Month: September 2021

  • Anım günü ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində hərəkət iki gün məhdudlaşdırılacaq

    27 sentyabr – Anım Günü ilə əlaqədar keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə sentyabrın 26-ı və 27-i bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

    Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Bildirilib ki, 27 sentyabr Anım Günü ilə əlaqədar paytaxt ərazisində keçiriləcək tədbir saat 09-dan 13:00-a qədər nəzərdə tutulub: “Tədbir Azneft dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyi Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla nəzərdə tutulub. Ona görə də bu istiqamətlərdə, paralel və bitişik küçələrdə hərəkət bütün növ nəqliyyat vasitələri üçün məhdudlaşdırılacaq. Vətəndaşlardan şəxsi minik vasitələrindən etməməyi xahiş edirik”.

    DYP həmçinin qeyd edib ki, adıçəkilən küçələrdə keçiriləcək tədbirlərlə əlaqədar sentyabrın 26-da səhər 07:30-dan 10:00-a dək, sentyabrın 27-də isə 06:30-dan 14:00-a dək yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

  • Bakıda bəzi sakinlər şəxsi evlərində kirayə qalır? – AÇIQLAMA

    “Paytaxtda yeni yaşayış binalarını idarə edən mənzil-tikinti kooperativləri (MTK) tikililərin saxlanılması üçün sakinlərdən böyük məbləğdə vəsait yığır. Bu səbəbdən bəzi vətəndaşlar şəxsi evlərində kirayə qalırmış kimi yaşayırlar”.

    Bu sözləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

    O bildirib ki, yeni tikililərin idarəsi müəyyən səviyyədə dövlətin nəzarətinə verilməlidir:

    “Bu gün yeni tikililərdə idarəetmə ilə bağlı ciddi problemlər var. Sovet dövründə binaların idarə edilməsinə mənzil istismar idarələri baxırdı. Həyət-bacanın təmizliyi, dam örtüyünün dəyişdirilməsi və s. onların öhdəliyində idi. İndi də köhnə tikililərlə bağlı vəziyyət eynidir, lakin yeni yaşayış binalarında sakinlər daim aylıq yığılan vəsaitin çoxluğundan şikayət edirlər. Məsələn, lift xarab olur, su nasosu işləmir, bunun üçün sakinlərdən əlavə pul yığılır.

    Gələcəkdə binaların xarici görünüşü ilə bağlı da problemlər yaşanacaq, lakin MTK-ların təmir üçün kifayət qədər büdcəsi olduğunu düşünmürəm. İstənilən binanın xarici görünüşü şəhərin estetik gözəlliyinə xidmət edir. Müəyyən zaman keçdikdən sonra bu binaların fasadları sökülsə, dam örtüyü dağılsa, təmir üçün çox ciddi vəsait lazım olacaq. Hesab edirəm ki, dövlət bu binalara hansısa formada nəzarət etməlidir. Bunun üçün müəyyən bir yolla büdcə formalaşdırılmalıdır ki, binaların saxlanılması təmin edilsin”.

    Ekspert bildirib ki, yeni tikililərin idarəetməsini bələdiyyələrə həvalə etmək olar:

    “Bir çox ölkədə idarəetmələr bələdiyyələr tərəfindən aparılır. Belə olsa, kommunal xərclərin də miqdarı azalar, ödənişlər də rəsmiləşər və konkret tariflər müəyyənləşdirilər. Təsəvvür edin ki, bu binalarda minlərlə insan çalışır. Onların iş yerləri də rəsmiləşər, bələdiyyənin nüfuzu artar və vətəndaş-bələdiyyə münasibəti formalaşar. Hazırkı vəziyyətdə MTK-lar tərəfindən xeyli vəsait yığılır, amma bu vəsait qarşılığında göstərilən xidmət azdır. Bəzi vətəndaşlar şəxsi evlərində kirayə qalırmış kimi pul verirlər.

    // Trend

  • Ceyhun Bayramov qırğız həmkarı ilə görüşdü

    24 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, görüşdə tərəflər Qırğızıstan və Azərbaycan arasında tarixi bağları və qardaşlıq münasibətlərini qeyd edərək, əlaqələrin ikitərəfli və çoxtərəfli platformalarda uğurla inkişaf etdiyini vurğulayıb və bu əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

    Görüş zamanı ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, siyasi, iqtisadi, humanitar, elm-təhsil, turizm, kənd-təsərrüfatı, mədəniyyət, və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə dair qarşılıqlı razılıq ifadə edilib.

    İki ölkə arasında yüksək səviyyəli səfər mübadilələrinin münasibətlərin inkişafına daha da təkan verəcəyi qeyd olunub.

    Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

    Tərəflər beynəlxalq gündəlikdəki cari məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.

    Ceyhun Bayramov 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli şəkildə törədilən genişmiqyaslı dağıntılar, tarixi-mədəni irsin məhv edilməsi, habelə mina təhlükəsi barədə danışıb, eləcə də hazırda həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında qarşı tərəfə ətraflı məlumat verib.

    Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, növbəti il diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə fikir mübadiləsi aparıblar.

