Month: September 2021

  • TÜRKPA-nın yubiley iclası Qazaxıstanda keçiriləcək

    TÜRKPA-nın 10-cu yubiley plenar iclası 27-28 sentyabrda Qazaxıstan Parlamenti Məclisinin ev sahibliyində “Türk dünyasının mənəvi paytaxtı” Türkistan şəhərində keçiriləcək.

    İclasın “Türk parlamentlərarası əməkdaşlığının perspektivləri” mövzusunda keçirilməsi nəzərdə tutulur.

    TÜRKPA üzv ölkələri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, o cümlədən qonaq qismində Özbəkistan və müşahidəçi qismində Macarıstanın parlament nümayəndə heyətləri, Türk əməkdaşlıq təşkilatları, müşahidəçi təşkilatlar və digər qurumların rəhbərləri və nümayəndələri iclasda iştirak edəcəkdir.

    Tədbir zamanı Daimi Komissiyaların sənədləri, hüquqi sənədlər və yeni model qanunlar müzakirə olunacaq. Plenar İclas növbəti iclasın tarix və yerini müəyyənləşdiriləcək, Türkistan Bəyannaməsinin qəbulu ilə başa çatacaq.

  • Şəhidlərimizin tanıdılması məqsədilə hərbi hissələrdə tədbirlər keçirilir

    Azad edilən ərazilərdə yerləşən hərbi hissələrdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tədbirlər keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Tədbirlərin məqsədi Vətən müharibəsində canından keçən şəhidlərimizin, eləcə də döyüşlərdə iştirak edən igid Azərbaycan övladlarının tanınması və tanıdılması, xatirələrinin ehtiramla yad edilməsidir.

    Görüşlər zamanı ehtiyatda olan hərbi qulluqçular şəhid və yaralı döyüş yoldaşları haqqında xatirələrini bölüşüblər.
    Tədbirlərdə tarixi Qələbə haqqında viktorina keçirilib və qaliblərə xatirə hədiyyələri təqdim edilib.

    Sonda şəxsi heyətə Vətən müharibəsinə həsr olunmuş sənədli film nümayiş olunub və “Əsgər məktubu” layihəsi çərçivəsində hərbi qulluqçular doğmalarına məktublar yazıblar.

  • Ağcabədi sakinlərindən 6 kq narkotik götürülüb

    Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olan məlumatlar əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Pərioğulları kəndində yaşayanlar Vüqar Xankişiyev və Firuz Həsənov saxlanılıb.

    V.Xankişiyevin kənd ərazisindəki otlaq sahəsinə baxış keçirilən zaman orada gizlətdiyi 6 kiloqramdan artlq və F.Həsənovun evinin həyətyanı sahəsindən isə 145 qram marixuana aşkar edilərək götürülüb.

    Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

  • Səhiyyə Nazirliyi MRT və KT müayinələri üçün əks-göstərişləri açıqlayıb

    Səhiyyə Nazirliyi maqnit rezonans görüntüləmə (MRT) və kompüter tomoqrafiyası (KT) diaqnostik müayinələri üçün mövcud olan əks-göstərişləri açıqlayıb.

    Nazirliyin mütəxəssisi Xəyalə İsmayılzadə KT-nin şüaya bağlı işləyən cihaz olduğu üçün və şüalanmanın DNT-də yaratdığı mutasiyalar hesabına sonrakı mərhələdə konsoregen ehtimalının olduğunu nəzərə alaraq KT müayinəsindən yalnız həkim göstərişi əsasında keçilməli olduğuna diqqət çəkib.

    O qeyd edib ki, bu qaydanın istisnaları ola bilər; həyati zərurət olduğu təqdirdə, həkim qərarı ilə müayinələr arasındakı müddət qısaldıla bilər: “MRT müayinəsi isə güclü maqnit sahəsinə əsaslanan diaqnostik üsul olduğundan 3 aylığa qədər hamilə qadınlardan başqa hər bir insan rahatlıqla istifadə edə bilər. MRT üçün əks göstərişi isə orqanizmdə metal cihazlar olan xəstələr hesab edilir. Ürəyin süni ritm aparıcısı, metal qəlpələr, göz nahiyyəsində yad metal cisim, orta qulağın elektron və ya ferromaqnit protezləri, iri metal daxili protezlər, baş beyin damarların qan saxlayan sıxacları və s. buna misal göstərmək olar”.

