Month: September 2021

  • Xırdalanda küçədə məişət tullantılarının qalaqlanması ürəkbulandıran mənzərə yaradıb – VİDEO

    Xırdalan şəhəri, Nizami 28 ünvanında qalaqlanan zibillərin daşınmaması ürəkbulandıran mənzərə yaradıb.

    Oxu.Az-ın redaksiyasına göndərilən görüntülərdə zibillərin uzun müddət daşınmaması və ərazinin təmizlənməməsi nəticəsində küçənin zibil poliqonuna çevrilməsi öz əksini tapıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Вертолет ВМС США упал в море вблизи Сан-Диего

    Американский военный вертолет потерпел крушение у побережья Южной Калифорнии, сообщает Тихоокеанский флот ВМС США в своем Twitter.

    Инцидент произошел в 16:30 по местному времени (3:30 по бакинскому времени 1 сентября – ред.).

    “Вертолет MH-60S из состава USS Abraham Lincoln (CVN 72) потерпел крушение в море во время выполнения обычных полетов примерно в 60 морских милях от побережья Сан-Диего”, – уточнили в ведомстве.

    В районе крушения организована поисково-спасательная операция, добавили военные. Для этого привлечено нескольких воздушных и надводных средств береговой охраны и ВМФ США.

    Информация о жертвах или пострадавших в результате происшествия не поступала.

    MH-60S – это универсальный вертолет с экипажем из четырех человек, который используется для боевой поддержки, а также при гуманитарных бедствиях и поисково-спасательных операциях.

    Источник: “Известия”

  • ABŞ hərbi helikopteri qəzaya düşdü

    ABŞ Hərbi Dəniz Qüvvələrinə aid helikopter Kaliforniya sahillərində qəzaya uğrayıb.

    Bu barədə məlumat ABŞ Hərbi Donanmasının “Twitter” səhifəsində dərc edilib.

    Qeyd olunur ki, “MH-60S” helikopteri Kaliforniya ştatının San Dieqo sahillərindən təxminən 60 dəniz mili məsafədə uçuş edərkən qəzaya uğrayıb.

    Qəza baş verən ərazidə axtarış-xilasetmə əməliyyatı təşkil edilib.

    Hələlik hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

  • Nazim İbrahimov: “Elçin Əliyevi Rövşən Əkbərov qətlə yetirib”

    Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    “Report”un xəbərinə görə, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Məzahir Şıxəliyevin hüquqi varisi, qardaşı Rafiq Şıxəliyev dindirilib.

    O deyib ki, 2001-ci il iyulun 2-də ona zəng gəldiyini, qardaşının Kiyevdə döyüldüyünü və onun tanışı Elçin Əliyevin qətlə yetirildiyini öyrənib:

    “Buna görə qardaşım Məzahir polis tərəfindən saxlanıldı və bir neçə gündən sonra sərbəst buraxıldı.

    Hadisə günü atamla birlikdə Elçinin valideynlərinin evinə getdik. Elçinin qardaşı İdrak bildirdi ki, qardaşını Rövşən Əkbərov öldürüb. Bu işdə hamı Elçin Əkbərovun adını hallandırırdı”.

    Daha sonra şahid qismində Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov ifadə verib.

    O, R.Əkbərovu general kimi tanıdığını, lakin münasibətlərinin olmadığını bildirib:

    “Mərhum Elçin Əliyevi 1994-cü ildən tanımışam, həmin vaxtlar özüm də Kiyevdə sahibkarlıqla məşğul olmuşam. Elçin Əliyevlə münasibətim yaxşı olub, ailəvi dostluq etmişik. 1997-ci ildə Ukraynaya səfir vəzifəsinə təyin edildim. 2000-ci ilin avqustunda Milli Məclisə keçirilən seçkilər ilə bağlı Bakıya qayıtdım və 1 iyun 2001-ci ilədək Kiyev şəhərinə getmədim. 2001-ci ilin iyulun 1-də Elçin Əliyevin Kiyevdə qətlə yetirildiyini eşitdim. Sonra Elçin Əliyevin ailəsi ilə danışdım. Onun nəşinin Azərbaycana gətirilməsini üzərimə götürdüm. Elçin Əliyevin biznes ortağı, səfir olan dövrdə tanıdığım Səməd Novruzovla birgə Ukraynaya getdik. Ekspert həkim Elçinin ürəyindən bıçaqlandığını söylədi. Milis idarəsində Elçinlə əlaqəsi olan şəxslər dindirilirdi.

