Month: September 2021

  • Türkiyəli nazir: “Ölkəmiz və Azərbaycan birgə turizm destinasiyası ola bilər”

    “Azərbaycanın turizm sahəsində apardığı işləri yaxından izləyirəm və düzgün hesab edirəm. Xüsusilə, təqdimat məsələsində ölkəniz çox sürətlə irəliləyir”.

    Bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy deyib.

    “Azərbaycan turizm sahəsində Türkiyənin gördüyü işləri izləyir, özünə uyğunlaşdırır. İki ölkə arasında turist axınının çox olduğunu nəzərə alsaq, ABŞ və digər uzaq ölkələrdən gələnlər üçün ölkələrimiz birgə destinasiya şəklində tanıdıla bilər. Türkiyəyə gələn Azərbaycana, Azərbaycana gələn Türkiyəyə keçə bilər”, – deyə o, qeyd edib.

  • Təhsil Nazirliyi 45 minə yaxın şagirdə pulsuz məktəbli ləvazimatı verib

    Yeni tədris ilində ümumi təhsil müəssisələrinin I sinifləri üçün resurs dəsti paylanılıb.

    Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, bu ildən pilot olaraq həyata keçirilən layihə çərçivəsində resurs dəstləri 27 şəhər və rayon üzrə seçilmiş məktəblərə təqdim edilib və ümumilikdə 45 minə yaxın şagirdi əhatə edir.

    Dəstin paylanılmasında məqsəd siniflərin tədris materiallarına olan ehtiyaclarının təmin edilməsidir. Bu dəstlər yalnız I siniflər üçün nəzərdə tutulur və A 4, vatman kağızları, təbaşir, marker, qayçı, lövhə üçün transporter, ölçü vahidləri, həndəsə taxtası və digər lazımi vəsaitlər daxildir. Dəstə daxil olan bəzi resurslar tədris il boyu, bəziləri isə hətta 4 il müddətində istifadə oluna bilər.

    Qeyd edək ki, məktəblərdə şagird və müəllimlərin lazımi tədris resursları ilə təminatı Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətlərindəndir. Sözügedən proses növbəti illərdə də davam etdiriləcək. Layihə çərçivəsində 44 günlük Vətən müharibəsi zamanı zərər görmüş bölgələrdəki şagird və müəllimlərin tədrislə bağlı fərdi ehtiyacları xüsusi diqqətdə saxlanılacaq.

  • Bakıda məktəb bufetlərinin açılmasına hazırlıq işləri görülür

    Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan təhsil müəsssisələrində bufet və yeməkxanaların fəaliyyətinin bərpa olunması üçün qoyulan tələblərin icrası ilə bağlı işlər görülür.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq BŞTİ-dən bildirilib.

    Qeyd olunub ki, bufetlərin tam hazır vəziyyətə gətirildikdən sonra qısa müddətdə istifadəyə verilməsi nəzərdə tutulub.

    Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində yerləşən bufet və yeməkxanaların fəaliyyətinin bərpa olunması üçün bir sıra tələblər qoyulub.

    Həmin tələblər aşağıdakılardır:

    yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;

    təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır;

    ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;

    yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır;

    yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır;

    yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir;

    yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla);

    təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir.

  • Исполнительный секретарь: Азербайджан играет большую роль в экономическом развитии СНГ

    “Азербайджан играет активную и конструктивную роль в рамках СНГ. Руководство этой страны позитивно рассматривает большинство документов, выносимых на обсуждение и последующую реализацию. На сегодняшний день Азербайджан играет большую роль в экономическом развитии Содружества”.

    Об этом российскому бюро Report сообщил Председатель Исполнительного комитета — Исполнительный секретарь СНГ Сергей Лебедев.

    Он также отметил, что Баку уже стал столицей проведения многих мероприятий в культурно-гуманитарной сфере, от которой Содружество всегда получает поддержку и широкое участие: “Азербайджан также принимал активное участие в создании межгосударственного фонда гуманитарного сотрудничества, а председателем этого фонда на протяжении многих лет является очень уважаемый на всем пространстве СНГ чрезвычайный и полномочный Посол Азербайджана в России Полад Бюльбюль оглы”.

    “Я желаю мира, счастья и процветания народу Азербайджана. Убежден, что Азербайджан и дальше будет активном участником в нашем взаимодействие в рамках СНГ”, – заявил С. Лебедев.

  • İcra katibi: “Azərbaycan MDB iqtisadi məkanında əhəmiyyətli yerə malikdir”

    “Azərbaycan MDB-də fəal və konstruktiv rol oynayır. Ölkə rəhbərliyi müzakirəyə və sonradan icraya yönəldilən sənədlərin əksəriyyətinə müsbət yanaşır. Bu gün Azərbaycan MDB-nin iqtisadi inkişafında mühüm yerə malikdir”.

    Bunu “Report”un Rusiya bürosuna MDB İcraiyyə Komitəsinin sədri – icra katibi Sergey Lebedev bildirib.

    Diplomat qeyd edib ki, MDB-nin fəaliyyətində geniş yer tutan mədəni və humanitar sahədə bir çox mühüm tədbirlərə Bakı ev sahibliyi edir: “Həmçinin Azərbaycan dövlətlərarası humanitar əməkdaşlıq fondunun yaradılmasında da yaxından iştirak edib, fondun sədri vəzifəsində də uzun illər ərzində MDB məkanında böyük hörmət sahibi olan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olub”.

