Month: September 2021

  • Könüllülərin iştirakı ilə “Vətən var olsun!” adlı fləşmob keçirilib

    Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə II Qarabağ müharibəsinin başlamasının birinci ildönümünə həsr olunan “Vətən var olsun!” şüarı altında fləşmob keçirilib.

    Fləşmobda iştirak edən ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən 1300-dən çox gənc könüllü fləşmobdan öncə 27 sentyabr – Anım Günü ilə əlaqədar torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Fləşmob zamanı Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərini əks etdirən xüsusi geyimlərdə olan könüllülər Dövlət Bayraq Meydanı ərazisində Azərbaycan Respublikasının xəritəsini və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi zəfərimizin əsas rəmzlərindən hesab olunan “Dəmir Yumruq” simvolunu canlandırıblar.

    Fləşmoba qatılan könüllülər qalib ölkənin gəncləri olmaqdan qürur hissi keçirdiklərini və bundan sonrakı fəaliyyətlərində də Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizin dirçəlməsi üçün yorulmadan çalışacaqlarını qeyd ediblər.

  • Глава МИД Турции почтил память шехидов 44-дневной Отечественной войны – ФОТО

    Министр иностранных дел Турции Мевлют Чавушоглу почтил память шехидов 44-дневной Отечественной войны.

    Об этом он написал в своем Twitter-аккаунте.

    “Первый шаг, приведший Азербайджан к победе в Отечественной войне, был сделан ровно год назад! Приветствую наших отважных братьев, освободивших Карабах! С уважением чту память героев-шехидов Азербайджана”, – отметил министр братской страны.

  • Начальник Генштаба ВС Азербайджана встретился с заместителем министра национальной обороны Турции – ФОТО

    27 сентября первый заместитель министра обороны Азербайджанской Республики – начальник Генерального штаба генерал-лейтенант Керим Велиев встретился с находящейся в нашей стране с рабочим визитом делегацией во главе с заместителем министра национальной обороны Турецкой Республики Мухсином Дере.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    На встрече были обсуждены вопросы развития сотрудничества в военной, военно-технической, военно-образовательной и других сферах. Стороны подчеркнули успешное развитие связей между армиями двух стран, основанных на узах дружбы и братства.

    Была особо отмечена значимость совместных азербайджано-турецких учений для обеспечения безопасности в регионе, а также важность продолжения деятельности в этом направлении.

    На встрече стороны обменялись мнениями по перспективам развития совместного военного производства и другим вопросам, представляющим взаимный интерес.

  • В одной из квартир Баку обнаружен труп женщины

    На горячую линию МЧС “112” поступила информация о том, что в Насиминском районе Баку, в квартире за закрытыми дверями в беспомощном состоянии находится один человек.

    Об этом сообщили в ведомстве.

    Прибывшие на место происшествия сотрудники Службы спасения особого риска вскрыли дверь квартиры, где обнаружили труп Нины Куприяновой (1953 г.р.).

  • Bakıda evdən qadın meyiti tapıldı

    Bakıda evdən qadın meyiti tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Kupriyanova Nina Yevgenyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Минобороны Турции поделилось публикацией в связи с годовщиной Отечественной войны – ФОТО

    Поздравляем наших азербайджанских братьев с годовщиной “Единого движения за Родину”, начавшегося ради освобождения оккупированных территорий год назад в этот день.

    Об этом говорится в публикации в Twitter-аккаунте Министерства национальной обороны Турции, посвященной 27 сентября – Дню памяти.

    “Молимся за упокоение душ шехидов, желаем здоровья и счастливой жизни ветеранам”, – сказано в публикации.

  • Mülki təyyarələrlə daşınan yük və poçt göndərişlərinin təhlükəsizliyinin təmin edilməsi qaydası təsdiqlənib

    Mülki hava gəmiləri ilə daşınan yük və poçt göndərişlərinin təhlükəsizliyinin təmin edilməsi qaydası təsdiq edilib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

  • Məşhur futbolçu ABŞ klubundan qovulub

    ABŞ-ın “Tsintsinnati” futbol klubunun baş məşqçisi Yap Stam istefaya göndərilib.

    “Report” MLS təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssisin qovulmasına uğursuz nəticələr səbəb olub.

    Şərq konfransında mübarizə aparan və son 7 oyunun 6-da uduzan komanda hazırda 20 xalla 14 klub arasında 13-cü pillədə qərarlaşıb.

    Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəsinin PSV, “Ayaks”, İngiltərənin “Mançester Yunayted”, İtaliyanın “Milan” və “Latsio” komandalarında çıxış etmiş Yap 2020-ci ilin mayında “Tsintsinnati” klubuna baş məşqçi təyin olunmuşdu.

  • В Имишли в озере найден труп мужчины, убитого два года назад

    В Имишли, в озере рядом с каменным карьером обнаружен труп мужчины, предположительно убитого два года назад.

    Отмечается, что 20 июля 2019 года в отделение полиции поступила информация о пропаже Полада Вердиева (1969 г.р.), уроженца поселка Горадиз Физулинского района. В результате проведенных оперативно-разыскных мероприятий было установлено, что П.Вердиев был убит близким родственником – Гарибом Исаевым (1959 г.р.), временно проживающим в селе Чахырлы Имишлинского района. Он ударил П.Вердиева железным предметом, а затем сбросил тело в котлован с водой, расположенный вблизи каменного карьера.

