Month: September 2021

  • В Азербайджане за минувшие сутки от COVID-19 скончался 41 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 3 845 новых случаев инфицирования коронавирусом, 3 876 человек вылечились и были выписаны домой.

    Об этом 1 сентября сообщает Оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончался еще 41 пациент.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 428 736 человек, 5 677 – скончались, 370 002 – вылечились, 53 057 – продолжают лечение.

    В республике проведено 4 481 039 тестов на COVID-19 (за последние 24 часа – 19 102).

  • Azərbaycanda son sutkada 3845 nəfər COVID-19-a yoluxub, 41 nəfər ölüb – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3845 yeni yoluxma faktı qeydə alınıb, 3876 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 428 736 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370 002 nəfər müalicə olunaraq sağalıb, 5677 nəfər vəfat edib, aktiv xəstə sayı 53 057 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 102, ötən müddət ərzində isə ümumilikdə 4 481 039 test aparılıb.

  • “Demişəm ki, müharibədə can qoymuşam, deməmişəm qaziyəm” – Poliklinikanın şüşəsini sındıran şəxs DANIŞDI

    Xəbər verdiyimiz kimi, Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya prosesində gərginlik yaşanıb.

    Səhiyyə Nazirliyinin məlumatına görə, sözügedən hadisə ötən gün axşam saat 18:40 radələrində baş verib. Məlumata görə, sıra gözləyən şəxslərdən biri poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov da hadisə ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, həmin şəxsin kimliyi məlum olub:

    “Hadisəni törədən şəxs 1978-ci il təvəllüdlü Ceyhun Ağayevdir. Onun 90-cı illərin Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etməsi ilə bağlı dedikləri yalandır. Həmin vaxt onun 16 yaşı olub. Vətəndaşın törətdiyi əməllə bağlı tərəfimizdən araşdırma aparılır”.

    “Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, – deyə DİN rəsmisi qeyd edib.

  • Taliban tələbə qızlara oxumağa icazə verdi – Ancaq bir şərti var

    Əfqanıstanda qızların universitetlərdə təhsil almasına icazə veriləcək, ancaq onlara yalnız qadınlar dərs deyəcək.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, bu haqda informasiyanı “Independent” nəşri təhsil naziri vəzifəsini icra edən, Taliban nümayəndəsi Abdul Baqi Haqqaniyə istinadən yayıb.

    Onun sözlərinə görə, tələbə qızlar oğlanlarla eyni otaqda olmamalıdır.

    Əbdül Baqi Haqqani “Əfqanıstan xalqı şəriət qanunları çərçivəsində ali təhsilini davam etdirəcək, ancaq oğlanlarla qızlar bir yerdə oxumamalıdır” deyib.

    Taliban hələ yeni hökumət qurmayıb. Hələlik, ABŞ-ın işğalından 20 il əvvəlki kimi şəriət qanunlarını rəhbər tutacaqlarını söyləyirlər.

    Ancaq keçmiş qaydalardan əhəmiyyətli bir fərq var. İndi qadınlar oxuya və işləyə bilərlər.

    Yeni hökumət “digər ölkələrlə rəqabət edə biləcək İslami, milli və tarixi dəyərlərə uyğun, həssas bir İslam tədris proqramı yaratmaq” niyyətindədir. Yeni hökumətin nümayəndəsi əlavə edib ki, “qızlara kişi müəllimlərin dərs keçməsi qadağandır”.

    Xatırladaq ki, avqustun 31-də xarici qoşunların Əfqanıstandan çıxarılması üçün verilən müddət başa çatıb. Əhali işğalın sonunu qeyd edib.

  • Azərbaycanda professor koronavirusdan vəfat etdi

    Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) baytarlıq ixtisası üzrə professoru Suliddin Abbasov koronavirusdan dünyasını dəyişib.

    Bu haqda onun yaxınları məlumat verib.

    S.Abbasov Azərbaycan Dövlət Aqrar Universitetində çalışıb. Baytarlıq ixtisası üzrə ölkədə tanınan mütəxəssislərdən biri olub.

  • Bu il uşaqlara ən çox qoyulan adlar – SİYAHI

    Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

    Median.Az cari ildə uşaqlara qoyulan adlar arasında ilk onluğu təqdim edir.

    Belə ki, ötən müddət ərzində oğlan uşaqları arasında ən çox qoyulan ad Əli olub. İl ərzində bu ad 948 uşağa verilib. Beləliklə, yanvar-avqust aylarında Əli adı uşaqlara verilən adlar arasında öz populyarlığını qoruyub saxlayıb.

    Bundan əlavə, doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlardan 924 uşağa Yusif, 891 uşağa Uğur, 894 uşağa Hüseyn, 651 uşağa Məhəmməd, 570 uşağa Ömər, 519 uşağa Murad, 422 uşağa Raul, 408 uşağa Ayxan və 406 uşağa isə Tunar adı verilib.

