Month: September 2021

  • В Баку пытавшийся скрыться от сотрудников полиции водитель повредил несколько автомобилей – ВИДЕО

    В Баку водитель, пытавшийся скрыться от сотрудников полиции, повредил несколько автомобилей.

    Соответствующие видеокадры были обнародованы в социальных сетях.

    Водитель машины Volkswagen Passat с государственными номерными знаками 50 ED 532 отказался выполнить законное требование полицейских остановиться.

    Пытаясь скрыться от них, он повредил несколько автомобилей.

    Подробнее в видеосюжете.

  • Bakıda sürücünün polislərdən yayınma anları – VİDEO

    Paytaxtda polislərdən qaçmaq istəyən sürücü digər avtomobillərə zərər verib.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

    Belə ki, 50 ED 532 dövlət qeydiyyat nişanlı “Volkswagen” Passat markalı avtomobilin sahibi polislərin dayan əmrinə tabe olmayıb.

    Sürücü polislərdən qaçmaq üçün avtomobilini yolda dayanan digər avtomobillərə çırpıb.

    Daha ətraflı videoda:

  • Вынесен приговор арестованному за рубежом гражданину Азербайджана

    В Гянджинском суде по тяжким преступлениям завершился процесс по уголовному делу в отношении Фалига Велиева, обвиняемого в участии боевых действиях и незаконных вооруженных формированиях за пределами страны.

    Судья Нурал Алиев зачитал приговор, согласно которому Ф.Велиев приговорен к 8 годам лишения свободы.

    Отметим, что в результате комплексных мер, принимаемых Службой государственной безопасности, было установлено, что гражданин Азербайджана Фалиг Велиев с целью нарушения общественной безопасности, распространения паники среди населения, влияния на принимаемые государством решения прошел террористическую подготовку, привлекался иностранными спецслужбами к диверсионно-разведывательным учениям, входил в ряды незаконных вооруженных формирований, созданных за рубежом для совершения тяжких и особо тяжких преступлений.

    По данному факту было возбуждено уголовное дело по статьям 12.1, 218.2 (участие в преступном сообществе (организации), 12.3, 214-3.1 (прохождение учений за пределами АР с целью терроризма) и 12.1, 279.1 (участие в не предусмотренных законодательством Азербайджанской Республики вооруженных формированиях).

    Решением суда в отношении Ф.Велиева была избрана мера пресечения в виде ареста. Он был объявлен в международный розыск.

    Было установлено место на территории России, где он скрывался. В рамках процедуры взаимной правовой помощи Ф.Велиев был задержан и экстрадирован в Азербайджан 27 августа 2020 года.

    Выяснилось, что он воевал в составе незаконного вооруженного формирования Hüseyniyyun (“Хусейниюн”).

    Источник: АПА

  • Xaricdə tutularaq Azərbaycana gətirilən şəxsə hökm oxundu

    Ölkə xaricində qanunsuz silahlı birləşmələrdə döyüşməkdə və onun fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Faliq Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, F. Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Azərbaycanın milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər davam etdirilir. Xarici xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan vətəndaşlarının seçilərək onlara ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər dövlətlərin ərazisindəki hərbi əməliyyatlara cəlb olunmaları barədə toplanılmış materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işi üzrə hazırda istintaq-əməliyyat tədbirləri aparılır.

    Araşdırmalar nəticəsində, Azərbaycan vətəndaşı Vəliyev Faliq Qalib oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə ilə əlaqədar hazırlıq keçməsinə, xarici xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat-təxribat xarakterli təlimlərə cəlb edilməsinə, fərdi ləqəb altında ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faliq Vəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 (cinayətkar birlikdə (təşkilatda) iştirak etmə), 12.3, 214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.

    Faliq Vəliyevin Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilmiş və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq 2020-ci il avqustun 27-də Azərbaycana ekstradisiya olunub.

    Onun “Hüseyniyyun” adlı qanunsuz silahlı birləşmənin tərkibində döyüşdüyü ortaya çıxıb.

    //APA

  • Azərbaycana qar yağdı – FAKTİKİ HAVA

    Sentyabrın 25-i saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub. Yağan güclü yağış nəticəsində Qəbələ rayonundan axan Dəmiraparan və Tikanlı çaylarından sel keçir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağışın miqdarı Əyriçay Başdaşağılda (Oğuz) 39 mm, Sarıbaşda (Qax) 46 mm, Gədəbəydə 27 mm (aylıq normanın 56 %-i), Kişçayda (Şəki) 25 mm (aylıq normanın 37 %-i), Balakəndə 24 mm, Göygöldə 23 mm (aylıq normanın 50 %-i), Zaqatalada 23 mm, Şəkidə 20 mm, Astara, Daşkəsəndə 17 mm, Yardımlıda 16 mm, Qusar, Şəmkirdə 14 mm (aylıq normanın 72 %-i), Qubada 13 mm, Qəbələdə 12 mm, Lənkəran, Tovuzda 11 mm, Gəncədə 10 mm (aylıq normanın 59 %-i), Xaltan, Oğuzda 7 mm, Şabranda 6 mm, Biləsuvarda 5 mm, Lerik, Balakən, Naftalan, Ceyrançöl, Mingəçevirdə 5 mm, Yevlaxda 4 mm, Ağstafada 3 mm, Cəfərxan, Bərdədə 2 mm, Tərtər, Göyçay, Kürdəmir, Sabirabad, Salyan, Hacıqabul, Nabran, Qobustan, Xaçmaz, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