    Тот факт, что котлован большой и очень глубокий, затруднял поиски. Преступник привязал к телу тяжелые предметы, а затем бросил его в воду. Труп был извлечен из водоема сегодня утром.

    Тело передано для исследования в Объединение патологической анатомии и судебной медицины Имишлинского района.

    Были взяты тесты ДНК.

    Отметим, что решением Лянкяранского суда по тяжким преступлениям обвиняемый Гариб Исаев был приговорен к 17 годам лишения свободы по статье 120.2.4 Уголовного кодекса АР. Ширванский апелляционный суд оставил в силе решение суда первой инстанции.

    Следствие продолжается.

    Источник: АПА

  • “Alov qüllələri” Azərbaycan bayrağı ilə işıqlandırılıb

    Sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.

    Anım Günü ilə əlaqədar “Alov qüllələri” Azərbaycan bayrağı ilə işıqlandırılıb.

    Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.

    Azərbaycan Ordusu döyüşlərin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq, işğalçı qüvvələri torpaqlarımızdan qovmağa, ərazilərimizi yadelli qüvvələrdən təmizləməyə başladı. Belə ki, hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəkliklər, həmçinin 6 kənd – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kənd işğalçı qüvvələrdən azad edildi. Azərbaycan Ordusunun tank bölmələri, raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının (PUA) dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edərək məhv olundu.

    Bundan sonra isə Azərbaycan Ordusu düşmənin müdafiə xəttini yarmağı bacardı, sürətli əks-hücum əməliyyatı həyata keçirməyə və ərazilərimizi düşmən tapdağı altından azad etməyə başladı.

    44 gün davam edən müharibə dövründə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tez-tez xalqa müraciət edir, özünün sosial şəbəkə hesablarında, xarici və yerli mediaya müsahibələrində yeni qəsəbə, kənd, şəhərlərin düşməndən azad edildiyini bütün dünyaya bəyan edir, bu münasibətlə Azərbaycan xalqını təbrik edirdi.

    Ali Baş Komandan hərbi əməliyyatların gedişi zamanı çıxışlarında qeyd edirdi ki, əgər düşmən işğal edilmiş bütün ərazilərdən xoşluqla çıxıb getməsə, “dəmir yumruq” onun başını əzəcək. Elə də oldu! İlham Əliyevin siyasi iradəsinin, sərkərdəlik qabiliyyətinin və Azərbaycan Ordusunun gücünün simvolu olan “Dəmir yumruq” erməni işğalçılarının başını əzdi, düşməni diz çökdürdü.

    Azərbaycan Ordusu qanı və canı bahasına oktyabrın 3-də Tərtər rayonunun Madagiz qəsəbəsini düşməndən azad etdi. Daha sonra Prezident İlham Əliyev qəsəbənin tarixi Suqovuşan adını özünə qaytardı. Artıq düşmənin ayaq izlərinin torpaqlarımızdan silinməsinə başlanıldığı kimi, onların tarixi torpaqlarımıza qoyduğu eybəcər adlar da tarixin zibilliyinə göndərilirdi.

    Beləliklə, Müzəffər Azərbaycan Ordusu oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı.

    2020-ci il 8 noyabrda isə Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşa şəhəri 28 il 6 aydan sonra düşmən işğalından azad olundu və şəhərdə Azərbaycan Bayrağı qaldırıldı. Şuşanın azad edilməsi Vətən müharibəsində əldə olunan böyük qələbənin zirvəsidir. Dağlardan aşaraq, qayalara dırmanaraq günlərlə yol gedib yüngül silahlarla, əlbəyaxa döyüşlərlə Şuşanı işğaldan azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır. Azərbaycanın Müzəffər Ordusu Şuşanın alınması ilə düşmənin belini qırdı. Məhz Şuşanın azad olunması müharibədə həlledici nöqtə oldu və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Təsadüfi deyil ki, məhz həmin gün Azərbaycan tarixinə Zəfər günü kimi həkk olundu.

    2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya liderləri və Ermənistan Baş naziri atəşkəsin və hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanat imzaladılar. Sənədə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Ermənistanın işğalından azad olunaraq Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökmədən hər üç rayona daxil oldu.

    Bununla da Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi ilə Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi prosesi də uğurla başa çatdı, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Ordu­muz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrini təkbaşına icra edərək, Qaraba­ğımızı qısa zamanda yağılardan azad etdi! Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən müharibəsi adı ilə düşdü.

    Təəssüflər olsun ki, qələbə itkisiz olmur. Müdafiə Nazirliyinin 2021-ci ilin iyulun 14-nə olan məlumatına əsasən, Silahlı Qüvvələrin Vətən müharibəsində şəhid olaraq dəfn edilən hərbi qulluqçularının sayı 2 907 nəfərdir, 7 hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Məhz həmin qəhrəmanlarımız otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan xalqına öz qanı və canı hesabına böyük qələbə yaşadıb. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa arzulayırıq!