Month: September 2021

  • Утверждены правила обеспечения безопасности грузов и почтовых посылок, транспортируемых гражданской авиацией

    Утверждены Правила обеспечения безопасности грузов и почтовых посылок, транспортируемых гражданской авиацией.

    Соответствующее решение подписал премьер-министр Али Асадов.

  • Gürcüstan əsilli Qarabağ şəhidlərinin xatirəsi yad edilib – FOTO

    Gürcüstanın Bolnisi rayonunun Babakişilər kəndində Qarabağ şəhidlərinin xatirəsi anılıb.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan səfirliyi məlumat yayıb.

    Mərasimdə Azərbaycanın Gürcüstandakı hərbi attaşesi polkovnik-leytenant Fuad İbrahimov, səfirlik, SOCAR şirkətinin əməkdaşları, şəhidlərin yaxınları və kənd sakinləri iştirak ediblər.

    Tədbir çərçivəsində I Qarabağ müharibəsində əslən Babakişilərdən olan şəhidlər Cəfərov Ruslan Elman oğlu, Gülməmmədov Ədalət Qədir oğlu, eləcə də Vətən müharibəsi şəhidi Əkbər Panahovun xatirəsinə quraşdırılmış xatirə lövhəsi ziyarət olunub, önünə səfirlik adından əklil qoyulub.

  • Amin Musayev və daha 43 Vətən müharibəsi iştirakçısına avtomobil verildi – FOTO

    27 sentyabr – Anım günündə Vətən müharibəsində 44 gün ərzində aparılmış uğurlu hərbi əməliyyatların iştirakçılarına – qazilərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 44 avtomobil təqdim edilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

    Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən bəhs olunub və bildirilib ki, bu kateqoriyadan olan vətəndaşların rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ana xəttini təşkil edir.

    Vətən müharibəsindən sonra şəhid ailələrinə və müharibə əlillərinə yönələn sosial ödənişlər növbəti dəfə olmaqla 2021-ci ilin əvvəlindən ciddi şəkildə artırılıb, həmçinin Vətən Müharibəsi Qəhrəmanları üçün aylıq təqaüd təsis olunub. Eyni zamanda, şəhid ailələri və qazilərimizlə bağlı geniş sosial dəstək paketi icra olunur.

    Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə mərhələli şəkildə 11 min mənzil və fərdi ev verilməsinin nəzərdə tutulduğu qeyd edilib.

    Bildirilib ki, o cümlədən 2021-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 3 minədək mənzil və fərdi evin verilməsi işləri aparılır. 2021-ci il üzrə artıq 1600 mənzil verilib. Cənab Prezidentin 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə də mənzillər verilir.

    Avtomobillə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğısından razılıqlarını qeyd edərək, həmişə dəstəklə əhatə olunduqlarına, bu gün avtomobillə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

    Qeyd edək ki, qazilər arasında əsirlikdən azad olan Amin Musyev də var.

  • В ПАСЕ подчеркнули необходимость передачи Азербайджану карт минных полей

    На осенней сессии Парламентской ассамблеи Совета Европы (ПАСЕ) принята резолюция “О гуманитарных результатах конфликта между Арменией и Азербайджаном”.

    Как передает французское бюро Report, в резолюции затрагивается первая (1991-1994 годы) и вторая (2020 год) Карабахские войны, уделяется внимание погибшим, пропавшим без вести в ходе войн, беженцам и вынужденным переселенцам, ущербу культурному наследию, заминированным территориям и другим вопросам.

    ПАСЕ высоко оценила трехстороннее заявление от 9 ноября, которое предусматривает прекращение огня между Азербайджаном и Арменией. Отмечается, что документ является одним из основных элементов в контексте создания условий для решения гуманитарных вопросов.

    В ходе обсуждений резолюции члены ПАСЕ особо подчеркнули, что передача Азербайджану карт минных полей поможет избежать в дальнейшем человеческих жертв.

    Международное сообщество, в особенности Совет Европы, приглашены для оказания помощи обеим государствам.

  • “Alov qüllələri” Azərbaycan bayrağı ilə işıqlandırılıb

    Sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.

    Anım Günü ilə əlaqədar “Alov qüllələri” Azərbaycan bayrağı ilə işıqlandırılıb.

    Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.

    Azərbaycan Ordusu döyüşlərin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq, işğalçı qüvvələri torpaqlarımızdan qovmağa, ərazilərimizi yadelli qüvvələrdən təmizləməyə başladı. Belə ki, hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəkliklər, həmçinin 6 kənd – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kənd işğalçı qüvvələrdən azad edildi. Azərbaycan Ordusunun tank bölmələri, raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının (PUA) dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edərək məhv olundu.

