Month: September 2021

  • İldırım vuran təyyarədə qorxu dolu anlar – VİDEO

    Rusiyanın “Azur Air” aivaşirkətinin Yekaterinburq-Soçi reysi ilə hərəkət edən təyyarəsini ildırım vurub.

    Məlumata görə, hadisə əlverişsiz hava şəraiti ilə əlaqədar təyyarə Krasnodarda fövqəladə enişə hazırlaşarkən baş verib. Təyyarə ikinci dövrəyə keçəndə onu ildırım vurub. Nəticədə hava gəmisi sürətlə enməyə başlayıb, əşyalar salonda uçuşub, insanlar artıq qəza anının yaxınlaşdığını düşünüblər.

    Sosial şəbəkələrdə həmin qorxulu anlarla bağlı kadrlar paylaşılıb.

    Lakin hər şey ötüşüb: təyyarə təzədən sürət yığıb və uğurlu eniş edə bilib.

    Hadisə nəticəsində heç kim zərər çəkməyib. 175 sərnişin Soçiyə avtobusla yola salınıb.

  • COVID-19 pandemiyası ömrün azalmasına səbəb olub

    Böyük Britaniyada Oksford Universitetinin alimləri COVID-19 pandemiyası səbəbi ilə 2020-ci ildə ömür müddətinin azaldığını müəyyən ediblər.

    Avropa, ABŞ və Çili də daxil olmaqla 29 ölkədən 22-də ömrün uzunluğu 2019-cu ilə nisbətən altı aydan çox azalıb.

    Əksər ölkələrdə kişilərin ömrünün qadınlara nisbətən daha çox azaldığı müəyyən edilib. Eyni zamanda, amerikalı kişilərin ən çox zərər gördükləri qeyd edilir, onların ömürləri 2019-cu ilə nisbətən 2,2 il qısalıb.

  • Сборная Азербайджана сыграла вничью с Индией на чемпионате мира, следующий соперник – Армения – ОБНОВЛЕНО

    Сегодня в Ситжесе (Испания) стартовал чемпионат мира по шахматам среди женщин с участием сборной Азербайджана.

    Как сообщает Oxu.Az, команда, в состав которой вошли Гюльнар Мамедова, Ульвия Фаталиева, Гюнай Мамедзаде, Тюркян Мамедъярова и Зейнаб Мамедъярова, сыграла со сборной Индии.

    Игры завершились со счетом 2:2. Гюнай Мамедзаде и Гюльнар Мамедова проиграли в первом туре, а Ульвия Фаталиева и Тюркян Мамедъярова одержали победу.

    Отметим, что во втором туре сборная Азербайджана встретится с Арменией.

    Чемпионат мира

    Группа А

    I тур

    Азербайджан – Индия – 2:2

    Гюнай Мамедзаде – Харика Дронавали – 0:1
    Гюльнар Мамедова – Рамешбабу Вайшали – 0:1
    Ульвия Фаталиева – Таня Садчев – 1:0
    Тюркян Мамедъярова – Бхати Кулкарни – 1:0

    * * * *

    Сегодня в Ситжесе (Испания) стартует чемпионат мира по шахматам среди женщин с участием сборной Азербайджана.

    Команда, в состав которой вошли Гюльнар Мамедова (2406), Ульвия Фаталиева (2310), Гюнай Мамедзаде (2280), Тюркян Мамедъярова (2243) и Зейнаб Мамедъярова (2198), будет соревноваться в группе А.

    Сегодня наша сборная в первых двух турах сыграет сначала с командой из Индии, а затем – Армении. Матч с Индией начнется в 17:00 по бакинскому времени, а с Арменией – в 20:00.

    Отметим, что в группе А также выступят сборные России, Франции и Испании. В группе B будут соревноваться сборные ФИДЕ Америкас (Перу, Аргентина, Канада, Парагвай и Куба), Украины, Казахстана, Германии, Грузии и Польши.

    Команды, занявшие четыре первые места в группе, пройдут в 1/4 финала. Чемпионат мира завершится 2 октября.

  • Millimiz dünya çempionatına iki heç-heçə ilə start verdi – YENİLƏNİB

    İspaniyanın Sices bölgəsində qadın şahmatçılar arasında dünya çempionatına start verilib.

