Month: September 2021

  • В Турции зарегистрировано рекордное число смертей от COVID-19 за последние четыре месяца

    Обнародована последняя статистика по коронавирусу в Турции.

    За истекшие 24 часа в братской стране результаты тестов 23 946 лиц на COVID-19 оказались положительными.

    290 человек стали жертвами коронавируса, что является самым высоким показателем за последние четыре месяца.

    Число вылечившихся за последние сутки составило 15 164.

    Источник: Haber Global

  • Türkiyədə COVID ölümlərində son dörd ayın rekordu qeydə alındı

    Türkiyədə koronavirusla bağlı sentyabrın ilk gününə olan vəziyyət açıqlanıb.

    Günlük yoluxma sayı 23 946 nəfər təşkil edib.

    290 nəfər isə koronavirus səbəbindən vəfat edib ki, bu da son dörd ayda ən yüksək göstəricidir.

    Bununla yanaşı, sutka ərzində Türkiyədə ölümcül virusdan sağalanların sayının 15 164 nəfərə çatdığı bildirilib.

    Mənbə: “Haber Global”

  • Nigeriyada məktəbdən 100-dən çox uşaq və müəllim oğurlandı

    Nigeriyada məktəbə növbəti silahlı hücum baş verib.

    Hadisə ölkənin Zamfara ştatında qeydə alınıb.

    Hadisənin şahidləri silahlıların nizamsız atəş açdıqlarını, həmçinin 100-dən çox şagird və müəllimi oğurladıqlarını bildirilblər.

    İnsidentdən sonra ştat ərazisindəki bütün orta təhsil müəssisələrinin fəlaiyyyəti müvəqqəti olaraq dayandırılıb.

    Qeyd edək ki, Nigeriyada məktəblilərin oğurlanması və müəyyən pul müqabilində azad edilməsi asan gəlir mənbəyi olduğu üçün artıq adi hala çevrilib.

  • Aytən Səfərova ATV-dən getdi

    Aparıcı Aytən Səfərova ATV telekanalı ilə yollarını ayırıb.

    Bu haqda o, açıqlamasında bildirib ki, bir neçə kanaldan təklif alıb:

    “Altı il bu kanalda çalışmışam: həm xəbərlər departamentində, həm radioda. Müharibə vaxtında reytinqli bir verilişə aparıcılıq etmişəm. Proqramımda nüfuzlu şəxslər qonaq olublar. Hansı işdən yapışıramsa, öz adıma uyğun edirəm və yüksək səviyyədə aparmağa çalışıram. Son vaxtlar ATV-də xəbərlər departamentinin redaktoru idim.

    Noyabrın 10-na keçən gecə ölkədə radio məkanında qələbə xəbərini ilk verən spiker mən olmuşam. 106.3 və 106 FM-də eyni vaxtda bunu səsləndirdim.

    Sadəcə, artıq ayrılmaq qərarına gəldim. Gəldiyim və getdiyim ATV arasında böyük fərq görürəm. Hesab edirəm ki, Aytən Səfərova başqa istiqamətə üz tutmalıdır. Kanaldan dost kimi ayrılmışam. Orada dostlarım, həmkarlarım çalışır. Hamısına uğurlar diləyirəm.

    Rəsmən çıxmazdan əvvəl bəzi kanallardan təklif gəldi, bəzilərinə özüm müraciət etdim. Bir neçə qurumdan da təklif gəldi. Düşünürəm, hələ qərar verməmişəm. Çalışıram radio və televiziyadan ayrı qalmayım. Yeni mövsümdə tamaşaçılarla görüşəcəyəm. Harada olsam da, yenə reytinqli layihə aparacağam”.

    //Axşam.az

  • Какие места могут посетить вакцинированные первой дозой? – ОФИЦИАЛЬНО

    До 1 октября предприятия общественного питания, гостиницы и крупные торговые центры могут посещать не только граждане, получившие ковид-паспорт, но и имеющие сертификат об иммунитете или о получении первой дозы вакцины против COVID-19. Наличие указанных документов проверяется посредством мобильного приложения CheckApp, сообщили в ASAN Xidmət.

    Граждане могут предоставить ковид-паспорт, сертификат о первой дозе прививки или об иммунитете в электронном формате, открыв свои личные кабинеты на myGov или загрузив документы с этого портала на свой телефон.

    Скачать мобильное приложение myGov могут пользователи операционных систем iOS и Android.

    Также есть возможность показать ковид-паспорт или сертификаты с приложения e-TƏBİB и портала its.gov.az. При этом граждане должны быть уверены, что предоставляют последний обновленный документ.