    Bundan sonra isə Azərbaycan Ordusu düşmənin müdafiə xəttini yarmağı bacardı, sürətli əks-hücum əməliyyatı həyata keçirməyə və ərazilərimizi düşmən tapdağı altından azad etməyə başladı.

    44 gün davam edən müharibə dövründə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tez-tez xalqa müraciət edir, özünün sosial şəbəkə hesablarında, xarici və yerli mediaya müsahibələrində yeni qəsəbə, kənd, şəhərlərin düşməndən azad edildiyini bütün dünyaya bəyan edir, bu münasibətlə Azərbaycan xalqını təbrik edirdi.

    Ali Baş Komandan hərbi əməliyyatların gedişi zamanı çıxışlarında qeyd edirdi ki, əgər düşmən işğal edilmiş bütün ərazilərdən xoşluqla çıxıb getməsə, “dəmir yumruq” onun başını əzəcək. Elə də oldu! İlham Əliyevin siyasi iradəsinin, sərkərdəlik qabiliyyətinin və Azərbaycan Ordusunun gücünün simvolu olan “Dəmir yumruq” erməni işğalçılarının başını əzdi, düşməni diz çökdürdü.

    Azərbaycan Ordusu qanı və canı bahasına oktyabrın 3-də Tərtər rayonunun Madagiz qəsəbəsini düşməndən azad etdi. Daha sonra Prezident İlham Əliyev qəsəbənin tarixi Suqovuşan adını özünə qaytardı. Artıq düşmənin ayaq izlərinin torpaqlarımızdan silinməsinə başlanıldığı kimi, onların tarixi torpaqlarımıza qoyduğu eybəcər adlar da tarixin zibilliyinə göndərilirdi.

    Beləliklə, Müzəffər Azərbaycan Ordusu oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı.

    2020-ci il 8 noyabrda isə Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşa şəhəri 28 il 6 aydan sonra düşmən işğalından azad olundu və şəhərdə Azərbaycan Bayrağı qaldırıldı. Şuşanın azad edilməsi Vətən müharibəsində əldə olunan böyük qələbənin zirvəsidir. Dağlardan aşaraq, qayalara dırmanaraq günlərlə yol gedib yüngül silahlarla, əlbəyaxa döyüşlərlə Şuşanı işğaldan azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır. Azərbaycanın Müzəffər Ordusu Şuşanın alınması ilə düşmənin belini qırdı. Məhz Şuşanın azad olunması müharibədə həlledici nöqtə oldu və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Təsadüfi deyil ki, məhz həmin gün Azərbaycan tarixinə Zəfər günü kimi həkk olundu.

    2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya liderləri və Ermənistan Baş naziri atəşkəsin və hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanat imzaladılar. Sənədə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Ermənistanın işğalından azad olunaraq Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökmədən hər üç rayona daxil oldu.

    Bununla da Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi ilə Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi prosesi də uğurla başa çatdı, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Ordu­muz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrini təkbaşına icra edərək, Qaraba­ğımızı qısa zamanda yağılardan azad etdi! Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən müharibəsi adı ilə düşdü.

    Təəssüflər olsun ki, qələbə itkisiz olmur. Müdafiə Nazirliyinin 2021-ci ilin iyulun 14-nə olan məlumatına əsasən, Silahlı Qüvvələrin Vətən müharibəsində şəhid olaraq dəfn edilən hərbi qulluqçularının sayı 2 907 nəfərdir, 7 hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Məhz həmin qəhrəmanlarımız otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan xalqına öz qanı və canı hesabına böyük qələbə yaşadıb. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa arzulayırıq!

  • В движении электричек Баку-Хырдалан-Сумгайыт возникли перебои

    В движении электричек Баку-Хырдалан-Сумгайыт возникли перебои.

    Как сообщает Report, поезд, отправившийся с Бакинского вокзала в 18:35, остановился через 15 минут.

    Машинист объяснил это технической неисправностью.

    В настоящее время ведутся работы по устранению проблемы.

  • AŞPA məruzəçisi: “Ağdam şəhərində vaxtilə insan yaşadığına inanmaq olmur”

    “Ağdam şəhərində vaxtilə 30 min insanın yaşadığına inanmaq olmur”.

    “Report” xəbər verir ki, bunu Avropa Şurası Parlament Assembleyasının (AŞPA) bu gün keçirilən payız sessiyası zamanı “Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” adlı hesabatın müəllifi, irlandiyalı deputat Pol Qavan (Paul Gavan) bildirib.