    Oxu.Az xəbər verir ki, Azərbaycanın qadın şahmatçılardan ibarət yığması da bu gün yarışda mübarizəyə başlayıb.

    İlk turda Hindistanla bərabərliyə razılaşan (2:2) millimiz ikinci turda Ermənistanla üz-üzə gəlib.

    Bu oyunda da qalib müəyyənləşməyib – 2:2.

    Ülviyyə Fətəliyevanın istirahət etdiyi turda Günay Məmmədzadə və Gülnar Məmmədova rəqiblərinə qalib gəlsələr də, Türkan və Zeynəb Məmmədyarova bacıları məğlub olublar.

    Millimizin üçüncü və dördüncü turdakı rəqibləri uyğun olaraq Rusiya və Fransa komandaları olacaq.

    Geridə qalan iki turdan sonra aktivində 2 xal olan millimiz turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Rusiya isə 4 xalla liderdir.

    * * * * *

    İspaniyanın Sices bölgəsində qadın şahmatçılar arasında dünya çempionatına start verilib.

    Oxu.Az xəbər verir ki, Azərbaycanın qadın şahmatçılardan ibarət yığması da bu gün yarışda mübarizəyə başlayıb.

    Tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı ilk görüşündə Hindistanla qarşılaşıb.

    Görüş 2:2 hesabı ilə başa çatıb. Z.Məmmədyarovanın istirahət etdiyi ilk turda Günay Məmmədzadə və Gülnar Məmmədova məğlub olub, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova isə qalib gəliblər.

    Qeyd edək ki, Azərbaycan yığması II turda Ermənistanla üz-üzə gələcək.

    Dünya çempionatı

    A qrupu

    I tur

    Azərbaycan – Hindistan – 2:2

    Günay Məmmədzadə – Xarika Dronavali – 0:1

    Gülnar Məmmədova – Rameşbabu Vaişali – 0:1

    Ülviyyə Fətəliyeva – Tanya Sadçev – 1:0

    Türkan Məmmədyarova – Bxati Kulkarni – 1:0

    13:18

    Bu gün qadınlardan ibarət şahmat milli komandamız İspaniyanın Barselona şəhərinin cənub-qərbində yerləşən Sices qəsəbəsində keçiriləcək dünya çempionatında mübarizə aparacaq.

    Oxu.Az-ın xəbərinə görə, Gülnar Məmmədova (2406), Ülviyyə Fətəliyeva (2310), Günay Məmmədzadə (2280), Türkan Məmmədyarova (2243) və Zeynəb Məmmədyarovadan (2198) ibarət komandamız A qrupunda yarışacaq.

    Komandamız bu gün ilk iki turda əvvəlcə Hindistan, daha sonra Ermənistanla qarşılaşacaq. Hindistanla görüş Bakı vaxtı ilə saat 17:00-da, Ermənistanla qarşılaşma saat 20:00-da başlayacaq.

    Qeyd edək ki, A qrupunda Rusiya Federasiyasının Şahmat Komandası, Fransa və İspaniya komandaları da mübarizə aparır. B qrupunda isə FIDE Amerikas (Peru, Argentina, Kanada, Paraqvay və Kubadan ibarət şahmatçılar – S.M.), Ukrayna, Qazaxıstan, Almaniya, Gürcüstan və Polşa milliləri yarışacaq.

    Qrupda ilk 4 sıranı tutan komandalar 1/4 finala vəsiqə qazanacaq. Dünya çempionatına oktyabrın 2-də yekun vurulacaq.

  • Mədəniyyət Nazirliyi Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yayıb

    Mədəniyyət Nazirliyi Xalq artisti Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yayıb.

    Nekroloqda deyilir:

    Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib.

    Məşhur “Qaya” vokal kvartetin yaradıcısı, bədii rəhbəri və solisti Teymur Mirzəyev 26 sentyabr 2021-ci il tarixində İsraildə dünyasını dəyişib.

    Teymur İbrahim oğlu Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. Asəf Zeynallı adına Musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə tələbə yoldaşları Rauf Babayev, Arif Hacıyev, Lev Yelisavetski ilə birlikdə “Qaya” vokal kvartetini yaradıb.

    Azərbaycan caz və estrada mədəniyyətinin əfsanəvi heyəti olan “Qaya” kvarteti 1961-ci ildən 1988-ci ilədək fəaliyyət göstərib. Kvartet 1964-cü ildə Moskvada keçirilən Ümumdünya estrada müsabiqəsinin I mükafatı laureatı adına layiq görülüb.

    Teymur Mirzəyev 1993-cü ildə Xalq artisti adına layiq görülüb.

    Mərhum sənətkarın ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.

    Allah rəhmət eləsin!

  • Əfsanəvi futbolçu “Barselona”nın hücumçusuna irad bildirdi

    Əfsanəvi niderlandlı futbolçu, “Ayaks” və “Milan”ın sabiq hücumçusu Marko van Basten “Barselona”nın hücum xəttində çıxış edən həmyerlisi Memfis Depayın oyununu tənqid edib.

    “Depayın “Barselona”ya uyğun futbolçu olmasına dair şübhələrim var. Düşünürəm ki, Memfis yaxşı oyunçudur, amma hesab edirəm ki, fərdiyyəçidir. O, öz istəyinə uyğun hərəkət edir və bir az da bunda israrlı görünür.

    Düşünürəm ki, “Barselona” kimi böyük bir klubda daha çox komanda oyunçusu olmalısan. Birlikdə hücum etməli, bir-birinizə top ötürməlisiz. Mənə elə gəlir ki, o, öz üzərinə çox iş götürür və top bir klubda bunun nə qədər doğru olduğunu deməkdə çətinlik çəkirəm”, – deyə Marko van Basten vurğulayıb.

    Xatırladaq ki, Fransa “Lion”undan Kataloniya klununa transfer olan Memfis Depay 2022/2023 mövsümünü “Barselona”da keçirəcək.

  • Mixail Saakaşvili Gürcüstana geri dönəcəyi günün tarixini açıqladı

    Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkəsində yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə iştirak etmək məqsədi ilə Oktyabr ayının 2-də Tbilisiyə bilet aldığını açıqlayıb.

    Gürcüstanın sabiq prezident bu barədə öz “Facebook” səhifəsi vasitəsilə etdiyi videomüraciətdə məlumat verib.

    “Dediyim kimi, oktyabrın ikisinə axşam saatlarında Tbilisidə sizinlə birgə olmaq və sizin iradənizi qorumaq, eləcə də Gürcüstanın xilas edilməsində iştirak etmək üçün bilet aldım”, – deyə 53 yaşlı siyasətçi bildirib.

  • Qazaxda avtomobil piyadanı vurub

    Qazax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

    “VAZ-2106” markalı avtomobil Qazax rayon sakini, 1968-ci il təvəllüdlü Alixan Kərimovu vurub.

    Müxtəlif xəsarətlər alan yaralı xəstəxanaya aparılıb.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • В День памяти в 76 городах и районах Азербайджана посажено в целом 58 109 деревьев

    27 сентября – в День памяти в 76 городах и районах Азербайджана прошла акция по высадке деревьев.

    В рамках акции были посажены 58 109 деревьев 14 видов. Из них 6 950 саженцев были высажены в Баку, 51 159 – в других городах и районах.

    В мероприятии приняли участие 2 825 активистов в столице Азербайджана, 29 228 – в других городах и районах, всего 32 053 человека.

    Источник: АЗЕРТАДЖ

  • Anım Günündə Azərbaycanın 76 şəhər və rayonunda ümumilikdə 58 min 109 ağac əkilib

    27 sentyabr – Anım Günündə Azərbaycanın 76 şəhər və rayonunda ağacəkmə aksiyası keçirilib.

    Aksiya çərçivəsində 14 növdə ümumilikdə 58 min 109 ağac əkilib ki, onlardan da 18 min 607-si Eldar şamı, 3 min 576-sı çinar, 4 min 339-u zeytun, 10 min 805-i sərv, 1551-i söyüd, 5 min 502-si göyrüş, 1564-ü qaraağac, 658-i qovaq, 5 min 405-i meyvə və 6 min 102-si isə tuya ağaclarıdır.

    Aksiya çərçivəsində 6 min 950 ağac Bakı şəhərində, 51 min 159 ağac isə digər şəhər və rayonlarımızda əkilib.

    Anım Günündə keçirilən aksiyaya 2 min 825-i Bakı şəhərində, 29 min 228-i isə digər şəhər və rayonlarda olmaqla, ümumilikdə 32 min 53 insan qoşulub.

    //AZƏRTAC