    Gəncə stansiyasının məlumatına əsasən sentyabrın 24-dən 25-nə keçən gecə Kəpəz dağına qar yağıb.

    Şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Ağdamda 24 m/s, Tərtərdə 23 m/s, Bərdədə 22 m/s, Tovuz, Neftçala, Gəncədə 20 m/s, Ceyrançöldə 18 m/s, Mingəçevir, Yevlax, Kəlvəzdə 16 m/s, Şərur, Şirvanda 15 m/s güclənib.

    Bakıda 23 m/s, Sumqayıtda 21 m/s, Qum adasında 20 m/s, Maştağa, Neft Daşları, Pirallahı, Binədə 15 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,5 metrə çatıb.

    Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 26-sı gündüzədək davam edəcək.

    Sentyabrın 26-sı gündüz yağıntıların tədricən kəsiləcəyi, sentyabrın 27-si əsasən yağmursuz keçəcəyi gözlənilir.

  • Həkim-pediatr: Çaytikanı yağından burun damcısı kimi istifadə iltihabın qarşısını alır

    Çaytikanı yağından burun tutulmasını aradan qaldırmaq üçün faydalıdır. Çaytikanı yağına allergiyası olmayan iki yaşa qədər körpələrin burnuna yağı qulaq çöpü ilə, yaşı 2-dən yuxarı olanlara isə pipet ilə damcılatmaq olar. Çaytikanı yağı bakteriyalara qarşı öldürücüdür, yara sağaldıcıdır. Sadəcə valideynlər diqqət etməlidirlər ki, iki yaşa qədər uşaqların burnuna yağı damcı şəklində tökmək olmaz. Belə olan halda, yağ nəfəs yoluna gedə bilər. Ona görə də, qulaq çöpünü yağa batırıb selikli qişanı yağlamaq lazımdır.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həkim-pediatr Aytən İsmayılzadə məlumat verib.

    Həkim-mütəxəssis qeyd edib ki, çaytikanı yağı daha çox uzun müddət damardaraldıcı və hormonal spreylər istifadə edənlər üçün təyin edilir: “Həmin məhlullar selikli qişanı atrofiyalaşdırır. Tərkibi mometazon olan məhlullardan istifadə zamanı da ehtiyatlı olmaq lazımdır. Ümumiyyətlə hormonal spreyləri yalnız allergik rinitin kəskinləşməsi dövründə istifadə etmək olar. Burunda qaşıntı, sulanma və asqırma olduqda bu məhlullar on gün müddətə təyin edilir. Uzun müddət istifadə selikli qişanın nazikləşməsinə, atrofik rinitin yaranmasına gətirib çıxarır”.

    A.İsmayılzadənin dediyinə görə, çaytikanı yağı iltihablı burun axıntısının qarşısını almaq üçün də faydalıdır: “Ümumilikdə 10 gün olmaqla sutka ərzində üç dəfə burunun hər dəliyinə 1-2 damcı tökmək lazımdır. Çaytikanı yağı, həmçinin mütəmadi burun qanamasından əziyyət çəkənlər üçün də məsləhətdir. Hətta allergik riniti olan uşaqlar üçün 1 ay müddətində hər axşam istifadə edilə bilər. Çay tikanı yağından istifadə nəticəsində, selikli qişaya düşən allergenlər yağa yapışır və selikli qişa allergik iltihab törədə bilmir. Ən azından uşaq səhərlər asqırmaqdan və burnunun tutulmasından şikayət etmir. Bundan başqa, müxtəlif efir yağları da burun tutulması baş verdikdə nəfəsalmanı rahatlada bilər. Misal üçün, inqalyasiya zamanı bir damcı evkalipt yağının əlavə edilməsi faydalıdır. Lakin istənilən halda, müxtəlif yağlardan istifadə üçün mütəxəssislə məsləhətləşmək lazımdır”.

  • Soyuq aylarda bədənə ən çox hansı vitamin lazımdır – Qanımız ondan asılıdır

    Havaların soyuduğu, respirator xəstəliklərin çoxaldığı payız ayında orqanizmi vitamin və minerallarla gücləndirmək lazımdır. Bədənin ən çox ehtiyac duyduğu vitamin isə B12 imiş.

    Median.Az xəbər verir ki,türkiyəli terapevt Cuma Emiroğlu payız başlayandan B 12 vitamini ilə zəngin qidalar qəbul etməyi və ya B12 preparatlarından istifadə etməyi tövsiyə edib.

    Fəslin dəyişməsi ilə qanda dəyişiklik olur, insan özündə yorğunluq hiss edir. Yorğunluq, enerjisizlik isə B12 çatışmazlığını göstərir.

    “Bu mərhələnin orqanizmə neqativ təsirini azaltmaq üçün masanızdan zülal, kalsiy, maqniy, eləcə də B12 ilə zəngin qidalar əskik olmamalıdır.

    Qanda B12 əskikliyi depressiya, əhvalsızlıq, yaddaşda problemlər yaradır. İnsan gündəlik həyatını sürdürmək üçün enerjisiz olur.

    Bunun üçün mal əti, quş əti, qaraciyər, balıq, qarabaşaq, qırmızı meyvələr, pendir, süd, yumurta, kürü, itburnu, limon, qırmızı bibər bol yeyilməlidir”. /medicina.az

  • Dövlət Departamenti “Taliban”ın Əfqanıstanda edam cəzasını bərpa etməyini qınayıb

    “Taliban”ın Əfqanıstanda edamları və bədənə xəsarət yetirməyi cəza olaraq yenidən bərpasını qınayırıq”.

    “Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

    “Bu cür hərəkətlər insan hüquqlarının kobud şəkildə pozulması deməkdir və bu cür pozuntulara görə məsuliyyət daşıyanlar qanun qarşısında cavab verməlidirlər”, – Prays qeyd edib.

    Bundan əvvəl “Taliban” nümayəndələrindən olan Molla Nuruddin Turabi Əfqanıstanda oğurluğa görə cəza olaraq əzaların kəsilməsini bərpa etmək niyyətində olduqlarını bildirib.

    Qeyd edək ki, Turabi əvvəlki “Taliban” hakimiyyəti dövründə (1996-2001) ədliyyə naziri kimi çalışıb.

  • 30 yaşından sonra insan hansı peyvəndləri vacib vurdurmalıdır – SİYAHI

    İnsan dünyaya gələndən ona müxtəlif ağır xəstəliklərə qarşı peyvəndlər elə doğum evindən başlanaraq vurulur.

    1 yaşına qədər körpə hepatit B, vərəm, polimiolit, qızılca, göy öskürək, difteriya əleyhinə vaksinasiyadan keçir.

    Lakin elə xəstəlik vaksinləri var ki, onları bir müddətdən sonra yuxarı yaşda təkrar etdirmək lazımdır. Bu zaman artıq 30-40 yaşlı insan özü bu qərarı verib əməl etməlidir.

    Median.Az 30 yaşdan sonra olunmalı peyvəndləri təqdim edir.

    Hansı xəstəliklərdən orta yaşlarda peyvənd vurdurmaq lazımdır:

    Qrip viruslarına qarşı – ildə bir dəfə sentyabr-oktyabr aylarında həm dövlət, həm də özəl klinikalarda vurdurmaq olar.

    Difteriya və tetanus əleyhinə peyvənd – hər 10 ildən bir təkrarlanmalıdır. 24-26 yaşında, 34-36, 45-46 yaşında və s

    İnsan papiloma virusu – daha çox qadınlarda 90% hallarda uşaqlıq yolu xərçənginə səbəb olur. Ona görə bu virusa qarşı peyvəndi bütün qadın və gənc qızlar vurdurmalıdır.45 yaşa kimi bu peyvənd olunmalıdır.

    Ensefalitə qarşı peyvənd – hər 3 ildən bir olunur.

    Müəyyən peşə və işlərdə təhlükə ilə bağlı peyvəndlər – məsələn vəhşi heyvanlar, heyvandarlıq, qanla, analizlə işləyənlər – bu peyvəndləri hər bir işəgötürən təqdim etməlidir

    Yeni vaksin – Koronavirus

    Hazırda pandemiya bitmədiyi üçün kovid vaksini hər 6 aydan bir vurulmalıdır.
    Yaxşı olar ki, vaksindən sonra antitellər yoxlansın.

    İstənilən vaksindən öncə ailə həkimi, terapevtlə görüşüb, bəzi analizləri verməlisiz.

    Tibb işçiləri və müəllimlər mütləq hepatit B peyvəndi olmalıdırlar.

    Hamiləlik planlayan şəxslər papiloma və məxmərək vaksini edib, sonra hamilə qalmalıdırlar. /medicina.az

  • İsmayıllıda avtomobil dəmir maneəyə çırpılıb, ölən var

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunun İvanovka kəndində “Opel” markalı minik avtomobilinin yol kənarındakı dəmir maneəyə çırpılması barədə məlumat daxil olub.

    Nazirlikdən verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü İbrahimov Ramil Mütəllim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.