Month: September 2021

  • Bakıda məhkuma məxsus torpaq sahəsindən silahlar tapıldı

    Maştağada məhkuma məxsus boş torpaq sahəsindən silahlar götürülüb.

    Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti məlumat yayıb.

    Bildirilib ki, xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Müalicə Müəssisəsində cəza çəkən məhkum Vüqar Yaşar oğlu Quliyevin yaşadığı Maştağa qəsəbəsində sahədən basdıraraq gizlətdiyi bir ədəd “VALTRO mod85 COMBAT” model tapança, lüləyi və qundağı kəsilmiş bir ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

  • Интервью Ильхама Алиева журналу “Национальная оборона” – ВИДЕО

    Президент Азербайджана Ильхам Алиев дал интервью главному редактору авторитетного российского журнала “Национальная оборона”, известному военному эксперту Игорю Коротченко.

  • İlham Əliyevin “Nasionalnaya oborona” jurnalına müsahibəsi – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib.

    Həmin müsahibənin videogörüntülərini təqdim edirik:

  • Nikolas Keyc “bomj” hesab edildiyi üçün restorandan qovuldu – VİDEO

    Sərxoş vəziyyətdə olan Hollivud aktyoru Nikolas Keyc “bomj” hesab edildiyi üçün Las-Veqasda (ABŞ) restorandan qovulub.

    Sosial şəbəkələrdə paylaşılan kadrlarda görünür ki, ayaqyalın və bəbir naxışlı şalvarda olan Keyc onu otaqdan çıxartmaq istəyən qadınla mübahisə edir. Sonra mühafizəçi onu müəssisədən çıxardır. 57 yaşlı aktyor yenidən restorana qayıtmaq istəsə də, qapıdan buraxılmır.

    Hadisə şahidləri sərxoş aktyorun evsiz bir insanla qarışdırıldığını bildiriblər.

  • Передано в производство уголовное дело в отношении директора центра гигиены

    Уголовное дело в отношении директора Сальянского районного центра гигиены и эпидемиологии Интигама Абышова, переданное в Лянкяранский суд по тяжким преступлениям, будет рассматриваться под председательством судьи Джавида Сафарли, сообщает Report.

    Дата проведения подготовительного заседания суда пока неизвестна.

    Отметим, что в Главном управлении по борьбе с коррупцией при генеральном прокуроре было проведено расследование по уголовному делу, возбужденному в связи с незаконными действиями И.Абышова.

    В ходе расследования возникли обоснованные подозрения в том, что И.Абышов, войдя в сговор с главным бухгалтером центра Лалой Бахышовой, обеспечил неявку на работу сотрудников и присвоил их зарплатные карты. Кроме того, И.Абышов, войдя в сговор с фактическим руководителем нескольких ООО Гусейнгулу Мансимовым, перечислял различные суммы денежных средств со счета центра на счета этих обществ на основании подписанных ими фиктивных документов, присвоив таким образом крупную сумму денежных средств.

    Также выяснилось, что И.Абышов совместно с указанными выше лицами неоднократно присваивал вверенное ему имущество, легализовал полученные преступным путем денежные средства, брал взятки в крупных размерах и совершал другие незаконные действия.

    В отношении Интигама Абышова, Лалы Бахышовой и Гусейнгулу Мансимова было возбуждено уголовное дело по статьям 178.2.3 (мошенничество, совершенное лицом с использованием своего служебного положения), 179.3.2 (присвоение или растрата в крупном размере), 193-1.3.2 (легализация денежных средств либо иного имущества, добытого преступным путем, совершенная в крупном размере), 308.2 (злоупотребление должностными полномочиями, повлекшее тяжкие последствия), 311.3.3 (получение взятки в крупном размере) и др.

  • Rüşvət alan mərkəz direktorunun cinayət işi icraata verildi

    Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləmiş İntiqam Abuşovun, mərkəzin baş mühasibi Lalə Baxışovanın və şirkət rəhbəri Hüseynqulu Mənsimovun cinayət işi icraata verilib.

    “Report”un xəbərinə görə, işə hakim Cavid Səfərlinin sədrliyi ilə baxılacaq.

    Məhkəmənin hazırlıq iclasın vaxtı hələlik məlum deyil.

    Qeyd edək ki, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləmiş İntiqam Abuşovun qanunsuz əməlləri barədə daxil olan məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılıb.

