Month: September 2021

  • Şabranda ov edən şəxs cəzalandırılıb

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Şabran rayonu ərazisində ov edən şəxs saxlanılıb.

    Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, brakonyerə məxsus 99-UU-811 dövlət nömrə nişanlı “NİVA” markalı avtomobilə keçirilən baxış zamanı vəhşi təbiətdən tutulmuş diri vəziyyətdə adı “Qırmızı kitab”a düşən Qafqaz şahini aşkar edilib.

    “Araşdırma zamanı qanun pozucusunun Bakı şəhər sakini İlkin Əcəmov olduğu müəyyən edilib.

    Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

    B.Məhəmmədovun sözlərinə görə, baytar nəzarətindən sonra quş təbiətə buraxılıb.

  • Xarici ekspertlər Ağdamda tarixi abidələrin dağıdılmasını vandalizm aktları kimi qiymətləndiriblər

    “Ağdamın girişində dağıdılmış kəndləri, qəsəbələri müşahidə etdik. Qonaqlarımız təəssüf hissi keçirdiklərini dedilər, baş verən dəhşətli faciənin bir daha şahidi oldular”.

    Bunu Ağdamda açıqlamasında Ombudsman Aparatının rəhbəri, İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü Aydın Səfixanlı deyib.

    Onun sözlərinə görə, xarici nümayəndələr burada insanların mülkiyyət hüquqlarının kobud şəkildə pozulduğunu görüblər: “Onlar dedilər ki, heç elə bil burada heç zaman insan yaşamayıb. Çünki insan öz mülkiyyətinə qarşı bu cür vəhşilik edə bilməz. Səfər zamanı İslam Əməkdaşlıq Təşkilatının xüsusi ekspertləri dini inanclara qarşı törədilən vandalizm aktlarının, insanların dini etiqad azadlığının kobud şəkildə pozulmasının şahidi oldular”.

    Aparat rəhbəri qeyd edib ki, xarici ekspertlər Ağdamda tarixi abidələrin dağıdılmasını vandalizm aktları kimi qiymətləndiriblər: “Onlar dünyanın heç bir yerində belə bir vandalizmin mövcud olmadığını, heç bir müharibədə belə vəhşiliyin törədilmədiyini söylədilər. Haqlı olaraq Ağdamı Qafqazın Xirosiması adlandırdılar və qeyd etdilər ki, Ağdamda gördükləri hadisələr doğrudan da urbisid kimi qiymətləndirilə bilər. Burada insanlığa xas olmayan cinayətlər törədilib və təbii ki, bu cinayətlərin tərkibində müharibə cinayətləri də var. Səfərin yekununda ekspertlər çəkdikləri foto və video faktlara əsaslanan hesabat hazırlayacaq, beynəlxalq təşkilatlara göndərəcəklər”.

    Qeyd edək ki, İƏT-in faktaraşdırıcı missiyasının üzvləri səfər çərçivəsində Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanış olublar. Daha sonra ekspertlər Ağdam Cümə Məscidini ziyarət edib və orada namaz qılıblar. Onlar həmçinin Ağdamın Qiyaslı məscidinə də baş çəkəcəklər.

  • Müddətli müqavilə ilə 400-dən artıq müəllim işə qəbul olunub

    Sentyabrın 22-24-də keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimlərinin nəticələri elan olunub.

    Vakansiya seçimlərində iştirak edən namizədlərdən 426 nəfər proqram təminatı vasitəsi ilə seçdiyi vakant yerə yerləşdirilərək müddətli müqavilə ilə çalışmaq imkanı qazanıb.

    Uğur qazanan namizədlər 28 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərdən sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tələb olunur.

    Müddətli müqavilə ilə vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün tədris ili ərzində daimiləşmə müsabiqəsinin həyata keçirilməsi planlaşdırılır. Həmçinin növbəti mərhələdə tədris ili ərzində yaranan vakant yerlərə namizədlərin imtahan nəticəsi və yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək.

  • İmişlidə istehlaka yararsız 120 kq ət aşkar olunub

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə aparılan reyd zamanı İmişli rayonu ərazisində yaşayan vətəndaş İbrahimov Bəxtiyar Hacıəhməd oğluna məxsus 30-BJ-945 dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilib.

    AQTA-dan verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kq iribuynuzlu heyvana məxsus ət aşkarlanıb.

    Müayinələrin aparılması üçün ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Təyin olunan müvafiq ekspertizalarla aşkar olunmuş ətin istehlak üçün tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması öz təsdiqini tapıb. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 120 kq ət məhv edilib, araşdırmalar davam etdirilir.