    Məlumat üçün bildirək ki, bu ilin dörd ayında Əli adı 427, Yusif adı 406, Uğur adı 399, Hüseyn adı 393, Məhəmməd adı 280, Ömər adı 262, Murad adı 247, Raul adı 188, Ayxan adı 184 və Tunar adı isə 178 uşağa verilmişdi.

    Həmçinin car ildə qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. Bu il ərzində bu ad 1010 uşağa verilib.

    Bundan əlavə, doğumu qeydə alınmış körpələrdən qız cinsi olanlardan 778 uşağa Zeynəb, 772 uşağa Məryəm, 720 uşağa Aylin, 695 uşağa Fatimə, 688 uşağa Mələk, 581 uşağa Nilay, 558 uşağa Nuray, 506 uşağa İnci və 436 uşağa isə Mədinə adı qoyulub.

    Qeyd edək ki, bu ilin dörd ayında Zəhra adı 466, Zeynəb adı 361, Aylin adı 336, Məryəm adı 326, Mələk adı 325, Fatimə adı 308, Nilay adı 275, Nuray adı 248, İnci adı 240 və Mədinə adı isə 211 uşağa verilmişdi.

    Beləliklə, bu il ərzində uşaqlar arasında ən çox qoyulan adlar Əli və Zəhra olub.

  • Mehriban Əliyeva Paralimpiya Oyunlarındakı uğurlarımızla bağlı paylaşım edib – FOTO

    Bu gün Paralimpiya Oyunlarında Azərbaycan 11-ci qızıl medalını qazanıb.

    Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” profilində paylaşım edib.

    Paylaşımda deyilir:

    “İdmançımız Vəli İsrafilov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti, 11-ci qızıl medalı qazandırdı. Azərbaycanın paralimpiya rekordunu yeniləmiş ən gənc çempionunu səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram”.

  • Помощник Президента: До 1 октября лица, получившие одну из двух доз вакцины, смогут посещать объекты общепита

    С 1 сентября вход граждан в крупные торговые центры, гостиницы, кафе, рестораны и другие заведения общепита разрешается только при наличии ковид-паспорта. До 1 октября получившие одну из двух доз вакцины граждане смогут посещать объекты общепита, предоставив ковид-паспорт.

    Об этом АЗЕРТАДЖ сказал помощник Президента Азербайджана – заведующий отделом Администрации главы государства по экономическим вопросам и политике инновационного развития Шахмар Мовсумов.

    Он отметил, что согласно решению Оперативного штаба при Кабмине, с 1 октября в крупные торговые центры, гостиницы, кафе, рестораны и другие заведения общепита будут допускаться только получившие обе дозы вакцины граждане.

    Шахмар Мовсумов добавил, что для посещения кафе и ресторанов на открытом воздухе у граждан ковид-паспорт или сертификат об иммунитете не требуется. В общественном транспорте нет каких-либо ограничений в связи с ковид-паспортами, пассажиры только обязаны использовать медицинскую маску.

  • Oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslər ictimai iaşə obyektlərinə daxil ola biləcəklər – RƏSMİ

    Sentyabrın 1-dən etibarən iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara və digər ictimai iaşə obyektlərinə giriş üçün vətəndaşlardan mütləq qaydada COVID-19 pasportu tələb olunur. Oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslər COVID-19 pasportunu təqdim etməklə ictimai iaşə obyektlərinə daxil ola biləcəklər.

    Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

    Prezidentin köməkçisi qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən etibarən isə yalnız hər iki vaksin dozasını qəbul etmiş şəxslər iri ticarət mərkəzlərinin, mehmanxanaların, kafelərin, restoranların və digər ictimai iaşə obyektlərinin xidmətlərindən yararlana biləcəklər.

    Şahmar Mövsümov, həmçinin qeyd edib ki, açıq havada fəaliyyət göstərən restoran və kafelərə giriş üçün vətəndaşlardan COVID-19 pasportu və ya immunitet sertifikatı tələb edilmir.

    İctimai nəqliyyatda isə COVID-19 pasportu ilə bağlı hansısa məhdudiyyət yoxdur, sərnişinlərdən yalnız tibbi maskadan istifadə etmək tələb olunur.

  • Минобороны АР опровергло информацию армянской стороны

    В последнее время официальные и неофициальные представители Армении распространяют заявления, основанные на необоснованных утверждениях о нарушении военнослужащими азербайджанской армии режима прекращения огня, устраиваемых ими лесных пожарах, краже скота, оказании различного рода давления на сельских жителей и т.д.

    Об этом сообщает пресс-служба Министерства обороны Азербайджана.

    “Распространяемая сегодня в армянских СМИ информация о гибели армянского военнослужащего в результате снайперского выстрела со стороны азербайджанской армии также не соответствует действительности и носит провокационный характер. Сегодня в направлении, которое было указано в сообщениях, со стороны подразделений азербайджанской армии не было произведено ни одного выстрела.

    Заявляем, что преступления и вооруженные инциденты, происходящие в армянской армии, являются последствиями царящего там произвола и отсутствия дисциплины, и эти события вообще не связаны с азербайджанской армией”, – говорится в сообщении.