    “Azərbaycan xalqına əmin-amanlıq, səadət, rifah arzulayıram. Azərbaycanın MDB çərçivəsində əməkdaşlığımızda bundan sonra da yaxından iştirak edəcəyinə şübhə etmirəm” – deyə MDB icra katibi vurğulayıb.

  • В Баку у троих школьников и одного учителя выявлена высокая температура

    23 сентября у троих учеников и одного учителя при входе в школу была выявлена высокая температура.

    Об этом сообщили в Управлении образования города Баку.

    Было отмечено, что шестерых учеников изолировали от одноклассников в специально отведенных комнатах.

    Отмечается, что учебный процесс в учебных заведениях организован в соответствии с установленными правилами: “Учреждения образования обеспечены средствами защиты от вируса, дезинфицирующими средствами и приборами для измерения температуры.

    В то же время во дворах школ установлены информационные таблички о необходимости соблюдения мер социального дистанцирования. В общеобразовательных учреждениях, находящихся в подчинении управления, регулярно проводятся дезинфекционные работы, измеряется температура тела всех учеников при входе в школу”.

  • Bakıda 3 şagird və 1 müəllimdə yüksək temperatur qeydə alınıb

    Sentyabrın 23-də məktəblərin girişində 3 şagird və 1 müəllimdə yüksək temperatur qeydə alınıb.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.

    Qeyd olunub ki, 6 şagird sinifdən təcrid olunaraq izolyasiya otaqlarına yerləşdirilib.

    Bildirilib ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi müvafiq qaydalara uyğun olaraq təşkil olunub: “Həmçinin təhsil müəssisələri virus əleyhinə qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr və temperatur ölçən cihazlarla təmin edilib.

    Eyni zamanda məktəblərin həyətyanı ərazilərində sosial məsafənin saxlanılması üçün işarələnmələr aparılıb, maarifləndirici lövhələr yerləşdirilib. Bundan başqa, məktəbə daxil olan hər bir şagirdin temperaturu ölçülüb. İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində mütəmadi olararaq dezinfeksiya işləri həyata keçirilir”.

  • Fransada 5 nazirin telefon danışıqlarının dinlənildiyi aşkarlanıb

    Fransanın 5 nazirinin telefon danışıqları “Pegasus” casus proqram təminatı vasitəsilə dinlənilirmiş.

    Məlumatı “Mediapart” yayıb.

    Bildirilib ki, 2019-2020-ci illərdə Fransanın 5 nazirinin telefon danışığının “Pegasus” vasitəsilə izlənildiyi aşkarlanıb. Proqramın izlərini Fransa təhlükəsizlik xidməti müəyyənləşdirib.

    Telefon danışıqları dinlənilən hökumət üzvləri bunlardır: təhsil naziri Jan-Mişel Blanker, inkişaf naziri Jaklin Qur, indiki kənd təsərrüfatı naziri (2020-ci ildə şəhər və yaşayış təsərrüfatı naziri), yaşayış tikililəri naziri (2020-ci ildə ekologiya nazirliyi yanında dövlət katibi) və dənizlər arxası ərazilər üzrə nazir Sebastyan Lekornü.

  • Müdafiə Nazirliyi vətəndaşın narazılığına münasibət bildirib

    Müdafiə Nazirliyi vətəndaşın narazılığına münasibət bildirib.

    Nazirlikdən daxil olan məlumatda deyilir:

    “Bəzi elektron KİV-lərdə vətəndaş Ağayev Rahib Savadxan oğlunun narazılığını əks etdirən videogörüntülər paylaşılıb. Bildiririk ki, vətəndaş Rahib Ağayev Baş Klinik Hospitalda müalicə olunmaq üçün Müdafiə Nazirliyinə müraciət edib. Vətəndaşın müraciətinə Müdafiə Nazirliyinin Tibb İdarəsində baxılmış və ona cari ilin fevral ayında müvafiq rəsmi cavab göndərilib.

    Cavabda Müdafiə Nazirliyinin hərbi müalicə müəssisələrində hazırda həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların müayinə və müalicəsinin təmin edildiyi bildirilib. Hərbi xidmətdən tərxis olunan vətəndaşların isə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müalicə müəssisələrində ödənişsiz müalicə almaq hüququna malik olduğu qeyd edilib və vətəndaşın həmin qurumlara müraciət etməsi tövsiyə olunub”.

    “Rahib Ağayevin hərbi xidmətə yararlı olması ilə bağlı qərarla bağlı isə bildiririk ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin göndərişinə əsasən 23.04.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən “Hər iki gözün sadə miopik astiqmatizmi nəticəsində görmə itiliyinin azalması. İrsi hemoqlobinopatiya” diaqnozu ilə şəhadətləndirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”sinə uyğun olaraq, barəsində daxili orqanlarında funksiya pozulması olmadığından “Hərbi xidmətə yararlıdır” qərarı verilmişdir”, – nazirliyin məlumatında qeyd edilib.

  • Rusiyalı general 100 min dollar rüşvət almaqda ittiham olunur

    Rusiya Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının rəis müavini, general-mayor Ruslan Allahverdiyev 6 mln 700 min rubl (təxminə 100 min dollar) məbləğdə rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

    Məlumatı TASS yayıb.

    Məlumata görə, o, “Loqis” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru Nikolay Semeykindən 100 min dollar pul alıb.

    R.Allahverdiyev ümumi məbləği bir milyon rubl (təxminən 15 min dollar) təşkil edən 3 rüşvət alma hadisəsində də şübhəli bilinir.