    Mütəəssis COVID-19 xəstəliyindən şübhələnən hər kəsin radioloji müayinədən keçməli məsələsinə də toxunub. Onun sözlərinə görə, COVID-19 xəstəliyində əldə edilən görüntülər hesabına xəstəliyin müalicəsi daha erkən fazalarda başlanıla bilər və aparılan müalicə dəyişdirilə bilər: “Klinik tapıntıları və laborator müayinələri COVID-19-a əsaslanan, lakin PCR yaxmanın mənfi olduğu hallarda xəstələrdə diaqnoz qoymaq üçün sinə rentgenoqrafiyasını tələb edirik. Lakin rentgen müayinəsinin KT-yə nisbətən həssaslıq və spesifikliyi aşağı olduğuna görə klinik tələblərə uyğun olaraq tomoqrafiya istənilə bilər. Xəstəliyin ağciyərlərə çatdığını düşünürüksə, müayinə zamanı ağciyərdə hər hansı bir zədələnmə hiss ediriksə, xəstədə tənəffüs çətinliyi varsa, o zaman ağciyər tomoqrafiyası edərək xəstəliyin nə qədər geniş yayıldığını müəyyən etməyə çalışırıq. COVID-19 üçün radioloji müayinə asimptomatik halları araşdırmaq üçün istifadə edilməməlidir. Xəstəliyə uyğun orta və ya ağır klinik nəticələr olduqda, test nəticələrindən asılı olmayaraq görüntüləmə tövsiyə olunur”.

  • Metro: “Pik saatlarda qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib”

    “Sentyabrın 20-dən “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” və “28 may” stansiyaları arasında, pik saatlarda qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib”.

    Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

    “Bakı metrosunda əsas sıxlıq ali təhsil müəssisələrində tədrisin başlaması ilə müşahidə olunacaq. Bu yay sərnişinlərin sayı əvvəlki illərə nisbətən bir az da azalıb. Sentyabr ayından isə sərnişin kütləsinin müəyyən nisbətdə artması müşahidə olunub. Gündəlik sərnişin sayı hazırda 430 minə yaxınlaşıb. Təhsil müəssisələrində tədrisin başlaması bu artıma təkan verib. Bununla bağlı metropolitendə yoxlama nəzarət monitorinqlərinin sayı dəfələrlə artıb. Gün ərzində bir neçə dəfə monitorinq təşkil olunur. Monitorinqlərin əsas məqsədi pik saatların vaxtını təyin etməkdir”, – o qeyd edib.

    B.Məmmədovun sözlərinə görə, bu tədbirlər 2019-cu ilin eyni dövrü ilə müqayisələr aparılaraq tətbiq olunur: “Çünki metropolitenin normal şəkildə sərnişinlərə xidmət göstərdiyi axırıncı dövr həmin dövrdür. Biz tədris prosesinin fəal başlamasını əsas götürərək bunu tətbiq etmişik. Amma pandemiya şəraitinin davam etməsi ilə əlaqədar olaraq istər tədris müəssisələrinin, istərsə də iş müəssisələrinin iş rejimində müəyyən dəyişikliklər ola bilər. Ona görə də metropoliten buna hər zaman hazır olmalıdır. Sıxlığın azalması üçün maksimum texniki imkanlar tətbiq etmişik. Əvvəlki illərlə müqayisədə xüsusi sıxlıq müşahidə olunmur. Hətta bu ilin iyun ayı ilə müqayisədə belə sıxlıq artmayıb. Lakin bizim xüsusi nəzarət mexanizmimiz indidən başlayıb ki, biz artıq sentyabrın 29-dan sonra tədris ocaqlarının fəaliyyətinin başlamasına hazır olaq”.