    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

  • Ərzaq kartofuna dair yeni dövlət standartı təsdiq edilib

    Ərzaq kartofunun istehsal və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğun tənzimlənməsini təmin etmək məqsədilə AZS 901-2021 “Ərzaq kartofu. Texniki şərtlər”dövlət standartı qəbul edilib.

    “Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

    Standart “Tərəvəz toxum” əkin materiallarının, yetişdirilmiş məhsulların istehsalının,emalının, saxlanmasının, daşınmasının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

    Beynəlxalq standartlara və yerli şəraitə uyğun aparılmış elmi tədqiqat işlərinin nəticələrinə əsaslanaraq qəbul edilən yeni dövlət standartının müzakirəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq elmi tədqiqat institutlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib.

  • В НГДУ “Сиязаннефть” совершена кража

    В Сиязанском районе совершена кража из Нефтегазодобывающего управления (НГДУ).

    Об этом Report сообщили в пресс-службе Министерства внутренних дел Азербайджана.

    Было отмечено, что в результате оперативно-розыскных мероприятий, проведенных сотрудниками полиции Сиязанского района, был задержан ранее судимый житель района Г. Мурадов, подозреваемый в краже в период с 20 по 23 сентября с территории НГДУ “Сиязаннефть”, расположенного в селе Гарабулаг, 2 980 метров металлических труб и 5 810 метров проводов на сумму более 21 тыс. манатов.

  • “Siyəzənneft” NQÇİ-dən 21 min manatlıq oğurluq edilib

    Siyəzən rayonunda oğurluq hadisəsi olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-dən 23-dək olan müddətdə Qarabulaq kəndində yerləşən “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinə məxsus ərazidən 21 474 manat dəyərində 2 980 metr dəmir boru və 5 810 metr naqil oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş H.Muradov saxlanılıb.

  • Azərbaycanın daha bir futbolçusu Polşada çıxış edəcək

    Azərbaycanın daha bir futbolçusu Elvin Dəmirov karyerasını Polşada davam etdirəcək.

    23 yaşlı müdafiəçi “JKS Yaroslav” klubuna keçib.

    Dəmirovla imzalanmış müqavilənin müddəti açıqlanmayıb.

    Qeyd edək ki, Elvin Bayramov Azərbaycanın U-21, U-18 və U-17 yığmalarının formasını geyinib. O “Qəbələ” və “Sumqayıt” klublarının şərəfini qoruyub.

    “JKS Yaroslav” Polşanın 4-cü liqasında mübarizə aparır. Azərbaycan millisinin üzvlərindən Anton Krivotsyuk Plotsk “Visla”sında, Mahir Emreli isə “Legiya”da çıxış edir. Bundan əlavə, Fuad Bayramov II liqada “Ostroveç-Şventokşiski”nin uğurları üçün çalışır.

  • Azərbaycanda şərabçılıq turizmi inkişaf etdiriləcək

    Azərbaycanın Şimal, Qərb və Şimal-Qərb turizm marşrutları üzrə 25 şərab zavodu mövcuddur.

    Bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) Turizm məhsulu şöbəsinin müdiri Şərifə Həsənova deyib.

    Onun sözlərinə görə, Büro şərabçılıq turizminin inkişafını dəstəkləmək üçün www.azerbaijanwine.com adlı sayt yaradıb, bundan başqa, koronavirus (COVID-19) pandemiyasından əvvəl keçirilmiş şərab festivalını bərpa etmək niyyətindədir: “Ümid edirəm ki, gələn il yenidən şərab festivalı baş tutacaq”.

    ATB rəsmisi həmçinin deyib ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndinin ərazisi şərab zonası olacaq: “Məsələn, vaxtilə Tuğda şərabçılıq müəssisəsi olub və o, bərpa olunacaq”.

  • Юбилейное заседание ТюркПА пройдет в Казахстане

    Юбилейное 10-е пленарное заседание Парламентской ассамблеи тюркоязычных стран (ТюркПА) пройдет 27-28 сентября в казахстанском городе Туркестан – духовной столице тюркского мира.

    Заседание планируется провести на тему “Перспективы турецкого межпарламентского сотрудничества”.

    В его работе примут участие парламентские делегации стран – членов ТюркПА – Азербайджана, Казахстана, Кыргызстана, Турции, Узбекистана в качестве гостя и Венгрии в качестве наблюдателя, руководители и представители тюркских организаций сотрудничества, организаций-наблюдателей и других структур.

    Во время мероприятия будут обсуждены документы постоянных комиссий, юридические документы и новые модельные законы.

    На пленарном заседании будет определена дата и место следующего заседания, по итогам ожидается принятие Туркестанской декларации.