Month: September 2021

  • В связи с дождливой погодой на некоторых дорогах снижена максимальная скорость движения транспорта

    В связи с дождливой погодой в Баку на автомагистралях Зых – Международный аэропорт Гейдар Алиев и проспект Гейдара Алиева – Мардакян – Бильгя снижена максимальная скорость движения транспорта.

    Об этом сообщили в Бакинском транспортном агентстве (БТА).

    Было отмечено, что целью данной меры является обеспечение безопасности дорожного движения.

    БТА призвало водителей быть внимательными на дорогах, соблюдать установленный скоростной режим и учитывать метеорологические факторы.

    “В то же время пешеходам рекомендуется не выходить на проезжую часть и переходить на противоположную сторону дороги только с использованием пешеходных переходов”, – сказали в агентстве.

  • Yollarda sürət həddi endirildi: Sürücülərin DİQQƏTİNƏ

    Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib.

    Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

    Bildirilib ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir:

    “Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

    Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”.

  • В Азербайджане от коронавируса скончалась руководитель общественного объединения – ФОТО

    Руководитель Общественного объединения “Женщины за развитие муниципалитетов” Людмила Халилова скончалась от коронавируса.

    Соответствующая информация распространилась в азербайджанском сегменте Сети.

  • Azərbaycanda ictimai birliyin rəhbəri koronavirusdan öldü – FOTO

    “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin rəhbəri Lyudmila Xəlilova vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.

    Qeyd edək ki, onun koronavirusdan öldüyü bildirilir.

  • ДТП в Шамкире: скончалась женщина

    В Шамкире произошло ДТП.

    Автомобиль ВАЗ столкнулся с двумя легковыми машинами. В результате аварии три человека, в том числе малолетний ребенок, были госпитализированы с различными травмами.

    Одна из пострадавших пассажиров, Майя Намазова (1964 г.р.), скончалась в больнице.

  • Şəmkirdəki qəzada xəsarət alanlardan biri öldü

    Şəmkir şəhərindəki qəzada xəsarət alanlardan biri vəfat edib.

    Hadisə zamanı hərəkətdə olan VAZ markalı avtomobil iki minik avtomobili ilə toqquşub.

    Qəza nəticəsində 1 azyaşlı olmaq, 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Xəsarət alan sərnişinlərdən biri, 1964-cü il təvəllüdlü Namazova Maya xəstəxanada vəfat edib.

  • BMT-nin Baş katibi dünyadakı silahlanma yarışından narahatlığını ifadə edib

    BMT-nin Baş katibi Antonio Qutyerreş dünyanın silahlanma yarışındakı sürət tendensiyadan və silah bazarının artmasından narahatdır.

    Bu sözləri BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik ABŞ, Böyük Britaniya və Avstraliya arasında yaradılan yeni hərbi ittifaq olan AUKUS haqqında münasibət bildirərkən söyləyib.

    S. Dujarrik vurğulayıb ki, BMT Baş katibi silah bazarındakı artımdan və silahlanma yarışındakı sürətdən dərin təəssüf və narahatlığını ifadə edir.

  • Ronaldu “Mançester Yunayted”in baş məşqçisi olmağa hazırlaşır

    Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun ulduz futbolçusu Kriştianu Ronaldu peşəkar karyerasını başa vurduqdan sonra “qırmızı şeytanlar”ın gənclər komandasının baş məşqçisi olmaq istəyir.

    Mənbə yazır ki, bu iş Ronalduya həm də “qırmızı şeytanlar”ın düşərgəsində məşqlərə başlayan oğlu, balaca Ronaldunun uğurlarını şəxsən müşahidə etməyə imkan verəcək.

    Qeyd edək ki, Kriştianu Ronaldunun “Mançester Yunayted”lə müqaviləsi 2023-cü ilin iyun ayına qədər qüvvədədir. Onun daha bir il uzadılması mümkündür.

  • İsrailin Baş naziri: “İran göründüyündən də zəif və çarəsizdir”

    İran Yəmən, İraq, Suriya və Livandakı müttəfiq qüvvələrini pilotsuz təyyarələrlə təchiz etməyi planlaşdırır.

    Bu sözləri İsrailin Baş naziri Naftali Bennet BMT Baş Assambleyasının 76-cı sessiyasının ümumi siyasi müzakirələrində söyləyib.

    “İran Yəməndə, İraqda, Suriyada və Livandakı əlaltılarını yüzlərlə, gələcəkdə isə minlərlə ölümcül pilotsuz təyyarə ilə silahlandırmağı planlaşdırır. Onlar bu öldürücü güc vasitəsi ilə Yaxın Şərq səmasını örtməyi planlaşdırırlar”, – deyə Naftali Bennet vurğulayıb.

    İsrailin Baş naziri nitqinin davamında bəyan edib ki, İsrail İranın nüvə silahı istehsal etməsinə icazə verməyəcək:

    “İran göründüyündən də zəif və çarəsizdir. İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik”.

    //TASS

  • Əfqanıstan BMT Baş Assambleyasında çıxış etməkdən imtina etdi

    Əfqanıstanın BMT yanında daimi nümayəndəliyi Baş Assambleyanın yüksək səviyyəli ümumi müzakirələrinin plenar iclaslarına qatılmayacağını bəyan edib.

    Bu barədə BMT Baş Assambleyası sədrinin nümayəndəsi Monika Qreyli məlumat yayıb.

    BMT rəsmisi bildirib ki, üzv ölkə Baş Assambleyanın İdarə Heyətini ümumi müzakirələrə qatılmaqdan imtina etmələri ilə bağlı məlumatlandırıb.

    Daha əvvəl isə Əfqanıstanın adı BMT Baş Assambleyası sessiyasının yüksək səviyyəli həftəsinin son günündə çıxış edən ölkələr siyahısından yoxa çıxmışdı.