Month: September 2021

  • Nikolas Keyc “bomj” hesab edildiyi üçün restorandan qovuldu – VİDEO

    Sərxoş vəziyyətdə olan Hollivud aktyoru Nikolas Keyc “bomj” hesab edildiyi üçün Las-Veqasda (ABŞ) restorandan qovulub.

    Sosial şəbəkələrdə paylaşılan kadrlarda görünür ki, ayaqyalın və bəbir naxışlı şalvarda olan Keyc onu otaqdan çıxartmaq istəyən qadınla mübahisə edir. Sonra mühafizəçi onu müəssisədən çıxardır. 57 yaşlı aktyor yenidən restorana qayıtmaq istəsə də, qapıdan buraxılmır.

    Hadisə şahidləri sərxoş aktyorun evsiz bir insanla qarışdırıldığını bildiriblər.

  • Məktəblərdə baş verən silahlı basqınlarla internetin əlaqəsi açıqlanıb

    “Məktəblərdə həyata keçirilən silahlı basqınlara internetin destruktiv təsiri böyükdür”. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Perm Universitetində baş verən qanlı faciə haqqından danışarkən bildirib.

    “İnternetin dağıdıcı təsiri tələbənin öz oxuduğu universitetdə qırğın törətdiyi Perm hadisi kimi faciələrə gətirir”, – deyə o, bildirib.

    Onun fikrincə, bu və digər bənzər halların əsas səbəbləri yeniyetmələrin kifayət qədər təlim və tərbiyə ala bilməməsi ilə əlaqədardır.

    “İnternet, televiziya, sosial şəbəkələr zorakılığı, həmyaşıdlarının problemlərinə biganə qalmağı, əxlaqsızlığı inkişaf etdirən tərbiyə mənbəyinə çevrildi. Uşaqlar internetdən çıxarılmalıdır”, – deyə İK rəhbəri bildirib.

    “Yeniyetmələrin internetdən aldıqları destruktiv məlumatlar uşaqların zehnində zorakılığın təbii və normal hala gəlməsinə gətirib çıxarır. Həmçinin onlar hücum edənlərin mediada və sosial şəbəkələrdə qəhrəmana çevrildiyini görürlər. Bu böyük bir təhlükədir”, – deyə o, əlavə edib.

    Bastrıkin hesab edir ki, yeniyetmələr, problemlərini düşmənləri zərərsizləşdirməklə həll edən kompyuter oyunları qəhrəmanlarından nümunə götürürlər:

    “İndi isə sosial şəbəkərdə neqativ kontentlər dəbə minib. Mənfəət və şöhrət dalınca qaçan bloqerlər insanlara qarşı zorakılıqla bağlı videolar hazırlayır, hüquqazid hərəkətlər edirlər”.

    İK rəhbəri belə paylaşımların milyonlarla gəncə pis nümunə olduğunu vurğulayıb:

    “Bütün bunları seyr edən yeniyetmələrdə hansı dəyərlər formalaşa bilər? Cavab aydındır. Çox vaxt mahiyyəti ictimaiyyəti qəzəbləndirən müəyyən filmlər və ya sərgilərlə bağlı xəbərləri oxuyanda da onlara diqqət yetirməyi, öyrənməyi tapşırıram, axı söhbət dəyərlərimizdən gedir, onları itirsək, insanlığımızı itirərik”, – deyə Bastrıkin bildirib.

    Mənbə: TASS

  • Norveçdə bütün karantin tədbirləri ləğv edilir

    Norveç hökuməti koronavirus pandemiyası ilə bağlı tətbiq edilmiş bütün məhdudiyyətləri aradan qaldırır.

    Müvafiq qərar sentyabrın 25-dən qüvvəyə minəcək.

    Ölkənin Baş naziri Erna Solberqin sözlərinə görə, bundan sonra sosial məsafə saxlamaq tələb olunmayacaq, gecə klubları və restoranlar sərbəst şəkildə fəaliyyət göstərə biləcəklər.

    Qeyd edək ki, Norveçdə əhalinin 76%-i bir, 67%-i isə hər iki doza ilə vaksinasiya olunub.

  • В Баку столкнулись два автобуса, есть пострадавшие

    В Баку произошло тяжелое ДТП.

    Как сообщает Report, авария зарегистрирована в поселке Мушвигабад Бинагадинского района столицы.

    Так, в результате столкновения двух автобусов Рагима Йолчуева (1985 г.р.) и Сария Ширинова (1993 г.р.) получили травмы различной степени тяжести.

    Они были госпитализированы бригадой врачей скорой медицинской помощи.

    У Р.Йолчуевой были диагностированы травма брюшной полости и закрытая черепно-мозговая травма, у С.Шириновой – черепно-мозговая травма.

    Состояние Р.Йолчуевой оценивается как тяжелое.

    По данному факту ведется расследование.

  • Bakıda iki avtobus toqquşub, xəsarət alanlar var

    Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Binəqədi rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb.

    Belə ki, iki avtobusun toqquşması nəticəsində1985-ci il təvəllüdlü Yolçuyeva Rəqimə Sahib qızı və 1993-cü il təvəllüdlü Şirinova Səriyyə Qulam qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Onlar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

    Müayinə zamanı R.Yolçuyevaya qarının küt travması və qapalı kəllə-beyin travması, S.Şirinova isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Qeyd olunub ki, R. Yolçuyevanın vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

  • В Турции ребенка живьем закопали в землю – ВИДЕО

    В турецком городе Адыяман предотвращено ужасное преступление.

    Школьники, посетившие кладбище для почтения памяти шехидов, услышали плач ребенка.

    Следуя на звук, они увидели крошечные ножки 2-3-дневного младенца, остальная часть которого была присыпана грунтом. Оказалось, что его пытались живьем закопать в землю.

    Им удалось спасти ребенка. Малыш был доставлен в больницу и помещен в реанимацию.

  • Türkiyədə qandonduran hadisə: İki günlük körpəni diri-diri basdırdılar – VİDEO

    Türkiyənin Adıyaman şəhərində faciənin qarşısı alınıb.

    “Haber Global” məlumat verir ki, şəhidləri ziyarət etmək üçün qəbirsanlığa gələn şagirdlər ağlayan körpə səsi eşidiblər.

    Səs gələn tərəfə gedən məktəblilər bədəni torpağın altında olan uşağın çöldə qalan ayaqlarını görüblər. 2-3 günlük körpə diri-diri torpağa basdırılıbmış.

    Uşaqlar yenidoğulmuşu torpağın altından çıxarıblar.

    Çox güman ki, qəbirstanlığa nəzarət edən şəxs cümə namazına gedəndə kimsə qızı torpağa basdırıb.

    Körpə xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib.

  • Neftin qiyməti üç illik rekordu yenilədi

    Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

    “Brent” markalı “qara qızıl”ın noyabr fyuçersləri 78 dollar həddini aşaraq 78.12 dollar/barrel təşkil edib.

    Xatırladaq ki, sonuncu dəfə bu markalı neft 2018-ci ilin 29 oktyabrında qeyd olunan qiymət səviyyəsinə çatıb.

    Mənbə: investing.com

  • Интервью Ильхама Алиева журналу “Национальная оборона” – ВИДЕО

    Президент Азербайджана Ильхам Алиев дал интервью главному редактору авторитетного российского журнала “Национальная оборона”, известному военному эксперту Игорю Коротченко.

  • İlham Əliyevin “Nasionalnaya oborona” jurnalına müsahibəsi – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib.

    Həmin müsahibənin videogörüntülərini təqdim edirik: