökumət yeni infeksiyaların yayılmasının qarşısını almaq üçün bir sıra həlledici tədbirlər gördü. Şəhərlər bağlandı, hava səyahətləri məhdudlaşdırıldı və ticarət dayandırıldı. Çin hökumətinin “Delta” variantına qarşı mübarizədə aqressiv strategiyası virusun qarşısını almağa və eyni zamanda iqtisadi artımın azalmasına səbəb oldu.

    Təchizat zəncirindəki qlobal problemlər vəziyyəti daha da ağırlaşdırıb.

    Mütəxəssislər gözləyirlər ki, Çin koronavirusun yayılmasına nəzarət etdiyi üçün vəziyyət sentyabr ayında dəyişəcək.

  • Bayden Zelenski ilə görüşüb

    ABŞ prezidenti Co Bayden bu ölkədə rəsmi səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

    Ağ Evdə keçirilən görüşdə ABŞ dövlət başçısı Rusiyanın aqressiv davranışı qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb.

    Görüşdən öncə Bayden Oval Kabinetdə jurnalistlərin qarşısına çıxıb. O, Ukraynanın müstəqilliyinin 30-cu ildönümünü qeyd edərkən ABŞ-la münasibətlərin önəmli bir nöqtədə olduğunu bəyan edib.

    Həmçinin, Bayden Zelenski ilə Ukraynanın Avropaya daha sıx inteqrasiya olunması üçün demokratik islahatları davam etməsini və 60 milyon dollarlıq təhlükəsizlik paketini müzakirə edəcəklərini bildirib.

    Prezidentlərin görüşü iki saatdan artıq davam edib.

    Mənbə: “Haber Global”

  • “Bakı pryaniki”nin istehsal olunduğu müəssisə BAĞLANDI

    Sabunçu rayonunda qanunsuz fəaliyyət göstərən un məmulatlarının istehsalı müəssisəsi aşkar olunub.

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, sosial şəbəkə hesabında “Bakı pryaniki” əmtəə nişanlı məhsulun kiflənməsi, içərisində kənar cisimlərin olması ilə bağlı yayılan məlumat əsasında dərhal araşdırmalara başlanılıb.

    Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Ə. Ələkbərov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Vasif Həsən oğluna məxsus un məmulatlarının istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.

    Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, texniki normativ sənədlərin tələblərinin pozulduğu, istehsal prosesində texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı, vaxtlı-vaxtında dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi aşkar olunub.

    Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

  • На школьной линейке в России день знаний отметили танцем живота – ВИДЕО

    В интернете появилась видеозапись из хабаровской школы (РФ), на которой девушка исполнила “танец живота” во время празднования Дня знаний. Выступление увидели, в том числе, первоклассники. Запись вызвала настоящий скандал.

    Однако родители учеников этой школы отметили, что им понравилось выступление танцовщицы. По словам матери одного из школьников, в Сеть выложили только часть танца, чтобы спровоцировать скандал в учебном заведении.

    “У всех был восторг, девочку хвалили”, – добавила она. Женщина подчеркнула, что это был не развлекательный танец, как писали многие, а “постановка танца птицы”. Согласно задумке, птица снимает крылья перьевые и расправляет белые крылья. Это символизирует, что нельзя падать духом, а “нужно стремиться ввысь”.

    Однако пользователи интернета неправильно восприняли представление.

    “Девушка большую часть танцевала с крыльями, но это не был танец живота, это был танец птицы”, – утверждает мать одного из учеников.

    Теперь она выразила опасения за судьбу школы из-за начавшейся проверки.

  • Rusiyada Bilik Günü: Birincilərin qarşısında “göbək rəqsi” oynadılar – VİDEO

    Rusiyanın Xabarovsk şəhərində məktəblərdən birində Bilik Günündə yarıçılpaq qız uşaqların qarşısında rəqs edib.

    Birincilərin də izlədiyi “göbək rəqsi” videosu qalmaqala səbəb olub.

    Ancaq məktəbin şagirdlərinin valideynləri rəqqasənin ifasını bəyəndiklərini deyiblər. Onlar bildiriblər ki, internetdə yayılan qızın rəqsinin bir hissəsidir. Əslində isə rəqs əyləncəli deyil və ifaçı əsas “qanad çalaraq” rəqs edib. Bu da qanadlanaraq ruhdan düşməməyi, “yuxarıya doğru səy göstərməyi” simvollaşdırır.

    Şəhər rəhbərliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.