    Kiyevdə olduğum müddətdə Qüdrət Əhmədov mənimlə əlaqə saxlayıb, general Rövşən Əkbərovun görüşmək istədiyini söylədi, mən də razılaşdım. O, “Dnepr” otelinin foyesinə gəldi. Həmin vaxt Rövşən Əkbərov tək deyildi, yanında Qüdrət Əhmədov da var idi. Orada Rövşən Əkbərova dedim ki, hamı bu qətlin sənin tərəfindən törədildiyini danışır. O, Məzahiri yumruqla, Elçini isə bıçaqla vurduğunu bildirdi. Baş verən hadisəni mənə Rövşən Əkbərov tam danışdı. Bizim yanımızda Qüdrət Əhmədov olub və o da bizim bu söhbətimizi eşidib. Bundan sonra Rövşən Əkbərovla heç vaxt rastlaşmamışıq, onunla heç bir görüşümüz olmayıb. Növbəti gün də Elçin Əliyevi Azərbaycana gətirdik”.

    Daha sonra N.İbrahimov 2021-ci ilin yanvarında istintaqa verdiyi ifadəsini təsdiqləyib. O, 2003-cü ildə verdiyi ifadəsini xatırlamadığını bildirib.

    R.Əkbərovun vəkilləri N.İbrahimovun 2003-cü ildə istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyiblər.

    N.İbrahimov söyləyib ki, hamı E.Əliyevin qətlə yetirilməsində R.Əkbərovun günahkar olduğunu deyir.

    Bu vaxt N.İbrahimovla R.Əkbərovun arasında mübahisə yaranıb. Mübahisə zamanı R.Əkbərov keçmiş komitə rəhbərini təhqir edib.

    Növbəti proses sentyabrın 8-də davam edəcək.

    Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanında yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04:00 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

  • Прогноз погоды в Азербайджане на 2 сентября

    2 сентября в Баку и на Абшеронском полуострове прогнозируется погода без осадков, юго-восточный ветер.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха на Абшероне составит ночью 23-26, днем – 31-35, в столице ночью – 23-25, днем – 33-35 градусов тепла.

    Атмосферное давление понизится с 755 до 749 мм ртутного столба, относительная влажность воздуха ночью – 60-70%, днем – 45-50%.

    Температура морской воды на пляжах в Сумгайыте и бакинских поселках Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба составит 26-27, Тюркан, Говсан, Сахиль, Шых – 27-28 градусов выше нуля.

    Согласно медико-метеорологическому прогнозу, 2 сентября на Абшеронском полуострове ожидаются слабые и умеренные колебания метеорологических факторов, что в основном благоприятно для метеочувствительных людей.

    Завтра в некоторых горных районах Азербайджана ожидаются грозы, кратковременные дожди, на остальной территории страны – погода без осадков, ветер восточный.

    Температура воздуха ночью – 20-25, днем – 33-38, в горах ночью – 13-18, днем – 22-27 градусов тепла.

  • Sabahın hava proqnozu: Çimərliklərdə suyun temperaturu necə olacaq?

    Sentyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 23-26, gündüz 31-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə olacaq.

    Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

    Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək.

    Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə olacaq.

    Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə olacaq.

  • Житель Уджара задержан за выращивание конопли в устроенной дома теплице

    Сотрудники Уджарского РОП по подозрению в культивации наркосодержащих растений задержали местного жителя Рамиля Исраилова.

    Об этом сообщила ширванская региональная группа пресс-службы МВД Азербайджана.

    В ходе обыска по месту проживания задержанного в его доме на втором этаже была обнаружена теплица, а в ней – 38 кустов конопли общим весом свыше 40 кг.

    Во время допроса Р.Исраилов признался, что посадил растение в начале июля.

    По данному факту возбуждено уголовное дело, проводится расследование.

  • Evində quraşdırdığı istixanada çətənə yetişdirən şəxs SAXLANILDI

    Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Ramil İsrayılov saxlanılıb.

    Onun yaşadığı ünvana keçirilən baxış zamanı evin ikinci mərtəbəsində quraşdırılmış istixanadan yaş çəkisi 40 kiloqramdan artıq olan kultivasiya yolu ilə yetişdirilmiş 38 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

    Dindirilmə zamanı R.İsrayılov çətənə bitkilərini iyul ayının əvvəlində əkdiyini və aqrotexniki qaydada qulluq edərək yetişdirdiyini etiraf edib.

    Faktla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

  • Армяне устроили пожары в Басаркечярском районе – ВИДЕО

    Армяне продолжают демонстрировать свою вандалистскую сущность.

    На этот раз они устроили пожары в селах Гарасу и Зеркенд Басаркечярского района.

    Свидетельствующие об этом кадры распространились в социальных сетях.

  • Ermənilər Basarkeçər rayonunda yanğınlar törədiblər – VİDEO

    Ermənilər öz vandallıqlarını təsdiqləməkdə davam edirlər.

    Belə ki, bu dəfə onlar Basarkeçər rayonunun Qarasu və Zərkənd kəndlərində yanğınlar törədiblər.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

    Həmin videonu təqdim edirik: