Month: September 2021

  • Начинается судебный процесс над “журналистом”-рэкетиром Атой Абдуллаевым

    Завершено предварительное расследование по уголовному делу в отношении “журналиста”-рэкетира Аты Абдуллаева.

    Материалы направлены на рассмотрение в Бакинский суд по тяжким преступлениям.

    Процесс будет проходить под председательством судьи Фикрета Гарибова.

    Потерпевшими по делу признаны четыре человека – Эльмар Алиев, Джамиль Бабаев, Эльчин Алиев и Шахмар Гасанов.

    Следует отметить, что А.Абдуллаев был задержан сотрудниками Службы государственной безопасности в марте текущего года.

    Он обвиняется в вымогательстве.

    Сабаильский районный суд применил в его отношении меру пресечения в виде ареста.

    Источник: АПА

  • Представители МВД посетили Аллею почетного захоронения – ВИДЕО

    В День памяти – 27 сентября сотрудники МВД и военнослужащие Внутренних войск АР под руководством министра, генерал-полковника Вилаята Эйвазова посетили Аллею почетного захоронения.

    Об этом говорится в заявлении пресс-службы ведомства.

    Отмечается, что они побывали на могиле общенационального лидера Гейдара Алиева, возложили цветы к его памятнику, почтили его память.

  • DYP sürücülərə müraciət etdi

    Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.

    İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli “Report”a bildirib ki, hazırda vətəndaşların II Şəhidlər xiyabanına axını davam edir.

    “Polis əməkdaşları həmin ərazilərdə yolları tənzimləyir. Lakin buna baxmayaraq, sıxlıq çoxdur. Xahiş edirik ki, şəxsi nəqliyyat vasitələrindən istifadə edən şəxslər bu istiqamətlərdə mümkün qədər hərəkəti məhdudlaşdırsınlar və istiqaməti dəyişsinlər. II Şəhidlər xiyabanını ziyarət etmək istəyən şəxslər həmin əraziyə yaxın yerlərdə nəqliyyat vasitələrini saxlamaqla piyada hərəkət etsinlər” – o vurğulayıb.

  • Azərbaycan Ombudsmanı Bolqarıstana səfərə yola düşüb

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə komissiyasının dəvəti əsasında həmin ölkənin paytaxtı Sofiya şəhərinə rəsmi səfərə yola düşüb.

    Bu barədə Ombudsman Aparatından məlumat verilib.

    Bildirilib ki, səfər iki qurum arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədini daşıyır. Səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi, ikitərəfli Memorandumun imzalanması gözlənilir.

  • Britaniyalı deputat Ermənistanı mina xəritələrini Azərbaycan verməyə çağırıb

    “Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməlidir”.

    “Report”un Fransa bürosu xəbər verir ki, bunu Böyük Britanıyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Con Houell bu gün qurumun işə başlayan payız sessiyasında “Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” adlı qətnamə layihəsinin müzakirəsi zamanı bildirib.

    “İnsan ölümünün qarşısını almaq üçün bölgənin minalardan təmizlənməsi vcibdir. Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməlidir. Bütün beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycana yardımçı olmalıdır. Hər iki xalq, Azərbaycan və erməni xalqı sülhə doğru irəliləməlidir”.

  • Отец и сын, спасавшие раненых военнослужащих – ВИДЕО

    Сегодня исполнятся ровно год с начала 44-дневной Отечественной войны.

    Report побеседовал с Абульфатом Гамидовым и его сыном Анаром Гамидовым, участвовавшими во Второй Карабахской войне в качестве врачей.

    Участник I Карабахской войны А.Гамидов отправился в прифронтовую зону с первого дня сражений. Его сын ушел на войну добровольцем, получив разрешение в клинике, где работал.

    Представляем видеоинтервью с Абульфатом и Анаром Гамидовыми:

  • Azərbaycanın ilk zəfər filmi çəkilib

    Azərbaycan Televiziyasında Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə həsr olunan ikiseriyalı film istehsal olunub.

    “Beşatılan” adlı filmin hər seriyası 1 saat həcmindədir və bu, Azərbaycanın ilk zəfər filmidir.

    Film beş dostun qəhrəmanlığı, torpaqlarımızın işğaldan azad olunması yolunda Şuşaya qədər getmələri, canlarını fəda edərək bayrağımızı Şuşada ucaltmalarından bəhs edir. “Təki Vətən sağ olsun” deyən beş dost Azərbaycanın müxtəlif bölgələrindən – şimal, cənub, şərq, qərb və düşünən beyin, döyünən ürək timsalında olan Bakıdandır. Bu beşlik rəmzi mənada “Beşatılan” adlanır.

    Düşmənin üstünə müasir texnika ilə hücuma keçsək də, sonda erməni qaniçəni keçmişin qisası kimi bu “Beşatılan”dan açılan güllə ilə vurulur. “Beşatılan” həm də beş barmağın “Dəmir yumruğ”a çevrilib düşmənin başını əzməsidir. Film Azərbaycan Ordusunun, eyni zamanda, ideoloji cəbhədə də qazandığı uğurlardan bəhs edir.

    Çəkilişlər Tərtər, Gədəbəy və Masallı rayonu ərazilərində aparılıb.

    Filmin ssenari müəllifləri Firudin Məhərrəmov, Nurəddin Ədiloğlu, quruluşçu rejissoru Elçin Məmiyev, quruluşçu operatoru isə Elşən Bədəlovdur. Filmdə baş rolları Elçin Məmiyev, Anar Şuşalı, Vaqif Kərimov, Əliqulu Səmədov, Lətifə Əliyeva, Flora Hüseynova, Fidan Axundova və s. ifa ediblər.

    “Beşatılan”ın 1-ci bölümünə sentyabrın 28-də saat 21:50-də, ikinci seriyasına isə sentyabrın 29-da saat 21:50-də Mədəniyyət TV-də baxa bilərsiniz. Filmi canlı olaraq Mədəniyyət TV-nin feysbuk səhifəsindən də izləyə bilərsiniz.

  • Krit adasında güclü zəlzələ qeydə alınıb

    Bu gün səhər saatlarında Egey dənizi sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

    Zəlzələnin episentrinin 9,62 kilometr dərinlikdə olduğu müəyyən edilib.

    Afina Geodinamika İnstitutunun verdiyi açıqlamada episentri Kritin cənubundakı Arvis bölgəsində qeydə alınmış 5,8 bal gücündə olan zəlzələnin bütün adada hiss edildiyi bildirilib.

    Tələfatla bağlı məlumat verilmir.

    Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin gücünün 6,5 bal olduğunu açıqlayıb.

    Mənbə: “Anadolu” agentliyi

  • Вышел первый фильм о победе Азербайджана – ВИДЕО

    Азербайджанское телевидение сняло двухсерийный фильм, посвященный победе в Отечественной войне.

    Каждая серия фильма Beşatılan длится один час – это первая кинолента о нашей славной победе.

    В нем повествуется о героическом боевом пути пяти друзей, о том, как они отправляются в Шушу с целью освобождения земель от оккупации и поднимают наш флаг в освобожденном городе.

    Пятеро друзей приехали из разных регионов Азербайджана.

    Фильм также рассказывает о достижениях азербайджанской армии и об успехах на идеологическом фронте. Съемки проходили в Тертерском, Гедабейском и Масаллинском районах.

    Авторы сценария – Фирудин Магеррамов и Нуреддин Адильоглу, режиссер-постановщик – Эльчин Мамиев, оператор-постановщик – Эльшан Бадалов. Главные роли в киноленте исполнили – Эльчин Мамиев, Анар Шушали, Вагиф Керимов, Алигулу Самедов, Латифа Алиева, Флора Гусейнова, Фидан Ахундова и другие.

    Первую серию фильма можно посмотреть 28 сентября в 21:50, вторую – 29 сентября в 21:50 на телеканале Mədəniyyət TV.

    Фильм также будет доступен на странице телеканала в Facebook.

  • Ata Abdullayevin məhkəməsi başlayır

    Bloqer Ata Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    İstintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
    Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.

    Cinayət işi üzrə 4 nəfər – Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahmar Şahlar oğlu zərərçəkmiş qismində tanınıb.

    Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.

    O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib.

    Barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

    Mənbə: APA