Month: September 2021

  • Ucarda oğurluq edən Göyçay sakini saxlanılıb

    Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə avqust ayının 15-də rayonun Küçəkənd kəndi ərazisində yerləşən mağazaların birinə dam hissəsini qıraraq qanunsuz daxil olan və oradan pul, müxtəlif növ siqaret və bir ədəd mobil telefon oğurlayan Göyçay rayon sakini, 29 yaşlı Yunis Quliyev saxlanılıb.

    İstintaq zamanı saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun sentyabr ayının əvvəlində Ucar rayonu Alpout kəndi ərazisində yerləşən mağazaların birinə oğurluq etmək məqsədilə qanunsuz daxil olduğu, lakin bu zaman obyekt sahibi ilə qarşılaşdığından ona vintaçanla xəsarət yetirərək hadisə yerindən qaçdığı da müəyyən edilib. Həmçinin Y.Quliyevin yaşadığı Göyçay rayonu ərazisində yerləşən bir mağazadan müxtəlif növ siqaret oğurladığı da şöbə əməkdaşları tərəfindən sübuta yetirilib.

    Dindirilmə zamanı Y.Quliyev törətdiyi əməlləri etiraf edərək, əldə etdiyi pulları xərclədiyini, siqaretləri isə satdığını bildirib. Ondan maddi sübut kimi bir ədəd mobil telefon götürülüb.

    Faktlarla əlaqədar Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Onun digər analoji hadisələrdə də iştirakının olub-olmaması araşdırılır.

  • Həbsdə olan, koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti ağırdır

    “Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyevin vəziyyəti stabil ağır olaraq qalır”.

    Bu barədə Oxu.Az-a açıqlamasında onun vəkili deyib.

    Vəkilin sözlərinə görə, M.Quliyevin müalicəsi davam edir:

    “ECMO cihazına qoşulu vəziyyətdədir, cihaz olmadan nəfəs ala bilmir. Həkimlər heç bir dəyişiklik müşahidə etmədiklərini deyirlər”.

    Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

    Ötən il aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

  • Xətai rayonunda Anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib – FOTO

    Sentyabrın 27-də Xətai rayonunda Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar bir sıra tədbirlər keçirilib.

    Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti Əhmədli qəbirsanlığında və Dədə Qurqud Şəhidliyində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərin məzarlarını ziyarət ediblər.

    Anım Günü münasibəti ilə Polad Həşimov küçəsində yerləşən Şəhidlərin xatirə parkında mərasim təşkil olunub.

    Sonra tədbir iştirakşıları Polad Həşimov küçəsində yerləşən 221 nömrəli tam orta məktəbdə Anım Günü ilə əlaqədar ağacəkmə aksiyasına qatılıblar.

    Mövcud karantin rejiminin tələblərinə uyğun olaraq keçirilən tədbirdə ağac əkilən ərazi əvvəlcədən aksiya iştirakçıları tərəfindən daşlardan, kollardan, tullantılardan, qurumuş ağac kötüklərindən təmizlənib, bura əkin üçün hazır vəziyytə gətirilib. Ağacəkmə kampaniyası çərçivəsində 44 günlük Vətən müharibəsinin hər gününün şərəfinə 10 ağac, ümumilikdə isə 440 ağac əkilib.

    Qeyd edək ki, yaşıllaşdırma marafonunda ərazi məişət tullantılarından təmizlənib, mövcud yaşıllıqlar sulanıb. Aksiyada Eldar şamı, küknar, sərv və digər ağaclar əkilib.

  • Пакистанский монумент освещен цветами азербайджанского флага

    Пакистанский монумент, символ Исламабада, столицы Исламской Республики Пакистан, освещен специальной подсветкой, в связи Днем памяти шехидов Отечественной войны.

    Как передает Report, об этом сообщает посольство Азербайджана в Пакистане.

    В процессе освещения был изображен Государственный флаг Азербайджана.

  • Pakistan Abidəsi Azərbaycan bayrağı ilə işıqlandırılıb

    Pakistan İslam Respublikasının paytaxtı İslamabadın rəmzi sayılan Pakistan Abidəsi (Pakistan Monument) 27 Sentyabr – Anım Günü ilə əlaqədar xüsusi dizaynla işıqlandırılıb.

    Bu barədə “Report”a Azərbaycan Respublikasının Pakistandakı Səfirliyindən bildirilib.