    İstintaq zamanı İntiqam Abuşovun həmin vəzifədə işləyərkən mərkəzin baş mühasibi Lalə Baxışova ilə əlbir olaraq əmək funksiyalarını yerinə yetirməyən işçilərin maaş kartlarını ələ keçirməsinə, habelə bir neçə MMC-nin faktiki rəhbəri olan Hüseynqulu Mənsimov ilə əlbir olaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini Mərkəzin hesabından həmin cəmiyyətlərin hesablarına imzaladıqları saxta sənədlər əsasında köçürülmələrinə, bu yolla da külli miqdarda pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, İntiqam Abışovun qeyd olunan şəxslərlə birlikdə müxtəlif qanunsuz üsullarla ona etibar edilən əmlakı təkrarən mənimsəməsi, cinayət yolu ilə əldə etdiyi pul vəsaitini leqallaşdırması, külli miqdarda rüşvət alma və digər cinayət əməllərini törətməsi də müəyyən edilib.

    İntiqam Abışov, Lalə Baxışova və Hüseynqulu Mənsimov Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.3.2 (mənimsəmə və ya israf etmə- külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.3 (rüşvət alma-külli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq olaraq həbs, polisin nəzarəti altına vermə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

    Həmçinin, iş üzrə vurulmuş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə edilən pul ilə alınan və qəsdən ailə üzvünün adına sənədləşdirilən əmlaklar üzərinə həbs qoyulub.

  • В Баку задержали автохулигана – ВИДЕО

    В Насиминском районе Баку задержан автохулиган.

    Садиг Гусейнов, находившийся за рулем арендованного автомобиля KİA, проигнорировал требования дорожной полиции остановиться. Правоохранителям пришлось преследовать водителя, чтобы задержать его за автохулиганство. На улице Мирджалала Пашаева нарушитель выехал на встречную полосу.

    С.Гусейнов, создав серьезную опасность на дорогах, застрял в заторе на перекрестке и заблокировал двери автомобиля. Вызванным на место сотрудникам Насиминского РУП удалось вскрыть их. После этого С.Гусейнов выскочил из автомобиля и попытался скрыться. Однако полицейские задержали его.

    По данному факту ведется расследование. Автохулиган привлечен к административной ответственности.

  • Bakıda icarəyə götürdüyü avtomobillə avtoxuliqanlıq edən şəxs SAXLANILDI – VİDEO

    Bakıda icarəyə götürdüyü avtomobillə avtoxuliqanlıq edən sürücü saxlanılıb.

    Belə ki, gecə saatlarında şəhərdə sükutu pozan Sadiq Hüseynov olub.

    O, icarəyə götürdüyü KİA markalı nəqliyyat vasitəsilə Nəsimi rayonu ərazisində yol polisinin saxla əmrinə tabe olmayıb. Yol Patrul Xidmətinin əməkdaşları sürücünü saxlamaq üçün onu təqib ediblər. Lakin sürücü avtoxuliqanlıq əməlini törədərək Mircəlal Paşayev küçəsini əks istiqamətdə hərəkət edib.

    Bir neçə avtomobilə ciddi təhlükə yaradan sürücü kəsişmədə süni tıxacda qalıb. S.Hüseynov nəqliyyat vasitəsinin qapılarını bağlayaraq yol polislərindən yaxa qurtarmağa çalışıb. Əraziyə dəvət olunmuş Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları zorla qapını açmağa müvəffəq olub. S.Hüseynov bunu görüb avtomobildən enərək naməlum istiqamətə qaçmağa çalışıb. Ancaq polis əməkdaşları onu saxlayıb.

    Yol Polisinin verdiyi məlumata görə, sürücü təhlükə yaradaraq avtoxuliqanlıq əməli törədib.

    Faktla bağlı araşdırma aparılır. Sürücü isə inzibati məsuliyyətə cəlb edilib.

  • Kəlbəcər ağ örpəyə büründü – VİDEO

    Kəlbəcərə qar yağıb.

    30 ildən sonra işğaldan azad edilən Kəlbəcərin ağ örpəyə bürünməsinin görüntüləri yayılıb.

    Həmin görüntüləri təqdim edirik:

  • FHN-in sabiq şöbə müdiri həbs edildi

    Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) sabiq əməkdaşı Abış Kərimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    “Report” xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə A.Kərimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs olunub.

    İttihama görə, A.Kərimov qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə təkrarən ələ keçirib, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik edib.

    O, 2017-ci ilin sentyabr ayından 2021-ci ilin mart ayına qədər FHN-in idarələrinin birində şöbə müdiri vəzifəsində çalışıb.

    A.Kərimovun barəsində 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2-ci (İştirakçılığın növləri, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.