    Ruslan Kazakbayev ölkəsinin Prezidentinin Qırğızıstan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə ünvanladığı təbrik məktubunun yüksək ünvan sahibinə çatdırılmasını xahiş edib.

    Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

  • Leyla Şıxlinskayanın obyektində olay: İşçisi həbs edildi

    Quba şəhərində fəaliyyət göstərən obyeklərdən biri cərimələnib.

    “Leyla Şıxlinskaya” adlı istirahət mərkəzində təşkil edilmiş şənliyin gecə saatlarına qədər davam etməsi ilə karantin rejimi qaydaları pozulub.

    Bununla əlaqədar olaraq istirahət mərkəzinin işçiləri cərimələnib. Obyektin direktoru Nəzər İsmayılova isə 9 sutka müddətinə inzibai həbs cəzası verilib.

    Obyektin sahibi məşhur aktrisa, Xalq artisti Leyla Şıxlinskayadır.

    Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Leyla Şıxlinskaya ilə əlaqə saxlayıb. O, gecə saatlarında Qubada qeydə alınmış faktı təsdiq edib:

    “Hadisə vaxtı mən orda olmamışam, hadisədən də yeni xəbərim olub. İstirahət mərkəzində çalışan əməkdaşlar özləri süfrə açıb və axşam yeməyi yeyiblər. Orada heç bir kənar şəxs, qonaq olmayıb. Onlar oteldə deyil, ayrıca kabab bişirilən yerdə oturublar. Bir anda polislər məkana gəlib və işçiləri, direktoru hətta məkanın həyətində dayanan şəxsləri də saxlayıblar. Qeyd edim ki, işçilər özləri də oteldə qalırlar. Yəni bura kənardan heç kim gəlməyib. Mərkəzin rəsmi direktoru Nəzər İsmayılovu 9 sutkalıq həbs ediblər. Bununla bağlı apellyasiya məhkəməsinə şikayət edilib. Bir gündən sonra digər əməkdaşları buraxıblar”.

  • Azərbaycanda elektron qolbaq daşıyan şəxslərin sayı açıqlandı

    Azərbaycanda elektron qolbaq daşıyan şəxslərin sayı məlum olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hazırda 4200-ə yaxın məhkum elektron qolbaq daşıyır və onların üzərində dönmədən probasiya nəzarəti həyata keçirilir.

  • В Гяндже из старого храма исходят загадочные звуки – ВИДЕО

    В Гяндже, в квартале Qaraçılar (Цыганский), происходит необычное явление. По словам местных жителей, из расположенного здесь храма доносятся странные звуки.

    Говорят, на этой территории когда-то было кладбище. Рядом с храмом есть даже старое надгробие.

    Со временем попасть в храм стало непросто. Дело в том, что буквально впритык к нему построили два частны дома, и дверь храма открывается во двор одного из них.

    В ходе расследования выяснилось, что здание было построено русским генералом грузинского происхождения Павлом Цициановым в 1804-1810 годах, и здесь были похоронены русские солдаты.

  • Azərbaycanda qədim məbəddən müəmmalı səs gəlir – VİDEO

    Gəncənin Qaraçılar adlanan məhəlləsində qeyri-adi hadisələr baş verdiyi iddia edilir. Sakinlərin bildirdiyinə görə, burada inşa edilən məbəddən qəribə səslər eşidilir.

    Sakinlər deyir ki, ərazi qədim qəbiristanlıq olub. Hətta məbədin tam yaxınlığında qədim başdaşı da var.

    Zamanla məbədə giriş çətinləşib. Söhbət ondan gedir ki, qədim tikili indi iki həyət evinə birləşib və məbədin qapısı fərdi yaşayış evinə açılır.

    Araşdırma zamanı məlum oldu ki, tikili gürcü əsilli rus generalı Pavel Sisianov tərəfindən 1804-1810-cu illərdə inşa edilib, ərazidə isə rus əsgərləri dəfn edilib.

  • Названо число вакцинированных от COVID-19 в Азербайджане

    В Азербайджане за минувшие сутки от коронавирусной инфекции нового типа (COVID-19) был вакцинирован 65 861 человек.

    При этом 16 643 из них получили первую дозу препарата, 49 218 – вторую.

    Об этом 25 сентября сообщил Оперативный штаб при Кабинете министров.

    На сегодняшний день были введены 8 293 590 доз вакцины от COVID-19.

    При этом 4 700 096 человек получили первую дозу препарата, 3 593 494 – вторую.

    Иммунизация успешно продолжается во всех районах республики.

  • Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 65 861 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 643, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 218 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 293 590, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 700 096, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 593 494 təşkil edir.

  • Azərbaycanda baş verən dəhşətli qəzanın görüntüləri – VİDEO

    Sentyabrın 24-də İsmayıllı rayonunun İvanovka kəndində baş vermiş ağır qəzanın görüntüləri yayılıb.

    Belə ki, yüksək sürətlə hərəkət edən “Opel” markalı minik avtomobili yol kənarındakı dəmir maneəyə çırpılıb.

    Nəticədə avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü İbrahimov Ramil Mütəllim oğlu hadisə yerində ölüb.

    Onun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verilib.