    Отметим, что мобильное приложение CheckApp разработано Центром развития электронного правительства (EHİM) Государственного агентства по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджана. Оно предназначено для использования уполномоченными лицами учреждений и предприятий, идентифицированными через портал icaze.e-gov.az.

  • “ASAN” Xidmət birinci doza peyvənd olunanların hansı məkanlara daxil ola biləcəklərini AÇIQLADI

    1 oktyabr tarixinədək “CheckApp” mobil tətbiqi üzərindən həyata keçirilən yoxlama zamanı COVID-19 pasportu əldə etmiş vətəndaşlarla yanaşı, immunitet sertifikatı olan və COVID-19 virusuna qarşı birinci doza vaksin sertifikatı olan vətəndaşlar da ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə daxil ola bilərlər.

    “ASAN” Xidmətdən verilən məlumata görə, yoxlanış zamanı COVID-19 pasportunu, birinci doza vaksin sertifikatını və immunitet sertifikatını elektron şəkildə təqdim etmək istəyən vətəndaşlar “myGov” şəxsi kabinetlərindən qeyd edilən sənədləri aça və ya telefonuna yükləyərək göstərə bilərlər.
    “myGov” mobil tətbiqini “iOS” və “Android” əməliyyat sistemi istifadəçiləri linklərdən yükləyə bilərlər.

    Vətəndaşlar COVID-19 pasportu və sertifikatları, həmçinin e-TƏBİB və its.gov.az portalından təqdim edə bilərlər. Bu zaman vətəndaşlar ən yeni sənədin təqdim olunduğuna əmin olmalıdırlar.

    Qeyd edək ki, “CheckApp” mobil tətbiqi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb.

    Mobil tətbiq qurum və müəssisələrin icaze.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub.

  • Qazaxda yol qəzası olub, xəsarət alanlar var

    Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report” xəbər verir ki, hadisə Daş Salahlı kəndində qeydə alınıb.

    Yol-nəqliyyat hadisəsi zamanı üç nəfər müxtəlif xəsarətlər alıb.

    Yaralılar xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Ərəb KİV-lər: İlham Əliyev tarixə siyasi arenada və döyüş meydanında Zəfər qazanan siyasətçi kimi düşüb – FOTO

    Prezident İlham Əliyev tarixə siyasi arenada və döyüş meydanında Zəfər qazanan görkəmli siyasətçi kimi düşüb.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Misirin “Aldiplomasy, “Əl Dövlə”, Əlcəzairin “Əl Hərir”, həmçinin İraq, İordaniya, Küveyt KİV-lərində dərc olunmuş şərqşünas Həşim Məmmədovun “Qarabağ fatehi və onun dəmir yumruğu” sərlövhəli məqaləsində yer alıb.

    Müəllif qeyd edib ki, işğalçı Ermənistanla 44 günlük müharibəni Qələbə ilə başa çatdıran Azərbaycan işğaldan azad etdiyi ərazilərində quruculuq işlərinə start verib. Bu şanlı Zəfərin əsas amili isə xalqın və hakimiyyətin birliyidir. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad olunan rayonlarda Azərbaycan bayrağını qaldırıb, torpaqların düşmən tapdağından qurtulması missiyasının uğurla başa çatdığını, ermənilərin viran qoyduqları şəhər, kənd və qəsəbələrin tezliklə cənnətə çevriləcəyini bəyan edib.

    Məqalədə bildirilir ki, müharibə zamanı minlərlə gənc könüllü olaraq torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşə getməyə can atıb. Onlar inanırdılar ki, hər zaman xalqa arxalandığını söyləyən Ali Baş Komandanın müdrik siyasəti nəticəsində işğal olunan torpaqlarımız geri alınacaq. Azərbaycan Ordusunun şanlı Zəfəri bütün dünyada, o cümlədən İslam aləmində də böyük əks-səda doğurdu.

    Yazının sonunda vurğulanıb: “İlham Əliyev Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirdi və torpaqların işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmini missiyasını müvəffəqiyyətlə başa çatdırdı”.

  • Millimiz ikinci qolu da buraxdı – YENİLƏNİR+VİDEO

    Millimiz Lüksemburqla oyunda ikinci qolu da buraxıb.

    Oyunun 28-ci dəqiqəsində Gelson Rodriges penalti zərbəsindən sonra fərqi artırıb.

  • Balakəndə yaşayış məntəqəsində ayılar görülüb – VİDEO

    Balakəndə yaşayış məntəqəsində iki ayı müşahidə edilib.

    “Report” xəbər verir ki, ayı və balası rayonun Katex kəndində axşam saatlarında görünüb.

    Yırtıcıların sakinlərə hücumu, yaxud kəndə hər hansı ziyan vurmaları halları qeydə alınmayıb.