  • Rəşad Nəbiyev: “2024-cü ilə kimi ən ucqar kəndə belə internet çatdıracağıq”

    “Bu gün dünyada 3,6 milyard insanın internetə çıxışı olmadığı kimi, Azərbaycan da bundan xali deyil. Bu gün ölkədə kifayət qədər insanın internetə çıxışı yoxdur və qarşımızda duran məqsəd 2024-cü ilə qədər fiberin evə kimi çatdırılması məsələsidir”.

    Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Bakıda keçirilən “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfransda bildirib.

    “Bununla bağlı Prezidenti İlham Əliyevin tapşırıqları var. Rəqəmsal transformasiya üçün lazım olan ana təməllərdən infrastrukturun qurulmasıdır ki, onun üzərində biz artıq çalışırıq. Tam məsuliyyətimlə deyirəm ki, biz 2024-cü ildə bütün Azərbaycanda, ən ucqar kəndində belə həmin inklüzivliyi təmin etmək üçün interneti çatdrımış olacağıq”, – nazir bildirib.

  • Qəbələdə toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb

    Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, rayonun Nic qəsəbəsində Habil Əzizova məxsus evin həyətində keçirilən toy mərasimində 180 nəfərə yaxın qonağın iştirak etdiyi, eləcə də onlardan 15-nin COVID-19 pasportu olmadığı müəyyən edilib.

    Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy sahibi H.Əzizov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat məbləğində cərimələnib.

  • Tokio Universiteti Azıx mağarası ilə maraqlanır

    Azərbaycan ərazisində yerləşən Azıx mağarasında beynəlxalq səviyyədə tədqiqatlar aparılması gözlənilir.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev məlumat verib.

    O, hazırda Türkiyənin Şanlıurfa şəhərində keçirilən, 2023-cü ildə baş tutacaq “Daş təpələr” (Göbəklitəpə) neolit dövrünə həsr olunacaq beynəlxalq konfransın təqdimatında iştirak edir.

    “Azıx mağarası elmi mahiyyətinə görə YUNESKO-nun mədəni irs siyahısına daxil olmağa layiq abidədir. Bu abidənin unikallığı haqqında dünya ictimaiyyətində kifayət qədər məlumat var. 1970-1980-ci illərdə Azərbaycan və ümumilikdə SSRİ arxeoloqlarının onun tədqiq edilməsində iştirak edib. Bizim əsas fikrimiz budur ki, gələcəkdə Azıxdakı tədqiqatlar beynəlxalq səviyyədə aparılsın. Artıq bir neçə ölkədən təklif var. Xüsusilə də Yaponiyanın Tokio Universiteti bu abidə ilə çox maraqlanır. Biz, Azərbaycan qanunlarına hörmət edən, ərazi bütövlüyümüzü tanıyan bütün tədqiqatçılarla əməkdaşlıq etməyə hazırıq. Çünki o abidənin unikallığı təkcə Azərbaycan üçün yox, bütün dünya üçün önəmlidir”, – deyə F.Quliyev məlumat verib.

  • “Taliban” Rusiyadan yardım istəyib

    “Rusiya Əfqanıstanla BMT arasında vasitəçi ola bilər”.

    Bunu “Taliban” hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zəbiullah Mücahid “RİA Novosti”yə müsahibəsində bildirib.

    “Rusiya BMT ilə bizim aramızda, o cümlədən sanksiyalarla təzyiqlərin səviyyəsinin azaldılması məsələsində vasitəçi ola bilər”, – o qeyd edib.

    Z.Mücahid deyib ki, “Taliban” Rusiyadan Əfqanıstanda sülhün yaranması, eləcə də başqa dövlətlərlə münasibətlərin bərpası üçün səy göstərməsini istəyib.

    Qeyd edək ki, “Taliban” BMT-də xüsusi nümayəndəsinin tanınmasını istəyib.

  • Азербайджан на 21% увеличил импорт колбасы из России

    За восемь месяцев этого года Азербайджан импортировал из России 2,9 тыс. тонн колбасных изделий.

    Как сообщает Median.Az со ссылкой на зарубежные СМИ, это на 21% больше по сравнению с аналогичным показателем прошлого года.

    Отмечается, что Азербайджан является одним из трех основных рынков, на которые Россия поставляет колбасу. Предыдущие места делят Казахстан (22,1 тыс. тонн) и Украина (5,5 тыс. тонн).