    “Ağdamda olduğum zaman şəhərin yerlə yeksan olduğunu gördüm. Əvvəllər 30 min əhalisi olan şəhər tamamilə xarabalığa çevrilib. Bu şəhərdə əvvəllər insanların yaşadığına inanmaq belə bu gün çətindir” – məruzəçi deyib.

    İrlandiyalı deputat AŞPA üzvlərini iki xalq arasında sülhün yaranması naminə fəal tədbirlər görməyə dəvət edib: “Sülhə nail olmaq üçün qarşılıqlı inamın yaranması vacibdir. Bunun üçün biz əlimzdən gələni əsirgəməməliyik”.

  • Flame Towers окрасился в цвета азербайджанского флага

    27 сентября – в День памяти весь Азербайджан чтит светлую память шехидов, пожертвовавших своими жизнями ради территориальной целостности нашей страны.

    В связи с данной датой, один из символов Баку – Flame Towers был освещен цветами азербайджанского флага.

  • Сборная Азербайджана сыграла вничью с Индией на чемпионате мира, следующий соперник – Армения – ОБНОВЛЕНО

    Сегодня в Ситжесе (Испания) стартовал чемпионат мира по шахматам среди женщин с участием сборной Азербайджана.

    Как сообщает oxu.az, команда, в состав которой вошли Гюльнар Мамедова, Ульвия Фаталиева, Гюнай Мамедзаде, Тюркян Мамедъярова и Зейнаб Мамедъярова, сыграла со сборной Индии.

    Игры завершились со счетом 2:2. Гюнай Мамедзаде и Гюльнар Мамедова проиграли в первом туре, а Ульвия Фаталиева и Тюркян Мамедъярова одержали победу.

    Отметим, что во втором туре сборная Азербайджана встретится с Арменией.

    Чемпионат мира

    Группа А

    I тур

    Азербайджан – Индия – 2:2

    Гюнай Мамедзаде – Харика Дронавали – 0:1
    Гюльнар Мамедова – Рамешбабу Вайшали – 0:1
    Ульвия Фаталиева – Таня Садчев – 1:0
    Тюркян Мамедъярова – Бхати Кулкарни – 1:0

    ***

    Сегодня в Ситжесе (Испания) стартует чемпионат мира по шахматам среди женщин с участием сборной Азербайджана.

    Команда, в состав которой вошли Гюльнар Мамедова (2406), Ульвия Фаталиева (2310), Гюнай Мамедзаде (2280), Тюркян Мамедъярова (2243) и Зейнаб Мамедъярова (2198), будет соревноваться в группе А.

    Сегодня наша сборная в первых двух турах сыграет сначала с командой из Индии, а затем – Армении. Матч с Индией начнется в 17:00 по бакинскому времени, а с Арменией – в 20:00.

    Отметим, что в группе А также выступят сборные России, Франции и Испании. В группе B будут соревноваться сборные ФИДЕ Америкас (Перу, Аргентина, Канада, Парагвай и Куба), Украины, Казахстана, Германии, Грузии и Польши.

    Команды, занявшие четыре первые места в группе, пройдут в 1/4 финала. Чемпионат мира завершится 2 октября.

  • Şəhid ailələri, qazilər və müharibədən zərər çəkənlərə göstərilən sosial dəstəyin həcmi AÇIQLANDI

    44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 7 900 nəfərə 15 700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyinatı aparılıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, postmüharibə dövründə də şəhid ailələri və müharibə əlillərinə sosial ödənişlərin növbəti dəfə əhəmiyyətli şəkildə artırılması təmin edilib. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün 300 manatdan 500 manata, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün I dərəcə üzrə 250 manatdan 400, II dərəcə üzrə 230 manatdan 350, III dərəcə üzrə 210 manatdan 300, Milli Qəhrəmanlarımız üçün 1 500 manatdan 1 800 manata çatdırılıb. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2 000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunub.

    Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2014-2019-cu illərdə uçota alınmış şəxslərin, həmçinin 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələrinin, bu müharibənin əlillərinin 5 il ərzində mərhələli şəkildə 11 min mənzil və ya fərdi evlərlə təmin olunması nəzərdə tutulub.

    Mühüm dəstək tədbirlərindən biri kimi, postmüharibə dövründə 142 hərbçi son nəsil yüksək texnologiyalı protezlə təmin olunub. Yuxarı ətrafları amputasiya olunmuş qazilərin də yaxın günlərdə son nəsil protezlə təminatına başlanacaq.

    Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri, qazilər, erməni terrorundan zərər çəkən şəxslərdən ibarət 5 320 nəfər özünüməşğulluq proqramına, 530 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, 1 310 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilib. Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 518 işəgötürən qoşularaq, 2641 vakansiya təqdim edib, həmin vakansiyalar üzrə artıq 765 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.