    İşıqlandırma prosesində Azərbaycanın dövlət bayrağı təsvir olunub.

  • Vətən müharibəsinin ildönümünə həsr edilmiş “Xarıbülbül” satış-sərgisinə başlanıb

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabelyindəki DOST Agentliyinin 4 saylı DOST Mərkəzində əlilliyi olan şəxslərin əl işlərinin təqdim edildiyi, Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Xarıbülbül” satış-sərgisinə başlanıb.

    ƏƏSMN-dən “Report”a verilən məlumata görə, sərginin açılışında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq əks-hücüm əməliyyatı həyata keçirib.

    Nazir müavini bu gün təşkil olunan “Xarıbülbül” sərgisinin də möhtəşəm Qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunduğunu deyib. 44 gün davam edəcək sərgidə məqsəd əlilliyi olan şəxslərin, o cümlədən İnklüziv İncəsənət məktəbi tələbələrinin əsasən Vətənə, işğaldan azad edilmiş torpaqlarımıza, Zəfərimizə həsr olunmuş, ümumən vətənpərvərlik mövzusunda əl işlərinin nümayiş olunmasıdır. Bu sərgi, eyni zamanda, əlilliyi olan şəxslərin yaradıcılıq istedad və qabiliyyətlərinin cəmiyyətə tanıdılması məqsədi daşıyır.

    Qeyd edək ki, sərgidə 20-dək şəxsin 100-dən çox əl işi təqdim edilir. Əl işlərinin satışından əldə olunan vəsait da həmin əsərlərin müəlliflərinə təqdim ediləcək.

  • Mixeil Saakaşvili oktyabrın 2-nə Tbilisiyə bilet alıb

    “Oktyabrın 2-nə Tbilisiyə bilet almışam”.

    “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili feysbuk səhifəsi vasitəsilə etdiyi videomüraciətində deyib.

    O, həmin günün axşamı Tbilisidə Gürcüstan xalqının iradəsini müdafiə edəcəyini bildirib: “Sizinlə birgə Gürcüstanın xilasında iştirak edəcəm. Bunu özüm üçün etmirəm, heç bir şəxsi ambisiyam, hər hansı vəzifə istəyim yoxdur. Mən uşaqlarımızın gələcəyi üçün mübarizə aparacam”.

    Sabiq dövlət başçısı Kiyev-Tbilisi istiqaməti üzrə aldığı aviabiletin fotoşəklini də paylaşıb. Biletdən aydın olur ki, o, oktyabrın 2-də, yerli vaxtla saat 23:05-də anası Giuli Alasaniya ilə birlikdəTbilisiyə çatacaq.

    Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.

  • Докладчик ПАСЕ: Сложно поверть, что в Агдаме когда-то жили люди

    Не верится, что в Агдаме когда-то жили 30 тыс. человек.

    Как сообщает Report, об этом во время осенней сессии Парламентской Ассамблеи Совета Европы (ПАСЕ) заявил ирландский депутат Пол Гаван (Paul Gavan) – автор доклада “Гуманитарные последствия конфликта между Арменией и Азербайджаном”.

    “Когда я был в Агдаме, то увидел, что его сравняли с землей. Город, население которого ранее составляло 30 тыс. человек, полностью превратился в руины. Сегодня трудно даже представить, что там когда-то жили люди”, – сказал он.

    Ирландский депутат призвал членов ПАСЕ принять меры для установления мира между двумя народами: “Для достижения мира необходимо достичь взаимного доверия. Для этого мы должны сделать все возможное”.

  • Bakıda mənzildə qadın meyiti aşkarlanıb

    Bakı şəhərinin Xəzər rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Ukalova Klavdiya Samyonovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • В Азербайджане скончался известный ученый-философ

    На 89-м году жизни скончалась Зумруд Гулузаде – главный редактор международного научно-теоретического журнала “Проблемы восточной философии”, доктор философских наук.

    З.Гулузаде умерла 26 сентября утром из-за проблем с сердцем.

    Ее похоронили рядом с отцом на кладбище в Бильгя.

    Зумруд Гулузаде родилась 17 марта 1932 года в Баку в семье интеллигентов. Много лет занимала должность заведующей отделом истории философии и общественного мнения Института философии и социологии Национальной академии наук Азербайджана (НАНА).

    В 2015 году распоряжением Президента Ильхама Алиева была награждена орденом “Шохрат”, удостоена президентской пенсии.